Muxtar respublikada aqrar sahənin inkişafı istiqamətində aparılan islahatlar kənd təsərrüfatının bitkiçi­lik və heyvandarlıq, eləcə də emal sənayesinin inkişafına səbəb olub. Fermerlərə yanacağa, motor yağına, gübrəyə çəkilən xərclərin 50 faizinin dövlət tərəfindən ödənilməsi, taxıl əkinlərinə görə subsidiyaların verilməsi əkinçiliyin inkişafında yeni istiqamətlər açıb, əkin sahələri və məhsuldarlıq ilbəil artıb. Meliorasiya-irriqasiya sistemlərinin yeniləşdirilməsi torpaq sahələrində su təminatının yaxşılaşdırılmasına, yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılmasına imkan verib.

Kənd təsərrüfatında yeni innovasiyaların tətbiqi bu gün böyük əhəmiyyət daşıyır. Naxçıvan Muxtar Respublikasına tələbata uyğun yeni kənd təsərrüfatı texnikalarının alınıb gətirilməsi də məhz bu amala xidmət edir. “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən bu günə qədər muxtar respublikaya 1925 texnika və texnoloji avadanlıq alınıb gətirilib. 2017-ci ilin ötən dövründə isə 41 texnika və yeni suvarma sistemləri üçün avadanlıqlar alınıb. 
Müasir dünya təcrübəsi göstərir ki, taxıl bitkilərinin yetişdirilməsində məhsuldarlığa təsir edən əsas amillərdən biri də keyfiyyətli toxum növlərindən istifadədir. Ona görə də bütün dünyada toxumların genofonduna, seleksiyasına xüsusi əhəmiyyət verilir, ciddi tədqiqatlar aparılır, genetik xəstəliklərə, ziyanvericilərə qarşı daha dözümlü növlər yetişdirilir. Bu səbəbdən məhsuldarlığın artırılması və ərzaq təhlükəsizliyinin etibarlı təminatı üçün toxumçuluq təsərrüfatlarının inkişafı diqqətdə saxlanır. 
Ötən ay Çin Xalq Respublikasından gətirilən 33 adda 80 kənd təsərrüfatı texnikası, eləcə də toxum laboratoriyası yeni metodlarla əkin və becərmə işlərinin aparılmasına öz töhfəsini verəcəkdir. Çin istehsalı olan 5 kombayn, 5 traktor, hər birinin tutumu 10 ton olan 4 yük maşını, 5 toxumsəpən, 5 filtrtəmizləyici, avtobus, hidravlik ekskavator, yanacaq tankeri, toxumörtən, diskli kotan və dırmıqlar, 5 gübrəsəpən, 5 toxumtəmizləyən, 2 elevator, 80 tonluq elektron tərəzi, eləcə də digər maşın və avadanlıqlar yüksək iş imkanlarına malikdir. Hazırda toxumçuluq təsərrüfatının istifadəsində 2000 hektar əkinəyararlı torpaq sahəsi var. Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı Ədalət Hüseynovun sözlərinə görə, bu texnikalar təsərrüfatın bundan sonrakı dönəmində daha da səmərəli fəaliyyətinə, taxıl toxumu, o cümlədən də digər kənd təsərrüfatı bitkilərinin toxumlarının istehsalını təşkil etməyə imkan verəcəkdir: “Belə texnikalar münbitliyi az olan torpaqlarda daha effektiv nəticə verir. Digər aqrotexniki tədbirlər – gübrə səpinindən tutmuş şumun qaldırılması, bu proseslərin ardıcıllıqla keyfiyyətli təşkili müasir texnika ilə mümkündür. Bu texniki təminat muxtar respublikada bir ilkdir və digər təsərrüfatlar üçün nümunədir. Təsərrüfatın əsas fəaliyyət istiqaməti taxıl toxumçuluğu sahəsindədir. Gələcəkdə yem bitkiləri və digər tərəvəz toxumlarının yetişdirilməsi imkanları da var. Burada taxıl sortlarının çoxaldılıb yetişdirilməsi həyata keçiriləcək. Sahibkarlar da maraqlı olacaq ki, bu keyfiyyətli toxumdan əkib məhsul götürsünlər. Bu, eyni zamanda torpaqdan istifadənin səmərəliliyini artıracaq, həm də iqtisadi cəhətdən gəlir gətirəcək”. 
Keyfiyyətli toxum dedikdə, toxumun təmizliyi, saflığı, bərabərliyi, yəni eyni ölçüdə olması, xəstəlik və zərərvericilərə qarşı davamlılığı başa düşülür. Bu tələblərə cavab verən toxumlar standart toxumlar sayılır. Toxumtəmizləyən aqreqatlar imkan verəcək ki, toxumları daha yaxşı çeşidləmək mümkün olsun. Toxum təmizləndikdən və qurudulduqdan sonra sortlaşdırılır. Burada əsas məqsəd səpində yalnız keyfiyyətli toxumlardan istifadə etməkdir. 
Yeni alınan elektro-termostatik inkubator, isitmə və qurutma sobası, mikroskop və digər avadanlıqlar hesabına toxumçuluq laboratoriyasında yüksək məhsuldarlığa malik, xəstəliyə, ziyanvericilərə və yerli iqlim şəraitinə dözümlü toxum sortları yetişdiriləcək, toxumların genofonduna və seleksiyasına nəzarət olunacaqdır.
Toxumçuluq təsərrüfatına gətirilən digər texnikalar da yüksək iş göstəricilərinə malikdir. Bu texnikalar vaxtdan səmərəli istifadəyə və yüksək məhsuldarlığa nail olmağa yönəlib. Kombaynlar, traktorlar iş zamanı kənardan yanacaq götürməsin deyə yanacaq tankerindən istifadə olunacaq ki, bu da texnikaları vaxtında yanacaqla təmin edəcək. İş prosesində hər hansı bir nasazlıq ortaya çıxarsa, texniki xidmət maşını nasazlığın zəmidəcə təmir olunmasına imkan verəcək. Muxtar respublikanın əkinəyararlı torpaq sahəsi az olduğu üçün innovativ üsulların tətbiqi məhsuldarlığa yol açacaq. 
Toxumçuluq təsərrüfatının 400 hektar əkin sahəsində qurulacaq yeni qapalı suvarma şəbəkəsi də bu baxımdan faydalı olacaq. Qapalı suvarma şəbəkəsi şoranlaşmaya və su itkisinə yol vermədən əkin sahələrinin tələb olunan miqdarda suvarma suyu ilə təminatına imkan verəcək. Növbəti illərdə digər sahələrdə də qapalı suvarma şəbəkəsi qurulacaq ki, bu da təsərrüfatın fəaliyyətinin səmərəliliyinə zəmin yaradacaq.
Muxtar respublikanın iqlim şəraitinə uyğun toxum sortlarının yetişdirilməsi və paylanması toxumçu­luq təsərrüfatının qarşısında duran əsas vəzifədir. Bu ilin məhsulu üçün 800 hektarda iqlim şəraitinə uyğun məhsuldar taxıl sortları əkilib.
Kənd təsərrüfatında əsas hədəf məhsuldarlığın yüksəldilməsidir. Həyata keçirilən tədbirlər bir daha belə deməyə əsas verir ki, muxtar respublikada müasir kənd təsərrüfatı texnikaları ilə təchizat və əkin sahələrində müasir suvarma sistemindən istifadə hesabına keyfiyyətli və bol məhsul əldə olunacaq, daxili bazarda belə məhsulların xüsusi çəkisi artacaqdır.

Ruhiyyə Rəsulova
"Şərq qapısı" qəzeti

02.05.2017

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Naxçıvan qarnizonunda Xocalı soyqırımına həsr edilmiş silsilə tədbirlər keçirilib

24-02-2018-19-47 Hits:107 Xəbərlər

Naxçıvan qarnizonunda Xocalı soyqırımına həsr edilmiş silsilə tədbirlər keçirilib

Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzində Xocalı soyqırımının 26-cı ild...

Naxçıvanda kənd təsərrüfatına ayrılan kreditlər bu sahənin inkişafına təkan verir

24-02-2018-19-00 Hits:139 Xəbərlər

 Naxçıvanda  kənd təsərrüfatına ayrılan kreditlər bu sahənin inkişafına təkan verir

Şərur rayonunun Çərçiboğan kəndində yaradılan istixana kompleksinin sahibkarı Ab...

Azərbaycan Prezidenti təhsil infrastrukturunun inkişafı ilə bağlı Sərəncam imzalayıb

24-02-2018-18-26 Hits:159 Xəbərlər

Azərbaycan Prezidenti təhsil infrastrukturunun inkişafı ilə bağlı Sərəncam imzalayıb

Prezident İlham Əliyev Azərbaycan Respublikasında təhsil infrastrukturunun inkiş...

Doktorantların, tələbə və şagirdlərin təqaüdləri artırılıb

24-02-2018-18-03 Hits:826 Xəbərlər

 Doktorantların, tələbə və şagirdlərin təqaüdləri artırılıb

Prezident İlham Əliyev doktorantlar, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisa...

Yeddi güləşçimiz beynəlxalq turnirin finalına yüksəliblər

24-02-2018-17-02 Hits:130 Xəbərlər

Yeddi güləşçimiz beynəlxalq turnirin finalına yüksəliblər

Kiyevdə Ukraynanın görkəmli güləşçi və məşqçilərinin xatirəsinə həsr olunmuş sər...

“Intel” 2019-cu ilə qədər 5G şəbəkəli noutbuklar buraxacaq

24-02-2018-16-35 Hits:102 Xəbərlər

“Intel” 2019-cu ilə qədər 5G şəbəkəli noutbuklar buraxacaq

ABŞ-ın “İntel” şirkəti 5G rabitə şəbəkəsini dəstəkləyən noutbuklar üçün prosesso...

Ölkə Prezidentinin son Sərəncamları ilə ümumilikdə 560 minə yaxın şəxsin müavinətləri artırılacaq

24-02-2018-15-50 Hits:190 Xəbərlər

Ölkə Prezidentinin son Sərəncamları ilə ümumilikdə 560 minə yaxın şəxsin müavinətləri artırılacaq

Ölkə Prezidenti İlham Əliyevin fevralın 23-də imzaladığı “Sosial müavinətlərin m...

Naxçıvanda sabaha olan hava proqnozu açıqlanıb

24-02-2018-15-26 Hits:148 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu açıqlanıb

Naxçıvan Muxtar Respublikasında fevral  ayının 25-ə olan hava proqnozu açıqlanıb...

Azərbaycan boksçusu 69-cu “Strandja” turnirinin yarımfinalına vəsiqə qazanıb

24-02-2018-14-57 Hits:97 Xəbərlər

Azərbaycan boksçusu 69-cu “Strandja” turnirinin yarımfinalına vəsiqə qazanıb

Bolqarıstanın paytaxtı Sofiyada keçirilən boks üzrə 69-cu “Strandja” turniri dav...

Ürəyin və sinirlərin dostu

24-02-2018-14-30 Hits:194 Xəbərlər

Ürəyin və sinirlərin dostu

Nanə dünyada 25-30 qədər növü olan, sağlamlıq baxımından son dərəcə faydalı, xoş...

The Jerusalem Post: Xocalıda soyqırımı aktı - ədalət anı nə vaxt yetişəcək?

24-02-2018-13-50 Hits:105 Xəbərlər

The Jerusalem Post: Xocalıda soyqırımı aktı - ədalət anı nə vaxt yetişəcək?

Elə coğrafi adlar var ki, onlar xəritədə adi nöqtədən qat-qat artıq məna kəsb ed...

Türkiyənin ictimayyət nümayəndələri Xocalı soyqrımı şəhidlərini anmaq üçün Naxçıvana gəlib

24-02-2018-13-07 Hits:126 Xəbərlər

Türkiyənin ictimayyət  nümayəndələri Xocalı soyqrımı şəhidlərini anmaq üçün Naxçıvana gəlib

Fevralın 23-də Türkiyənin müxtəlif bölgələrində yaşayan, müxtəlif peşə sahibləri...

Dünyada ilk uçan taksi nümayiş etdirilib-VİDEO

24-02-2018-12-26 Hits:667 Xəbərlər

Dünyada ilk uçan taksi nümayiş etdirilib-VİDEO

“Airbus” şirkəti “Vahana” layihəsinə məxsus dünyada “Alpha One” adlı ilk uçan ta...

“Zeytun budağı”nda 1931-ci terrorçu zərərsizləşdirilib

24-02-2018-12-00 Hits:103 Xəbərlər

“Zeytun budağı”nda 1931-ci terrorçu zərərsizləşdirilib

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin bölgəsində keçirdiyi “Zeytun budağı...

Ermənistan silahlı bölmələri sutka ərzində atəşkəs rejimini 120 dəfə pozub

24-02-2018-11-29 Hits:92 Xəbərlər

Ermənistan silahlı bölmələri sutka ərzində atəşkəs rejimini 120 dəfə pozub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sut...

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının XVII turuna start veriləcək

24-02-2018-11-02 Hits:108 Xəbərlər

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının XVII turuna start veriləcək

Fevralın 24-də futbol üzrə Azərbaycan Premyer Liqasının XVII turunun oyunlarına ...

Brent markalı neft 67 dollara satılır

24-02-2018-10-44 Hits:93 Xəbərlər

Brent markalı neft 67 dollara satılır

Dünya birjalarında neft bahalaşıb.

Xocalı soyqırımının 26-cı ildönümü İğdırda qeyd olunub

24-02-2018-10-20 Hits:177 Xəbərlər

Xocalı soyqırımının 26-cı ildönümü İğdırda qeyd olunub

Azərbaycanın Qarsdakı baş konsulluğu, İğdır-Azərbaycan Dil, Tarix və Mədəniyyət ...

Ötən günün mənzərəsi

24-02-2018-10-00 Hits:323 Xəbərlər

Ötən günün mənzərəsi

Naxçıvan televiziyası muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yen...

Muxtar respublikanın gömrük orqanları hərtərəfli qayğı ilə əhatə olunub

24-02-2018-00-00 Hits:220 Xəbərlər

Muxtar respublikanın gömrük orqanları hərtərəfli  qayğı ilə əhatə olunub

Ümummilli liderimiz Heydər Əliyevin 1992-ci il 24 fevral tarixli qərarı ilə Naxç...

“Agerpres” agentliyi Xocalı soyqırımından yazıb

23-02-2018-21-11 Hits:174 Xəbərlər

“Agerpres” agentliyi Xocalı soyqırımından yazıb

Rumıniyanın “Agerpres” milli xəbər agentliyi Azərbaycanın bu ölkədəki səfirliyi ...

Naxçıvan Müəllimlər İnstitutunda “Xocalı soyqırımı tariximizin qan yaddaşıdır” mövzusunda konfrans keçirilib

23-02-2018-19-43 Hits:125 Xəbərlər

Naxçıvan Müəllimlər İnstitutunda “Xocalı soyqırımı tariximizin qan yaddaşıdır” mövzusunda konfrans keçirilib

Naxcivantv.az xəbər verir ki, Naxçıvan Müəllimlər İnstitutunda Xocalı soyqırımın...

Texniki təminatın gücləndirilməsi məqsədilə “Aqrolizinq” ASC-yə 160 milyon manat ayrılıb

23-02-2018-19-19 Hits:152 Xəbərlər

Texniki təminatın gücləndirilməsi məqsədilə “Aqrolizinq” ASC-yə 160 milyon manat ayrılıb

Prezident İlham Əliyev fevralın 23-də “Aqrar sahənin texniki təminatının güclənd...

AMEA Naxçıvan Bölməsində “Xocalı faciəsi: Səbəbləri, nəticələri və dərsləri” mövzusunda elmi konfrans keçirilib

23-02-2018-18-53 Hits:90 Xəbərlər

AMEA Naxçıvan Bölməsində  “Xocalı faciəsi: Səbəbləri, nəticələri və dərsləri” mövzusunda elmi konfrans keçirilib

Azərbaycan Mili Elmlər Akademiyasının Naxçıvan Bölməsində  “Xocalı faciəsi: Səbə...

Azərbaycanda sosial müavinətlərin məbləği artırılıb

23-02-2018-18-34 Hits:299 Xəbərlər

Azərbaycanda sosial müavinətlərin məbləği artırılıb

Prezident İlham Əliyevin sosial müavinətlərin məbləğinin artırılması haqqında sə...

Beşdən çox uşağı olan qadınlara verilən müavinətin məbləği artırıldı

23-02-2018-18-21 Hits:459 Xəbərlər

Beşdən çox uşağı olan qadınlara verilən müavinətin məbləği artırıldı

Prezident İlham Əliyev beşdən çox uşağı olan qadınlara verilən müavinətin məbləğ...

Naxçıvan Muxtar Respublikası Ali Məclisində mükafatların təqdimatı olub

23-02-2018-16-58 Hits:1786 Rəsmi

Naxçıvan Muxtar Respublikası Ali Məclisində mükafatların təqdimatı olub

Fevralın 23-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində Azərbaycan Respubl...

Naxçıvanda Gənc istedadların xüsusi təqaüd məbləği artırılıdı -Sərəncam

23-02-2018-16-42 Hits:581 Xəbərlər

Naxçıvanda Gənc istedadların xüsusi təqaüd məbləği artırılıdı -Sərəncam

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov fevralın 23-də “...

Naxçıvanda Fəxri adlara görə aylıq təqaüdün məbləği artırılıdı -Sərəncam

23-02-2018-16-40 Hits:1023 Xəbərlər

Naxçıvanda Fəxri adlara görə aylıq təqaüdün məbləği artırılıdı -Sərəncam

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov fevralın 23-də F...

“Samsung Galaxy S10” smartfonu “5G” rabitə texnologiyasını dəstəkləyəcək

23-02-2018-15-34 Hits:123 Xəbərlər

“Samsung Galaxy S10” smartfonu “5G” rabitə texnologiyasını dəstəkləyəcək

Cənubi Koreya nəhəngi yeni mobil rabitə texnologiyasının hazırlanması və sınaqda...