Kənd yaşayış məntəqələri istirahətin və təbiətlə təmasın bənzərsiz ünvanı kimi həmişə cəlbedici olub.

Lakin uşaqlıq xatirələrimdə qalan budur ki, ucqar dağ kəndlərinə sıx-sıx səyahət etmək bəzən bir arzu olaraq qalırdı. Yolların narahatlığı, nəqliyyat problemi çox zaman adamı qohum-əqrabadan da uzaq salırdı. Doğrusu,15-20 il əvvəl təyyarə ilə Bakıya getməyi maşınla Teyvaza, Gömürə, Ağbulağa getməkdən rahat bilirdik. Lakin bu gün muxtar respublikanın  istənilən kəndinə rahatlıqla getmək mümkündür. Abad yollar məsafələri qısaltdığı kimi, bu yerlərə səfər etmək marağını da birə-beş artırıb. İstər dağlıq bölgə olsun, istər aran, artıq infrastruktur baxımından fərq etmir. Ulu yurdun hər qarışı inkişafa qovuşub, hər daşı, hər qayası, qalası, abidəsi qayğı və sevgi ilə əhatə olunub. Babək rayonunun illərdir ki, gözdən uzaq, könüldən iraq qalan Məzrə kəndi də bu inkişafdan pay aldı. Kənddə aparılan genişmiqyaslı quruculuq tədbirləri Məzrənin də adını Azərbaycanın müasir yaşayış məntəqələri sırasına yazdırdı. İndi kəndin abadlığı, müasirliyi payız fəslinin gözəllikləri ilə harmoniya yaradır Uzaqdan boylanan dağlar, çöl ördəklərinin məskən saldığı Məzrə gölü, yeni quruculuq ünvanları, uşaqların xoşbəxt çöhrəsi, kənd adamlarının təsərrüfat həyatı, bir sözlə gözlə görünən hər şey  insana ruh yüksəkliyi, xoş ovqat bəxş edir.

Qədim diyarın bütün bölgələrində, hər bir şəhər, qəsəbə və kəndində ucalan məktəb binaları, müəllimlər üçün əlverişli şəraitin yaradılması bilikli, vətənpərvər nəsil yetişdirməyə xidmət edir. 2016-2017-ci tədris ilini yeni və yaraşıqlı məktəbdə oxumaq məzrəli şagirdlərə də nəsib oldu. Məktəbin tədris işləri üzrə direktor müavini Akif Məmmədov qeyd edir ki, təhsil ocağının şəraiti bu günə qədər heç də yaxşı olmayıb. Ələlxüsus da qış aylarında əziyyət çəkirdik. Lakin bu gün yaradılan yüksək şərait həm şagirdlərin dərsə davamiyyətinə, həm də yüksək təhsil almasına imkan verir. Belə ki, 270 şagird yerlik 3 mərtəbəli məktəbdə 3-ü elektron lövhəli olmaqla 15 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, hərbi kabinə, kompüter otağı, müəllimlər otağı, şahmat otağı, kitabxana, bufet, idman zalı və açıq idman qurğuları vardır. Məktəbdə internetə qoşulmuş 19 kompüter quraşdırılıb.

Kimya, biologiya və fizika laboratoriyalarında lazımi təcrübə avadanlıqları və elektron lövhə quraşdırılıb ki, bu da dəqiq fənlərin daha yaxşı tədrisinə geniş imkanlar açır. Hardasa təxminən 10-15 il bundan öncə humanitar ixtisas qruplarına maraq özünü daha çox göstərirdi. Humanitar fənlərə olan meyllilik bir neçə ildir ki, kökündən dəyişib. Bu, bir tərəfdən ölkə iqtisadiyyatının, xüsusən də sənayenin inkişafı ilə əlaqədardırsa, digər tərəfdən təhsildə tətbiq olunan yeniliklərin, informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin bəhrəsidir. Fizika müəllimi Güllübəyim Dadaşova  qeyd edir ki, məktəbdə tədris vəsaitləri ilə zəngin laboratoriyaların istifadəyə verilməsi dəqiq fənlərə marağı daha da artıracaqdır.

Məktəbin şagirdləri ilə həmsöhbət oluruq. Qürur hissi keçirdikləri ilk baxışdan hiss olunur. 11-ci sinif şagirdi Cənnət Həsənova sevincini bizimlə bölüşür. Bildirir ki, doğulub boya-başa çatdığı torpağın müasir mənzərəsi onda gələcəyə inamı daha da artırır. Test-sınaq imtahanlarında yüksək bal toplayan Cənnətin ən böyük arzusu mühəndis olmaqdır.

Əbülfəz Həsənov ömrünün 42 ilini bu məktəbdə coğrafiya fənninin tədrisinə həsr edib. Hazırda təqaüddə olsa da, məktəblə əlaqəsini kəsmir, tez-tez baş çəkir, gənc müəllimlərə tövsiyələrini verir, məktəbdaxili keçirilən tədbirlərdə fəal iştirak edir.“Məktəbin bugünkü növrağı isə ürəyimi lap dağa döndərib”,- deyir.

Əhalinin problemlərinin operativ həlli, asudə vaxtlarının səmərəli təşkili baxımından kənd mərkəzləri mühüm əhəmiyyət daşıyan obyektlərdir. Rabitə evi, polis sahə, baytarlıq və feldşer-mama məntəqələri, kitabxana, statistika otağı, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, mədəniyyət evinin fəaliyyəti üçün mərkəzdə hər cür şərait yaradılıb.

Kənd kitabxanası da zənginləşdirilib, oxucuların istifadəsinə 6487 kitab verilib. Bir zamanlar qapısı bağlı qalan kənd kitabxanaları indi oxucularına göstərdiyi nümunəvi xidməti ilə həm də kitabxana-oxucu münasibətlərini möhkəmləndirir.

Rabitə evində quraşdırılan 320 yerlik müasir ATS, çəkilən fiberoptik xətt kənddə dayanıqlı telefon və sürətli internet xidmətinin göstərilməsinə imkan verir. Kənd sakinlərindən Abdulla Həsənov, Seymur Xudakərimov, Rəhim Məmmədov yaradılan şəraitə görə minnətdarlıqlarını bildirirlər. Qeyd edirlər ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin iştirakı ilə istifadəyə verilən müasir sosial obyektlər Məzrənin simasını başdan-başa dəyişib. İndi kəndlə şəhər arasında fərq qalmayıb.    

90 yaşlı Abbas Quliyevin qonağıyıq. II Dünya müharibəsinin iştirakçılarındandır. Vətəni müdafiə məqsədilə cəbhəyə yollanıb, geriyə göstərdiyi şücaətlərinin qarşılığı olaraq medallarla qayıdıb.  O, qanlı-qadalı illəri, həmçinin 90-cı illərin ağır günlərini yaxşı xatırlayır,  O zaman nəinki kəndlərin, heç şəhərlərin inkişafı haqqında belə düşünmürdük,-deyir. Sabaha naümid oyanırdıq. Bu gün isə  hər şey fərqlidir.

       Kənd əhalisnin demək olar ki, gündəlik üz tutduğu ünvanlardan biri xidmət mərkəzidir. 4 nəfərin işlə təmin olunduğu Xidmət Mərkəzində bərbərxana, qadın gözəllik salonu, ət satışı yeri, ərzaq və sənaye malları mağazaları fəaliyyət göstərir. Mağazalarda keyfiyyətli yerli ərzaq məhsullarının, gündəlik tələbat mallarının, geyim dəstlərinin və təsərrüfat mallarının satışı təşkil olunmuşdur.

Bu gün kənd yaşayış məntəqələrində əhalinin sağlamlığından tutmuş, asudə vaxtının səmərəli təşkilinədək diqqətdə saxlanılır. Nəticədə əhali öz doğma torpağına daha sıx tellərlə bağlanır, məskunlaşma artır, abad yolları, yeni infrastrukturu ilə göz oxşayan kəndlərdə müasir dizayna malik evlərin sırası genişlənir. İcra nümayəndəsinin müavini Əli Xələfov bildirir ki, məzrəlilər də yaradılan şəraitdən istifadə edərək evlərini təmir edir, gənc ailələr üçün yeni evlər tikirlər. Son 1 ildə kənddə 6 belə yeni ev inşa olunub.

Kəndin 1500-ə yaxın əhalisi 240 təsərrüfatda birləşib. Kənd adamlarının əsas məşğuliyyətini  heyvandarlıq və əkinçilik təşkil edir. Vaxtilə Heydər Əliyev Su Anbarının istifadəyə verilməsi kəndin suvarma su problemini həll edib, əkin sahələri xeyli genişlənib. `

Bununla belə kənddə arıçılıqla məşğul olanlar da az deyil. Onlardan biri də ömrünün 22 ilini bu sahəyə bağlayan Vəli Gülməmmədovdur. “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi  xəbəri digər arıçılar kimi onu da sevindirib.   Hazırda onun 80 arı ailəsi var. Növbəti ildə yenə artırmağı düşünür. Gəlirli sahədir, deyir. Həm ailəmiz üçün tədarük edirik, həm də satışa çıxarırıq. Ailə büdcəmiz arıçılığın hesabına formalaşır. Vəli Gülməmmədov yalnız bal deyil, digər arıçılıq məhsulları-mum, vərəmum, arı südü də hazırlayır.

Kəndin zəhmətkeş sakinlərindən biri də Zakir Zamanovdur. Uzun illərdir, bağçılıqla məşğuldur. Bağında hər cür meyvə yetişdirir. “Günümün   çox hissəsini bağda keçirirəm”,-deyən həmsöhbətimiz kənddə görülən işlərdən də məmnunluğunu ifadə edir.

        Naxçıvanı daimi yaşayış yeri seçən başqa millətlərin nümayəndələri də az deyil. Onlardan biri əslən Rusiyanın Tolyatti şəhərindən olan Valentina Stepanovna İqnatevadır. O qızı, əslən Məzrədən olan kürəkəni və nəvələri ilə birgə yaşayır. Məzrədə məskunlaşmasından xeyli məmnun görünür. Bizi görüncə sevincini büruzə verməsi onun razılıq hissini ifadə edirdi. Məzrədə yaradılan şəraiti, xüsusilə də məktəb binasını bir kənd yaşayış məntəqəsi üçün böyük nailiyyət, kənd sakinləri üçün ərməğan hesab edir.

          Məzrədən xoş əhval-ruhiyyə ilə ayrılırıq. Zəhmətkeş, gülərüz və mehriban kənd sakinləri onlar üçün yaradılanları böyük razılıqla qarşılayır, bütün bunları müstəqilliyimizin Azərbaycan kəndlərinə gətirdiyi xoş gün-güzəran kimi dəyərləndirirlər.

                                                  Ruhiyyə Rəsulova

Naxçıvan Televiziyası

 

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

XİN Naxçıvanda hərbi qulluqçunun şəhid olması ilə əlaqədar başsağlığı verib

20-05-2018-17-25 Hits:19 Xəbərlər

XİN Naxçıvanda hərbi qulluqçunun şəhid olması ilə əlaqədar başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistan silahlı qüvvələrinin təxribatı nə...

Ermənistanın təxribatı nəticəsində Naxçıvanda hərbi qulluqçumuz şəhid olub

20-05-2018-16-00 Hits:27 Xəbərlər

Ermənistanın təxribatı nəticəsində Naxçıvanda hərbi qulluqçumuz şəhid olub

NUHÇIXAN xəbər verir ki, mayın 20-də Azərbaycan-Ermənistan dövlət sərhədinin N...

Kann kino festivalı başa çatıb

20-05-2018-16-21 Hits:9 Xəbərlər

Kann kino festivalı başa çatıb

71-ci Kann festivallı başa çatıb. Keiti Blançetin rəhbərlik etdiyi münsiflər h...

Balın yeni faydası aşkar olunub

20-05-2018-17-05 Hits:7 Xəbərlər

Balın yeni faydası aşkar olunub

Sehrli məhsul olan bal öz faydalı xüsusiyyətləri ilə alimləri daim heyrətləndi...

Misir Prezidentinin andiçmə mərasimi iyunun 2-də keçiriləcək

20-05-2018-16-40 Hits:9 Xəbərlər

Misir Prezidentinin andiçmə mərasimi iyunun 2-də keçiriləcək

Mart ayında ikinci dəfə Misirin Prezidenti seçilən Əbdül Fəttah əs-Sisinin and...

Mayın 20-si Dünya Bal Arısı Günüdür

20-05-2018-15-40 Hits:10 Xəbərlər

Mayın 20-si Dünya Bal Arısı Günüdür

BMT Baş Assambleyasının 2017-ci il dekabrın 20–də keçirilən iclasında alınan q...

Orucluq zamanı həzmsizlik yaradan qidalar

20-05-2018-15-15 Hits:13 Xəbərlər

Orucluq zamanı həzmsizlik yaradan qidalar

Mütəxəssislər sağlam oruc tutmaq üçün 3 vacib məqamı açıqlayıb.

Naxçıvanda sabaha olan hava proqnozu

20-05-2018-14-40 Hits:14 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departament...

Babək rayonu abadlaşır

20-05-2018-14-15 Hits:20 Xəbərlər

Babək rayonu abadlaşır

NUHÇIXAN xəbər verir ki, Babək  rayonun Yuxarı və Aşağı Buzqov kəndlərində gen...

Naxçıvanda bu gün I və IV qruplar üzrə ali məktəblərə qəbul imtahanı keçirilib

20-05-2018-14-00 Hits:36 Xəbərlər

Naxçıvanda bu gün I və IV qruplar üzrə ali məktəblərə qəbul imtahanı keçirilib

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün 2018/2019-cu tədris ili üçün Azərbaycanın ...

Naxçıvanlı memarın sənət uğurları

20-05-2018-12-51 Hits:23 Xəbərlər

Naxçıvanlı memarın sənət uğurları

Qoca tarixlə həmyaşıd olan qədim Naxçıvanımız bəşəriyyətə bəxş etdiyi böyük şəxs...

Hacı Qadir Qədirzadə – 70

20-05-2018-12-31 Hits:17 Xəbərlər

Hacı Qadir Qədirzadə – 70

Qocaman dağa bənzəyən əsl elm adamı Həyatda elə insanlar var ki onları sonradan...

Dubayda “uçan xalça” təqdim olunub

20-05-2018-10-30 Hits:14 Xəbərlər

Dubayda “uçan xalça” təqdim olunub

Müqəddəs Ramazan ayının başlanması münasibətilə Dubay Əmirliyindəki “Fairmont Du...

Samsun şəhərində nümayiş etdirilən 1919 metr uzunluğundakı bayraq böyük marağa səbəb olub

20-05-2018-10-00 Hits:13 Xəbərlər

Samsun şəhərində nümayiş etdirilən 1919 metr uzunluğundakı bayraq böyük marağa səbəb olub

Türkiyədə 19 may – Atatürkü anma, gənclik və idman bayramı münasibətilə keçirilə...

“Qalatasaray” 21-ci dəfə Türkiyə çempionu olub

19-05-2018-22-21 Hits:19 Xəbərlər

“Qalatasaray” 21-ci dəfə Türkiyə çempionu olub

“Qalatasaray” komandası futbol üzrə Türkiyə Superliqasının sonuncu turunda səfər...

Gəncə 2019-cu il üçün Avropa İdman Şəhəri tituluna layiq görülüb

19-05-2018-21-40 Hits:12 Xəbərlər

Gəncə 2019-cu il üçün Avropa İdman Şəhəri tituluna layiq görülüb

Gəncə 2019-cu il üçün Avropa İdman Şəhəri tituluna layiq görülüb.

Dövlət İmtahan Mərkəzi Avropa İttifaqının Tvinninq aləti çərçivəsində layihəni uğurla reallaşdırır

19-05-2018-19-48 Hits:20 Xəbərlər

Dövlət İmtahan Mərkəzi Avropa İttifaqının Tvinninq aləti çərçivəsində layihəni uğurla reallaşdırır

Tvinninq Avropa İttifaqının (Aİ) institusional quruculuq aləti olaraq dövlət ida...

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə əlaqədar Küveytdə konsert olub

19-05-2018-19-36 Hits:20 Xəbərlər

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə əlaqədar Küveytdə konsert olub

Küveyt Dövlətinin Əbdülhüseyn Əbdülrıda Teatrında Azərbaycan Xalq Cümhuriyyətini...

Naxçıvanda III “Göycə” Festivalı keçirilir

19-05-2018-19-17 Hits:56 Xəbərlər

Naxçıvanda III “Göycə” Festivalı keçirilir

Bu gün “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi növbəti- III “Göycə”  festi...

Fransalı alimlər Adolf Hitlerin ölüm tarixini təsdiqləyiblər

19-05-2018-18-19 Hits:50 Xəbərlər

Fransalı alimlər Adolf Hitlerin ölüm tarixini təsdiqləyiblər

Fransalı alimlər 1946-cı ildən bəri ilk dəfə Adolf Hitlerin dişlərinin fraqmentl...

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Qızıl Avropa Liqasında ilk oyununa çıxıb

19-05-2018-18-05 Hits:27 Xəbərlər

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Qızıl Avropa Liqasında ilk oyununa çıxıb

Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası mayın 19-da Qızıl Avrop...

Məşhur alimdən Ramazanla bağlı 7 MÜHÜM TÖVSİYƏ

19-05-2018-17-55 Hits:46 Xəbərlər

Məşhur alimdən Ramazanla bağlı 7 MÜHÜM TÖVSİYƏ

Professor Canan Karatay Ramazan ayında oruc tutan şəxslər üçün 7 mühüm tövsiyə i...

DÇ-2018: Rusiyaya uçuşlar məhdudlaşdırılır

19-05-2018-17-19 Hits:27 Xəbərlər

DÇ-2018: Rusiyaya uçuşlar məhdudlaşdırılır

Rusiyada dünya çempionatı ilə bağlı uçuşlar məhdudlaşdırılır.

“Samsung Galaxy Note 9” smartfonu iyulda təqdim oluna bilər

19-05-2018-17-06 Hits:30 Xəbərlər

“Samsung Galaxy Note 9” smartfonu iyulda təqdim oluna bilər

“Samsung” şirkəti qabaqcıl “Galaxy Note 9” smartfonunu iyulun sonunda təqdim edə...

UEFA Çempionlar Liqasının final oyunları tarixində ilk dəfə olaraq böyük ekranda ictimai efirə icazə verilib

19-05-2018-17-05 Hits:39 Xəbərlər

UEFA Çempionlar Liqasının final oyunları tarixində ilk dəfə olaraq böyük ekranda ictimai efirə icazə verilib

UEFA Çempionlar Liqasının final oyunları tarixində ilk dəfə olaraq, mayın 26-da ...

İsveçrə səfiri: Naxçıvan iqtisadiyyat, təhsil, energetika və digər sahələrdə böyük irəliləyiş əldə edib

19-05-2018-16-34 Hits:43 Xəbərlər

İsveçrə səfiri: Naxçıvan iqtisadiyyat, təhsil, energetika və digər sahələrdə böyük irəliləyiş əldə edib

Naxçıvan Muxtar Respublikasının çox gözəl təbiəti, gülərüz və qonaqpərvər insanl...

Naxçıvanda arıçılıqla bağlı beynəlxalq konfrans keçirilib

19-05-2018-16-22 Hits:35 Xəbərlər

Naxçıvanda arıçılıqla bağlı beynəlxalq konfrans keçirilib

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Universitetində IV Naxçıvan Beynəlxalq ...

Prezident İlham Əliyev kamerunlu həmkarını təbrik edib

19-05-2018-15-42 Hits:38 Xəbərlər

Prezident İlham Əliyev kamerunlu həmkarını təbrik edib

Prezident İlham Əliyev Kamerun Prezidenti Pol Biyaya təbrik məktubu göndərib.

Velosiped üzrə muxtar respublika birinciliyi keçirilib

19-05-2018-15-17 Hits:33 Xəbərlər

Velosiped üzrə muxtar respublika birinciliyi keçirilib

Naxçıvan MR  Gənclər və İdman , Təhsil Nazirliklərinin, Hava və Ekstremal İdman ...

Oruc tutmağın heyrətamiz faydaları

19-05-2018-14-59 Hits:45 Xəbərlər

Oruc tutmağın heyrətamiz faydaları

Milyonlarla müsəlmanın aclıq və nəfslə imtahan olunduğu müqəddəs Ramazan ayı baş...