Naxçıvan Muxtar Respublikasında aparılan genişmiqyaslı quruculuq işləri, yaradılan müasir infrastruktur, yaşıllıqların artırılması, tarixi abidələrin bərpası istiqamətində həyata keçirilən çoxşaxəli tədbirlər bu qədim diyarda turizmin bir sıra növlərinin inkişafı üçün real zəmin hazırlayıb. Tarixi-mədəni, dini, sağlamlıq turizmi ilə yanaşı, kənd turizminin də inkişafı üçün muxtar respublika geniş potensiala malikdir. Ən ucqar dağ kəndlərinədək çəkilən abad yollar, yaşayış məntəqələrinin qaz, su, elektrik, rabitə və internetlə təminatı, bütün bölgələri əhatə edən quruculuq tədbirləri də buna şərait yaradır. Təbii ki, əhalinin kənd təsərrüfatının ayrı-ayrı növləri ilə məşğul olması, qonaqpərvərliyi və zəngin süfrə mədəniyyəti də buna öz təsirini göstərir.

Nəzərə alsaq ki, əhalinin 70 faizi kəndlərdə yaşayır, o zaman kənd turizminin muxtar respublika iqtisadiyyatı üçün nə qədər əhəmiyyətli olduğunu bir daha görərik. Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə keçirilən maarifləndirici tədbirlər də bu sahənin inkişafına istiqamətlənib. Əhalinin iştirakı ilə keçirilən həmin tədbirlərdə kənddə istirahət etmək istəyən turistlər üçün normal şəraitin yaradılması ilə turizm mövsümü ərzində yaxşı gəlirlər əldə etməyin mümkünlüyü diqqətə çatdırılır.

Həyata keçirilən məqsədyönlü tədbirlər öz bəhrəsini verib. Əgər əvvəllər ancaq Batabata gedən yolun üstündə yerləşən Biçənəkdə evlər kirayə verilirdisə, bu gün artıq demək olar ki, belə təcrübə muxtar respublikamızın digər bölgələrinə də yayılıb. İndi ən səfalı kəndlərimizdə – Xanəgahda, Ağbulaqda, Dırnısda, Şahbulaqda, Küküdə və onlarla belə yaşayış məntəqələrində turistlərə evlər təklif olunur. Artıq 40-dan çox kirayə ev haqqında məlumat Turizm İnformasiya Mərkəzinin saytında (turizm.nakhchivan.az) yerləşdirilib. 
Muxtar respublikada turizm sahibkarlığının da inkişafına diqqət yetirilir. Kənd turizminin inkişafı məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən kreditlər verilir.
İlk istirahət mərkəzi müstəqillik illərində Ağbulaqda salınıb. Ağbulaq İstirahət Mərkəzi kənd turizminin tətbiq olunduğu ilk məkan kimi diqqəti çəkir. Həmin mərkəzin yerləşdiyi bu kənd gözəl mənzərəsi, flora və faunasının zənginliyi ilə seçilir. Bu məkanın qapıları yüksək səviyyəli xidmətləri ilə ilin bütün fəsillərində hər kəsin üzünə açıqdır. İstirahət mərkəzi salınandan, demək olar ki, Ağbulaq hər gün qonaqlı-qaralı olur. Mərkəzdə çalışan işçilər də elə bu kəndin sakinləridir. Bu da əhalinin məşğulluğunun təmin olunması baxı­mından əhəmiyyətlidir. Kənd əhalisinin məşğuliyyətini heyvandarlıq və arıçılıq təşkil edir. Kənddə istirahət mərkəzi yaradılandan təsərrüfatın müxtəlif sahələrinə, məsələn, meyvəçiliyə, quşçuluğa da maraq artıb. Təsərrüfatlarını genişləndirən ağbulaqlılar indi evlərini də kirayə verməklə gəlir əldə edə bilirlər. 
Muxtar respublika kəndlərinin füsunkar təbiət mənzərələri həyata keçirilən quruculuq tədbirləri ilə vəhdət təşkil edir. İndi hansı səmtə üz tutsan, kənd yaşayış məntəqələrində ancaq rahat yollarla, müasir memarlıq üslubunda ucaldılan binalarla və şübhəsiz, gözəl təbiət mənzərələri ilə qarşılaşacaqsan. Onu da bildirək ki, turistlər Naxçıvan kəndləri üçün yeni model olan xidmət mərkəzlərindən də istifadə edə bilərlər. 
Füsunkar təbiət mənzərələrinə malik bir sıra kəndlər həm də dünya əhəmiyyətli tarixi abidələrlə tanınır. Culfa istiqamətində belə abidələrdən Əlincə qalasını, Gülüstan türbəsini və Xanəgah Abidələr Kompleksini misal göstərə bilərik. Həmin abidələrə artan maraq bu kəndlərdə turizmin inkişafını qaçılmaz edib. Bu yaşayış məntəqələrində həyata keçirilən kompleks quruculuq tədbirləri əhalinin daha sıx məskunlaşmasına və yeni evlərin salınmasına şərait yaradıb. 
Ərəfsə pirinin və Əlincə çayının üzərində tikilmiş orta əsrlərə aid daş körpüsü, dörd bir tərəfi əzəmətli dağlarla əhatələnmiş səfalı guşələri olan Ərəfsə kəndini istirahət məqsədilə seçənlər buradakı kirayə evlərdən faydalana bilərlər. 
Qızmar yay günlərində istirahət üçün ideal məkan kimi Ordubad rayonunun kəndlərini seçənlər də az deyil. Buna misal olaraq Pəzməri kəndini göstərmək olar. Təbiət öz səxavətini bu kənddən əsirgəməyib. Qaplançay, Pəzməri şəlalələri, zəngin təbiəti, dumduru bulaq suları bu kəndi məşhurlaşdırıb. Onu da qeyd edək ki, bu kənd rayonun kiçik yaşayış məntəqələrindəndir. Lakin təbiətinin zənginliyinə görə daha çox turist cəlb etmək imkanına malikdir. Əzəmətli dağlarla əhatə olunan və yaşıllıqlar arasından boy göstərən kənd gözəlliyi ilə göz oxşayır. 
Bağçaları barlı-bəhərli, süfrələri zəngin olan Dırnıs kəndinin sakinlərinin də qapısı qonaqların üzünə həmişə açıqdır. Kənd yaşıl turizm həvəskarları çox da tələbkar deyillər. Turizmin bu növü ilə məşğul olmaq üçün minimal tələblərə cavab verən kənd evləri kifayət edir. Dırnısda evlərin əksəriyyəti mənzərəli ərazidə, çay kənarında yerləşir. 
Məlumat üçün bildirək ki, sovet dövründə təbiətinin zənginliyinə, iqliminə görə düşərgə salınan kəndlər Dırnıs, Ağbulaq, bir də Şərur rayonunun Şahbulaq kəndləri olub. Hər yay dövrü məktəblilər bu ərazilərdə istirahət ediblər. O dövrdə cəlbedici amil bu yerlərin təbiəti olub. Bu gün isə vəziyyət tam fərqlidir. Yəni yalnız məktəbliləri deyil, xarici turistləri qəbul edə biləcək səviyyədə kənd yaşayış məntəqələrimiz inkişaf edib. 
Hər il yüzlərlə turist şəhərlərin səsli-küylü həyatından uzaq olan təbiətin qoynunda dincəlmək üçün səfalı yerlərə üz tutur. Bu mənada, hər bir turist rahatlıqla növbəti dəfə Şahbulağı seçə bilər. Sərt görkəmi ilə yolu hər iki tərəfdən çəpərləyən dağlar da buradadır, suyu ilə ürəklərə sərinlik verən buz bulaqlar da. Əzəmətli dağlar bu kəndi üzük qaşı kimi əhatəyə alıb. 
Bu yerlərin gözəl təbiəti insanlarının da ruhuna sirayət edib. O qədər mehribandırlar ki, hansı qapını açsan, səni doğmaları kimi qarşılayacaqlar. Turizmin inkişafına səbəb olan amillərdən biri də elə qonaqpərvərlikdir. Çünki kənd yaşıl turizminin inkişafı yerli sakinlərin təşəbbüskarlığı və qonaqpərvərliyindən də asılıdır. 
Turisti cəlb edən məqamlardan biri də mətbəxdir. Biz özümüz də hər hansısa bir ölkəyə getdikdə əvvəlcə mətbəxi ilə maraqlanırıq. Əgər mətbəx zəngin, yeməklər dadlıdırsa, heç zaman yediyimiz yeməklərin ləzzətini unutmarıq. Naxçıvan mətbəxi də bu cəhətdən turistlərin diqqətini cəlb edir.
Torpaqdan ikiəlli yapışan kənd adamlarının həyətlərindən məhsulları yığmaqla bitməz. Burada, necə deyərlər, bir quş südü çatmır. Arıçılıq kənd adamlarının əsas məşğuliyyətlərindəndir. Bununla belə, meyvələrdən cürbəcür kompot, mürəbbə hazırlayar, süfrələrini əllərinin əməyi olan nemətlərlə zənginləşdirərlər. İstehsal etdikləri, öz zəhmətlərinin bəhrəsi olan məhsullar – bal, şor-kərə, qatıq, pendir digər kənd məhsulları – ətdən hazırlanan cürbəcür yeməklər, bağdan yenicə dərilib gətirilən dadlı-tamlı meyvələr süfrələrinin bərəkətidir. Bir sözlə, süfrədə nə varsa, ekoloji cəhətdən saf, insan orqanizmi üçün faydalı məhsullardır. Ən əsası, bu yerlərin saf havası, gözəl mənzərəsi insanın ruhunu qidalandırır. 
Turist bir ölkəyə səfər etdikdə onu maraqlandıran məqamlardan biri də həmin yerin insanlarının məşğuliyyəti, adət-ənənəsi olur. Kənd yaşayış məntəqələrimizdə yaşayan və xalq sənətkarlığının ayrı-ayrı sahələrini yaşadan sənətkarlar əl işlərini satmaqla da gəlir əldə edə bilərlər. 
Muxtar respublikada kənd turizminin real vəziyyəti perspektivdə bu sahənin əhatə dairəsinin genişlənəcəyindən xəbər verir. 
Yay tətilini mənalı keçirmək üçün ölkə sərhədlərindən kənara çıxmaq şərt deyil. İstirahətinizi səmərəli keçirməyi düşünürsünüzsə, uca dağların qoynunda yerləşən, şəfalı bulaqları, təmiz havası, gülərüz insanları ilə kəndlərimiz sizi gözləyir. Kənd turizminin verdiyi imkanlardan faydalanmaqla həm pulunuza qənaət etmiş olar, həm də qeyd etdiyimiz kimi, ruhunuzu qidalandıra bilərsiniz. Səfər etdiyiniz kəndlərdən çəkdiyiniz fotoları sosial şəbəkələrdə paylaşmaqla muxtar respublikaya turist cəlb edə də bilərsiniz. 
Unutmayaq ki, turistlər həm də informasiya daşıyıcılarıdır. Turist səfər etdiyi ölkənin təbiəti, şəfalı bulaqları, ləziz mətbəxi, tarixi və mədəniyyəti, qonaqpərvərliyi ilə bağlı məlumatları öz ölkəsinə aparır və təbliğ edir. Mütəxəssislərin də fikrincə, ölkəyə gələn hər bir turist xidmətdən məmnun qalırsa, geri qayıdandan sonra o ölkənin təbliğatçısına çevrilir və özündən sonra onlarla insanın da bura səfər etməsinə səbəb ola bilir. Yaxşı xidmətlə qarşılaşmayanda isə bu, antireklama çevrilir. Turizmi zəncirvarı bir halqaya bənzətmək olar. O halqanı genişləndirmək üçün hər birimiz üzərimizə düşən vəzifəni layiqincə yerinə yetirməliyik.

Ruhiyyə Rəsulova
Naxçıvan Dövlət Televiziyasının baş redaktoru

"Şərq qapısı" qəzeti

13.06.2017

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Bir payız günündə Payız kəndində

16-12-2018-19-50 Xəbərlər

Bir payız günündə Payız kəndində

Üç ay ellərimizə qonaq olan payız  fəsli də artıq yerini yavaş-yavaş qışa vermək...

Ordubadın nadir inciləri

16-12-2018-19-16 Xəbərlər

Ordubadın nadir inciləri

Ordubad rayonu özünün zəngin tarixi abidələri ilə həmişə diqqəti çəkib.

Naxçıvanda sabaha olan hava proqnozu

16-12-2018-15-47 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında dekabrın 17-nə gözlənilən hava proqnozu açıqlanı...

Həkim ambulatoriyasında nümunəvi tibbi xidmət göstərilir

16-12-2018-15-14 Xəbərlər

Həkim ambulatoriyasında nümunəvi tibbi xidmət göstərilir

Culfa rayonunda həyata keçirilən ardıcıl sosial-iqtisadi inkişafın və quruculuq ...

Ordubadın müasirləşən kəndi- Tivi

16-12-2018-14-46 Xəbərlər

Ordubadın müasirləşən kəndi- Tivi

Qədimliklə müasirliyin vəhdət təşkil etdiyi Ordubad rayonunda Tivi kəndinin özün...

Daylaqlı kəndi xoş günlərini yaşayır

16-12-2018-14-15 Xəbərlər

Daylaqlı kəndi xoş günlərini yaşayır

Ulu dağların  ətəyinə sığınan kəndlərimizin  bugünkü mənzərəsinə baxdıqca onları...

Konfrans iştirakçıları Naxçıvanla tanış olublar

16-12-2018-13-46 Xəbərlər

Konfrans iştirakçıları  Naxçıvanla tanış olublar

NUHÇIXAN xəbər verir ki, “Naxçıvan” Universitetində keçirilən “Türk-islam əxlaq ...

Yeni tikilən təmizləyici qurğunun ətrafına tinglər əkildi

16-12-2018-12-59 Xəbərlər

Yeni tikilən təmizləyici qurğunun ətrafına tinglər əkildi

Payızda da yazda olduğu kimi ting əkilir, bağlar salınır, yaşıllıq zolaqlarının ...

2018-ci il-uğurların təntənəsi

16-12-2018-12-31 Xəbərlər

2018-ci il-uğurların təntənəsi

2018-ci ili  Naxçıvanın uğur ili adlandırsaq,- heç də yanılmarıq.  23 ildir ki, ...

Yaratdıqca ucalır

16-12-2018-11-32 Xəbərlər

Yaratdıqca ucalır

Düz 23 il bundan əvvəl- 1995-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası A...

Naxışların ömür yoluna saldığı izlər

16-12-2018-10-27 Xəbərlər

Naxışların ömür yoluna saldığı izlər

Böyük inkişaf yolu keçib, özünün ən yüksək zirvəsinə çatan qədim sənət sahələrin...

İcbari tibbi sığortanın tətbiqinə hazırlıq davam edir

16-12-2018-09-30 Xəbərlər

İcbari tibbi sığortanın tətbiqinə hazırlıq davam edir

İcbari tibbi sığorta həmrəylik prinsiplərinə əsaslanan sosial layihədir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri İSESKO-nun Baş direktorunun və TÜRKSOY-un Baş katibinin müavinləri ilə görüşüb

15-12-2018-19-20 Rəsmi

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri İSESKO-nun Baş direktorunun və TÜRKSOY-un Baş katibinin müavinləri ilə görüşüb

Dekabrın 15-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov İ...

“Naxçıvan” Univesitetində Beynəlxalq konfrans olub

15-12-2018-17-03 Xəbərlər

“Naxçıvan” Univesitetində Beynəlxalq konfrans olub

NUHÇIXAN xəbər verir ki, “Naxçıvan” Univesitetində “Türk-İslam əxlaq fəlsəfəsini...

Amina Əl-Həcri: “Naxçıvan İslam Dünyasına yeni irs və mədəniyyət bəxş etdi”

15-12-2018-16-42 Xəbərlər

Amina Əl-Həcri: “Naxçıvan İslam Dünyasına yeni irs və mədəniyyət bəxş etdi”

NUHÇIXAN xəbər verir ki, bu gün Naxçıvanda “Naxçıvan İslam Mədəniyyətinin Paytax...

Naxçıvanda sabaha olan hava proqnozu

15-12-2018-14-00 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında dekabrın 16-na gözlənilən hava proqnozu açıqlanı...

Ötən günün mənzərəsi - VİDEO

15-12-2018-12-56 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Ağbulaqda ekoloji tədbirlər həyata keçirilir

15-12-2018-12-38 Xəbərlər

Ağbulaqda ekoloji tədbirlər həyata keçirilir

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat x...

Qış aylarında nəqliyyat vasitələrinin hərəkətinin təmin olunması diqqətdə saxlanılmalıdır

15-12-2018-09-22 Xəbərlər

Qış aylarında nəqliyyat vasitələrinin hərəkətinin təmin olunması diqqətdə saxlanılmalıdır

Hər kəsə məlumdur ki, nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin olunm...

Muxtar respublikada operativ vergi nəzarəti tədbirləri davam etdirilir

15-12-2018-09-00 Xəbərlər

Muxtar respublikada operativ vergi nəzarəti tədbirləri davam etdirilir

Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-...

Rayonlarda torpaqların təyinatı üzrə müzakirələr aparılıb

14-12-2018-23-22 Xəbərlər

Rayonlarda torpaqların təyinatı üzrə müzakirələr aparılıb

NUHÇIXAN xəbər verir ki, Şərur, Kəngərli və Culfa rayonlarında torpaqların təyin...

Şərurda texniki servis mərkəzi yaradılıb

14-12-2018-22-27 Xəbərlər

Şərurda texniki servis mərkəzi yaradılıb

NUHÇIXAN xəbər verir ki, “Naxçıvan Avtomobil Zavodu” Məhdud Məsuliyyətli Cəmiyyə...

Naxçıvan Müəllimlər İnstitutunda elmi-praktik konfrans olub

14-12-2018-20-00 Xəbərlər

Naxçıvan Müəllimlər İnstitutunda elmi-praktik konfrans olub

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Müəllimlər İnstitutunda “Ümummilli lider Heydə...

Kəngərlidə elmi-praktik konfrans olub

14-12-2018-19-10 Xəbərlər

Kəngərlidə elmi-praktik konfrans olub

NUHÇIXAN xəbər verir ki, Kəngərli rayonunun Çalxanqala kəndində “Ümummilli lider...

Prezident Naxçıvanın Fövqəladə Hallar Nazirliyinin işçilərini təltif etdi - SƏRƏNCAM

14-12-2018-18-26 Xəbərlər

Prezident Naxçıvanın Fövqəladə Hallar Nazirliyinin işçilərini təltif etdi - SƏRƏNCAM

Prezident İlham Əliyev dekabrın 14-də Azərbaycan Respublikası Fövqəladə Hallar N...

Muxtar respublikada torpaqlardan istifadə və onların mühafizəsinə dair monitorinqlər aparılır

14-12-2018-16-03 Xəbərlər

Muxtar respublikada torpaqlardan istifadə və onların mühafizəsinə dair monitorinqlər aparılır

Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq  Məsələləri üzrə Dövlət Ko...

Tələbələr Araz Elm və İstehsalat Birliyində olublar

14-12-2018-15-48 Xəbərlər

Tələbələr Araz Elm və İstehsalat Birliyində olublar

Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bö...

Məşhur CNN kanalı internet səhifəsində Əlincəqala ilə bağlı məlumat verib

14-12-2018-15-30 Xəbərlər

Məşhur CNN kanalı internet səhifəsində Əlincəqala ilə bağlı məlumat verib

Naxçıvanın tarixi və coğrafi abidələri son illər dünya səviyyəli kütləvi informa...

Elmi praktik konfrans keçirilib

14-12-2018-15-11 Xəbərlər

Elmi praktik konfrans keçirilib

NUHÇIXAN xəbər verir ki, “Naxçıvan” Univeristetində İdarəetmə fakültəsinin təşki...

Ordubadda aqrar sahədə görüləcək işlər müzakirə olunub

14-12-2018-14-49 Xəbərlər

Ordubadda aqrar sahədə görüləcək işlər müzakirə olunub

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən N...