Naxcivantv.az “Olaylar” qəzetinin baş redaktoru Yunus Oğuzun məqaləsini təqdim edir.

Hər dəfə Naxçıvana  yolum düşəndə, hər dəfə Azərbaycanımızın bu əsrarəngiz bölgəsini qarış-qarış gəzəndə özümə söz verirəm ki,  bu yerlərdən aldığım təəssüratdan fərqli bir şey yazacam. Amma Naxçıvana hər gəlişimdə o qədər heyrətlənirəm ki, gördüklərim qələmə sığmır. Çünki, bu gün Naxçıvan gül-çiçək içində baş qaldırmış möhtəşəm bir qalaya bənzəyir. Və hər dəfə də Naxçıvandakı bu dəyişikliyi görəndə öz-özümə sual verirəm: Nə baş verir? İdarəetməmi dəyişir? İnsanlarmı?

Bu dəfəki səfərimdə bu suallara cavab tapa bildim. Naxçıvanda, naxçıvanlılarda FİKİR İNQİLABI baş verib.Yeddidən yetmiş yeddiyə hamı bu Vətəni bütün varlığı ilə sevir- onun sahibi kimi, onun əsgəri kimi, onun fəhləsi, ziyalısı və nəhayət övladı kimi. Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun xətti ilə media kapitanlarının Naxçıvan səfəri zamanı bu bölgənin hər yerini gəzdik, insanlarla söhbət etdik, bizi maraqlandıran xeyli suallar verdik. Cavablar bu yavru Vətənə məhəbbət, hörmət və ehtiramla dolu. Qürur duyduq...

Və belə bir qənaətə gəldik, indi Naxçıvan kiminsə ağlından keçirə bilmədiyi gözəl bir məmləkətdir. Səliqə-səhmanlı, insanları mətin, ən kiçik çınqılı uğrunda belə canını fəda etməyə hazır olan gəncləri və bir də Naxçıvanın bütün adət-ənənələrini yeni nəslə inadkarcasına ötürən çörək ətirli, beli əlindən düşməyən, başını torpaqdan qaldırmayan, əkən-biçən və onu dadlı-duzlu bişirən şirin qocaları. Bilmirəm mənə belə gəldi, yoxsa bütün media kapitanları bu hissi keçirdilər: Məncə, Naxçıvanın hər yerindən BƏRƏKƏT ƏTRİ gəlir. Bəli, bu gün bu bölgə, doğurdan da ALINMAZ QALADI. Sanki  səkkiz yüz il  bundan öncəki Naxçıvandır. Alınmaz, Fəth Olunmaz!!! İnsanlar işində, gücündə. Nə ilə seçilir Naxçıvan? Super fərqli yolları ilə, yox! Super insanları ilə, yox! Naxçıvanı fərqləndirən bir cəhət var: İnsanların səmimiyyəti və qaydalara ciddi riayət etmələri. Uşaqdan tutmuş böyüyə kimi bu qaydalara sevə-sevə əməl edirlər. Və ən əsası burada Azərbaycan Dövlətini sevirlər, ağrılarına, acılarına hər kəs şərikdir. Anlayırlar, başa düşürlər. Kənara çəkildim, oğurlandım, yaxşı mənada. İnsanlarla təmasda olmaq istədim. Heç kəs mane olmadı.  Kiminlə istəyirsən, nə qədər istəyirsən söhbət elə. Hansı qapını istəyirsən aç, qonağı ol. Səni bağırlarına basacaqlar. Evin yuxarı başına keçirəcəklər və səni bəlkə də heç zaman heç bir yerdə görmədiyin bir qonaqpərvərliklə əzizləyəcəklər. Söhbət elədiyin insanlardan Naxçıvan barədə soruşanda gözləri qəribə bir sevinclə işıldayacaq və hər sətirbaşı Azərbaycan dövləti deyəcəklər. Məncə, Naxçıvan Azərbaycanımızın digər bölgələrinə bir nümunədir. Burada bizə bölgə ilə tanışlıq üçün hər cür şərait yaratdılar: Gəzin, baxın, adamlarla söhbət edin dedilər. Və oturub-durduğumuz sadə insanlar, hətta gizlincə görüşdüyüm şəhər sakinləri dedilər-nə var onu dedilər. Şikayət etmədilər, qədim insanlar kimi Şah Abbasın 38 vergi növündən danışmadılar. Nə var onu dedilər. Fəxrlə danışdılar, qürurla danışdılar, sevgi ilə danışdılar.

Bu səfər boyu bir qənaət məni tərk etmədi: Müvəqqəti olaraq Bakıdan məsafəcə ayrı düşmüş Naxçıvan nümunədir.

Niyə?

Burada DÖVLƏTÇİLİYİ QORUMAQ var. Burada insanlara FƏRQLİ YANAŞMA qaydası var. Burada DİRİLİŞ var və burada bütöv Azərbaycana sevgi var. Burada mənə elə gəlir ki, insanlar sanki öz talelərini yaşamırlar, altı min illik tarixlərini yaşayırlar və nəsillərə ötürürlər. Səbəb nədir? Dövlətinə, millətinə bağlılıq. Kaş bu bağlılıq Azərbaycanımın hər guşəsində olaydı. Naxçıvanda olanda mən Azərbaycanın hər bir yerində belə bir yurd istədim. Düzdür, bölgələrimizin inkişafını, bu bölgələrə rəhbərlik edən insanların əməyini qətiyyən kölgədə saxlamaq olmaz. O bölgələrdə yaşayan insanların zəhmətini qiymətləndirməmək günahdır. Amma Naxçıvan... Etiraf edək ki, Naxçıvan bir başqa aləm...

Gəzdik, gördük, Vətənimizin bu parçasını hiss etdik. Naxçıvanı qəlbimizə, könlümüzə   həkk etdik. Hər yerdə səliqə-səhman gördük. Hər yerdə daşıdığı vəzifəyə məsuliyyət gördük. Kiçikliyindən-böyüklüyündən asılı olmayaraq. 

Burda yaşamağa nə var ki? Yollar tərtəmiz. Şərurdan tutmuş ta Ordubada qədər yollar nə gözəl! Hər kəs yerindədir. Hər kəs işini bilir.

Arpaçayda, Batabatda olduq. İnsanların xoş rəftarına, sakit təbiətlərinə heyran qaldıq. Və bir şeyə daha çox təsirləndik. İnsan dövlətini, yaşadığı bölgəni nə qədər sevərmiş! Yox, onlar bunu sözdə demirlər, ağız dolusu danışmırlar, bu onların üzündə yazılıb, bu onların gözlərindən oxunur. Və burada, bu qədim bölgədə bir daha əmin olduq ki, Naxçıvan bir bölgə kimi alınmaz qaladır; sözü ilə, sirri ilə, adamları ilə...

Burda külək də başqa cür əsir- məhəbbət dolu...Burda çaylar da başqa cür axır- sevgi dolu. Və hər yerdə rəhbərlik qayğısı. Məncə Naxçıvan indi əsl turizm məkanıdı. Qoy gəlsinlər, görsünlər və heyran olsunlar.

Bakıdan uzaq olsa da, Bakıya ən yaxındır Naxçıvan.

Nuh peyğəmbərin, Möminə xatının qəbirlərini ziyarət etdik. Məhşur Duz dağında olduq... Ordubad və Şərur, Sədərək isə tam başqa bir aləm. Sədərəkdə 130 metrlik məsafədə erməni snayperlərinin səni izləməyi başqa bir hiss. Orada yaşananları, insanların hər an, hər saniyə təhlükə ilə üz-üzə dayanmalarını sözlə  təsvir etmək mümkün deyil. Amma  təsəvvür edin, hər an güllə, döyüş hiss edən bir rayon elə bil Avropanın mərkəzindəsən. Azərbaycanın heç bir rayonundan geri qalmayan Sədərək, bəlkə də irəlidə gedən Sədərək.

***

Naxçıvandan qəribə hisslərlə ayrıldıq. Burada sanki bir baladan ayrılırdıq. Bir atadan, bir anadan ayrılırdıq. Amma arxayın ayrılırdıq. Çünki bu ALINMAZ QALA- tarixin Naxçıvan qalası əmin əllərdədir, mərd əllərdədir. Vətəni sevən insanların, rəhbərliyin əllərindədir. Çünki Azərbaycan dövlətinin nəzəri, qayğısı bu yavru vətənin üstündədir.

...Naxçıvan-Bakı təyyarəsinə minəndə başımı qaldırıb onun aylı-ulduzlu göylərinə baxdım. Azərbaycanımın hər yerində belə bir Vətən istədim.

Naxcivantv.az “Olaylar” qəzetinin baş redaktoru Yunus Oğuzun məqaləsini təqdim edir. Hər dəfə Naxçıvana  yolum düşəndə, hər dəfə Azərbaycanımızın bu əsrarəngiz bölgəsini qarış-qarış gəzəndə özümə söz verirəm ki,  bu yerlərdən aldığım təəssüratdan fərqli bir şey yazacam. Amma Naxçıvana hər gəlişimdə o qədər heyrətlənirəm ki, gördüklərim qələmə sığmır. Çünki, bu gün Naxçıvan gül-çiçək içində baş qaldırmış möhtəşəm bir qalaya bənzəyir. Və hər dəfə də Naxçıvandakı bu dəyişikliyi görəndə öz-özümə sual verirəm: Nə baş verir? İdarəetməmi dəyişir? İnsanlarmı? Bu dəfəki səfərimdə bu suallara cavab tapa bildim. Naxçıvanda, naxçıvanlılarda FİKİR İNQİLABI baş verib.Yeddidən yetmiş yeddiyə hamı bu Vətəni bütün varlığı ilə sevir- onun sahibi kimi, onun əsgəri kimi, onun fəhləsi, ziyalısı və nəhayət övladı kimi. Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun xətti ilə media kapitanlarının Naxçıvan səfəri zamanı bu bölgənin hər yerini gəzdik, insanlarla söhbət etdik, bizi maraqlandıran xeyli suallar verdik. Cavablar bu yavru Vətənə məhəbbət, hörmət və ehtiramla dolu. Qürur duyduq... Və belə bir qənaətə gəldik, indi Naxçıvan kiminsə ağlından keçirə bilmədiyi gözəl bir məmləkətdir. Səliqə-səhmanlı, insanları mətin, ən kiçik çınqılı uğrunda belə canını fəda etməyə hazır olan gəncləri və bir də Naxçıvanın bütün adət-ənənələrini yeni nəslə inadkarcasına ötürən çörək ətirli, beli əlindən düşməyən, başını torpaqdan qaldırmayan, əkən-biçən və onu dadlı-duzlu bişirən şirin qocaları. Bilmirəm mənə belə gəldi, yoxsa bütün media kapitanları bu hissi keçirdilər: Məncə, Naxçıvanın hər yerindən BƏRƏKƏT ƏTRİ gəlir. Bəli, bu gün bu bölgə, doğurdan da ALINMAZ QALADI. Sanki  səkkiz yüz il  bundan öncəki Naxçıvandır. Alınmaz, Fəth Olunmaz!!! İnsanlar işində, gücündə. Nə ilə seçilir Naxçıvan? Super fərqli yolları ilə, yox! Super insanları ilə, yox! Naxçıvanı fərqləndirən bir cəhət var: İnsanların səmimiyyəti və qaydalara ciddi riayət etmələri. Uşaqdan tutmuş böyüyə kimi bu qaydalara sevə-sevə əməl edirlər. Və ən əsası burada Azərbaycan Dövlətini sevirlər, ağrılarına, acılarına hər kəs şərikdir. Anlayırlar, başa düşürlər. Kənara çəkildim, oğurlandım, yaxşı mənada. İnsanlarla təmasda olmaq istədim. Heç kəs mane olmadı.  Kiminlə istəyirsən, nə qədər istəyirsən söhbət elə. Hansı qapını istəyirsən aç, qonağı ol. Səni bağırlarına basacaqlar. Evin yuxarı başına keçirəcəklər və səni bəlkə də heç zaman heç bir yerdə görmədiyin bir qonaqpərvərliklə əzizləyəcəklər. Söhbət elədiyin insanlardan Naxçıvan barədə soruşanda gözləri qəribə bir sevinclə işıldayacaq və hər sətirbaşı Azərbaycan dövləti deyəcəklər. Məncə, Naxçıvan Azərbaycanımızın digər bölgələrinə bir nümunədir. Burada bizə bölgə ilə tanışlıq üçün hər cür şərait yaratdılar: Gəzin, baxın, adamlarla söhbət edin dedilər. Və oturub-durduğumuz sadə insanlar, hətta gizlincə görüşdüyüm şəhər sakinləri dedilər-nə var onu dedilər. Şikayət etmədilər, qədim insanlar kimi Şah Abbasın 38 vergi növündən danışmadılar. Nə var onu dedilər. Fəxrlə danışdılar, qürurla danışdılar, sevgi ilə danışdılar. Bu səfər boyu bir qənaət məni tərk etmədi: Müvəqqəti olaraq Bakıdan məsafəcə ayrı düşmüş Naxçıvan nümunədir. Niyə? Burada DÖVLƏTÇİLİYİ QORUMAQ var. Burada insanlara FƏRQLİ YANAŞMA qaydası var. Burada DİRİLİŞ var və burada bütöv Azərbaycana sevgi var. Burada mənə elə gəlir ki, insanlar sanki öz talelərini yaşamırlar, altı min illik tarixlərini yaşayırlar və nəsillərə ötürürlər. Səbəb nədir? Dövlətinə, millətinə bağlılıq. Kaş bu bağlılıq Azərbaycanımın hər guşəsində olaydı. Naxçıvanda olanda mən Azərbaycanın hər bir yerində belə bir yurd istədim. Düzdür, bölgələrimizin inkişafını, bu bölgələrə rəhbərlik edən insanların əməyini qətiyyən kölgədə saxlamaq olmaz. O bölgələrdə yaşayan insanların zəhmətini qiymətləndirməmək günahdır. Amma Naxçıvan... Etiraf edək ki, Naxçıvan bir başqa aləm... Gəzdik, gördük, Vətənimizin bu parçasını hiss etdik. Naxçıvanı qəlbimizə, könlümüzə   həkk etdik. Hər yerdə səliqə-səhman gördük. Hər yerdə daşıdığı vəzifəyə məsuliyyət gördük. Kiçikliyindən-böyüklüyündən asılı olmayaraq.  Burda yaşamağa nə var ki? Yollar tərtəmiz. Şərurdan tutmuş ta Ordubada qədər yollar nə gözəl! Hər kəs yerindədir. Hər kəs işini bilir. Arpaçayda, Batabatda olduq. İnsanların xoş rəftarına, sakit təbiətlərinə heyran qaldıq. Və bir şeyə daha çox təsirləndik. İnsan dövlətini, yaşadığı bölgəni nə qədər sevərmiş! Yox, onlar bunu sözdə demirlər, ağız dolusu danışmırlar, bu onların üzündə yazılıb, bu onların gözlərindən oxunur. Və burada, bu qədim bölgədə bir daha əmin olduq ki, Naxçıvan bir bölgə kimi alınmaz qaladır; sözü ilə, sirri ilə, adamları ilə... Burda külək də başqa cür əsir- məhəbbət dolu...Burda çaylar da başqa cür axır- sevgi dolu. Və hər yerdə rəhbərlik qayğısı. Məncə Naxçıvan indi əsl turizm məkanıdı. Qoy gəlsinlər, görsünlər və heyran olsunlar. Bakıdan uzaq olsa da, Bakıya ən yaxındır Naxçıvan. Nuh peyğəmbərin, Möminə xatının qəbirlərini ziyarət etdik. Məhşur Duz dağında olduq... Ordubad və Şərur, Sədərək isə tam başqa bir aləm. Sədərəkdə 130 metrlik məsafədə erməni snayperlərinin səni izləməyi başqa bir hiss. Orada yaşananları, insanların hər an, hər saniyə təhlükə ilə üz-üzə dayanmalarını sözlə  təsvir etmək mümkün deyil. Amma  təsəvvür edin, hər an güllə, döyüş hiss edən bir rayon elə bil Avropanın mərkəzindəsən. Azərbaycanın heç bir rayonundan geri qalmayan Sədərək, bəlkə də irəlidə gedən Sədərək.

***

Naxçıvandan qəribə hisslərlə ayrıldıq. Burada sanki bir baladan ayrılırdıq. Bir atadan, bir anadan ayrılırdıq. Amma arxayın ayrılırdıq. Çünki bu ALINMAZ QALA- tarixin Naxçıvan qalası əmin əllərdədir, mərd əllərdədir. Vətəni sevən insanların, rəhbərliyin əllərindədir. Çünki Azərbaycan dövlətinin nəzəri, qayğısı bu yavru vətənin üstündədir. ...Naxçıvan-Bakı təyyarəsinə minəndə başımı qaldırıb onun aylı-ulduzlu göylərinə baxdım. Azərbaycanımın hər yerində belə bir Vətən istədim.

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Lider tv ilə Naxçıvan Televiziyasının əməkdaşlığı başlayıb - VİDEO

21-03-2019-18-42 Xəbərlər

Lider tv ilə Naxçıvan Televiziyasının əməkdaşlığı başlayıb - VİDEO

Artıq bir neçə gündür ki, Naxçıvan televiziyasında hazırlanan filmlər və veriliş...

"Saat Meydanı" Kompleksi sakinlərin və turistlərin rahatlığına hesablanıb - FOTOLAR

21-03-2019-17-28 Rəsmi

"Saat Meydanı" Kompleksi sakinlərin və turistlərin rahatlığına hesablanıb - FOTOLAR

Əhalinin rahatlığının təmin olunmasında və turizm infrastrukturunun inkişafında ...

Naxçıvanda yeni məscid inşa olunur - FOTOLAR

21-03-2019-16-20 Rəsmi

Naxçıvanda yeni məscid inşa olunur - FOTOLAR

Bu gün Naxçıvan Muxtar Respublikasında iqtisadi və mədəni inkişafla yanaşı, di...

Naxçıvanda sabaha olan hava proqnozu

21-03-2019-15-50 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında martın 22-nə gözlənilən hava proqnozu açıqlanıb....

Naxçıvanın Novruz ənənəsi CBC Televiziyasında - VİDEO

20-03-2019-20-42 Xəbərlər

Naxçıvanın Novruz ənənəsi CBC Televiziyasında - VİDEO

Azərbaycanın tanınmış CBC Televiziyası rus dilində "Eto Azerbaydjan"  (Bu Azərba...

Naxçıvanda rəngarəng bayram günləri yaşanır - VİDEO

20-03-2019-20-10 Xəbərlər

Naxçıvanda rəngarəng bayram günləri yaşanır - VİDEO

Naxçıvanda bayram tədbiri davam edir.

Pirotexniki vasitələr məhv edilib - FOTOLAR

20-03-2019-18-50 Xəbərlər

Pirotexniki vasitələr məhv edilib - FOTOLAR

Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən NUHÇI...

Əcnəbi tələbələr: Novruz bayramı Naxçıvanda daha möhtəşəm keçirilir

20-03-2019-18-16 Xəbərlər

Əcnəbi tələbələr: Novruz bayramı Naxçıvanda daha möhtəşəm keçirilir

NUHÇIXAN xəbər verir ki, Naxçıvanqalada keçirilən Novruz şənliklərində muxtar re...

Şahbuz kənddə yeni badam bağı salınıb

20-03-2019-17-42 Xəbərlər

Şahbuz kənddə yeni badam bağı salınıb

NUHÇIXAN xəbər verir ki, Şahbuz rayonunun Şahbuzkənd sakini Rəfiqə Məmiyeva öz a...

Ötən günün mənzərəsi - VİDEO

20-03-2019-11-14 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Novruz bayramı muxtar respublikamızda yüksək əhval-ruhiyyə ilə qeyd edilib

20-03-2019-10-30 Xəbərlər

Novruz bayramı muxtar respublikamızda yüksək əhval-ruhiyyə ilə qeyd edilib

Novruz bayramı muxtar respublikamızda yüksək əhval-ruhiyyə ilə qeyd edilib.

Bayram yarmarkası davam edir

19-03-2019-21-00 Xəbərlər

Bayram yarmarkası davam edir

NUHÇIXAN xəbər verir ki, Naxçıvan şəhərinin Xətai küçəsindəki mərkəzi bazarda  m...

“Ölkəmizi tanıyaq” tur-aksiyasının birici mərhələsi başa çatıb

19-03-2019-20-02 Xəbərlər

“Ölkəmizi tanıyaq” tur-aksiyasının birici mərhələsi başa çatıb

NUHÇIXAN xəbər verir ki, “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində şagirdlər ...

Gömrük əməkdaşları üçün növbəti kurs təşkil edilib

19-03-2019-19-23 Xəbərlər

Gömrük əməkdaşları üçün növbəti kurs təşkil edilib

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında əhalinin keyfiyyətli id...

Naxçıvanda Novruz bayramı münasibətilə ümumxalq şənliyi keçirilib - FOTOLAR

19-03-2019-19-03 Rəsmi

Naxçıvanda Novruz bayramı münasibətilə ümumxalq şənliyi keçirilib - FOTOLAR

Ölkə Prezidenti cənab İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqın...

Novruza həsr edilən sərg

19-03-2019-18-56 Xəbərlər

Novruza həsr edilən sərg

NUHÇIXAN xəbər verir ki, “Novruz gəldi, yaz gəldi” adlı rəsm sərgisi açılıb. Açı...

Kəngərli rayonunun yaranmasından 15 il ötür - VİDEO

19-03-2019-17-00 Xəbərlər

Kəngərli rayonunun yaranmasından 15 il ötür - VİDEO

Kəngərli rayonu Azərbaycan Respublikası Prezidentinin qərarı ilə 19 mart 2004-cü...

Naxçıvan Musiqi Kollecinin tələbəsi Qran Pri mükafatına layiq görülüb

19-03-2019-15-44 Xəbərlər

Naxçıvan Musiqi Kollecinin tələbəsi Qran Pri mükafatına layiq görülüb

NUHÇIXAN xəbər verir ki, Bakı şəhərində R. Behbudov adına Dövlət Mahnı Teatrında...

Naxçıvanda bir qrup məhkum azad edildi - FOTOLAR

19-03-2019-15-23 Xəbərlər

Naxçıvanda bir qrup məhkum azad edildi - FOTOLAR

NUHÇIXAN xəbər verir ki, özlərinin və ailə üzvlərinin Naxçıvan Muxtar Respublika...

Ali təhsil ocağında Novruz bayramı qeyd edilib

19-03-2019-11-29 Xəbərlər

Ali təhsil ocağında Novruz bayramı qeyd edilib

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Müəllimlər İnstitutunda  “Milli bayramımız – N...

Naxçıvan şəhərindəki "Naxçıvanqala" Tarix-Memarlıq Muzey Kompleksində Novruz şənlikləri keçirilir - YENİLƏNİB-2 - FOTOLAR

19-03-2019-11-10 Xəbərlər

Naxçıvan şəhərindəki  "Naxçıvanqala" Tarix-Memarlıq Muzey Kompleksində Novruz şənlikləri keçirilir - YENİLƏNİB-2 - FOTOLAR

Martın 19-da Naxçıvan şəhərindəki "Naxçıvanqala" Tarix-Memarlıq Muzey Kompleksin...

“Naxçıvan” Universitetində Novruz şənliyi keçirilib

19-03-2019-10-31 Xəbərlər

“Naxçıvan” Universitetində Novruz şənliyi keçirilib

NUHÇIXAN xəbər verir ki, “Naxçıvan” Universitetində  Novruz şənliyi keçirilib. T...

Ocağınız gur yansın!

19-03-2019-00-00 Xəbərlər

Ocağınız gur yansın!

Od çərşənbəsi mərasim, ayin, etiqad və şənliklərin zənginliyi ilə seçilir

KİVDF-nin 10 illik yubileyi qeyd edilib - YENİLƏNİB 2 - FOTOLAR

18-03-2019-22-26 Xəbərlər

KİVDF-nin 10 illik yubileyi qeyd edilib - YENİLƏNİB 2 - FOTOLAR

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitəl...

AMEA Naxçıvan Bölməsində “Elm həftəsi”nə yekun vurulub

18-03-2019-21-00 Xəbərlər

AMEA Naxçıvan Bölməsində “Elm həftəsi”nə yekun vurulub

AMEA Naxçıvan Bölməsində “Elm həftəsi” çərçivəsində Batabat Astrofizika Rəsədxan...

Sağlamlıq imkanları məhdud şəxslərlə görüşlər keçirilib

18-03-2019-20-29 Xəbərlər

Sağlamlıq imkanları məhdud şəxslərlə görüşlər keçirilib

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətb...

Naxçıvanda Beynəlxalq Poeziya Günü qeyd edilib

18-03-2019-19-57 Xəbərlər

Naxçıvanda  Beynəlxalq Poeziya Günü qeyd edilib

Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində “Beynə...

Naxçıvan Dövlət Universitetində bayram konserti

18-03-2019-19-26 Xəbərlər

Naxçıvan Dövlət Universitetində bayram konserti

Naxçıvan Dövlət Universitetində (NDU) Novruz bayramı tədbirlərinin yekunu olaraq...

Çanaqqala savaşı Naxçıvanda anılıb - FOTOLAR

18-03-2019-18-22 Xəbərlər

Çanaqqala savaşı Naxçıvanda anılıb - FOTOLAR

NUHÇIXAN xəbər verir ki  Naxçıvanda Çanaqqala zəfərinin 104-cü ildönümü təntənəl...

Naxçıvan Muxtar Respublikası Atıcılıq Federasiyasına yeni sədr seçilib - FOTOLAR

18-03-2019-17-59 Xəbərlər

Naxçıvan Muxtar Respublikası Atıcılıq Federasiyasına yeni sədr seçilib - FOTOLAR

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Atıcılıq Federasiyasının y...