Qədim diyarda dünyaya göz açan, boya-başa çatan gələcəyin böyük dahisi ilk təhsilini də Naxçıvanda alıb, 1939-cu ildə pedaqoji məktəbi uğurla bitirib. Ulu öndərimiz təhsilinin həmin mərhələsini yüksək qiymətləndirərək deyib: “Mən həmişə Naxçıvanda təhsil aldığım illəri xatırlayıram. Bu illər mənim yaddaşımdan heç vaxt silinməyəcək... Mən burada mükəmməl təhsil almışam, özü də elə həvəs və aludəçiliklə oxumuşam ki, sonralar digər ali təhsil müəssisələrində oxumaq mənim üçün çətin olmayıb”.
Dahi şəxsiyyət yüksək vəzifələrdə çalışdığı illərdə də heç vaxt Naxçıvanı unutmayıb, qədim diyarı daim diqqət mərkəzində saxlayıb. Azərbaycanda ilk dəfə hakimiyyətə gəldiyi 1969-cu ilin iyul ayının 14-dən sonrakı dövrdə ölkəmizin, o cümlədən Naxçıvanın inkişafı, gələcəyi ilə bağlı çox mühüm qərarlar qəbul edib. Belə ki, 1970-ci illərə qədər Naxçıvan Azərbaycanın digər bölgələrinə, xüsusən Dağlıq Qarabağ Muxtar Vilayətinə nisbətən xeyli geridə idi və sənaye məhsulunun artım sürətinə görə keçmiş SSRİ-nin muxtar respublikaları arasında axırıncı yerlərdə qərar tuturdu. Bu geriliyin aradan qaldırılmasında və Naxçıvanın inkişaf yoluna çıxmasında ulu öndərin birbaşa göstərişi və rəhbərliyi ilə hazırlanmış Azərbaycan KP MK və Azərbaycan SSR Nazirlər Sovetinin “Naxçıvan MSSR-in xalq təsərrüfatının daha da inkişaf etdirilməsi tədbirləri haqqında” 1974-cü il 8 yanvar tarixli birgə qərarının mühüm rolu olub. Sənəddə muxtar respublikanın sosial-iqtisadi, mədəni inkişafının təmin edilməsi üçün müvafiq orqanlar qarşısında konkret vəzifələr qoyulub, onların icra müddəti müəyyənləşdirilib. Qərarda nəzərdə tutulmuş bütün vəzifələr vaxtında yerinə yetirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev həmin dövrü dəyərləndirərək deyib: “Naxçıvanın inkişafı ulu öndər Heydər Əliyevin adı ilə sıx bağlıdır. İlk növbədə, ona görə ki, Naxçıvan Azərbaycan xalqına böyük şəxsiyyət ulu öndər Heydər Əliyevi bəxş etmişdir. Ulu öndər bütün dövrlərdə Naxçıvana böyük diqqət göstərmişdir. 1970-1980-ci illərin əvvəllərində respublikanın sosial-iqtisadi inkişafı üçün çox böyük işlər görmüşdür. O vaxt Azərbaycanın hər bir yerində olduğu kimi, Naxçıvanda da sürətli inkişaf dövrü müşahidə edilirdi. Ulu öndərin rəhbərliyi ilə Azərbaycan 1980-ci illərin əvvəllərində sovet məkanında ən qabaqcıl yerlərdə idi, o cümlədən Naxçıvanda da böyük sosial quruculuq işləri aparılırdı. Naxçıvanın sənaye potensialı formalaşırdı. Bir sözlə, muxtar respublika öz inkişaf dövrünü yaşayırdı”.
Böyük tarixi şəxsiyyət muxtar respublikada aparılan quruculuq-abadlıq işlərinin vəziyyəti ilə tanış olmaq üçün 1970-1982-ci illərdə 4 dəfə qədim diyarda səfərdə olub. İlk səfər 1974-cü il fevralın 22-də reallaşıb. Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyində saxlanılan Azərbaycan KP Naxçıvan Vilayət Komitəsinin büro iclaslarının protokollarından da aydın olur ki, daha sonra 1978-ci il ok­tyabrın 15-də, 1980-ci il mayın 24-də, 1982-ci il oktyabrın 2-də reallaşan səfərlərin hər birində Naxçıvanın gələcəyi üçün mühüm qərarlar qəbul edilib, gələcək perspektivə hesablanmış addımlar atılıb.
Aparılan kompleks tədbirlər sayəsində 1970-1982-ci illərdə muxtar respublikanın sənaye potensialı, təxminən, üç dəfə yüksəlib. Həmin illərdə Araz çayı üzərində iri su anbarı və elektrik stansiyası, habelə 16 iri sənaye müəssisəsi tikilib istifadəyə verilib. Bütün bu genişmiqyaslı quruculuq fəaliyyəti nəticəsində Naxçıvan Muxtar Respublikasında sənaye məhsulunun ümumi həcmi 1985-ci ildə 1970-ci ilə nisbətən 4,6 dəfə artıb.
SSRİ kimi nəhəng dövlətin rəhbərlərindən biri olan xalqımızın böyük oğlu Heydər Əliyev Moskvada, necə deyərlər, ucu-bucağı görünməyən bir ölkənin problemlərinin həlli ilə məşğul olsa da, bir an belə, doğma Naxçıvanı unutmayıb. O, muxtar respublikada görülən quruculuq işlərini həmişə yaxından izləyib, tövsiyə və tapşırıqlarını əsirgəməyib, ermənilərin Naxçıvana və Dağlıq Qarabağa iddialarına qarşı ciddi mübarizə aparıb. Təsadüfi deyil ki, ulu öndər 1987-ci ilin noyabr ayında rəhbər vəzifədən uzaqlaşdırılandan dərhal sonra Azərbaycanın ağrı-acılarla dolu dövrü başlayıb.
Ümummilli lider Moskvada rahat yaşaya bilərdi. Ancaq dahi şəxsiyyət sakitliyi və rahatlığı deyil, Vətəninin taleyini düşünürdü. Buna görə də O, Vətənə qayıtmaq istəyirdi. Naxçıvanlılar da qədim diyarın yetişdirdiyi böyük dövlət xadiminin gəlişini səbirsizliklə gözləyirdilər. Onun 1990-cı il iyulun 22-də möhtəşəm qayıdışını doğulub boya-başa çatdığı Naxçıvan torpağı, əhali hədsiz sevgi, məhəbbət və inamla qarşıladı. Xəyanətə yol vermiş mərkəzi hakimiyyətin bütün cəhdlərinə baxmayaraq, naxçıvanlılar qısa müddətdə ulu öndəri özlərinə rəhbər seçdilər, onun ətrafında sıx birləşdilər. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun dediyi kimi: “Moskvadan Naxçıvana qayıdış o dövrün bəzi qəzetlərində yazıldığı kimi, əyalət mərkəzinə yox, Vətənə qayıdış idi, böyük siyasətə yenidən və fəal şəkildə, birmənalı, ardıcıl, qətiyyətli qayıdış idi”.
Dahi şəxsiyyət hər zaman olduğu kimi, öz gəlişi ilə Naxçıvana yeni nəfəs gətirdi, ağır blokada şəraitində olmasına baxmayaraq, bu qədim diyarı dirçəltməyə başladı. Burada muxtar respublika üçün deyil, bütün Azərbaycan üçün həyati əhəmiyyət kəsb edən, dövlət quruculuğu prosesində mayak rolunu oynayan qərarların qəbul edilməsinə nail oldu. 
Ali Məclisin Sədri həmin dövrü belə xarakterizə edir: “Ulu öndər Heydər Əliyev Naxçıvanda siyasi fəaliyyət göstərdiyi qısa zaman kəsiyində müstəqil, demokratik və dünyəvi dövlət yaradılması üçün mühüm siyasi və ideoloji amilə çevrilən tarixi qərarlar qəbul etdi. Azərbaycanın müstəqil dövlət kimi sonrakı fəaliyyətinin bir sıra konseptual istiqamətləri məhz bu dövrdə işlənib hazırlandı. İlk dəfə olaraq Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Dövlət Bayrağı kimi qəbul olundu”.
Ümummilli liderimizin Naxçıvana gəlişi, xalqın təkidli tələbi və istəyi ilə muxtar respublikanın rəhbəri seçilərək son dərəcə ağır vəziyyətdə olan bu ulu diyarı mətanətlə qoruması, əsl nicat yoluna çıxararaq hərtərəfli yüksəlişə qovuşdurması böyük əhəmiyyət daşımaqla, bütövlükdə, ölkəmiz üçün mühüm bir hadisəyə çevrilmişdir. Ali Məclis Sədrinin sözləri ilə ifadə etsək, “Azərbaycanın bu qədim torpağını xilas edən Heydər Əliyev özünə Naxçıvan boyda əbədi, həmişəyaşar abidə ucaltdı”.
Böyük dövlət xadiminin Naxçıvandakı idarəetmə uğurlarını görən xalqımız ölkədəki xaos və anarxiyanı aradan qaldırmaq, Azərbaycan dövlətçiliyini xilas etmək naminə Onun ölkə rəhbərliyinə gətirilməsini tələb etməyə başladı. Ancaq ulu öndər canı qədər sevdiyi doğma Naxçıvandan ayrılmaq istəmirdi. Digər tərəfdən xalqının görkəmli oğlu, alovlu vətənpərvər bu acı hadisələrə laqeyd də qala bilməzdi. Necə ki, qalmadı.
Ölkəmizə ikinci dəfə rəhbərliyi illərində ümummilli liderimiz Naxçıvan Muxtar Respublikasından diqqət və qayğısını əsirgəmədi. 1969-cu ildən başlanan quruculuq və inkişaf xətti Naxçıvanda fəal, yaradıcı surətdə davam etdirildi. Bu quruculuq və inkişaf konsepsiyası sonrakı illərdə özünü tam doğruldaraq bir idarə­etmə modeli kimi tarixə düşdü. Fəaliy­yətini dayandırmış sənaye müəssisələrinin yenidən işə salınması və yeni müəssisələrin yaradılması sayəsində 1993-2003-cü illərdə muxtar respublikada sənaye məhsulu 3,4 dəfə artdı. Həmin dövrdə 15 inzibati bina, 60 elm və təhsil müəssisəsi, o cümlədən 16 min 38 şagird yerlik 55 ümumtəhsil məktəbi, 43 mədəniyyət obyekti, 28 səhiyyə müəssisəsi, 5 idman obyekti, 24 nasos stansiyası, 135 subartezian quyusu, 34 körpü, 6 ticarət mərkəzi, əlil, məcburi köçkün, qaçqın, şəhid ailələri, təbii fəlakətdən zərərçəkənlər və digər bu kimi kateqoriyalardan olan şəxslər üçün 47 fərdi ev, 123 istehsal və xidmət obyekti tikilərək istifadəyə verildi. Ümumi daxili məhsulun həcmi 6,8 dəfə, əhalinin gəlirləri isə 10,5 dəfə artdı. Bütün bu misilsiz nailiyyətlərin hamısı böyük dövlət xadimi Heydər Əliyev siyasi kursunun yüksək səviyyədə, ardıcıl və dönmədən davam etdirilməsi nəticəsində qazanıldı. Bu möhtəşəm təlim sabahkı uğurlarımızın da etibarlı qarantıdır. Azərbaycanın özü kimi əbədi olan Heydər Əliyev ideyaları yolumuzu işıqlandıran sönməz məşəldir.
“Siz sübut etdiniz ki, öz torpağınıza, xalqınıza, millətinizə müqəddəs, müstəqil Azərbaycana sədaqətlisiniz və mənim də həm Azərbaycan xalqına, həm də Azərbaycan torpağına, o cümlədən öz doğma yurdum Naxçıvana sədaqətimin şahidi oldunuz”, – deyən ulu öndər Naxçıvan Muxtar Respublikasında görülən genişmiqyaslı işləri daim dəstəklədi. Burada aparılan kompleks qurucu­luq işləri ilə yaxından tanış olmaq, bir sıra sosial, ictimai obyektlərin açılışında iştirak etmək üçün muxtar respublikaya 4 dəfə səfər etdi. Birinci səfər 1996-cı il oktyabrın 29-da, ikincisi 1999-cu il oktyabrın 10-da, digərləri isə 2002-ci il iyunun 15-də və həmin il avqustun 10-da reallaşdı.
Ulu öndərin Naxçıvanın bu günü və gələcəyi üçün gördüyü ən böyük işlərdən biri də qədim diyarın muxtariyyətinin qorunub saxlanılması oldu. 1995-ci il noyabrın 12-də referendumla qəbul edilmiş, onun müəllifi olduğu müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası Naxçıvanın muxtariyyət statusunu hüquqi cəhətdən möhkəmləndirdi. Həmin Konstitusiyanın VIII fəsli Naxçıvan Muxtar Respublikası ilə əlaqədardır. Konstitusiyanın 134-cü maddəsində deyilir: “Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının tərkibində muxtar dövlətdir. Naxçıvan Muxtar Respublikasının statusu bu Konstitusiya ilə müəyyən edilir. Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsidir”.
Ümummilli lider Heydər Əliyevin ölkə Prezidenti kimi “Naxçıvan Muxtar Respublikasının 75 illik yubileyinin keçirilməsi haqqında” imzaladığı 1999-cu il 4 fevral tarixli Fərmanında Naxçıvanın muxtariyyətini şərtləndirən başlıca tarixi-coğrafi amillər belə ifadə olunub: “Azərbaycan Xalq Cümhuriyyəti dövrünədək sərhədlər alt-üst edilməyə başlandı. İlk olaraq Azərbaycan torpağı Zəngəzur mahalı Ermənistan SSR-in tərkibinə qatıldı. Əslində isə ermənilərin planları daha geniş idi və onların torpaq iddialarının əsas hədəfi məhz Naxçıvan idi. Onlar Zəngəzurun Ermənistana ilhaq edilməsini bu yolda atılmış mühüm addım hesab edirdilər. Beləliklə də, Naxçıvanı Azərbaycandan ayıran Azərbaycan torpaqlarının – Zəngəzur mahalının Ermənistana verilməsi Naxçıvanın muxtariyyət məsələsini zəruri etdi”.
Ulu öndər həmişə Naxçıvanın sosial-­iqtisadi baxımdan inkişaf etməsini, abad­laşmasını istəyirdi. Bu gün onun yolunu uğurla davam etdirənlər dahi şəxsiyyətin arzularını inamla həyata keçirirlər. Ümummilli liderin müəyyənləşdirdiyi hədəflər istiqamətində inamlı addımlar atılır. Belə ki, muxtar respublikada ümumi inkişafın əsas göstəricisi olan ümumi daxili məhsul istehsalının həcmi 1995-ci illə müqayisədə 59,1 dəfə artaraq 2016-cı ildə 2 milyard 582 milyon manatdan çox olub. Bu dövr ərzində sənaye məhsulunun həcmi 103,2 dəfə, kənd təsərrüfatı məhsulunun həcmi 11,1 dəfə artıb. Yerli istehsalın artması daxili bazarda məhsul bolluğu yaratmaqla bərabər, muxtar respublikanın ixrac potensialını gücləndirib, idxalın həcminin isə azalmasına səbəb olub. Nəticədə, 2009-cu ildən muxtar respublikanın xarici ticarət dövriyyəsində müsbət saldo qeydə alınıb, ixracın həcmi idxalı üstələyib. Həmin dövrdə xarici ticarət dövriyyəsinin 51 faizini ixrac, 49 faizini isə idxal təşkil edib. Təkcə 2014-cü il 1 yanvar tarixdən 2017-ci il 1 aprel tarixədək muxtar respublikanın rayon mərkəzlərində, qəsəbə və kəndlərində infrastruktur obyektlərinin yaradılması istiqamətində, ümumilikdə, 698 infrastruktur obyekti istifadəyə verilib, 72 infrastruktur ­obyektinin inşası davam etdirilib.

Qazanılan bu nailiyyətlər bir daha deməyə əsas verir ki, Naxçıvanda Heydər Əliyev siyasi xətti uğurla, sədaqətlə davam etdirilir. Sosial-iqtisadi inkişafla bağlı qəbul edilmiş dövlət proqramlarının dəqiq icrası, islahatların günün tələbləri səviyyəsində aparılması Naxçıvanın sürətli inkişafını və yüksəlişini şərtləndirir. Bu isə məhz ulu öndərimiz Heydər Əliyevin arzularındakı Naxçıvandır. Gündən-günə çiçəklənən, inkişaf edən, abadlaşan Naxçıvan.

Rauf KƏNGƏRLİ

"Şərq qapısı" qəzeti

10.06.2017

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Naxçıvanda əcnəbi tələbələr arasında labirint strateji oyunu baş tutdu

11-08-2020-17-43 Xəbərlər

Naxçıvanda əcnəbi tələbələr arasında labirint strateji oyunu baş tutdu

Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun təşkilatçılığı ilə Gənclər Mərkəzi...

Avqustun 13-14-də respublikanın 35 şəhər və rayonunda qəbul imtahanları təşkil ediləcək

11-08-2020-15-56 Xəbərlər

Avqustun 13-14-də respublikanın 35 şəhər və rayonunda qəbul imtahanları təşkil ediləcək

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən avqustun 13-14-də respublikanın 35 şəhər...

Naxçıvanda sabaha olan hava proqnozu

11-08-2020-15-35 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında avqustun 12-nə gözlənilən hava proqnozu açıqlanı...

Çavuşoğlu: “Türkiyə üzərindən Naxçıvana təbii qazın çatdırılması strateji layihədir”

11-08-2020-14-00 Xəbərlər

Çavuşoğlu: “Türkiyə üzərindən Naxçıvana təbii qazın çatdırılması strateji layihədir”

“Azərbaycan Türkiyəyə təbii qaz ixrac edən ölkələr arasında ilk sıradadır”.

Ötən günün mənzərəsi - VİDEO

11-08-2020-11-18 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN İnformasiya Agentliyi muxtar respublikamızın ictimai-mədəni, sosial-iqt...

Taktiki təlimlərin birinci mərhələsi Quru Qoşunları bölmələrinin iştirakı ilə davam edir - VİDEO

11-08-2020-10-36 Xəbərlər

Taktiki təlimlərin birinci mərhələsi Quru Qoşunları bölmələrinin iştirakı ilə davam edir - VİDEO

Azərbaycan-Türkiyə birgə genişmiqyaslı döyüş atışlı taktiki təlimlərinin birinci...

İmtahan iştirakçıları arasında maksimal bal toplayanların sayı açıqlanıb

11-08-2020-09-19 Xəbərlər

İmtahan iştirakçıları arasında maksimal bal toplayanların sayı açıqlanıb

11-ci sinif şagirdləri üçün 23-24 iyul 2020-ci il tarixlərində keçirilmiş buraxı...

I və IV ixtisas qrupları üzrə qəbul imtahanlarının tarixi açıqlanıb

10-08-2020-17-30 Xəbərlər

I və IV ixtisas qrupları üzrə qəbul imtahanlarının tarixi açıqlanıb

I və IV ixtisas qrupları üzrə qəbul imtahanlarının ikinci mərhələsi 20-21 avqust...

Azərbaycan və Türkiyə HHQ-nin qırıcıları təlim-məşq uçuşları keçiriblər - VİDEO

10-08-2020-17-12 Xəbərlər

Azərbaycan və Türkiyə HHQ-nin qırıcıları təlim-məşq uçuşları keçiriblər - VİDEO

"TurAz Qartalı - 2020" Azərbaycan-Türkiyə birgə taktiki-uçuş təlimlərinin birinc...

İslamşünaslıq ixtisasına qəbul olmaq istəyən abituriyentlərin nəzərinə

10-08-2020-16-09 Xəbərlər

İslamşünaslıq ixtisasına qəbul olmaq istəyən abituriyentlərin nəzərinə

Azərbaycan İlahiyyat İnstitutuna (Aİİ) islamşünaslıq ixtisası üzrə qəbul olmaq i...

Xüsusi qabiliyyət tələb edən ixtisasları seçən abituriyentlərin qeydiyyatı davam edir

10-08-2020-12-53 Xəbərlər

Xüsusi qabiliyyət tələb edən ixtisasları seçən abituriyentlərin qeydiyyatı davam edir

2020/2021-ci tədris ili üçün 9 illik orta təhsil bazasında orta ixtisas təhsili ...

Azərbaycan Ordusunun generalı vəfat edib

10-08-2020-12-11 Xəbərlər

Azərbaycan Ordusunun generalı vəfat edib

Azərbaycan Ordusuna ağır itki üz verib. General-leytenant Məmmədov Fuad Nadir oğ...

Peşə təhsili müəssisələrinə sənəd qəbuluna start verilir

10-08-2020-11-19 Xəbərlər

Peşə təhsili müəssisələrinə sənəd qəbuluna start verilir

Bu gün 2020/2021-ci tədris ili üzrə dövlət peşə təhsili müəssisələrinə sənəd qəb...

Qədim yeraltı tikili-40 pillə çeşməsi

09-08-2020-19-57 Xəbərlər

Qədim yeraltı tikili-40 pillə çeşməsi

Ordubad şəhərindəki 40 pillə çeşməsi yer altında inşa olunmuş çox maraqlı su mən...

Muxtar respublikada təhsil sahəsində quruculuq işləri uğurla davam edir

09-08-2020-16-37 Xəbərlər

Muxtar respublikada təhsil sahəsində quruculuq işləri uğurla davam edir

Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyasında...

El sənətini yaşadanlar

09-08-2020-13-20 Xəbərlər

El sənətini yaşadanlar

Xalqımızın ən qiymətli sərvəti olan, minilliklər boyu təşəkkül tapan adət-ənənəl...

Naxçıvanda sabaha olan hava proqnozu

08-08-2020-17-40 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında avqustun 9-na gözlənilən hava proqnozu açıqlanıb...

Naxçıvanda gənc sərhədçilərin andiçmə mərasimi keçirildi - VİDEO

08-08-2020-16-20 Xəbərlər

Naxçıvanda gənc sərhədçilərin andiçmə mərasimi keçirildi - VİDEO

Son illər həyata keçirilən ardıcıl tədbirlər nəticəsində sərhəd diviziyasının ma...

Əlahiddə Ümumqoşun Orduda gənc əsgərlərin hərbi andiçmə mərasimi keçirilib - VİDEO

08-08-2020-15-30 Xəbərlər

Əlahiddə Ümumqoşun Orduda gənc əsgərlərin hərbi andiçmə mərasimi keçirilib - VİDEO

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Əlahiddə Ümumqoşun Orduda gənc əs...

Muxtar respublikada fövqəladə hallara hazırlıq işləri davam etdirilir

08-08-2020-15-09 Xəbərlər

Muxtar respublikada fövqəladə hallara hazırlıq işləri davam etdirilir

Muxtar respublikada pandemiyaya qarşı profilaktik tədbirlər davam etdirilərək Na...

Ötən günün mənzərəsi - VİDEO

08-08-2020-13-31 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN İnformasiya Agentliyi muxtar respublikamızın ictimai-mədəni, sosial-iqt...

Naxçıvana təyyarə reyslərinin artırılması ilə bağlı yaxın vaxtlarda qərar veriləcək

08-08-2020-11-48 Xəbərlər

Naxçıvana təyyarə reyslərinin artırılması ilə bağlı yaxın vaxtlarda qərar veriləcək

“Naxçıvana təyyarə reyslərinin artırılması ilə bağlı yaxın zamanlarda qərar qəbu...

Azərbaycanda koronavirusa yoluxma hallarının 56,3 faizi paytaxtın payına düşür

08-08-2020-10-33 Xəbərlər

Azərbaycanda koronavirusa yoluxma hallarının 56,3 faizi paytaxtın payına düşür

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına bölgələr üzrə yoluxma...

Polkovnik Vaqif Dərgahlı: Sarkisyan öz canını qurtarmaq üçün çürük saman çöpündən yapışır

08-08-2020-09-00 Xəbərlər

Polkovnik Vaqif Dərgahlı: Sarkisyan öz canını qurtarmaq üçün çürük saman çöpündən yapışır

Uzun sürən sükutdan sonra Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanın 2016-c...

Naxçıvan Dövlət Universiteti beynəlxalq layihəyə imza atıb

07-08-2020-18-57 Xəbərlər

Naxçıvan Dövlət Universiteti beynəlxalq layihəyə imza atıb

“Rusiya Federasiyası, Qazaxıstan və Azərbaycanda səhiyyədə strateji keyfiyyət me...

Naxçıvanda sabaha olan hava proqnozu

07-08-2020-17-29 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında avqustun 8-nə gözlənilən hava proqnozu açıqlanıb...

Püstə bağlarına qulluq göstərilib

07-08-2020-16-30 Xəbərlər

Püstə bağlarına qulluq göstərilib

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazi...

Ötən günün mənzərəsi - VİDEO

07-08-2020-15-10 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN İnformasiya Agentliyi muxtar respublikamızın ictimai-mədəni, sosial-iqt...

Naxçıvantravel yeni saytını təqdim edib

07-08-2020-14-51 Xəbərlər

Naxçıvantravel yeni saytını təqdim edib

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, turistlər bu saytda Naxçıvanla ba...

Qəbul imtahanlarının ikinci mərhələsinin qrafiki elan edilib

07-08-2020-13-58 Xəbərlər

Qəbul imtahanlarının ikinci mərhələsinin qrafiki elan edilib

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən avqustun 13-də və 14-də keçiriləcək qəbu...