Ulu öndər Heydər Əliyev yoluna sədaqət sərhəd və dağ rayonlarını inkişafa qovuşdurub

Qədim Naxçıvanımızın 5 minillik tarixində 20 illik zaman məsafəsi o qədər də böyük rəqəm deyil.

Amma ötən bu müddətdə görülən işlərin həcmi çox böyükdür. Ötən əsrin 90-cı illərinin əvvəllərini xatırlayanda bunu daha aydın şəkildə görmək olar. Həmin vaxtlar blokada şəraitində olan Naxçıvanımız özünün ağır günlərini yaşayırdı. Bir tərəfdən məkrli ermənilərin torpaqlarımıza olan hücumları, digər tərəfdən də əhalinin üzləşdiyi çətinlik və problemlər həyat səviyyəsinə təsir edirdi. Qaz, elektrik enerjisi, ərzaq sarıdan xeyli çətinliklər var idi. Məhz əhalinin belə bir çətin günündə dahi şəxsiyyət Heydər Əliyev Moskvadan doğma Vətəninə qayıtdı. Onun 1990-1993-cü illərdə Naxçıvanda yaşaması, Ali Məclisin Sədri kimi fəaliyyəti qədim diyarı təhlükələrdən xilas etdi.

Ötən əsrin 90-cı illərinin əvvəllərində mənfur qonşularımızın hücumuna məruz qalan, ancaq düşmən qarşısında məğrur dayanan bölgələrimizdən biri də Sədərək rayonu idi. Həmin dövrdə torpağına, Vətəninə qəlbən bağlı olan ulu öndərin apardığı qətiyyətli mübarizə, ən çətin məqamlarda belə, xalqla birlikdə olması muxtar respublika əhalisinin sabaha olan ümidlərini artırdı. Dahi şəxsiyyətin bir neçə dəfə Sədərəyə gəlməsi insanları ruhlandırdı. Cəbhədə şəhidlər verilməsinə baxmayaraq, insanlar sabaha olan inamlarını itirmədilər.

Ulu öndər bu bölgə üçün nə lazımdırsa edir, onun müdafiəsi, qorunub saxlanılmasına çalışırdı. Bu baxımdan hələ keçmiş Sovetlər Birliyi dövründə uzaqgörən siyasətçinin təşəbbüsü ilə düşmənin iki addımlığında salınan qəsəbənin böyük əhəmiyyəti var idi. Ulu öndər özü də bunu yüksək qiymətləndirərək deyirdi: “Sədərək rayonunun Naxçıvan Muxtar Respublikasında, o cümlədən Azərbaycanda xüsusi yeri var. Böyük bir kənd olmuş və rayon statusu almış Sədərək həmişə bizim, Azərbaycanın ən kənar yerində, sərhəddə yerləşərək Azərbaycan torpaqlarını qorumuş, saxlamış və mərdlik nümunələri göstərmişdir. Mən indi qəsəbəni bu cür görəndə həddindən artıq sevinirəm. Çünki sizin yəqin ki, xatirinizdədir, vaxtilə, 1977-ci illərdə mən Azərbaycanın başçısı olduğum zaman kənddən aralı bu qəsəbənin salınması haqqında qərar verdim. Nə üçün kənddən aralı? Ona görə ki, o vaxtlar ermənilər yavaş-yavaş bu torpaqlara iddia edir, bu bizimdir, o bizimdir deyirdilər... Ona görə mən burada o vaxtlar bu qəsəbəni salmaq barədə göstəriş verdim. Layihələr hazırlandı, qəsəbə tikildi və sədərəklilərin bəziləri də buraya köçüb yaşamağa başladılar”.
Bəli, bir vaxtlar ulu öndərimizin təşəbbüsü ilə salınan qəsəbə indi abad, gözəl bir yaşayış məntəqəsinə çevrilib. Günü-gündən gözəlləşən, müasirləşən, yeniləşən rayon mərkəzi şəhər görkəmi alıb. Son illər inşa olunmuş yeni fərdi mənzillər bu yerin simasını daha da gözəlləşdirib. Burada yaşıllıqlar, gülzarlıqlar, abad guşələr az deyil. Milli Ordumuzun əsgərləri tərəfindən ayıq-sayıq qorunan sərhəd bölgəsinin torpaqlarından bu gün barıt qoxusu deyil, gül-çiçək ətri gəlir. Düşmənin iki addımlığında yerləşən, 2 min 174 nəfər sakini olan Heydərabad qəsəbəsi isə özünün xoş günlərini yaşayır. Ulu öndər Heydər Əliyev yoluna sədaqət sərhəd və dağ rayonlarını inkişafa qovuşdurubSərhəd bölgəsi sakinlərinin firavan yaşayışı üçün məqsədyönlü tədbirlər bu gün də uğurla həyata keçirilir, Heydərabad qəsəbəsindəki park və bağlar, yaşıllıqlar, gülzarlıqlar, yeni binalar, sosial obyektlər, həmçinin Sədərək və Qaraağac kənd­lərinin müasir siması ürək­açandır. Fərəhləndirici məqamlardan biri də geniş bir ərazidə pay torpaqlarından səmərəli şəkildə istifadə olunması, daha çox taxıl əkilməsidir. Bir vaxtlar müharibə meydanına çevrilən bu torpaqlarda indi bolluq, bərəkət var. Sədərəyin zəhmətə bağlı insanları torpaqların qayğısına qalır, ona ruzi, bərəkət mənbəyi kimi baxır, yaradılan şəraitdən, imkanlardan səmərəli istifadə edirlər. Göstərilən dövlət qayğısı sayəsində yurda möhkəm tellərlə bağlanan sədərəklilər bu yerləri laləzarlığa çeviriblər.
Sərhəd bölgəsində daha çox taxıl əkilib-becərilir. Torpaq mülkiyyətçiləri və sahibkarlar çörəyə olan tələbatı yerli istehsal hesabına ödəməyə çalışırlar. Təbii ki, bütün bunlar iki addımlıqda yerləşən məkrli düşmənə, iqtisadi məngənədə boğulan nankor ermənilərə gözdağıdır. Düşmən ərazilərində yerləşən torpaqların, eləcə də yaşayış məntəqələrinin miskin görünüşünü, çılpaqlığını buradan aydın seyr etmək olar. Sərhəd postlarımızda, yüksəkliklərdəki əsgərlərimiz çiçəklənən diyarımızı gördükcə ruhlanır, səngərdə daha ayıq-sayıq dayanır, Vətəni göz bəbəyi kimi qoruyurlar. Qorunan torpaq isə əkilib-becərilir, burada qurucu­luq tədbirləri həyata keçirilir, əhəmiyyətli sosialyönümlü obyektlər tikilib istifadəyə verilir.
Yaşı 80-ə yaxın olan, qanlı-qadalı günlərdə sərhəddə öndə dayanan Teymur Rzayev deyir ki, bizdə Vətənə sevgi, torpağa, doğma ocağa məhəbbət hissləri güclüdür. Bu hisslər, duyğular indi də hər bir gəncə, yeniyetməyə aşılanır. 1995-ci ildən Sədərək torpaqlarında bir canlanma başlanıb. Araz çayından suyun gətirilməsi üçün beşpilləli nasos stansiyası tikilib istifadəyə verilib, ayrı-ayrı yerlərdə subartezian quyuları qazılıb. Vaxtilə şəhid qanı axıdılan torpaqlar bu gün gülüstana dönüb, yaşıllığa qərq olub. 
Heydərabad qəsəbəsində müharibədən zərərçəkmiş binalar təmir olunub, eyni zamanda yeniləri tikilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2000-ci il 15 mart tarixdə imzaladığı “Sədərək rayonunun sosial-iqtisadi inkişafı haqqında” Sərəncam sərhəd bölgəsində həyata keçirilən işlərə təkan verib.
İlk növbədə, Heydərabad qəsəbəsindəki 75 ev yenidən bərpa olunub. Rayonda 35 kilovoltluq yarımstansiya quraşdırılıb, qonşu Türkiyədən alınan elektrik enerjisinin fasiləsiz verilməsi üçün bütün tədbirlər görülüb. Qaraağac kəndində 120 şagird yerlik məktəb binası tikilib. Ayrı-ayrı yaşayış məntəqələrinə gedən yollar abadlaşdırılıb, Sədərək kəndindəki Şəhidlər xiyabanı yenidən qurulub, bulaq-abidə kompleksi yaradılıb, evlərə içməli su xətləri çəkilib, torpaqların suvarma suyu ilə təminatı yaxşılaşdırılıb. 1500 hektardan çox istifadə olunmayan torpaq sahəsi əkin dövriyyəsinə daxil edilib.
Bu bölgədə həllivacib məsələlərin diqqətdə saxlanılması, göstərilən qayğı öz bəhrəsini verib. Sərhəd bölgəsi yeni günlərinə, xoşbəxtliyinə qovuşub. Bütün bunlar ümummilli lider Heydər Əliyevin arzuları idi. Dahi şəxsiyyətin yoluna sədaqətli, yurdsevər insanlar bu arzuları reallığa çevirib.
2010-cu ilin oktyabr ayında muxtar respublikaya tarixi səfəri zamanı ölkə başçımız İlham Əliyev sərhəd bölgəsində də olub, yenidən qurulan Heydərabad qəsəbəsinin açılış mərasimində iştirak edib. Prezident burada görülən işləri yüksək qiymətləndirərək deyib: “Gözəl evlər, binalar tikilib. Qəsəbə yeni dövrə qədəm qoyur. Bütün işlər ən müasir səviyyədə görülübdür. Çox şadam ki, res­publika rəhbərliyi bütün bu işləri qısa müddət ərzində çox böyük keyfiyyətlə gördü. Bu, doğrudan da böyük hadisədir”. 
Bu gün Heydərabad qəsəbəsi ulu öndərimizin adına layiq bir yaşayış məntəqəsi, rayon mərkəzidir. Günü-gündən genişlənən, abadlaşan bu qəsəbə səliqə-sahmanı, yaşıllığı, gözəlliyi, yaraşıqlı binaları ilə diqqəti çəkir.
Bu gün Sədərək rayonu qurucu­luq tədbirləri ilə yanaşı, aqrar sahədə qazandığı nailiyyətlərlə də seçilir. 2016-cı ildə rayonun torpaq mülkiyyətçiləri 1982 hektar dənli və dənli-paxlalı bitkilər əkini sahəsindən 6 min 407 ton məhsul əldə ediblər. Hektardan məhsuldarlıq 32,3 sentner olub. Bu isə əvvəlki illərlə müqayisədə çoxdur. Sərhəd bölgəsində taxıl emalı müəssisəsinin tikilib istifadəyə verilməsi, çörəkbişirmə sexlərinin fəaliyyəti əhalinin taxıla, çörəyə olan tələbatının yerli istehsal hesabına ödənilməsinə imkan verir. Torpaq mülkiyyətçiləri bu ilin bol məhsulu üçün də əsaslı zəmin yaradıblar. Onların sözlərinə görə, bu gün gənclər də əkin-biçin işlərinə həvəslə girişir, taxılçılıqla yanaşı, meyvəçilik, tərəvəzçilik, üzümçülüklə məşğul olurlar, mal-qara bəsləyirlər. Sərhəd bölgəsində üzüm və meyvə yetişdirən bağbanlar bol məhsul toplayırlar. Qazanılan uğurlar xoş güzəran üçün təminat verir, bazara, həm də Naxçıvan şəhərindəki kənd təsərrüfatı məhsullarının satışı yarmarkasına çeşid-çeşid məhsullar çıxarılır. 
Bu gün Sədərək kimi bütün bölgələrimiz, o cümlədən dağ rayonu Şahbuz da son 20 il ərzində inkişaf edib, çiçəklənib. Müstəqillik illərində Şahbuz qəsəbəsi şəhər statusu alıb. Dağların qoynunda boy göstərən bu yaşayış məntəqəsi muxtar respublikamızın ən gənc şəhəridir. Təmizliyi, yaşıllığı, yeni, möhtəşəm binaları ilə diqqəti çəkir. Şahbuz rayonu turizm baxımından da əlverişli məkandır. Bura təmiz ab-havası, sərin bulaqları ilə seçilir. 
Çingiz Haqverdiyev Şahbuz şəhərinin yaşlı sakinlərindəndir. 90-dan çox yaşı var. Ömrünün bu vədəsində el ağsaqqalında yaşayıb-yaratmaq, fəaliyyət göstərmək arzusu yüksəkdir. Uzun illər çalışdığı rayon Mədəniyyət və Turizm Şöbəsində onu fəal ictimaiyyətçi, təcrübəli mədəniyyət işçisi kimi tanıyırlar. El ağsaqqalı deyir ki, dağ rayonunda ulu öndər Heydər Əliyev yoluna sədaqət hər addımda hiss edilir. Çingiz Haqverdiyev ötən illəri də xatırlayaraq bildirir ki, Şahbuzun 20-25 il bundan əvvəlki vəziyyətini bu gün də unutma­mışıq. Palçıqlı küçələr, miskin görünüşlü evlər, zülmətə bürünmüş kəndlər adamın qəlbini sıxırdı. Üstəlik də, ərzaq sarıdan xeyli çətinliklər vardı. Bir parça çörək əldə etmək müşkül məsələyə çevrilmişdi, başımıza mərmi, güllə yağırdı. Ötən əsrin 90-cı illərinin əvvəllərində biz bu ağır günləri yaşamışıq. İndiki gənclərimiz gərək bunları yaddan çıxarmasınlar. Əksinə, doğma ocağa daha möhkəm bağlansınlar. Çünki xoşbəxtlik də, firavan həyat da doğma ocaqdadır. Şahbuz şəhərinin mərkəzində yerləşən evimdən hər səhər küçəyə çıxanda qarşımda gözəl bir mənzərə canlanır. Rahat yollar, nümunəvi park və istirahət yerləri, yaşıllıqlar sevincimizi birə-beş artırır. Nəvə-nəticələrimin əhatəsində özümü xoşbəxtlərin xoşbəxti sanıram.
El ağsaqqalı deyir ki, məhəlləmizdə çörəkbişirmə sexi də fəaliyyət göstərir. Yerli taxılın unundan bişirilmiş çörəklərin ətri ətrafı bürüyür. Qürurlanıram ki, taxılımız, çörəyimiz boldur. İndiki gənclik əvvəlki çətin günləri görməyib. Odur ki, xoşbəxt, firavan günlərimizin qədrini bilməliyik. Bu gün Şahbuz şəhərində hansı tərəfə gedirsənsə, bir yeniliyin, quruculuğun şahidi olursan. Bütün bunlar rayon sakinlərinin xoşbəxtliyi, firavanlığı üçündür. 
Şahbuz şəhərindən ucqar dağ və sərhəd yaşayış məntəqələrinə gedən yollar öz rahatlığı, müasirliyi ilə seçilir. Rayon mərkəzindən ən ucqar yaşayış məntəqəsinə belə, 25-30 dəqiqəyə çatırsan. Hamar yollarla irəlilədikcə göz önündə füsunkar təbiət mənzərələri canlanır. Günü-gündən müasirləşən kəndlər dağların əhatəsində qərar tutub. Kəndlərdə mühüm infrastruktur layihələri həyata keçirilir. Aparılan quruculuq tədbirləri dağ kəndlərinə şəhər mədəniyyəti gətirir. İstifadəyə verilən kənd və xidmət mərkəzləri, müasirtipli məktəblər, mədəniyyət və səhiyyə ocaqları xidmətin səviyyəsini yüksəldir.
Bəli, ulu öndər Heydər Əliyev yolu quruculuq, inkişaf və tərəqqi yoludur. Bu yol bizi daha işıqlı sabahlara, parlaq gələcəyə doğru aparır. Bu gün Naxçıvan öz inkişafının yeni mərhələsini yaşayır, müasir tariximizin şanlı səhifəsini yazır. Naxçıvanın sosial-iqtisadi inkişafı düzgün idarəetmənin, Vətənə, doğma ocağa olan bağlılığın, ən başlıcası isə ümummilli lider Heydər Əliyev yoluna sədaqətin nəticəsidir.
Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev muxtar respublikamızın inkişafını yüksək qiymətləndirərək deyib: “Azərbaycanın digər bölgələri də inkişaf edir. Amma sizə deyə bilərəm ki, bu baxımdan Naxçıvan Azərbaycanda liderdir və ümid edirəm ki, siz gələcəkdə də liderliyi saxlayacaqsınız. Bunu – abadlıq, quruculuq işlərini, yeni binaların yüksək zövqlə, səliqə ilə, diqqətlə tikilməsini Naxçıvana gələn hər bir vətəndaş, qonaq görür. Hiss olunur ki, bu işlər böyük məhəbbətlə görülür. Bu da əsas şərtdir. Bəzən sual verirlər ki, uğurlu siyasətin əsas səbəbi nədir? Mən hesab edirəm ki, xalqa olan məhəbbətdir. Doğma torpağa olan məhəbbətdir. Əgər bu varsa, deməli, rəhbərlikdə olan şəxslər də öz doğma xalqına ləyaqətlə, məhəbbətlə xidmət edirlər. Bu, Naxçıvanda var və məni çox sevindirir”.

 Məhəmməd Fərəcov 

"Şərq qapısı" qəzeti

13.05.2017

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Naxçıvanda əcnəbi tələbələr arasında labirint strateji oyunu baş tutdu

11-08-2020-17-43 Xəbərlər

Naxçıvanda əcnəbi tələbələr arasında labirint strateji oyunu baş tutdu

Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun təşkilatçılığı ilə Gənclər Mərkəzi...

Avqustun 13-14-də respublikanın 35 şəhər və rayonunda qəbul imtahanları təşkil ediləcək

11-08-2020-15-56 Xəbərlər

Avqustun 13-14-də respublikanın 35 şəhər və rayonunda qəbul imtahanları təşkil ediləcək

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən avqustun 13-14-də respublikanın 35 şəhər...

Naxçıvanda sabaha olan hava proqnozu

11-08-2020-15-35 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında avqustun 12-nə gözlənilən hava proqnozu açıqlanı...

Çavuşoğlu: “Türkiyə üzərindən Naxçıvana təbii qazın çatdırılması strateji layihədir”

11-08-2020-14-00 Xəbərlər

Çavuşoğlu: “Türkiyə üzərindən Naxçıvana təbii qazın çatdırılması strateji layihədir”

“Azərbaycan Türkiyəyə təbii qaz ixrac edən ölkələr arasında ilk sıradadır”.

Ötən günün mənzərəsi - VİDEO

11-08-2020-11-18 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN İnformasiya Agentliyi muxtar respublikamızın ictimai-mədəni, sosial-iqt...

Taktiki təlimlərin birinci mərhələsi Quru Qoşunları bölmələrinin iştirakı ilə davam edir - VİDEO

11-08-2020-10-36 Xəbərlər

Taktiki təlimlərin birinci mərhələsi Quru Qoşunları bölmələrinin iştirakı ilə davam edir - VİDEO

Azərbaycan-Türkiyə birgə genişmiqyaslı döyüş atışlı taktiki təlimlərinin birinci...

İmtahan iştirakçıları arasında maksimal bal toplayanların sayı açıqlanıb

11-08-2020-09-19 Xəbərlər

İmtahan iştirakçıları arasında maksimal bal toplayanların sayı açıqlanıb

11-ci sinif şagirdləri üçün 23-24 iyul 2020-ci il tarixlərində keçirilmiş buraxı...

I və IV ixtisas qrupları üzrə qəbul imtahanlarının tarixi açıqlanıb

10-08-2020-17-30 Xəbərlər

I və IV ixtisas qrupları üzrə qəbul imtahanlarının tarixi açıqlanıb

I və IV ixtisas qrupları üzrə qəbul imtahanlarının ikinci mərhələsi 20-21 avqust...

Azərbaycan və Türkiyə HHQ-nin qırıcıları təlim-məşq uçuşları keçiriblər - VİDEO

10-08-2020-17-12 Xəbərlər

Azərbaycan və Türkiyə HHQ-nin qırıcıları təlim-məşq uçuşları keçiriblər - VİDEO

"TurAz Qartalı - 2020" Azərbaycan-Türkiyə birgə taktiki-uçuş təlimlərinin birinc...

İslamşünaslıq ixtisasına qəbul olmaq istəyən abituriyentlərin nəzərinə

10-08-2020-16-09 Xəbərlər

İslamşünaslıq ixtisasına qəbul olmaq istəyən abituriyentlərin nəzərinə

Azərbaycan İlahiyyat İnstitutuna (Aİİ) islamşünaslıq ixtisası üzrə qəbul olmaq i...

Xüsusi qabiliyyət tələb edən ixtisasları seçən abituriyentlərin qeydiyyatı davam edir

10-08-2020-12-53 Xəbərlər

Xüsusi qabiliyyət tələb edən ixtisasları seçən abituriyentlərin qeydiyyatı davam edir

2020/2021-ci tədris ili üçün 9 illik orta təhsil bazasında orta ixtisas təhsili ...

Azərbaycan Ordusunun generalı vəfat edib

10-08-2020-12-11 Xəbərlər

Azərbaycan Ordusunun generalı vəfat edib

Azərbaycan Ordusuna ağır itki üz verib. General-leytenant Məmmədov Fuad Nadir oğ...

Peşə təhsili müəssisələrinə sənəd qəbuluna start verilir

10-08-2020-11-19 Xəbərlər

Peşə təhsili müəssisələrinə sənəd qəbuluna start verilir

Bu gün 2020/2021-ci tədris ili üzrə dövlət peşə təhsili müəssisələrinə sənəd qəb...

Qədim yeraltı tikili-40 pillə çeşməsi

09-08-2020-19-57 Xəbərlər

Qədim yeraltı tikili-40 pillə çeşməsi

Ordubad şəhərindəki 40 pillə çeşməsi yer altında inşa olunmuş çox maraqlı su mən...

Muxtar respublikada təhsil sahəsində quruculuq işləri uğurla davam edir

09-08-2020-16-37 Xəbərlər

Muxtar respublikada təhsil sahəsində quruculuq işləri uğurla davam edir

Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyasında...

El sənətini yaşadanlar

09-08-2020-13-20 Xəbərlər

El sənətini yaşadanlar

Xalqımızın ən qiymətli sərvəti olan, minilliklər boyu təşəkkül tapan adət-ənənəl...

Naxçıvanda sabaha olan hava proqnozu

08-08-2020-17-40 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında avqustun 9-na gözlənilən hava proqnozu açıqlanıb...

Naxçıvanda gənc sərhədçilərin andiçmə mərasimi keçirildi - VİDEO

08-08-2020-16-20 Xəbərlər

Naxçıvanda gənc sərhədçilərin andiçmə mərasimi keçirildi - VİDEO

Son illər həyata keçirilən ardıcıl tədbirlər nəticəsində sərhəd diviziyasının ma...

Əlahiddə Ümumqoşun Orduda gənc əsgərlərin hərbi andiçmə mərasimi keçirilib - VİDEO

08-08-2020-15-30 Xəbərlər

Əlahiddə Ümumqoşun Orduda gənc əsgərlərin hərbi andiçmə mərasimi keçirilib - VİDEO

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Əlahiddə Ümumqoşun Orduda gənc əs...

Muxtar respublikada fövqəladə hallara hazırlıq işləri davam etdirilir

08-08-2020-15-09 Xəbərlər

Muxtar respublikada fövqəladə hallara hazırlıq işləri davam etdirilir

Muxtar respublikada pandemiyaya qarşı profilaktik tədbirlər davam etdirilərək Na...

Ötən günün mənzərəsi - VİDEO

08-08-2020-13-31 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN İnformasiya Agentliyi muxtar respublikamızın ictimai-mədəni, sosial-iqt...

Naxçıvana təyyarə reyslərinin artırılması ilə bağlı yaxın vaxtlarda qərar veriləcək

08-08-2020-11-48 Xəbərlər

Naxçıvana təyyarə reyslərinin artırılması ilə bağlı yaxın vaxtlarda qərar veriləcək

“Naxçıvana təyyarə reyslərinin artırılması ilə bağlı yaxın zamanlarda qərar qəbu...

Azərbaycanda koronavirusa yoluxma hallarının 56,3 faizi paytaxtın payına düşür

08-08-2020-10-33 Xəbərlər

Azərbaycanda koronavirusa yoluxma hallarının 56,3 faizi paytaxtın payına düşür

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına bölgələr üzrə yoluxma...

Polkovnik Vaqif Dərgahlı: Sarkisyan öz canını qurtarmaq üçün çürük saman çöpündən yapışır

08-08-2020-09-00 Xəbərlər

Polkovnik Vaqif Dərgahlı: Sarkisyan öz canını qurtarmaq üçün çürük saman çöpündən yapışır

Uzun sürən sükutdan sonra Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanın 2016-c...

Naxçıvan Dövlət Universiteti beynəlxalq layihəyə imza atıb

07-08-2020-18-57 Xəbərlər

Naxçıvan Dövlət Universiteti beynəlxalq layihəyə imza atıb

“Rusiya Federasiyası, Qazaxıstan və Azərbaycanda səhiyyədə strateji keyfiyyət me...

Naxçıvanda sabaha olan hava proqnozu

07-08-2020-17-29 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında avqustun 8-nə gözlənilən hava proqnozu açıqlanıb...

Püstə bağlarına qulluq göstərilib

07-08-2020-16-30 Xəbərlər

Püstə bağlarına qulluq göstərilib

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazi...

Ötən günün mənzərəsi - VİDEO

07-08-2020-15-10 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN İnformasiya Agentliyi muxtar respublikamızın ictimai-mədəni, sosial-iqt...

Naxçıvantravel yeni saytını təqdim edib

07-08-2020-14-51 Xəbərlər

Naxçıvantravel yeni saytını təqdim edib

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, turistlər bu saytda Naxçıvanla ba...

Qəbul imtahanlarının ikinci mərhələsinin qrafiki elan edilib

07-08-2020-13-58 Xəbərlər

Qəbul imtahanlarının ikinci mərhələsinin qrafiki elan edilib

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən avqustun 13-də və 14-də keçiriləcək qəbu...