Təbiətin qoynuna üz tuturuq. Abad, rahat yollar, geridə qoyduğumuz füsunkar kənd mənzərələri bizi özünə məftun edir. Maraqlı söhbət uzun yola körpü saldığı kimi, insanın ruhuna qida verən ana təbiətin doyumsuz gözəllikləri də yolun uzaqlığını hiss etdirmir. Təbiət gözəli Qanlıgölə tələsirik. Nəhayət, Naxçıvanın dilbər guşəsi olan Şahbuz rayonunun Kükü kəndinə yetişirik. 2013-cü ildə Naxçıvan-Batabat magistralı, Ayrınc-Qızıl Qışlaq-Kükü avtomobil yolunun yenidən qurulması əlverişli iqlim şəraitinə, zəngin təbii bitki örtüyünə və təmiz dağ havasına malik olan Kükü kəndinin turizm imkanlarını xeyli artırıb. Qızmar yay günlərində istirahət üçün ideal məkan kimi bu kəndi seçənlər az deyil.

Sərhəd kəndi olan Küküdən sonra yaşayış məntəqəsi yoxdur. Birbaşa dolanbac yollarla dağlara qalxırıq. Arabir dayanır, zövq aldığımız təbiət mənzərələrindən kadrlar çəkirik. Göz­oxşayan yamyaşıl yamaclar diqqəti cəlb edir. Sanki yerə yaşıl xalı sərilib. Əzəmətli dağlar – Sarı qaya, Qaya dibi, Qırmızı qaya, Səfər bəy səngəri və bu dağların zirvəsinə sığınan ağ buludlar. İlahi, təbiət bizə nələri bəxş etməyib? Sanki Uca Tanrı bu yerləri ancaq tamaşa üçün yaradıb. Adam ayağını belə, yerə qoymaq istəmir. Qeyri-ixtiyari olaraq istəmirsən ki, bu gözəlliklərə xələl gələ. İnsan təbiətlə vəhdətdə mənən böyüyür, rahatlıq tapır, ruhən qidalanır. Axı biz təbiətin bir parçasıyıq. Təbiətə təmas bizim mənəviyyatımızı təzələyir. Başımızın üstündə açıq səma, üzərində dayandığımızsa müqəddəs torpaq. Ana torpağa nə qədər sıx tellərlə bağlı olduğumuzu bu zaman daha yaxşı dərk edirik. 
Yol bizi darıxdırmır əsla. Amma haqqında əfsanələr qoşulan Qanlıgölə də çatmağa tələsirik. Yüksəkliyə qalxdıqca təbiət sanki bütün cazibəsini bizə nümayiş etdirir. Bir tərəfdə yamyaşıl çəmənlərdən boylanan sarı çiçəklər, digər tərəfdə quşların bir-birinə qarışan nəğməsi. Bu gözəlliklərin sehri ilə daxil oluruq Qanlıgölə.
Möhtəşəm mənzərini seyr edərkən bizdə sual yaranır: nə üçün belə gözəl bir gölə “Qanlıgöl” deyirlər? Əfsanəyə görə, keçmiş zamanda bu ərazilər düzənlik və hava şəraiti əkin üçün əlverişli olduğundan adamlar bir araya toplaşaraq şum edirmişlər. Bu zaman torpağın altından çıxan su burada çalışanları ağuşuna almış, bir neçəsi suya qərq olmuşdur. O zamandan bəri bu göl “Qanlıgöl” adlandırılıb. Bu gölə hər hansı bir çay tökülmür. Göl tamamilə ətrafda çağlayan bulaq suları ilə qidalanır. Buna görə gölün suyu olduqca soyuqdur. Baxdıqca düşünürsən ki, belə gözəlliyə malik olan göl, yəqin ki, ancaq tamaşa etmək üçün yaranıb. 
Qanlıgöl dəniz səviyyəsindən 2420 metr yüksəklikdə, Keçəldağın ətəyində yerləşir. Eyniadlı təbii gölün əsasında su anbarı yaradılıb. Kənd adamları bu dağların yamacındakı əkin sahələrini bu gölün suyu ilə suvarırlar. Qanlıgölün qarşısında XVI əsrdən başlayaraq bir neçə dəfə bənd tikilmiş, ancaq möhkəm olmadığı üçün yazda qar-yağış sularından yaranan sellərə davam gətirməyərək dağılmışdır. XIX əsrin ortalarında burada bənd tikilmişdir. İrihəcmli dağ daşlarından inşa edilmiş bəndin uzunluğu 45 metrdir. 
Yerli sakinlərin sözlərinə görə, Qanlıgölün ən mənzərəli çağı sentyabrın ilk ongünlüyüdür. Çünki bu zaman gölün içindəki bulaqlar suyun çəkilməsi nəticəsində ortaya çıxır. Bunun nəticəsində ideal mənzərə yaranır. Qanlıgölü qidalandıran bulaqların içində ən məşhuru Pünhan bulaqdır. Göz yaşı kimi dumduru, buz kimi soyuq bulaq özünü dağların qoynunda pünhan saxlamağa çalışsa da, obyektivimizdən yayına bilmir. Ana təbiət öz səxavətini bu yerlərdən əsirgəməyibsə, biz nədən bu gözəllikləri pünhan saxlayaq?
Bəli, Tanrı səxavətini ana təbiətdən əsirgə­mədiyi kimi, ana təbiət də öz səxavətini insanlardan əsirgəmir. Burada təbiət sanki açıq əczaxanadır. Gölün ətrafındakı dağlardan insanlar şəfalı bitkilər – çobanyastığı, dihcə, baldırğan, kəklikotu, yarpız, solmazçiçək, səhləb yığır, faydasından yararlanırlar. Bu yerlərin saf havası ilə nəfəs aldıqca cürbəcür otların, çiçəklərin ətri hiss olunur. Buradan həm də yaylaq ab-havası duyulmağa başlayır. Qanlıgöl yaylağında illərdir ki, Kükü kəndi ilə yanaşı, ətraf kəndlərdən, həmçinin Kəngərli rayonunun Xok, Şərur rayonunun Mahmudkəndindən təsərrüfat sahibləri gəlib yurd salar, mal-qara, qoyun-quzu saxlayırlar.
Qanlıgölə səyahətimiz burada sona çatır. Buraların təbiəti o qədər al-əlvandır ki, vəsf etməklə bitməz. Gedib görmək lazımdır. Təbiət vurğunu olan Xalq şairimiz Səməd Vurğunun dediyi kimi:

Yenə də yamyaşıl geyinib dağlar,
Buz kimi durulub qaynar bulaqlar.
Əriyir güneylər döşündəki qar,
Yağış da isladır o gül çəməni,
Təbiət ilhama çağırır məni.

Ruhiyyə Rəsulova 
Naxçıvan televiziyasının baş redaktoru

"Şərq qapısı"

06.07.2017

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Naxçıvanda sabaha olan hava proqnozu

14-11-2018-13-30 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında noyabrın 15-nə gözlənilən hava proqnozu açıqlanı...

Новости Нахчывана - ВИДЕО

14-11-2018-10-47 Xəbərlər

Новости Нахчывана - ВИДЕО

Агентство «НУХЧЫХАН» представляет важные события, прошедшие в Автономной Республ...

Ötən günün mənzərəsi - VİDEO

14-11-2018-09-14 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Badminton üzrə muxtar respublika birinciliyinin qalibləri mükafatlanıdırılıb

13-11-2018-19-58 Xəbərlər

Badminton üzrə muxtar respublika birinciliyinin qalibləri mükafatlanıdırılıb

NUHÇIXAN xəbər verir ki, ali və orta ixtisas təhsili müssisələrinin qız tələbələ...

Norveç Krallığının ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili bir sıra müəssisələrdə olub

13-11-2018-19-29 Xəbərlər

Norveç Krallığının ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili  bir sıra müəssisələrdə olub

NUHÇIXAN xəbər verir ki, Norveç krallığının Azərbaycandakı səfirliyinin müvəqqət...

Tələbələr “Kəhrəba” Fermer Təsərrüfatında olublar

13-11-2018-17-11 Xəbərlər

Tələbələr “Kəhrəba” Fermer Təsərrüfatında olublar

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Universitetinin Torpaqşünaslıq və Aqrok...

Dövlət İmtahan Mərkəzinin növbəti konfransı Naxçıvan şəhərində keçirilib

13-11-2018-16-23 Xəbərlər

Dövlət İmtahan Mərkəzinin növbəti konfransı Naxçıvan şəhərində keçirilib

NUHÇIXAN xəbər verir ki, DİM tərəfindən “Dövlət İmtahan Mərkəzinin fəaliyyəti: İ...

Qayğıya ehtiyacı olan şəxslərə sovqatlar verilib

13-11-2018-15-38 Xəbərlər

Qayğıya ehtiyacı olan şəxslərə sovqatlar verilib

NUHÇIXAN xəbər verir ki, Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional  İnform...

Dövlət qulluqçuları seminarda iştirak edib

13-11-2018-14-31 Xəbərlər

Dövlət qulluqçuları seminarda iştirak edib

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələl...

Naxçıvanda sabaha olan hava proqnozu

13-11-2018-13-31 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında noyabrın 14-nə gözlənilən hava proqnozu açıqlanı...

Norveç Krallığının ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkilinin Naxçıvana səfəri davam edir

13-11-2018-12-45 Xəbərlər

Norveç Krallığının ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkilinin Naxçıvana səfəri davam edir

Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bö...

Nakhchivan news - VİDEO

13-11-2018-10-38 Xəbərlər

Nakhchivan news - VİDEO

Nakhchivan State Television presented weekly news program in English, highlighti...

Əlahiddə Ümumqoşun Orduda komanda-qərargah hərb oyunları başlayıb

13-11-2018-10-20 Xəbərlər

Əlahiddə Ümumqoşun Orduda komanda-qərargah hərb oyunları başlayıb

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə,...

Ötən günün mənzərəsi - VİDEO

13-11-2018-09-57 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Tələbələr arasında tennis yarışı keçirilib

12-11-2018-18-35 Xəbərlər

Tələbələr arasında tennis yarışı keçirilib

NUHÇIXAN-a Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xi...

İki məktub

12-11-2018-17-55 Xəbərlər

İki məktub

Sahil Tahirli yazır Naxçıvanın tarix və mədəniyyətinin geniş tədqiqi və öyrən...

Naxçıvanda “Xəmsə” Milli İntellektual Oyunu keçirilib

12-11-2018-16-58 Xəbərlər

Naxçıvanda “Xəmsə” Milli İntellektual Oyunu keçirilib

Bu gün “Gənclik Mərkəzi”ndə “10-17 noyabr-Beynəlxalq Tələbə Gənclər Həftəsi” ilə...

Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş

12-11-2018-16-25 Rəsmi

Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş

Noyabrın 12-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov N...

Naxçıvanda “Ailə təsərrüfatı məhsulları” festivalı başa çatıb

12-11-2018-16-03 Xəbərlər

Naxçıvanda “Ailə təsərrüfatı məhsulları” festivalı başa çatıb

“Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində keçirilən və iki gün davam edən...

Norveç Krallığının Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Naxçıvana səfər edib

12-11-2018-14-59 Xəbərlər

Norveç Krallığının Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Naxçıvana səfər edib

NUHÇIXAN xəbər verir ki, Norveç Krallığının Azərbaycandakı səfirliyinin müvəqqət...

Naxçıvanda sabaha olan hava proqnozu

12-11-2018-13-30 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında noyabrın 13-nə gözlənilən hava proqnozu açıqlanı...

Müasir dağ kəndi-Nursu

11-11-2018-15-30 Xəbərlər

Müasir dağ kəndi-Nursu

Orda bir kənd var, uzaqda. Çadırdaş ətəyində, Toğluqayanın, Səngərtəpənin, Motal...

Naxçıvanda sabaha olan hava proqnozu

11-11-2018-13-52 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında noyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanı...

Naxçıvanın ədəbi mühiti haqqında dəyərli mənbə – XI yazı

11-11-2018-10-58 Xəbərlər

Naxçıvanın ədəbi mühiti haqqında dəyərli mənbə – XI yazı

Müzəffər Nəsirli Sovet hakimiyyəti illərində Naxçıvanda ədəbi həyat           ...

Payız suvarma mövsümü mütəşəkkilliklə keçirilir

11-11-2018-09-59 Xəbərlər

Payız suvarma mövsümü mütəşəkkilliklə keçirilir

Son illər Babək rayonunda əkin sahələrinin suvarma suyu ilə təmin olunması, əhal...

Cəmşid Naxçıvanskinin ev-muzeyi ziyarət olunub

11-11-2018-09-02 Xəbərlər

Cəmşid Naxçıvanskinin ev-muzeyi ziyarət olunub

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Şəhər İcra Hakimiyyəti, “Nuh yurdu” qəzeti red...

Naxçıvanda “Ailə təsərrüfatı məhsulları” festivalı keçirilib

10-11-2018-18-14 Rəsmi

Naxçıvanda “Ailə təsərrüfatı məhsulları” festivalı keçirilib

Noyabrın 10-da “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində “Ailə təsərrüfat...

Naxçıvanda sabaha olan hava proqnozu

10-11-2018-17-53 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında noyabrın 11-nə gözlənilən hava proqnozu açıqlanı...

Təhsil haqqını ödəyə bilməyən tələbələrin ərizə qəbuluna başlanılıb

10-11-2018-17-31 Xəbərlər

Təhsil haqqını ödəyə bilməyən tələbələrin ərizə qəbuluna başlanılıb

NUHÇIXAN xəbər verir ki, Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən  tə...

Naxçıvan Muxtar Respublika Xəstəxanasında konfrans olub

10-11-2018-16-41 Xəbərlər

Naxçıvan Muxtar Respublika Xəstəxanasında konfrans olub

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublika Xəstəxanasında “Endokrinolog...