Ordubadın incisi: Qeysəriyyə tarixi abidəsi

Ölkəmiz müstəqillik qazandıqdan sonra sürətlə inkişaf edən sahələrdən biri də turizmdir. Son dövrlərdə ölkəmizin nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi etməsi turistlərin axınını daha da sürətləndirib.
Bu baxımdan 2017-ci ildə İslam Həmrəylik Oyunlarının keçirilməsi mühüm idman tədbiri olmaqla yanaşı, turizmin inkişafına öz töhfəsini verəcəkdir.Azərbaycanın ayrılmaz parçası olan Naxçıvan Muxtar Respublikasında da turizm prioritet sahələrdən sayılır və bölgədə turizmin müxtəlif növlərinin inkişafı istiqamətində ötən dövr ərzində bir sıra işlər görülüb. Mədəni-tarixi, səhiyyə, işgüzar, dini, kənd turizm sahələrinin inkişaf etdirilməsi turistlərin cəlb olunmasına öz təsirini göstərib. Bu səbəbdən təkcə ötən il muxtar respublikaya səfər edən turistlərin sayı 403 mini ötüb. Onları muxtar respublikaya cəlb edən bölgənin təhlükəsizliyi, abadlığı, müasir infrastruktura, zəngin tarixə, unikal sağlamlıq və dini ocaqlara malik olmasıdır.
Hələ XII əsrdə qadının şərəfinə ucaldılan və Naxçıvanın simvoluna çevrilən Mömünə Xatın türbəsi, XIV əsrin yadigarı Qarabağlar Türbə kompleksi, yenilməzlik rəmzi “Əlincəqala” tarixi abidəsi, hürufilik təliminin banisi Fəzlullah Nəiminin dəfn olunduğu Xanəgah Abidələr Kompleksi dünya memarlığının nadir inciləri sıyahısındadır. Ümumilikdə, muxtar respublikada qeydiyyata alınmış 1200-dən çox tarixi abidənin 57-si dünya əhəmiyyətlidir. Hər abidə özündə tarixi yaşadır. XVII əsrdən soraq verən abidələrdən biri də Qeysəriyyə tarixi abidəsidir. “Qeysəriyyə” sözünün mənası keçmiş zamanlarda şahlara məxsus daş-qaş, ləl-cəvahirat satılması məqsədilə tikilmiş örtülü Şərq bazarı deməkdir. Belə tikililərə dünyanın 3 yerində - Səmərqənd, Təbriz və Ordubad şəhərində rast gəlmək olur. Bu da onu göstərir ki, orta əsrlərdə Ordubadda ticarət və sənətkarlıq geniş inkişaf edib, dünyanın dörd bir yanından tacirlər, səyyahlar bura səyahət ediblər. Təsadüfi deyil ki, ötən əsrin məşhur səyyahlarından olan Hacı Zeynəlabdin Şirvani “Bustanus-səyahət” kitabında “Ordubad ürəkaçan gözəl bir şəhərdir. Ora adama fərəh verən yerdir. Onun möhkəm qalaları bol suyu və çoxlu bağları var”, - deyə Ordubadı vəsf edib.
Qeyri-adi quruluşa malik olan Qeysəriyyə binasından sonrakı dövrlərdə müxtəlif məqsədlərlə istifadə edilib. “Zorxana” kimi fəaliyyəti dövründə İrandan, Türkiyədən, Həmədandan və başqa yerlərdən gələn pəhləvanlar burada öz güclərini sınayıblar. Kim qalib gəlirdisə, hücrələrdə əyləşən xandan mükafat kimi bir kisə qızıl alırmış. XIX əsrin ortalarına yaxın Ordubadda yaradılmış “Əncüməni-şüəra” ədəbi məclisinin üzvləri bu binaya yığışıb öz yazdıqları əsərləri oxuyar, ədəbi müzakirələr apararmışlar. XX əsrdə abidə bir müddət ipək sarıyan sex kimi fəaliyyət göstərmiş, 1978-ci ildə ordubadlı memar Zakir Babayev tərəfindən bərpa edilmişdir.
1990-cı ildən etibarən Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyi bu binada fəaliyyət göstərir. 14 yanvar 2011-ci il tarixdə Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyinin yerləşdiyi Qeysəriyyə tarixi abidəsinin bərpa işlərindən sonra açılışı olub. Açılış tədbirində iştirak edən Ali Məclisin Sədri Vasif Talıbov deyib: “Azərbaycanın incisi olan Ordubadda tarixi abidələr bərpa olunur, onların gələcək nəsillərə çatdırılması təmin edilir. Hər bir yerin tarixi yalnız kitablarda deyil, onun torpağında, tikililərində, abidələrində yaşayır. Tarixini, Vətənini sevən insanlar abidələri qoruyub gələcək nəsillərə ötürməlidir. Hər birimiz tariximizlə qürur hissi keçirməli, bütün dünyaya göstərməliyik ki, ulu babalarımız, əcdadlarımız belə zəngin tarixə malik olublar”.
Ordubad Tarix-Diyarşünaslıq Muzeyinin bu binada fəaliyyət göstərməsi abidənin əhəmiyyətini daha da artırıb. Bu gün muzeyə gələn ziyarətçilər burada nümayiş etdirilən eksponatlar vasitəsilə Ordubadın tarixi, mədəniyyəti, ədəbiyyatı, əhalinin məşğuliyyəti, bu torpağın yetişdirdiyi görkəmli şəxsiyyətlər barədə ətraflı məlumat öyrənir, həmçinin Qeysəriyyə tarixi abidəsi ilə tanış olurlar.
Böyük günbəzdən və ona bitişik 16 kiçik günbəzdən ibarət olan bu bina gözəl memarlıq üslubunda tikilib. Hündürlüyü 8,5 metr olan abidə bişmiş kərpicdən inşa olunub.
Tarixi tiklinin pəncərələri şəbəkə üsulu ilə işlənib. Ordubadda əksər tarixi tikililər, o cümlədən məscidlərin pəncərələrində şəbəkə sənətinə rast gəlirik. Bu da şəbəkə sənətinin Ordubadda tarixən inkişafından xəbər verir. Ordubadda keçmiş dövrlərdən mövcud olmuş sənətkarlıq sahələrinə, o cümlədən ipəkçiliyə dair eksponatlar muzeydə sərgilənir. Qədim dövrlərdən başlayaraq müasir günümüzədək rayonun tarixini özündə ehtiva edən ekponatlar aid olduğu guşələrdə yerləşdirilib. 150 eksponatla fəaliyyətə başlayan muzeydə hazırda 4000-dən artıq eksponat qorunub saxlanılır. 2016-cı ildə muzeyə XIV-XV əsrə aid silahlar, mis qablar, tarixi ədəbiyyatlardan ibarət 30-dan artıq yeni eksponat daxil olub. 
Muzeydə açıq dərslərin keçirilməsi də ənənə halını alıb. Belə dərslərin keçirilməsi məktəblilərin rayonun tarixi haqqında bilgilərini daha da artırır. Həm muzey kimi, həm də tarixi abidə kimi bu gün turistlər Qeysəriyyə binasına böyük maraq göstərirlər. Ötən il muzeyi 3000-dən çox turist ziyarət edib.
Daş-qaş, ləl-cəvahirat satılması məqsədilə tikilmiş örtülü Şərq bazarı rolunu oynayan Qeysəriyyə yenə də ləl-cəvahirdən xali deyil. Rayonun tarixini özündə ehtiva edən, tarixin dərin qatlarından, milli dəyərlərimizdən, bu torpağın yetişdirdiyi Məmməd Səid Ordubadi, Yusif Məmmədəliyev, Məhəmmədtağı Sidqi kimi görkəmli şəxsiyyətlərdən soraq verən hər bir eksponat bu günümüz üçün sözün əsl mənasında ləl-cəvahirdir.
Zəngin tariximizi və bu tarixi özündə yaşadan abidələrimizi təbliğ edək ki, turizmin inkişafına bizim də töhfəmiz olsun.


Ruhiyyə Rəsulova

Naxçıvan Televiziyasının baş redaktoru

"Palitra" qəzeti

13.02.2017

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Bir payız günündə Payız kəndində

16-12-2018-19-50 Xəbərlər

Bir payız günündə Payız kəndində

Üç ay ellərimizə qonaq olan payız  fəsli də artıq yerini yavaş-yavaş qışa vermək...

Ordubadın nadir inciləri

16-12-2018-19-16 Xəbərlər

Ordubadın nadir inciləri

Ordubad rayonu özünün zəngin tarixi abidələri ilə həmişə diqqəti çəkib.

Naxçıvanda sabaha olan hava proqnozu

16-12-2018-15-47 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında dekabrın 17-nə gözlənilən hava proqnozu açıqlanı...

Həkim ambulatoriyasında nümunəvi tibbi xidmət göstərilir

16-12-2018-15-14 Xəbərlər

Həkim ambulatoriyasında nümunəvi tibbi xidmət göstərilir

Culfa rayonunda həyata keçirilən ardıcıl sosial-iqtisadi inkişafın və quruculuq ...

Ordubadın müasirləşən kəndi- Tivi

16-12-2018-14-46 Xəbərlər

Ordubadın müasirləşən kəndi- Tivi

Qədimliklə müasirliyin vəhdət təşkil etdiyi Ordubad rayonunda Tivi kəndinin özün...

Daylaqlı kəndi xoş günlərini yaşayır

16-12-2018-14-15 Xəbərlər

Daylaqlı kəndi xoş günlərini yaşayır

Ulu dağların  ətəyinə sığınan kəndlərimizin  bugünkü mənzərəsinə baxdıqca onları...

Konfrans iştirakçıları Naxçıvanla tanış olublar

16-12-2018-13-46 Xəbərlər

Konfrans iştirakçıları  Naxçıvanla tanış olublar

NUHÇIXAN xəbər verir ki, “Naxçıvan” Universitetində keçirilən “Türk-islam əxlaq ...

Yeni tikilən təmizləyici qurğunun ətrafına tinglər əkildi

16-12-2018-12-59 Xəbərlər

Yeni tikilən təmizləyici qurğunun ətrafına tinglər əkildi

Payızda da yazda olduğu kimi ting əkilir, bağlar salınır, yaşıllıq zolaqlarının ...

2018-ci il-uğurların təntənəsi

16-12-2018-12-31 Xəbərlər

2018-ci il-uğurların təntənəsi

2018-ci ili  Naxçıvanın uğur ili adlandırsaq,- heç də yanılmarıq.  23 ildir ki, ...

Yaratdıqca ucalır

16-12-2018-11-32 Xəbərlər

Yaratdıqca ucalır

Düz 23 il bundan əvvəl- 1995-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası A...

Naxışların ömür yoluna saldığı izlər

16-12-2018-10-27 Xəbərlər

Naxışların ömür yoluna saldığı izlər

Böyük inkişaf yolu keçib, özünün ən yüksək zirvəsinə çatan qədim sənət sahələrin...

İcbari tibbi sığortanın tətbiqinə hazırlıq davam edir

16-12-2018-09-30 Xəbərlər

İcbari tibbi sığortanın tətbiqinə hazırlıq davam edir

İcbari tibbi sığorta həmrəylik prinsiplərinə əsaslanan sosial layihədir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri İSESKO-nun Baş direktorunun və TÜRKSOY-un Baş katibinin müavinləri ilə görüşüb

15-12-2018-19-20 Rəsmi

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri İSESKO-nun Baş direktorunun və TÜRKSOY-un Baş katibinin müavinləri ilə görüşüb

Dekabrın 15-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov İ...

“Naxçıvan” Univesitetində Beynəlxalq konfrans olub

15-12-2018-17-03 Xəbərlər

“Naxçıvan” Univesitetində Beynəlxalq konfrans olub

NUHÇIXAN xəbər verir ki, “Naxçıvan” Univesitetində “Türk-İslam əxlaq fəlsəfəsini...

Amina Əl-Həcri: “Naxçıvan İslam Dünyasına yeni irs və mədəniyyət bəxş etdi”

15-12-2018-16-42 Xəbərlər

Amina Əl-Həcri: “Naxçıvan İslam Dünyasına yeni irs və mədəniyyət bəxş etdi”

NUHÇIXAN xəbər verir ki, bu gün Naxçıvanda “Naxçıvan İslam Mədəniyyətinin Paytax...

Naxçıvanda sabaha olan hava proqnozu

15-12-2018-14-00 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında dekabrın 16-na gözlənilən hava proqnozu açıqlanı...

Ötən günün mənzərəsi - VİDEO

15-12-2018-12-56 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Ağbulaqda ekoloji tədbirlər həyata keçirilir

15-12-2018-12-38 Xəbərlər

Ağbulaqda ekoloji tədbirlər həyata keçirilir

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat x...

Qış aylarında nəqliyyat vasitələrinin hərəkətinin təmin olunması diqqətdə saxlanılmalıdır

15-12-2018-09-22 Xəbərlər

Qış aylarında nəqliyyat vasitələrinin hərəkətinin təmin olunması diqqətdə saxlanılmalıdır

Hər kəsə məlumdur ki, nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin olunm...

Muxtar respublikada operativ vergi nəzarəti tədbirləri davam etdirilir

15-12-2018-09-00 Xəbərlər

Muxtar respublikada operativ vergi nəzarəti tədbirləri davam etdirilir

Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-...

Rayonlarda torpaqların təyinatı üzrə müzakirələr aparılıb

14-12-2018-23-22 Xəbərlər

Rayonlarda torpaqların təyinatı üzrə müzakirələr aparılıb

NUHÇIXAN xəbər verir ki, Şərur, Kəngərli və Culfa rayonlarında torpaqların təyin...

Şərurda texniki servis mərkəzi yaradılıb

14-12-2018-22-27 Xəbərlər

Şərurda texniki servis mərkəzi yaradılıb

NUHÇIXAN xəbər verir ki, “Naxçıvan Avtomobil Zavodu” Məhdud Məsuliyyətli Cəmiyyə...

Naxçıvan Müəllimlər İnstitutunda elmi-praktik konfrans olub

14-12-2018-20-00 Xəbərlər

Naxçıvan Müəllimlər İnstitutunda elmi-praktik konfrans olub

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Müəllimlər İnstitutunda “Ümummilli lider Heydə...

Kəngərlidə elmi-praktik konfrans olub

14-12-2018-19-10 Xəbərlər

Kəngərlidə elmi-praktik konfrans olub

NUHÇIXAN xəbər verir ki, Kəngərli rayonunun Çalxanqala kəndində “Ümummilli lider...

Prezident Naxçıvanın Fövqəladə Hallar Nazirliyinin işçilərini təltif etdi - SƏRƏNCAM

14-12-2018-18-26 Xəbərlər

Prezident Naxçıvanın Fövqəladə Hallar Nazirliyinin işçilərini təltif etdi - SƏRƏNCAM

Prezident İlham Əliyev dekabrın 14-də Azərbaycan Respublikası Fövqəladə Hallar N...

Muxtar respublikada torpaqlardan istifadə və onların mühafizəsinə dair monitorinqlər aparılır

14-12-2018-16-03 Xəbərlər

Muxtar respublikada torpaqlardan istifadə və onların mühafizəsinə dair monitorinqlər aparılır

Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq  Məsələləri üzrə Dövlət Ko...

Tələbələr Araz Elm və İstehsalat Birliyində olublar

14-12-2018-15-48 Xəbərlər

Tələbələr Araz Elm və İstehsalat Birliyində olublar

Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bö...

Məşhur CNN kanalı internet səhifəsində Əlincəqala ilə bağlı məlumat verib

14-12-2018-15-30 Xəbərlər

Məşhur CNN kanalı internet səhifəsində Əlincəqala ilə bağlı məlumat verib

Naxçıvanın tarixi və coğrafi abidələri son illər dünya səviyyəli kütləvi informa...

Elmi praktik konfrans keçirilib

14-12-2018-15-11 Xəbərlər

Elmi praktik konfrans keçirilib

NUHÇIXAN xəbər verir ki, “Naxçıvan” Univeristetində İdarəetmə fakültəsinin təşki...

Ordubadda aqrar sahədə görüləcək işlər müzakirə olunub

14-12-2018-14-49 Xəbərlər

Ordubadda aqrar sahədə görüləcək işlər müzakirə olunub

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən N...