Gənc alimin dəyərli tədqiqat əsəri

Müstəqillik dövründə Azərbaycanın demokratik dövlət kimi xarici siyasətinin müəyyənləşdirilməsi, sosial-iqtisadi, ictimai-siyasi münasibətlərinin formalaşdırılması, milli qanunvericiliyinin yaranması ilə bağlı müxtəlif mövzular ayrı-ayrı tədqiqatçılar tərəfindən araşdırılmışdır. Bu tədqiqatlardan bəziləri isə regional əməkdaşlıq məsələlərinə, onun müxtəlif sahələrinə – Xəzərin enerji resurslarının hasilatı, nəqli sahəsində dövlətlərarası, dövlətlərlə beynəlxalq şirkətlər arasındakı münasibətlərin ümumi geosiyasi istiqamətlərinə həsr edilmişdir. Lakin konkret olaraq enerji təhlükəsizliyi, o cümlədən Xəzər regionunun enerji təhlükəsizliyinin beynəlxalq-hüquqi problemləri indiyədək ayrıca, sistematik şəkildə tədqiq olunmamışdır. Bu baxımdan Naxçıvan Dövlət Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, hüquq üzrə fəlsəfə doktoru Seymur Talıbovun yenicə çapdan çıxmış “Enerji təhlükəsizliyinin beynəlxalq-hüquqi problemləri” monoqrafiyası öz elmi əhəmiyyəti ilə seçilir.

Monoqrafiya ilk olaraq qarşıya qoyulan problemin ümummilli liderimiz Heydər Əliyevin enerji siyasətinin formalaşması və inkişafındakı tarixi xidmətləri kontekstində öyrənilməsi ilə diqqəti cəlb edir. Yeni tədqiqat əsərinin yazılmasında çoxsaylı Qərb müəlliflərinin, beynəlxalq hüquq üzrə tanınmış ekspertlərin ingilis və rus dillərində olan əsərlərinə, eləcə də digər elmi mənbələrə müraciət edilmiş, ümummilli liderimiz Heydər Əliyevin, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin nitq və çıxışlarına geniş yer verilmişdir. 
Azərbaycan Respublikasının Xəzər regionunda enerji təhlükəsizliyi sferasında əməkdaşlığa üstünlük verdiyi məsələlərin yalnız bərabərhüquqlu, beynəlxalq-hüquqi vasitələrlə həllinə maraqlı olması mono­qrafiyada bir daha öz elmi-nəzəri təsdiqini tapmışdır.

Yeni nəşrdə regional enerji təhlükəsizliyinin təminatında iştirak edən Azərbaycan Respublikasının həllinə diqqət yetirdiyi problemlər sistematik şəkildə, aşağıdakı kimi qruplaşdırılmışdır: Sovet İttifaqının enerji ehtiyatına olan tələbatının ödənilməsi məqsədilə, əsasən, Abşeron yarımadasında və Xəzər dənizində ekoloji nəticələr nəzərə alınmadan qeyri-təkmil üsulla onilliklər ərzində aparılmış neft hasilatı, Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş ərazilərində flora və faunanın geniş miqyasda məhv edilməsi, Ermənistan ərazisində seysmik zonada yerləşən və texnoloji baxımdan köhnəlmiş Metsamor Atom Elektrik Stansiyasının region üçün potensial təhlükə mənbəyi olması, nüvə silahının yayılmaması sahəsində mövcud beynəlxalq hüquq normalarına uyğun regional münasibətlərin tənzimlənməsi zərurəti, neft və qaz yataqlarının təhlükəsizliyi problemi, Xəzərin beynəlxalq-hüquqi statusunun müəyyən edilməməsi, Xəzər hövzəsinin Azərbaycan Respublikasına aid olan sektorunda yerləşən mövcud neft və qaz yataqlarının, habelə perspektivli strukturların işlənməsi, istismarı, müasir neft-qaz özüllərinin tikintisi və quraşdırılması, əsas ixrac neft və qaz kəmərlərinə olan təhdidlər və sair. Bu problemlər monoqrafiyada regiondakı iştirakçıların maraqları kontekstində araşdırılmış, ümumi maraqlar üçün mümkün mexanizmlərin müəyyən edilməsinə çalışılmışdır.
11 paraqraf və üç fəsildən ibarət mono­qrafiyanın “Region dövlətlərinin enerji təhlükəsizliyi siyasəti və onun uzlaşdırılması üzrə əməkdaşlığın beynəlxalq-hüquqi formaları” adlanan I fəslində beynəlxalq enerji təhlükəsizliyi hüquq faktoru kimi araşdırılıb təhlil olunmuş, konkret elmi tərifi, eləcə də enerji resurslarının təsnifatı verilmişdir. Bu fəsildə vurğulanmışdır ki, Azərbaycan Respublikasının regionda ciddi tərəfdaşa çevrilməsində onun enerji resursları mühüm faktordur. Azərbaycan Respublikasının Xəzərin beynəlxalq statusunun müəyyən edilməsi istiqamətində Xəzər hövzəsi dövlətləri ilə əməkdaşlığı uğurlu milli siyasətin nəticəsi kimi qiymətləndirilmişdir. Xəzər regionu üçün təbii-coğrafi xüsusiyyətlər, nəqliyyat-kommunikasiya sistemləri kimi ümumiləşdirici meyarlardan, bu regiona aid olan dövlətlərin hər birinin milli maraqlarından ayrı-ayrılıqda danışılmışdır. Müəllif bir daha qeyd etmişdir ki, 1994-cü ildə ümummilli lider Heydər Əliyevin diplomatik fəaliyyəti nəticəsində “Əsrin müqaviləsi”nin imzalanması ilə ölkəmizdə regional təhlükəsizliyin uzunmüddətli təminat sisteminin əsası qoyulmuşdur. 
Xəzər regionu dövlətlərinin müasir xarici siyasətini əhatəli şəkildə araşdıran müəllif Xəzərin beynəlxalq-hüquqi statusunun energetika sferasındakı regional əməkdaşlığa təsirini belə izah etmişdir ki, Xəzərin ümumi statusu üzrə beynəlxalq-hüquqi statusun müəyyən edilməsindəki problem, əslində, regional əməkdaşlıqdakı fərqli maraqların mövcud olmasını göstərir.
Gənc tədqiqatçı regional enerji təhlükəsizliyinin beynəlxalq hüquq prinsiplərinin hər birini ayrı-ayrılıqda izah etməklə bu prinsiplərin hasilatçı, tranzit və idxalçı ölkələrin maraqlarının qorunmasına xidmət etdiyini bildirmişdir. Sonda belə bir yekun nəticəyə gəlinmişdir ki, bu prinsiplərə həm beynəlxalq hüquq, həm də dövlətdaxili qanunvericilik təcrübəsində nə qədər ciddi əməl olunarsa, regional enerji təhlükəsizliyinin təminatı da bir o qədər səmərəli olar. Bu da, öz növbəsində, enerji təhlükəsizliyi ilə bağlı beynəlxalq münasibətlərin tənzimlənməsinin daha effektiv mexanizminin qurulması üçün əsas şərtlərdən biridir. 
İlk fəsildə enerji təhlükəsizliyi sferasında region dövlətlərin milli konsepsiyaları, onların qanunvericilik əsasları ilə bağlı aparılmış müqayisəli təhlillər və bununla bağlı əldə olunmuş konkret elmi nəticələr də maraq doğurur.
Monoqrafiyanın “Regional energetika əməkdaşlığının həyata keçirilməsində Azərbaycan Respublikasının qanunvericiliyi” adlanan II fəslində isə Azərbaycan Respublikasında enerji resursları baxımından suverenliyi reallaşdırmaq istiqamətində görülmüş mühüm tədbirlərdən, “Azərbaycan Respublikasının yanacaq-enerji kompleksinin inkişafı (2005-2015) üzrə Dövlət Proqramı”nın əhəmiyyətindən və uğurla başa çatdırılmasından danışılmış və vurğulanmışdır ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 23 may 2007-ci ildə təsdiq olunmuş Milli Təhlükəsizlik Konsepsiyası Azərbaycan Respublikasının energetika sferası da daxil olmaqla milli təhlükəsizlik siyasətinin əsasını təşkil edir, ölkənin milli maraqlarının və təhlükəsizlik siyasətinin hüquqi təminatının əsas qanunvericilik istiqamətlərini də müəyyən edir. Bu konsepsiya ölkəmizə qarşı enerji təhlükəsizliyi sferasında mümkün olan müxtəlif təhdidlərin qarşısının alınmasına, onların təsirini aradan qaldırmağa və ya azaltmağa xidmət edən mühüm dövlət sənədidir. Bu fəsildə Azərbaycan Respublikasının energetika qanunvericiliyindən bəhs edən müəllif onu da qeyd etmişdir ki, bu sahədəki mövcud qanunvericilik müəyyən problemlərin olmasına rəğmən regional əməkdaşlıqda beynəlxalq-hüquqi tənzimetmə üçün ümumi əsaslara malikdir. Həmin fəsildə Azərbaycan Respublikasının energetika qanunvericiliyi sistemi, enerji ehtiyatlarından istifadənin müqavilə formaları içərisində müasir dövrdə daha çox tətbiq olunan Hasilatın Bölgüsü Sazişləri də ətraflı tədqiq olunmuşdur. Azərbaycan Respublikasının energetika sferasında regional əməkdaşlığının çoxtərəfli və ikitərəfli beynəlxalq-hüquqi formalarından danışan müəllif bu tendensiyanı irəli sürmüşdür ki, ikitərəfli razılaşmaların bir qisminin yumşaq xarakter daşıması, meydana çıxa biləcək mübahisələrin həllində, əsasən, diplomatik (qeyri-məhkəmə, arbitraj mexanizmlərinin olmaması) yolların nəzərdə tutulması regional energetika inteqrasiyasını zəiflədən amil kimi qiymətləndirilməlidir. 
Monoqrafiyanın “Azərbaycan Respublikasının enerji təhlükəsizliyi siyasətində Naxçıvan Muxtar Respublikasının yeri” adlanan son fəslində muxtar respublikanın energetika sistemi, enerji təhlükəsizliyi olduqca mürəkkəb iqtisadi-coğrafi mövqeyi və geosiyasi vəziyyəti aspektində öyrənilmişdir. Bu fəsildə ümummilli lider Heydər Əliyevin 1990-1992-ci illərdə muxtar respublikaya rəhbərlik etdiyi dövrlərdə Naxçıvanın Türkiyə və İranla iqtisadi, ticarət, mədəni əməkdaşlığın genişləndirilməsi nəticəsində muxtar respublikanın enerji təminatı istiqamətində görülmüş əhəmiyyətli işlərdən danışılır. 2005-ci ilin noyabr ayından muxtar respublikaya təbii qazın verilməsinə başlanılmış, 2008-ci ildə muxtar respublikanın bütün yaşayış məntəqələri təbii qazla təmin olunmuşdur. Müəllif Naxçıvan Muxtar Respublikasının energetika sisteminin formalaşmasında və onun beynəlxalq xarakter kəsb etməsində Türkiyənin rolundan ayrıca danışmışdır. 
Naxçıvan Qaz Turbin Elektrik Stansiyasının istifadəyə verilməsindən, muxtar respublikanın enerjiyə olan tələbatının əsas hissəsinin burada işə salınmış su elektrik stansiyalarının hesabına ödənilməsindən, bərpa olunan və alternativ enerji mənbələrindən istifadə məqsədilə Günəş Elektrik Stansiyasının tikilib-quraşdırılmasından danışan müəllif elektrik enerjisi sektorunda həyata keçirilən bu tədbirləri haqlı olaraq Azərbaycanın, o cümlədən Naxçıvan Muxtar Respublikasının enerji təhlükəsizliyinə, istehsalat və xidmət sahələrinin sabit enerji ilə təminatının yaxşılaşdırılmasına mühüm töhfə kimi dəyərləndirmişdir. Qeyd olunmuşdur ki, bu sahəyə rəhbərlik qabaqcıl Avropa ölkələrinin təcrübəsinə uyğun qurulmaqdadır. Bu fəsildə muxtar respublikada energetika sisteminin idarəçiliyi ilə məşğul olan Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin fəaliyyətindən də bəhs olunmuşdur. Vurğulanmışdır ki, muxtar respublikanın enerji təhlükəsizliyi bütün istiqamətlərdə möhkəmləndirilməkdədir. Bunu institusional islahatların həyata keçirilməsi, yüksək texnoloji avadanlıqlar alınması üçün xarici sərmayələrin cəlb olunması, yerli kadr potensialının gücləndirilməsi və yüksək ekostandartların enerjiyə qənaət prinsipinin tətbiqi bir daha təsdiq edir. 
Son fəsildə Naxçıvanın enerji təhlükəsizliyi üzrə Azərbaycanın qonşu dövlətlərlə bağladığı müxtəlif beynəlxalq sənədlərin, o cümlədən beynəlxalq saziş, razılaşma və memorandumların, muxtar respublikanın dövlət qurumlarının Naxçıvan Muxtar Respublikasının energetika kompleksinin inkişafı məqsədilə qəbul etdiyi müxtəlif aktların, Naxçıvan Muxtar Respublikasında “Elektrik enerjisindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında qərarın əhəmiyyətindən bəhs olunmuşdur. Müəllif Azərbaycan Respublikasının yanacaq enerji kompleksinin inkişafı üzrə Dövlət Proqramında (2005-2015), Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramında Naxçıvan Muxtar Respublikasının geoiqtisadi vəziyyətinə xüsusi əhəmiyyət verildiyini də diqqətə çatdırmışdır.
 Müəllif muxtar respublikanın elektrik enerjisinin nəqli sahəsindəki beynəlxalq-hüquqi əməkdaşlıqdan danışarkən bu əməkdaşlığın təməlinin ümummilli lider Heydər Əliyev tərəfindən 1992-ci ildə qoyulduğunu diqqətə çatdırmış, qonşu dövlətlərlə imzalanan müxtəlif müqavilələri təhlil etmişdir. Həm beynəlxalq hüquqda, həm də dövlətdaxili qanunvericilikdə beynəlxalq müqavilələri bağlamaq səlahiyyətində olan vəzifəli şəxslərin təsnifatının verilməsindən danışan müəllif qeyd etmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qanunvericilikdə müxtəlif sahələr üzrə beynəlxalq müqavilələr bağlamaq səlahiyyətinə malik olması Azərbaycan Respublikasının suveren hakimiyyətinin bölgüsü anlamına gəlməyib, yalnız Naxçıvan Muxtar Respublikasının geosiyasi vəziyyəti ilə bağlıdır. Naxçıvan Muxtar Respublikasının iştirakı ilə bağlanan beynəlxalq müqavilələrdə Naxçıvan Muxtar Respublikasının Azərbaycan Respublikasının mənsubiyyətində göstərilməsi də bunu bir daha təsdiqləyir. Müəllif Naxçıvan Muxtar Respublikasının bu təmsilçilik funksiyasının Azərbaycan Respublikası Konstitusiyasına və “Beynəlxalq müqavilələrin bağlanması, icrası və ləğvi qaydaları haqqında” Qanununa əlavə edilməsini məqsədəuyğun hesab etmiş, bununla bağlı monoqrafiyada konkret təkliflər vermişdir. 
Hüquq üzrə fəlsəfə doktoru Seymur Talıbovun “Enerji təhlükəsizliyinin beynəlxalq-hüquqi problemləri” monoqrafiyasında qarşıya qoyulan problemin beynəlxalq-hüquqi əsaslarının tədqiq olunması Azərbaycan beynəlxalq hüquq elmi üçün mühüm yenilikdir. Monoqrafiyada müəllif tərəfindən irəli sürülən, əsaslandırılmış yeni elmi müddəalar, yekun elmi qənaətlər enerji təhlükəsizliyi sferasında dövlətlərarası əməkdaşlıqda, o cümlədən regional layihələrin həyata keçirilməsində, Azərbaycan Respublikasının Avropa ölkələri ilə, beynəlxalq təşkilatlarla enerji təhlükəsizliyi münasibətlərində, bu sahədəki mövcud qanunvericiliyin təkmilləşdirilməsində əhəmiyyətli rol oynayacaq. Yeni nəşr, bütövlükdə, beynəlxalq hüquq elminin inkişafına, Azərbaycan Respublikasının enerji diplomatiyasının formalaşdırılmasına xidmət edən “Beynəlxalq təhlükəsizlik hüququ”, “Beynəlxalq iqtisadi hüquq” fənlərinin tədrisində, yeni tədqiqat işlərinin yazılmasında istifadə olunacaq dəyərli elmi mənbədir. Bütün bunlar nəzərə alınaraq Naxçıvan Dövlət Universiteti Elmi Şurasının qərarı ilə hüquq üzrə fəlsəfə doktoru, dosent Seymur Talıbovun “Enerji təhlükəsizliyinin beynəlxalq-hüquqi problemləri” monoqrafiyası dərs vəsaiti kimi təsdiq olunmuşdur. Monoqrafiya hüquqşünaslıq, beynəlxalq münasibətlər və energetika ixtisaslarında seçmə fənlərin tədrisi zamanı dəyərli elmi mənbə kimi istifadə olunacaqdır.

 Mehriban Sultan
filologiya üzrə fəlsəfə doktoru

"Şərq qapısı" qəzeti

07.05.2017

 

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Hüquq mühafizə orqanları arasında yarış olub

25-04-2019-23-24 Xəbərlər

Hüquq mühafizə orqanları arasında yarış olub

NUHÇIXAN xəbər verir ki, hüquq mühafizə orqanları arasında atıcılığın stend növü...

Muxtar respublikada əməyin mühafizəsinə dair ilk elektron jurnal

25-04-2019-22-50 Xəbərlər

Muxtar respublikada əməyin mühafizəsinə dair ilk elektron jurnal

Nazirlikdən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan Biznes Mərkəzində “Əməyin...

Naxçıvanın flora və faunasına həsr edilən iki kitabın təqdimatı olub

25-04-2019-22-30 Xəbərlər

Naxçıvanın flora və faunasına həsr edilən iki kitabın təqdimatı olub

AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən NUHÇIXAN-a verilən məlumata görə...

İnnovasiyalar və onların idarə edilməsi mövzusunda təlim

25-04-2019-21-29 Xəbərlər

İnnovasiyalar və onların idarə edilməsi mövzusunda təlim

Komitədən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan Dövlət Universitetində Naxç...

Kəngərli rayonunda tarla seminar müşavirəsi

25-04-2019-20-58 Xəbərlər

Kəngərli rayonunda tarla seminar müşavirəsi

NUHÇIXAN xəbər verir ki, ailə təsərrüfatlarında əkin atlaslarına uyğun olaraq ək...

Anadilli şeirimizin ustadı Nəsimi-650

25-04-2019-20-33 Xəbərlər

Anadilli şeirimizin ustadı Nəsimi-650

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində böyük Az...

Akademik Zərifə Əliyevanın 96 illiyi qeyd edilib

25-04-2019-20-08 Xəbərlər

Akademik Zərifə Əliyevanın 96 illiyi qeyd edilib

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Müəllimlər İnstitutunda görkəmli oftalmoloq-al...

Badamlı qəsəbəsində yeni “Badamlı” Mineral Sular Zavodu tikilir

25-04-2019-19-44 Xəbərlər

Badamlı qəsəbəsində yeni “Badamlı” Mineral Sular Zavodu tikilir

Şahbuz rayonunun Badamlı qəsəbəsində yeni tikilən zavod hazırki müəssisədən daha...

“Buta” muğam ansamblı Kəngərli rayonunda konsert verib

25-04-2019-19-20 Xəbərlər

“Buta” muğam ansamblı Kəngərli rayonunda konsert verib

NUHÇIXAN xəbər verir ki, Kəngərli Rayon Mədəniyyət Sarayında Naxçıvan Musiqi Kol...

Yusif Seyidovun 90 illiyi ilə bağlı elmi konfrans olub

25-04-2019-17-40 Xəbərlər

Yusif Seyidovun 90 illiyi ilə bağlı elmi konfrans olub

NUHÇIXAN xəbər verir ki, AMEA Naxçıvan Bölməsində  görkəmli dilçi alim, Əməkdar ...

AMEA Naxçıvan Bölməsi tələbələri əməkdaşlığa dəvət edib

25-04-2019-17-03 Xəbərlər

AMEA Naxçıvan Bölməsi tələbələri əməkdaşlığa dəvət edib

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamına uyğun olar...

Dövlət Gömrük Komitəsində tələbələrlə praktiki seminar keçirilib

25-04-2019-16-45 Xəbərlər

Dövlət Gömrük Komitəsində tələbələrlə praktiki seminar keçirilib

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsin...

Ustad dərsləri keçirilib

25-04-2019-15-17 Xəbərlər

Ustad dərsləri keçirilib

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tə...

“Startap Naxçıvan” mövzusunda tələbələrlə görüş olub

25-04-2019-14-00 Xəbərlər

“Startap Naxçıvan” mövzusunda tələbələrlə görüş olub

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin əməkda...

Gələcəyin hüquqşünasları ilə startapların yaradılması müzakirə edilib

25-04-2019-12-56 Xəbərlər

Gələcəyin hüquqşünasları ilə startapların yaradılması müzakirə edilib

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Prokurorluğunda Naxçıvan D...

Maarifçilik hərəkatının işığında

25-04-2019-12-44 Xəbərlər

Maarifçilik hərəkatının işığında

Məlum olduğu kimi, Azərbaycanda milli elmi-pedaqoji fikir çoxəsrlik inkişaf yolu...

Ötən günün mənzərəsi - VİDEO

25-04-2019-12-29 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Şahbuz rayonunda yeni meyvə və üzüm bağı salınıb

25-04-2019-11-16 Xəbərlər

Şahbuz rayonunda yeni meyvə və üzüm bağı salınıb

NUHÇIXAN xəbər verir ki, Şahbuz rayonun Daylaqlı kəndində yeni meyvə bağı salını...

Ağbulaqda yaşıllıq sahələri salınır

25-04-2019-09-31 Xəbərlər

Ağbulaqda yaşıllıq sahələri salınır

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətl...

Şərurda atıcılıq idmanı üzrə yarış olub

25-04-2019-09-00 Xəbərlər

Şərurda atıcılıq idmanı üzrə yarış olub

NUHÇIXAN xəbər verir ki, Şərur Atıcılıq Klubunda Yeniyetmələrin XII Respublika O...

Mini-futbol birinciliyinə start verilib

24-04-2019-21-43 Xəbərlər

Mini-futbol birinciliyinə start verilib

Naxçıvan Muxtar Respublikası Gənclər  və İdman Nazirliyinin mətbuat xidmətindən ...

Pedaqoji təcrübəyə yekun vurulub

24-04-2019-21-30 Xəbərlər

Pedaqoji təcrübəyə yekun vurulub

NUHÇIXAN xəbər verir ki, “Naxçıvan” Universitetində Pedaqoji və Xarici dillər fa...

Dövlət qulluqçuları arasında “Xəmsə” Milli İntellektual Oyunu davam edir

24-04-2019-21-14 Xəbərlər

Dövlət qulluqçuları arasında “Xəmsə” Milli İntellektual Oyunu davam edir

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən N...

Kəngərlidə yeni sığorta olunanlara sosial sığorta şəhadətnaməsi verilib

24-04-2019-20-59 Xəbərlər

Kəngərlidə yeni sığorta olunanlara sosial sığorta şəhadətnaməsi verilib

Fonddan NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikası Dövlət So...

Sağlamlıq imkanları məhdud şəxslərə səyyari protez-ortopedik xidmətləri göstərilib

24-04-2019-20-46 Xəbərlər

Sağlamlıq imkanları məhdud şəxslərə səyyari protez-ortopedik xidmətləri göstərilib

Muxtar respublikada sağlamlıq imkanları məhdud şəxslərə tibbi-sosial reabilitasi...

Uşaqlar arasında mütaliə yarışı

24-04-2019-20-31 Xəbərlər

Uşaqlar arasında mütaliə yarışı

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətb...

Orta tibb işçilərinin sertifikasiya imtahanı keçirilib

24-04-2019-20-15 Xəbərlər

Orta tibb işçilərinin sertifikasiya imtahanı keçirilib

Muxtar respublikamızda praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan s...

Pedaqogika tarixinə müasir yanaşma

24-04-2019-20-00 Xəbərlər

Pedaqogika tarixinə müasir yanaşma

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun “Oxunmas...

Şahmat Mərkəzində interaktiv məşğələ

24-04-2019-19-39 Xəbərlər

Şahmat Mərkəzində interaktiv məşğələ

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Şahmat Mərkəzində “Debütlərin izahlı təhlili” ...

Muxtar respublika üzrə 760 nəfərə birdəfəlik maddi yardım ödəniləcək

24-04-2019-19-20 Xəbərlər

Muxtar respublika üzrə 760 nəfərə birdəfəlik maddi yardım ödəniləcək

Ölkə başçısı 2019-cu il aprelin 23-də "1941-1945-ci illər İkinci Dünya müharibəs...