Nehrəm kəndi yeni inkişaf dövrünü yaşayır Reportaj        

Sakinlər minnətdarlıq edirlər - Fotolar

Şəkərabad-Babək qəsəbə- Nehrəm - Arazkənd dairəvi avtomobil yolunun ikinci hissəsi və Nehrəm kəndində yeni məscidin istifadəyə verilməsi kənd sakinləri tərəfindən böyük razılıq hissi ilə qarşılanıb.

Naxcivantv.az  xəbər verir ki, noyabrın 11-də istifadəyə verilən avtomobil yolu 31 min nəfərdən çox əhalinin yaşadığı 7 yaşayış məntəqəsini əhatə edir. Uzunluğu 9,6 kilometr olan yolun yatağı genişləndirilib və yeni asfalt örtük çəkilib. Yolun istifadəyə verilməsi  sakinlərin Naxçıvan şəhərinə, qonşu kəndlərə, o cümlədən əhalinin pay torpaqlarına gediş -gəlişini xeyli asanlaşdırıb.

Sosial-iqtisadi inkişaf üzrə Dövlət Proqramlarının  muxtar respublikada uğurlu icrasının davam olaraq 16 minə yaxın əhalinin yaşadığı Nehrəm kəndində elmin, təhsilin inkişafı ilə yanaşı, dini-mənəvi dəyərlər də qorunub saxlanır. Bunun davamı olaraq, kənddə yeni məsçid tikilib. Rayonun axundu Səməd Əhmədov qeyd etdi ki, yeni məscidin istifadəyə verilməsini dindarlar və kənd sakinləri  böyük sevinclə qarşılayıblar.                            

Sahəsi 830 kvadratmetr olan məscid zal və minarədən ibarətdir. 570 nəfər eyni vaxtda ibadət edə biləcəyi zalda qadın və kişilərin ayrı-ayrılıqda ibadət etməsi üçün  bütün şərait yaradılıb. Məscidin daxili milli və dini ornamentlərlə, naxışlarla bəzədilib, divarlara Qurani-Kərimdən ayələr həkk olunub. Kənddəki tarixi İmamzadə kompleksində də bu yaxınlarda təmir-bərpa işlərinin aparılması planlaşdırılır.

Kənd sakinləri Nadir Quliyev, Vəli İbrahimov və Akif Hacıyevin sözlərinə görə son illər kənddə aparılan geniş abadlıq-quruculuq işləri sakinlər tərəfindən də yüksək qiymətləndilir.  Yeni inkişaf dövrünü yaşayan kənddə 3 yeni məktəb binası istifadəyə verilib, xəstəxana binası, kənd mərkəzi, uşaq musiqi məktəbi, ticarət mərkəzi yenidən qurulub. Bütün bunlar insanların rahat yaşayışını təmin edib.

Muxtar respublikanın keyfiyyətli ərzaq məhsulu ilə təminatında Nehrəm zəhmətkeşlərinin böyük payı var. Kənddə irili-xırdalı 20-yə yaxın istixana da fəaliyyət göstərir. Onlardan ən böyüyü isə "Nehrəm Aqro" adı ilə fəaliyyət göstərən istixana təsərrüfatıdır. Sahibkar Emin Nağıyev burada əsasən Zirə sortu pomidor yetişdirir. Sahibkar 5 sot sahədə yeni istixana kompleksi yaradaraq xiyar və digər kənd təsərrüfatı məhsulları əkməyi də qarşısına məqsəd qoyub.

Torpaq mülkiyyətçisi Asəf Məmmədov vurğuladı ki, 2015-ci ildə Vayxır  sol sahil suvarma və drenaj şəbəkəsinin istifadəyə verilməsi suvarma suyuna olan tələbatı xeyli yaxşılaşdırıb. Bu da gələcəyin bol məhsulu üçün zəmin yaradır.                                                   

Nehrəmdə fəaliyyət göstərən “Xalaoğlu” Məhdud Məsuliyyətli Cəmiyyəti isə 8 çeşiddə ağartı məhsulları istehsal edir. Cəmiyyət öz sahəsini genişləndirərək ətlik toyuq istehsalına da başlayıb. Cəmiyyətdən verilən məlumata görə yeni məhsullar yaxın günlərdə Naxçıvan bazarlarına çıxarılacaq.  

Kəndin torpaq mülkiyyətçiləri ənənəvi üzümçülük sahəsinin inkişafına da öz töhfəsini verməyə çalışır. Sahibkar Ənvər Əliyev indiyə kimi heç bir bitkinin bitmədiyi bir sahədə - 80 hektarlıq geniş bir ərazidə üzüm bağı salıb. Damcı üsulu ilə suvarılan bağa 7 kilometr ərazidən borularla su xətti çəkilib.  Burada  su ehtiyatı yaratmaq üçün biri açıq, digəri isə qapalı olmaqla iki hovuz da yaradılıb, müasir kənd təsərrüfatı texnikaları, o cümlədən 2 yeni traktor alınıb.

Nehrəm kənd xəstəxanası da son illərin quruculuq ərmağanlarındandır. Xəstəxananın baş həkimi, əməkdar həkim Hüseyn Niftəliyev qeyd etdi ki, müasir avadanlıqlarla təchiz olunan xəstəxanaya təkcə Nehrəmdən yox, muxtar respublikanın bütün bölgələrindən müraciətlər olur, müayinə və müalicələr aparılır.

Bir sözlə, qədim Nehrəm hazırda öz inkişafının yeni dövrünü yaşayır. Bu inkişafın əsası ümummilli lider Heydər Əliyevin sosial-iqtisadi inkişaf strategiyasından başlanır. Hələ ötən əsrin 90-cı illərində ulu öndərə böyük sədaqət göstərilmiş, Heydər Əliyev 1990-cı il 30 sentyabr seçkilərində Nehrəm seçki dairəsindən Azərbaycan Parlamentinə deputat seçilmişdir.

 Naxçıvan Muxtar Respublikasında həyata keçirilən quruculuq proseslərindən böyük pay alan Nehrəm kəndi tarixindən gələn qiymətli ənənələrinə olan bağlılığı fonunda gün keçdikcə daha da müasirləşir və inkişaf edir. 

                              

  

 

Novruz Məmmədov

Nigar Məmmədli

NTV xəbər   

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Ailə təsərrüfatlarında müasir texnikalara maraq artıb

22-03-2019-21-44 Xəbərlər

Ailə təsərrüfatlarında müasir texnikalara maraq artıb

NUHÇIXAN xəbər verir ki,  “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətində muxtar...

Naxçıvan şəhərində Bayram yarmarkası davam edir

22-03-2019-21-00 Xəbərlər

Naxçıvan şəhərində Bayram yarmarkası davam edir

NUHÇIXAN  xəbər verir ki, Naxçıvan şəhərinin Xətai küçəsindəki yarmarkada şəhər ...

Şahbuzun kəndlərində Novruz şənliyi keçirilib

22-03-2019-19-34 Xəbərlər

Şahbuzun kəndlərində Novruz şənliyi keçirilib

NUHÇIXAN xəbər verir ki, Şahbuz rayonunun Kolanı, Ağbulaq və Keçili kəndlərində ...

Naxçıvanda sabaha olan hava proqnozu

22-03-2019-18-55 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında martın 23-nə gözlənilən hava proqnozu açıqlanıb....

Gənclər “Novruz qatarı” ilə səfərə çıxıblar - VİDEO

22-03-2019-18-10 Xəbərlər

Gənclər “Novruz qatarı” ilə səfərə çıxıblar - VİDEO

Novruz bayramı münasibətilə Ordubad rayonunda təşkil olunan bayram tədbirlərinə ...

Naxçıvan idmançıları yarışdan qələbə ilə qayıdıblar

22-03-2019-17-36 Xəbərlər

Naxçıvan idmançıları yarışdan qələbə ilə qayıdıblar

NUHÇIXAN xəbər verir ki, Naxçıvan idmançıları Kempo üzrə açıq Bakı şəhər turniri...

Bayram günlərində Naxçıvan şəhəri təmizliyi ilə seçilir

22-03-2019-16-47 Xəbərlər

Bayram günlərində Naxçıvan şəhəri təmizliyi ilə seçilir

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Şəhər Sanitar-Təmizlik İdarəsinin kollektivi b...

“Naxçıvanpoçt” bayram günlərində də fəaliyyət göstərir

22-03-2019-14-58 Xəbərlər

“Naxçıvanpoçt” bayram günlərində də fəaliyyət göstərir

NUHÇIXAN xəbər verir ki, “Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti bayram və ...

Lider tv ilə Naxçıvan Televiziyasının əməkdaşlığı başlayıb - VİDEO

21-03-2019-18-42 Xəbərlər

Lider tv ilə Naxçıvan Televiziyasının əməkdaşlığı başlayıb - VİDEO

Artıq bir neçə gündür ki, Naxçıvan televiziyasında hazırlanan filmlər və veriliş...

"Saat Meydanı" Kompleksi sakinlərin və turistlərin rahatlığına hesablanıb - FOTOLAR

21-03-2019-17-28 Rəsmi

"Saat Meydanı" Kompleksi sakinlərin və turistlərin rahatlığına hesablanıb - FOTOLAR

Əhalinin rahatlığının təmin olunmasında və turizm infrastrukturunun inkişafında ...

Naxçıvanda yeni məscid inşa olunur - FOTOLAR

21-03-2019-16-20 Rəsmi

Naxçıvanda yeni məscid inşa olunur - FOTOLAR

Bu gün Naxçıvan Muxtar Respublikasında iqtisadi və mədəni inkişafla yanaşı, di...

Naxçıvanda sabaha olan hava proqnozu

21-03-2019-15-50 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında martın 22-nə gözlənilən hava proqnozu açıqlanıb....

Naxçıvanın Novruz ənənəsi CBC Televiziyasında - VİDEO

20-03-2019-20-42 Xəbərlər

Naxçıvanın Novruz ənənəsi CBC Televiziyasında - VİDEO

Azərbaycanın tanınmış CBC Televiziyası rus dilində "Eto Azerbaydjan"  (Bu Azərba...

Naxçıvanda rəngarəng bayram günləri yaşanır - VİDEO

20-03-2019-20-10 Xəbərlər

Naxçıvanda rəngarəng bayram günləri yaşanır - VİDEO

Naxçıvanda bayram tədbiri davam edir.

Pirotexniki vasitələr məhv edilib - FOTOLAR

20-03-2019-18-50 Xəbərlər

Pirotexniki vasitələr məhv edilib - FOTOLAR

Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən NUHÇI...

Əcnəbi tələbələr: Novruz bayramı Naxçıvanda daha möhtəşəm keçirilir

20-03-2019-18-16 Xəbərlər

Əcnəbi tələbələr: Novruz bayramı Naxçıvanda daha möhtəşəm keçirilir

NUHÇIXAN xəbər verir ki, Naxçıvanqalada keçirilən Novruz şənliklərində muxtar re...

Şahbuz kənddə yeni badam bağı salınıb

20-03-2019-17-42 Xəbərlər

Şahbuz kənddə yeni badam bağı salınıb

NUHÇIXAN xəbər verir ki, Şahbuz rayonunun Şahbuzkənd sakini Rəfiqə Məmiyeva öz a...

Ötən günün mənzərəsi - VİDEO

20-03-2019-11-14 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Novruz bayramı muxtar respublikamızda yüksək əhval-ruhiyyə ilə qeyd edilib

20-03-2019-10-30 Xəbərlər

Novruz bayramı muxtar respublikamızda yüksək əhval-ruhiyyə ilə qeyd edilib

Novruz bayramı muxtar respublikamızda yüksək əhval-ruhiyyə ilə qeyd edilib.

Bayram yarmarkası davam edir

19-03-2019-21-00 Xəbərlər

Bayram yarmarkası davam edir

NUHÇIXAN xəbər verir ki, Naxçıvan şəhərinin Xətai küçəsindəki mərkəzi bazarda  m...

“Ölkəmizi tanıyaq” tur-aksiyasının birici mərhələsi başa çatıb

19-03-2019-20-02 Xəbərlər

“Ölkəmizi tanıyaq” tur-aksiyasının birici mərhələsi başa çatıb

NUHÇIXAN xəbər verir ki, “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində şagirdlər ...

Gömrük əməkdaşları üçün növbəti kurs təşkil edilib

19-03-2019-19-23 Xəbərlər

Gömrük əməkdaşları üçün növbəti kurs təşkil edilib

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında əhalinin keyfiyyətli id...

Naxçıvanda Novruz bayramı münasibətilə ümumxalq şənliyi keçirilib - FOTOLAR

19-03-2019-19-03 Rəsmi

Naxçıvanda Novruz bayramı münasibətilə ümumxalq şənliyi keçirilib - FOTOLAR

Ölkə Prezidenti cənab İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqın...

Novruza həsr edilən sərg

19-03-2019-18-56 Xəbərlər

Novruza həsr edilən sərg

NUHÇIXAN xəbər verir ki, “Novruz gəldi, yaz gəldi” adlı rəsm sərgisi açılıb. Açı...

Kəngərli rayonunun yaranmasından 15 il ötür - VİDEO

19-03-2019-17-00 Xəbərlər

Kəngərli rayonunun yaranmasından 15 il ötür - VİDEO

Kəngərli rayonu Azərbaycan Respublikası Prezidentinin qərarı ilə 19 mart 2004-cü...

Naxçıvan Musiqi Kollecinin tələbəsi Qran Pri mükafatına layiq görülüb

19-03-2019-15-44 Xəbərlər

Naxçıvan Musiqi Kollecinin tələbəsi Qran Pri mükafatına layiq görülüb

NUHÇIXAN xəbər verir ki, Bakı şəhərində R. Behbudov adına Dövlət Mahnı Teatrında...

Naxçıvanda bir qrup məhkum azad edildi - FOTOLAR

19-03-2019-15-23 Xəbərlər

Naxçıvanda bir qrup məhkum azad edildi - FOTOLAR

NUHÇIXAN xəbər verir ki, özlərinin və ailə üzvlərinin Naxçıvan Muxtar Respublika...

Ali təhsil ocağında Novruz bayramı qeyd edilib

19-03-2019-11-29 Xəbərlər

Ali təhsil ocağında Novruz bayramı qeyd edilib

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Müəllimlər İnstitutunda  “Milli bayramımız – N...

Naxçıvan şəhərindəki "Naxçıvanqala" Tarix-Memarlıq Muzey Kompleksində Novruz şənlikləri keçirilir - YENİLƏNİB-2 - FOTOLAR

19-03-2019-11-10 Xəbərlər

Naxçıvan şəhərindəki  "Naxçıvanqala" Tarix-Memarlıq Muzey Kompleksində Novruz şənlikləri keçirilir - YENİLƏNİB-2 - FOTOLAR

Martın 19-da Naxçıvan şəhərindəki "Naxçıvanqala" Tarix-Memarlıq Muzey Kompleksin...

“Naxçıvan” Universitetində Novruz şənliyi keçirilib

19-03-2019-10-31 Xəbərlər

“Naxçıvan” Universitetində Novruz şənliyi keçirilib

NUHÇIXAN xəbər verir ki, “Naxçıvan” Universitetində  Novruz şənliyi keçirilib. T...