İşğalçı ordunun döyüş qabiliyyətini və hərbi arsenalını iflas həddində qiymətləndirən erməni ictimaiyyəti muzdlu əsgərlərin öz zabitləri tərəfindən qətlə yetirilməsi xəbərləri ilə çalxalanır

İşğalçı ordunun döyüş qabiliyyətini və hərbi arsenalını iflas həddində qiymətləndirən erməni ictimaiyyəti muzdlu əsgərlərin öz zabitləri tərəfindən qətlə yetirilməsi xəbərləri ilə çalxalanır

Cəbhədə düşmənin hər təxribatı erməni əsgərlərinə getdikcə baha başa gəlir. Çünki hər diversiya düşmən tərəfinin daha böyük itki verməsinə səbəb olur, onun həm canlı, həm də texnika baxımından itkilərinin sayını artırır. Elə ötən iki ayda işğalçı ölkənin çoxlu sayda əsgəri həyatını itirib, Azərbaycanın nəzarətində olan zonalarda kəşfiyyat aparmaq üçün ermənilərin göndərdikləri pilotsuz uçan aparatlar, hərbi nəqliyyat vasitələri ordumuz tərəfindən aşkarlanaraq məhv edilib.

“Dünyanın heç bir yerində bu cür keyfiyyətsiz oyuncaq aparat yoxdur”

Ümumiyyətlə, pilotsuz uçan aparatlarla bağlı erməni tərəfinin atdığı addımlar hər dəfə iflasa uğrayır, çünki bu aparatlar vaxtında aşkarlanır və məhv edilir. Belə vəziyyət ermənilərin özlərinin də artıq təşvişə düşməsinə rəvac verir. Bunu sosial şəbəkələrdə ermənilər tərəfindən yazılan statuslardan da aydın görmək olar. Xüsusən də Azərbaycanla sərhəd bölgələrdə yaşayan sakinlər pilotsuz aparatlardan sözün əsl mənasında qorxuya düşüblər.
Naxçıvana yaxın Sisyan rayonunda Gevorq Tomasyan adlı erməni “twitter” hesabında yazır: “İnternet Azərbaycan əsgərlərinin bizim pilotsuz uçan aparatları vurduğuna dair xəbər və şəkillərlə doludur. Bəs görəsən, bu pilotsuz uçan aparatlar belə asan hədəfdirsə, nədən hələ də ondan istifadə olunur?” 
Tovuzla həmsərhəd olan Berd rayonundan olan Anahit Mkrtçyan adlı erməni də “Odnoklassniki” sosial şəbəkəsində bununla bağlı paylaşımlar edir. Onun fikrincə, pilotsuz uçan aparatlarla bağlı erməni ordusunda əsl faciə yaşanır: “Buna görədir ki, pilotsuz uçan aparatlarımız havaya qalxdıqdan az sonra azərbaycanlılar tərəfindən dərhal vurulur. Görəsən, nədən buna görə orduda heç kim məsuliyyətə cəlb olunmur? Görünür, ordunun, elə hakimiyyətin rəhbərliyi dəyişməyənə qədər vəziyyət elə bu şəkildə qalmaqda davam edəcək”. 
Azərbaycanla həmsərhəd olan İcevan, Noyamberyan rayon sakinləri arasında da eyni fikirlərə rast gəlmək mümkündür. Məsələn, İcevandan olan Aşot Beqlaryan “Facebook”da yazır: “Bu pilotsuz uçan aparatlar axırda bizim özümüzə problem yaradacaq. Onsuz da pilotsuz uçan aparatlarımızın az qala hamısı havaya qalxdıqdan sonra vurulur. Ondan istifadəni dayandırmaq daha məntiqi addım olardı. Amma bizimkilər nədənsə buna getmir və yəqin ki, pilotsuz uçan aparatlardan istifadə nə vaxtsa azərbaycanlıların səbrini daşıdaraq onların yeni hücumlarına gətirib çıxaracaq. Hər halda, ortada aprel təcrübəsi var”.
Vardenis rayonundan olan Xaçatur Qriqoryan da “Vkontakte” şəbəkəsində pilotsuz uçan aparatın fotosunu paylaşaraq onların keyfiyyətinin çox aşağı olmasından gileylənir: “Baxın, ay millət! Belə aparat olar? (gülüş işarəsi). Dünyanın heç bir yerində bu cür keyfiyyətsiz oyuncaq aparat yoxdur”.

“Sarkisyanın öz kabinetində pıçıltısına Azərbaycanda çox rahatlıqla qulaq asırlar”

Bu durumda onların narahatlığına səbəb olan başlıca amil pilotsuz uçan aparatlardan istifadənin Azərbaycanla toqquşma riskini artırmasıdır. Hesab edilir ki, məhz bu vəziyyət erməni tərəfinin pilotsuz uçan aparatlarla müqayisədə daha çox itki verməsi, digər döyüş texnikalarının da sıradan çıxarılması ilə nəticələnəcək.
Meğri rayonundan olan Artun Movsesyan adlı istifadəçi isə “Facebook”da daha çox bəyənmə toplayan şərhi ilə diqqət çəkib: “Doğurdan da gülməlidir. Bu aparatı görəsən Yerevanda hansı oyuncaq dükanından alırlar? Havaya qalxmağıyla, düşməyi bir olur. “Kitayski” təyyarə oyuncaqları bundan daha etibarlıdır”.
Digər tərəfdən, erməniləri qorxudan daha bir məqam hava məkanında Azərbaycanın kifayət qədər böyük üstünlüyə malik olmasıdır. “Facebook” sosial şəbəkəsinin Ruben Dallakyan adlı istifadəçisi yazır: “Azərbaycan tərəfi kosmosa iki peyk buraxıb və məlumatlara görə daha birisini də buraxacaq. Bizdə isə peyk haqqında heç düşünən də yoxdur. Çünki məmurları, hərbi rəhbərliyi daha çox cibləri maraqlandırır. Azərbaycan isə peyklərinin sayını artırır, bizi kosmosdan izləyir. Yəqin Sarkisyanın öz kabinetində pıçıltısına belə, Azərbaycanda çox rahatlıqla qulaq asırlar. Axı, kosmosdan onlar daha yaxşı istifadə edirlər”.

“Rusiya Azərbaycana müasir, bizə isə istifadə müddəti keçmiş, yaxud paslı silahlar satır”

Ermənilər təkcə peyk yox, digər sahələrdə, o cümlədən hərbi müstəvidə Azərbaycanın birmənalı üstünlüyə malik olduğunu açıq etiraf edirlər. Burada hesab olunur ki, silahlanma yarışında Ermənistan heç vaxt Azərbaycanla heç paritet belə yarada bilməyəcək. 
Erməni ekspert Edvard Smbatyan bununla bağlı maraqlı bir məqama diqqət çəkir: “Biz silahlarımızı yalnız Rusiyadan alırıq. Ruslar isə ya istifadə müddəti keçən, ya da anbarlarında qalan paslı silahları bizə ötürürlər. Özü də kreditlə. Ona görə də ordumuz hələ də köhnə silahlardan istifadə edir. Amma Azərbaycana elə Rusiyanın özü kifayət qədər müasir silahlar satır. Türkiyə, Pakistan, İsrail, Belarus, Ukrayna da böyük həvəslə Azərbaycanla silah sövdələşmələrinə gedirlər. Rəsmi Bakı hərbi məqsədlər üçün heç də bədxərclik etmir. Əksinə, neftin qiyməti aşağı düşsə belə, Azərbaycan Ermənistanın dövlət büdcəsindən də çox pulu silahlı qüvvələrinə ayırır, yeni texnikalar alır. Bu da istər-istəməz döyüş əməliyyatlarında öz nəticələrini göstərməlidir”.

İşğalçı ölkədə muzdlu əsgər tapmaq müşkülə çevrilib

Son dövrlərdə cəbhədə atəşkəs hallarının intensivləşməsi fonunda düşmən tərəfinin ciddi narahatlıq duyduğu əsas məsələlərdən biri isə muzdlu əsgərlərlə bağlı yaşanan durumdur. Xatırlatmaq yerinə düşərdi ki, ciddi demoqrafik problemlər yaşayan Ermənistanda orduya çağırışlarla əlaqədar da böyük çatışmazlıqlar qeydə alınır. Belə ki, ordunu artıq çağırışçılar hesabına şəxsi heyətlə təmin etmək müşkülə çevrilib. Hətta iş o yerə çatıb ki, orduya yararsız çağırışçılar belə hərbi xidmətə göndərilir. Ölkədə fəaliyyət göstərən Helsinki Vətəndaş Assambleyasının yerli komitəsi də dəfələrlə bəyan edib ki, hərbi komissarlıqlar xəstə və yararsız çağırışçıları zorla hərbi xidmətə göndərirlər. Amma bu da problemin həllində hansısa ciddi rol oynamır.
Yaranmış vəziyyətdə erməni tərəfinin əl atdığı üsullardan biri muzdlu əsgərlər hesabına şəxsi heyəti komplektləşdirməkdir. Düşmən tərəf müəyyən qədər muzdlu əsgəri ordusuna cəlb edə bilib və onların demək olar ki, hamısı işğal altındakı Azərbaycan ərazilərinə, cəbhə zonasına göndərilir. Amma sosial şəbəkələrdə ermənilərin özlərinin yaydıqları məlumatlardan belə bəlli olur ki, muzdlu əsgərlər də indi erməni ordusunda xidmətdən yayınmağa, bağladıqları müqavilələri vaxtından əvvəl birtərəfli qaydada pozmağa çalışırlar. 
Artaşes Poqosyan adlı erməni istifadəçisi “Vkontakte” sosial şəbəkəsində yazır: “Orduda vəziyyət o qədər dəhşətli həddə çatıb ki, hətta pul müqabilində belə, müqaviləli əsgər gətirmək çətinləşib. Çünki həmin əsgərlər maddi təminatın çox aşağı olmasından, pis qidalanmadan, köhnə silahlardan şikayət edirlər”. 
Yeqina Rubeynan adlı biri isə “Facebook”da hərb ilə bağlı paylaşılan statusa yazdığı şərhdə bildirir: “Eh, hamınız elə danışırsınız ki, guya heç nədən xəbəriniz yoxdur. Muzdlu əsgərlərin orduda xidmətdən imtina etməsinin əsas səbəbi məvaciblərini ala bilməməsidir. Qarabağda xidmət edən qonşum deyir ki, indi müqaviləli əsgərlər də şəraitdən narazıdırlar. Ağır şəraitdə xidmətlərini aparmaqlarına baxmayaraq, müqavilədə göstərilən pulları da neçə aylardır ala bilmirlər. Bu səbəbdən müqavilə ilə xidmət göstərən qonşum da xidmətdən canını qurtarmaq istəyir, amma buraxmırlar”.

Əsgərlərə maaş verməmək üçün qəsdən öldürürlər

Bu arada erməni mediasında yayılan digər maraqlı məsələ ondan ibarətdir ki, son dövrlərdə cəbhədə ordu itkilərinin sırasında muzdlu əsgərlərin sayı xeyli çoxalıb. İddialar səslənir ki, əslində, onların bəzilərinin qatili elə erməni zabitlərinin özləridir. Belə ki, həmin əsgərlərin yığılıb qalmış borclarını ödəməmək üçün ən yaxşı çıxış yolu kimi onlar zabitlər tərəfindən qətlə yetirilir və daha sonra bunun adı döyüş itkisi kimi qələmə verilir. Öldürülən muzdluların borca yığılan maaşları isə zabitlər tərəfindən mənimsənilir. 
Artıq belə vəziyyət müqavilə əsasında xidmət göstərən hərbçilər arasında ciddi narazılığa yol açır. Onlar zabitlərin münasibətindən sözün əsl mənasında cana doyaraq istənilən yolla xidmətdən yayınmağa can atır və hətta fərarilik belə edirlər. 
Yaranmış acınacaqlı vəziyyət erməni ordusunun onsuz da aşağı səviyyədə olan döyüş qabiliyyətini daha da zəiflədir. Ermənistan ordusunun dağılma həddinə çatması, ölkənin müdafiə qabiliyyətinin xeyli azalması, təhlükəsizlik sisteminin iflasa uğraması da elə bütün bunların nəticəsidir. 
Belə ordunun rəşadətli Azərbaycan əsgəri qarşısında tab gətirməsinin mümkünsüzlüyünü etiraf edən ermənilərin sayı indi sürətlə artır

Elçin Cəfərov
“Azərbaycan” qəzeti

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Naxçıvan Dövlət Universiteti Türkiyə universitetləri ilə əlaqələri genişləndirir

11-12-2018-12-09 Xəbərlər

Naxçıvan Dövlət Universiteti Türkiyə universitetləri ilə əlaqələri genişləndirir

NUHÇIXAN xəbər verir ki, Türkiyənin “İğdır” qəzetində  İğdır Universiteti ilə Na...

Sahibkarlarla görüş olub

10-12-2018-20-54 Xəbərlər

Sahibkarlarla görüş olub

NUHÇIXAN xəbər verir ki, “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətində lizinqə...

Ali təhsil ocağında elmi-praktik konfrans olub

10-12-2018-20-25 Xəbərlər

Ali təhsil ocağında elmi-praktik konfrans olub

Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bö...

“Heydər Əliyev ideyaları yaşayır və qalib gəlir” mövzusunda tədbir keçirilib

10-12-2018-19-34 Xəbərlər

“Heydər Əliyev ideyaları yaşayır və qalib gəlir” mövzusunda tədbir keçirilib

NUHÇIXAN xəbər verir ki, ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Heyd...

Naxçıvan Muxtar Respublikası Ali Məclisində müşavirə keçirilib

10-12-2018-19-13 Rəsmi

 Naxçıvan Muxtar Respublikası Ali Məclisində müşavirə keçirilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən NUHÇIXAN-a bildi...

AMEA Naxçıvan Bölməsində tədbir olub

10-12-2018-16-56 Xəbərlər

AMEA Naxçıvan Bölməsində tədbir olub

NUHÇIXAN xəbər verir ki, AMEA Naxçıvan Bölməsində ümummilli lider Heydər Əliyevi...

Tibb fakültəsinin binası yenidən qurulur

10-12-2018-16-34 Xəbərlər

Tibb fakültəsinin binası yenidən qurulur

NUHÇIXAN xəbər verir ki, bu ilin mart ayından etibarən Naxçıvan Dövlət Universit...

Ali təhsil ocağında ingilis dili ixtisasının 20 illiyi qeyd olunub

10-12-2018-15-54 Xəbərlər

Ali təhsil ocağında ingilis dili ixtisasının 20 illiyi qeyd olunub

Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bö...

Dövlət qulluqçuları növbəti dəfə Ağbulaq İstirahət Mərkəzində olublar

10-12-2018-15-38 Xəbərlər

Dövlət qulluqçuları növbəti dəfə Ağbulaq İstirahət Mərkəzində olublar

NUHÇIXAN xəbər verir ki, dövlət qulluqçuları və onların ailə üzvləri növbəti dəf...

“Latın dili və tibbi terminlərin əsasları” dərs vəsaitinin təqdimatı keçirilib

10-12-2018-15-20 Xəbərlər

“Latın dili və tibbi terminlərin əsasları” dərs vəsaitinin təqdimatı keçirilib

Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bö...

Naxçıvanda sabaha olan hava proqnozu

10-12-2018-14-47 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında dekabrın 11-nə gözlənilən hava proqnozu açıqlanı...

Naxçıvanın Bakıdakı daimi nümayəndəliyinin kollektivi ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib

10-12-2018-10-59 Xəbərlər

Naxçıvanın Bakıdakı daimi nümayəndəliyinin kollektivi ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib

Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyinin kollekti...

10 Dekabr Ümumdünya İnsan Hüquqları günüdür

10-12-2018-00-00 Xəbərlər

10 Dekabr Ümumdünya İnsan Hüquqları günüdür

1948-ci il dekabrın 10-da Birləşmiş Millətlər Təşkilatı Baş Məclisi İnsan hüquql...

Kəngərlidə seminar olub

08-12-2018-19-32 Xəbərlər

Kəngərlidə seminar olub

NUHÇIXAN xəbər verir ki, Kəngərli rayonunda “Kənd təsərrüfatı bitkilərindən yüks...

Muxtar respublikada qan donorlarının sayı artıb

08-12-2018-19-01 Xəbərlər

Muxtar respublikada qan donorlarının sayı artıb

NUHÇIXAN xəbər verir ki, muxtar respublikada son dövrlərdə qan donorlarının sayı...

Naxçıvan şəhərində yeni supermarket fəaliyyətə başlayıb

08-12-2018-18-31 Xəbərlər

Naxçıvan şəhərində yeni supermarket fəaliyyətə başlayıb

NUHÇIXAN xəbər verir ki, dekabrın əvvəlindən Naxçıvan şəhərindəki şəhid İlqar Əl...

Naxçıvanda sabaha olan hava proqnozu

08-12-2018-16-14 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında dekabrın 9-na gözlənilən hava proqnozu açıqlanıb...

Xalq şairi Məmməd Araz səhnəmizdə

08-12-2018-15-52 Xəbərlər

Xalq şairi Məmməd Araz səhnəmizdə

1981-ci ildə Azərbaycan KP MK-nın Hüseyn Cavidin 100 illiyinin təntənəli şəkildə...

Muxtar respublikada nəqliyyatın intensiv hərəkəti təmin edilir

08-12-2018-15-07 Xəbərlər

Muxtar respublikada nəqliyyatın intensiv hərəkəti təmin edilir

Naxçıvan Muxtar Respublikası  Dövlət Nəqliyyat Xidmətindən NUHÇIXAN-a verilən mə...

Muxtar respublikada suvarılan torpaq sahələri genişləndirilir

08-12-2018-14-23 Xəbərlər

Muxtar respublikada suvarılan torpaq sahələri genişləndirilir

Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin mə...

Atıcılıq Federasiyasının fəaliyyəti ilə bağlı iclas olub

08-12-2018-12-33 Xəbərlər

Atıcılıq Federasiyasının fəaliyyəti ilə bağlı iclas olub

Naxçıvan Muxtar Respublika Stadionunun iclas zalında Naxçıvan Muxtar Respublikas...

Naxçıvanda gənclər siyasəti uğurla həyata keçirilir

08-12-2018-11-47 Xəbərlər

Naxçıvanda gənclər siyasəti uğurla həyata keçirilir

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən N...

Ötən günün mənzərəsi - VİDEO

08-12-2018-11-05 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Muxtar respublikada istehlakçıların hüquqları qorunur

08-12-2018-10-12 Xəbərlər

Muxtar respublikada istehlakçıların hüquqları qorunur

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən NUHÇI...

Muxtar respublikamızda vətənpərvər gənclik yetişir

08-12-2018-09-30 Xəbərlər

 Muxtar respublikamızda vətənpərvər gənclik yetişir

Dövlət müstəqilliyimizin qazanılmasından sonra qarşıda duran ən böyük məsələ kim...

Mühasiblər üçün növbəti kurs keçirilib

07-12-2018-20-48 Xəbərlər

Mühasiblər üçün növbəti kurs keçirilib

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXA...

Kosacan kəndində tədbir olub

07-12-2018-19-16 Xəbərlər

Kosacan kəndində tədbir olub

NUHÇIXAN xəbər verir ki, YAP Şərur Rayon Təşkilatı Kosacan kəndində ulu öndər He...

Naxçıvan Muxtar Respublikası müəllimlərinin konfransı keçirilib

07-12-2018-18-41 Xəbərlər

Naxçıvan Muxtar Respublikası müəllimlərinin konfransı keçirilib

Dekabrın 7-də Naxçıvan Muxtar Respublikası müəllimlərinin konfransı keçirilib.

Fiziki imkanları məhdud şəxslər Naxçıvanda müalicə alırlar

07-12-2018-18-15 Xəbərlər

Fiziki imkanları məhdud şəxslər Naxçıvanda müalicə alırlar

Xəbər verdiyimiz kimi Bakı və Sumqayıt şəhərlərindən olan 44 nəfər məhdud fiziki...

Ali Məclisin Sədri müəllimləri təbrik edib

07-12-2018-17-32 Xəbərlər

Ali Məclisin Sədri müəllimləri təbrik edib

Dekabrın 7-də Naxçıvan Muxtar Respublikası müəllimlərinin konfransı keçirilib. ...