İnsanlar ta qədimdən torpağa ruzi-bərəkət mənbəyi kimi baxıb, ona baş əyib, alın təri axıdıb. Bunun da müqabilində gün-güzəranını yaxşılaşdırıb,  məhsul bolluğu yaradıb. Bu gün isə bol məhsul götürmək üçün imkanlar daha da genişlənib. Bu da onunla bağlıdır ki, dövlətimiz aqrar bölmənin inkişafına hərtərəfli qayğı göstərir. Yeni-yeni texnikalar alınıb gətirilir, kreditlər ayrılır, məhsuldar toxum sortlarından istifadəyə geniş yer verilir, torpaqlardan lazımınca istifadə olunur.

Ölkəmizdə aqrar islahatların həyata keçirilməsi əkin-biçinlə məşğul olan insanlarda bu sahəyə marağı artırıb. Torpaq bütün sərvətlərin ən qiymətlisidir. Bu sərvətdən səmərəli istifadə edən, ona baş əyən, zəhmət çəkən insanların da təknəsi dolu, süfrəsi zəngin olur. 
Muxtar respublikamızda kənd təsərrüfatı sahəsində davamlı inkişaf tempi saxlanılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 1 sentyabr tarixli Fərmanı ilə təsdiq edilən “Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” bu istiqamətdə mühüm əhəmiyyət kəsb edən dövlət sənədidir. Proqram digər sahələrlə yanaşı, kənd təsərrüfatının inkişafına, ərzaq məhsulları istehsalının artırılmasına, əhalinin ekoloji cəhətdən təmiz və keyfiyyətli məhsullarla təmin olunmasına, sahibkarlıq mühitinin formalaşdırılmasına, kənd adamlarının həyat səviyyəsinin yüksəldilməsinə geniş imkanlar açıb.

Bu məqamda qeyd edək ki, kartofçuluq muxtar respublikamızda kənd təsərrüfatının aparıcı sahələrindən birini təşkil edir. Bu vacib sahənin intensiv amillər hesabına inkişaf etdirilməsi ikinci çörək hesab edilən həmin məhsulun bolluğunun yaradılmasını təmin edib. 2016-cı ildə bu göstərici 46 min 400 tona çatdırılıb.
Kartofçuluğun inkişafına diqqət yetirilməsi təbiidir. Kartof qiymətli ərzaqdır. Hər bir ailənin gündəlik istifadə etdiyi məhsuldur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun 2005-ci il aprelin 11-də imzaladığı və icrası uğurla başa çatan “Naxçıvan Muxtar Respublikasında kartofçuluğun inkişafı üzrə Dövlət Proqramı”nda da əsas məqsəd muxtar respublikada olan əkinəyararlı torpaq sahələrindən kartofçuluğun inkişafı üçün səmərəli istifadə etmək, yerli sahibkarlığı inkişaf etdirmək, əhalini ilboyu kartofla təmin etmək, xüsusən də kənd əhalisinin məşğulluğunu artırmaqdan ibarət olub. Proqramın qəbul olunduğu vaxtdan ötən dövr ərzində bu istiqamətdə məqsədyönlü tədbirlər həyata keçirilib.
Muxtar respublikamızda kartof istehsalında Şərur rayonu həmişə fərqlənib. 2016-cı ildə bu rayonda 760 hektarda kartof əkilib. 11342 ton məhsul götürülüb. Rayonun əksər yaşayış məntəqələrində kartof əkilib-becərilir. Belə yaşayış məntəqələrindən biri də Ələkli kəndidir. Ötən il bu yaşayış məntəqəsində sahələrdən 200 tondan artıq kartof götürülüb.
Torpaq mülkiyyətçilərinin qayğıları ilə yerindəcə tanış olmaq üçün bu günlərdə rayonun Ələkli kəndinə getdik. Qədim tarixi keçmişə malik olan bu kənd o qədər də böyük olmayan yaşayış məntəqələrindən biridir. İnsanları zəhmətsevər, torpağa bağlıdırlar. Burada əkinçiliyin bütün sahələri, xüsusən də taxılçılıq, kartofçuluq, tərəvəzçilik, meyvəçilik, eləcə də heyvandarlıq inkişaf etdirilir. Son illər sarımsaq əkinlərinə də maraq göstərənlər artıb. 
Onu da qeyd edək ki, zəhmətkeş insanları olan bu kənddə kompleks şəkildə quruculuq işlərinə də başlanılıb. Bu baxımdan 2017-ci il kənd sakinləri üçün yaddaqalan illərdən biri olacaq. Hazırda bu kiçik yaşayış məntəqəsində kənd və xidmət mərkəzləri, yeni məktəb binası tikilir və digər infrastruktur layihələri həyata keçirilir, yollar abadlaşdırılır. Göstərilən dövlət qayğısı isə insanları kəndə, doğma ocağa, torpağa, zəhmətə daha möhkəm tellərlə bağlayır.
Torpağa baş əyən insanlarla elə iş başındaca, onların həyətyanı sahəsində görüşüb, həmsöhbət olduq. Kənd sakini Vaqif Abbasovla söhbət zamanı bildirdi ki, biz hər il kartof əkirik. Yaxşı da təcrübə qazanmışıq. Əkin vaxtı məhsuldar toxumlardan istifadə edirik. Bu sahədə də çətinliyimiz yoxdur. Dövlət tərəfindən toxumluq material da gətirilir. Özümüzün əkin üçün saxladığımız yerli toxumlarımız da var. Əkini də vaxtında aparırıq. Hər il martın ortalarına kimi kartofu əkib yekunlaşdırırıq. Həyətyanı sahə olduğundan əkini əl üsulu ilə həyata keçiririk. Pay torpaqlarında isə kartofu texnika ilə əkənlər də var. Elə ki taxıl biçini başa çatdırıldı, dərhal kartofun yay əkininə başlayırıq. Deyim ki, kartofun yay əkini daha səmərəlidir. Belə ki, isti yay günlərində əkilən kartof havanın sərin vaxtlarında, daha doğrusu, oktyabr və noyabr aylarında çıxır. Məhsul bol və keyfiyyətli olur. 
Vaqifin sözlərinə görə, son illər “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin rayon bazasına yeni texnikalar gətirildiyi üçün bir çoxları kartofu texnika ilə əkir, yetişdirilən məhsulu da onun köməkliyi ilə çıxarır. Bu da əl əməyini yüngülləşdirir, işin səmərəliliyini artırır: – Ailəmizin tələbatını ödəyir, üstəlik də bazar və yarmarkalara tonlarla məhsul çıxarırıq. İyun ayının əvvəllərindən faraş kartofumuz çıxıb. Qış aylarına kimi kartofumuz olur. Bizim təsərrüfatçılar arasında kartofu ildə iki dəfə əkənlər də var. Yay vaxtı taxıl biçinindən sonra həmin ərazilərə yenidən kartof əkilir, yaxşı da nəticəsi olur. Pis dolanmırıq. Elə təsərrüfatçılar var ki, tək kartofçuluq sahəsindən il ərzində 10-15 min manat gəlir götürürlər. Bu qiymətli sərvətdən lazımınca bəhrələnən, onu özünə iş yeri hesab edən insanlar yanılmırlar. Çalışsan, əziyyət çəksən, bəhrəsini də görərsən. 
Vaqif sözünə davam edərək dedi ki, ailə təsərrüfatları yaratmaq, sahibkarlıqla məşğul olmaq üçün dövlət dəstəyi də yetərincədir. Təsərrüfat suyumuz da boldur. Daim axarlı-baxarlı Arpaçay bizim ərazidən keçir. Belə şəraitdə çalışmamaq, torpaqdan uzaq düşmək tənbəl adamların işidir. Yaxşı ki, bizim ərazidə belələrinə rast gəlməzsən. Hamı çalışır, torpağının qədrini bilir. 
Kənddə hansı təsərrüfata getdik, orada zəhmətkeş insanları gördük. Uzun illər mexanizator işləyən Muxtar İbrahimov, Vəli Abbasov, Ələkbər Abdullayev, gözəl bağ-bağçası, geniş təsərrüfatı olan İbrahim Kazımov da belə­lərindəndir.
Təcrübəli təsərrüfatçı Ələkbər Abdullayevin həyətyanı sahəsində gördüyümüz mənzərə də ürəkaçan idi. Həyətin bir tərəfində, üstü müxtəlif meyvələrlə dolu olan barlı-bəhərli ağaclar altında samovar salınmış, stol-stullar qoyulmuşdu. Ətirli kəklikotu çayının qoxusu ətrafı bürümüşdü. Bir tərəfdə kartof yığılır, digər tərəfdə isə hələ payız aylarından salınmış sarımsaq sahələri suvarılırdı. Əkinlər bol məhsuldan xəbər verirdi. Sahibkarın meyvə bağında isə hər cür ağaca rast gəlmək olardı. Ərik, şaftalı, alma, badam, nar, heyva... 
Ailə təsərrüfatının başçısı Ələkbər kişi deyir ki, indi kəndimiz, ocağımız ifadəsi tez-tez səslənir. Dövlət kəndlərimizi müasirləşdirir, qayğımıza qalır, mühüm infra­struktur layihələri həyata keçirilir, kəndlərimizə şəhər mədəniyyəti gətirilir, qəsəbə görkəmi verilir. Ocaqlarımızı isə biz kənd adamları, zəhmətkeş insanlar yandırmalıyıq, şöləsini gur etməliyik, torpağını əkib-becərməliyik, təsərrüfatlarımızı genişləndirməliyik ki, ruzi-bərəkətimiz bol olsun. Belə olarsa, kəndimiz kənd, ocağımız ocaq olar. 
Həmsöhbətim danışdıqca xəyal məni 40-50 il əvvələ, doğulub boya-başa çatdığım Şərur rayonunun Yuxarı Daşarx kəndinə apardı. Qonşuluğumuzda 104 il ömür sürmüş Bəhman Məmiyev adlı bir zəhmətkeş insan vardı. Gözümü açandan onu təsərrüfat işlərində görmüşdüm. Yaxşı bağban, təcrübəli təsərrüfatçı idi, ting əkib-becərər, onlara calaq vurar, ətirli meyvələr yetişdirərdi. Sürüynən heyvan, toyuq-cücə saxlayar, onları elə kənd ərazisində, təpəliklərdə, otlu-sulu yerlərdə otarardı. Onun həyat tərzi, ömür yolu hər bir kəs üçün nümunə idi. Ömrünün ahıl vaxtlarına kimi qamətini əymədi. İftixarla söyləyərdi: Oğul, məni qıvraq saxlayan torpaqdır, zəhmətdir, kənd havasıdır. Torpağa baş əymək ruzi-bərəkəti artırar, sağlamlıq gətirər.
O vaxtlar, daha doğrusu, ötən əsrin 60-70-ci illərində Bəhman kişi bizə dağ vüqarlı, zəhmətkeş bir insan təsiri bağışlayırdı. O, ömür-gün yoldaşı Xanım xala ilə birlikdə neçə-neçə oğul-qız, nəvə-nəticə böyütmüşdü. İndi onlar həyatda yoxdurlar. Amma yaşıl bağ-bağçaları, ərsəyə gətirdikləri ağaclar qalıb. Meyvələrindən nəvə-nəticələr, qonum-qonşu istifadə edir. Demək, onların xatirəsini bu yaşıl ağaclar yaşadır.
Bizim kəndlə qonşuluqda yerləşən Mahmudkənddə xeyirxah insan, təcrübəli torpaq adamı kimi tanınan Hüseyn babanı yaşlı nəslin nümayəndələri yaxşı xatırlayırlar. Onu narbənd ustası kimi tanıyırdılar. O, narbənd tingliyi yaradar, bu tingləri yaşadığı kəndin ərazisində, yol kənarlarında əkərdi. Hətta onlardan muxtar respublikanın, eləcə də Azərbaycanın müxtəlif bölgələrinə göndərərdi. İndi Hüseyn baba da həyatdan köçüb, amma əkdiyi ağaclar vüqarla dayanıb, insanlara sərinlik gətirir. Yaxşı yadımdadır, kolxoz təsərrüfatı dövründə bu ağacların kölgəsindən tarla düşərgəsi kimi də istifadə edərdilər. Çünki narbənd çox dözümlü, quraqlığa davamlı, yağış damlalarını belə, keçirməyən çətirli ağacdır. Xeyirxah əməlinə görə, hətta bu ərazidə Hüseyn bulağı da yaratmışdılar. O bulağın suyu torpağı cana gətirir, yaşıl libasını artırırdı.
Çinar ömrü yaşayan insanların sayı bu gün daha çoxdur. Haqqında bəhs etdiyimiz Ələkli kəndinin torpağa, zəhmətə bağlı insanları da onların sırasındadırlar.

Məhəmməd FƏRƏCOV
Naxçıvan Dövlət Radiosunun baş redaktoru

"Şərq qapısı"

04.07.2017

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Naxçıvan Şəhər İcra Hakimiyyətində 2019-cu ilin birinci yarısının yekunları müzakirə olunub

16-07-2019-17-20 Xəbərlər

Naxçıvan Şəhər İcra Hakimiyyətində  2019-cu ilin birinci yarısının  yekunları müzakirə olunub

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Şəhər İcra Hakimiyyətində 2019-cu ilin birinci...

Gənc polis əməkdaşları and içdilər

16-07-2019-16-58 Xəbərlər

Gənc polis əməkdaşları and içdilər

NUHÇIXAN xəbər verir ki, Naxçıvan şəhərindəki Dövlət Bayrağı Muzeyində Naxçıvan ...

Ordubadda taxıl biçini başa çatıb

16-07-2019-15-53 Xəbərlər

Ordubadda taxıl biçini başa çatıb

Ordubad rayonu üzrə cari ildə 1685 hektarda taxıl yetişdirilib.

Boks üzrə Naxçıvan şəhər açıq birinciliyinə yekun vurulub

16-07-2019-15-12 Xəbərlər

Boks üzrə Naxçıvan şəhər açıq birinciliyinə yekun vurulub

Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində keçirilən ye...

Naxçıvanda sabaha olan hava proqnozu

16-07-2019-14-51 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında iyulun 17-nə gözlənilən hava proqnozu açıqlanıb....

Nakhchivan news - VİDEO

16-07-2019-14-33 Xəbərlər

Nakhchivan news - VİDEO

Nakhchivan State Television presented weekly news program in English, highlighti...

Kolleclərə qəbul olunmaq üçün abituriyentlərin ərizə qəbulu davam edir

16-07-2019-13-58 Xəbərlər

Kolleclərə qəbul olunmaq üçün abituriyentlərin ərizə qəbulu davam edir

Ümumi (9 illik) təhsil bazasında kolleclərə qəbul olmaq üçün elektron ərizə verm...

Naxçıvan karateçiləri beynəlxalq turnirdə səkkiz medal qazanıblar

16-07-2019-12-14 Xəbərlər

Naxçıvan karateçiləri beynəlxalq turnirdə səkkiz medal qazanıblar

NUHÇIXAN xəbər verir ki, “Batumi Open” beynəlxalq turnirində 6 ölkədən 400 idman...

Ötən günün mənzərəsi - VİDEO

16-07-2019-11-39 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Respublika Şahmat Olimpiadası: dörd şahmatçı maksimum xal toplayıb

16-07-2019-10-25 Xəbərlər

Respublika Şahmat Olimpiadası: dörd şahmatçı maksimum xal toplayıb

Qax Olimpiya İdman Kompleksində 16 yaşadək yeniyetmələr arasında keçirilən Respu...

Naxçıvanda Türkiyənin 15 iyul – Demokratiya və Milli Birlik Günü ilə bağlı tədbir keçirilib

16-07-2019-09-50 Xəbərlər

Naxçıvanda Türkiyənin 15 iyul – Demokratiya və Milli Birlik Günü ilə bağlı tədbir keçirilib

Türkiyə Respublikasının Naxçıvandakı Baş konsulluğunda 15 iyul – Demokratiya və ...

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yeni qərarlar qəbul edib

16-07-2019-09-00 Xəbərlər

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yeni qərarlar qəbul edib

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti 2019-cu ilin iyul ayının ilk 1...

Naxçıvan futbolçuları “Champions trophy-2019” turnirində iştirak ediblər

15-07-2019-21-26 Xəbərlər

Naxçıvan futbolçuları “Champions trophy-2019” turnirində iştirak ediblər

NUHÇIXAN xəbər verir ki, Avstriyanın paytaxtı Vyanada uşaqlar arasında dünyanın ...

Şahbuz rayonunda xəstələrə tibbi xidmət göstərilib

15-07-2019-20-59 Xəbərlər

Şahbuz rayonunda xəstələrə tibbi xidmət göstərilib

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a...

Taxıl zəmilərində yanğın təhlükəsizliyi qaydalarına qaydalarına riayət edək

15-07-2019-20-29 Xəbərlər

Taxıl zəmilərində yanğın təhlükəsizliyi qaydalarına qaydalarına riayət edək

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən N...

Naxçıvan Futbol Federasiyası müsabiqə elan edir

15-07-2019-20-01 Xəbərlər

Naxçıvan Futbol Federasiyası müsabiqə elan edir

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Futbol Federasiyası  qurum...

“Naxçıvanın tarixi abidələri” mövzusunda rəsm üzrə etüd plener keçirilib

15-07-2019-19-33 Xəbərlər

“Naxçıvanın tarixi abidələri” mövzusunda rəsm üzrə etüd plener keçirilib

Naxçıvan şəhərindəki Əcəmi Seyrəngahında 7-12 və 12-17 yaş qruplarından ibarət d...

Gömrük orqanları əməkdaşları üçün praktiki seminar keçirilib

15-07-2019-19-04 Xəbərlər

Gömrük orqanları əməkdaşları üçün praktiki seminar keçirilib

Nazirliyin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Ədliyyə Nazirli...

Naxçıvan Qarnizonu qoşunlarında tədbirlər keçirilir

15-07-2019-18-45 Xəbərlər

Naxçıvan Qarnizonu qoşunlarında tədbirlər keçirilir

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə,...

Bəxtiyar Əsgərov rəsmi qəbulda iştirak edib

15-07-2019-16-46 Xəbərlər

Bəxtiyar Əsgərov rəsmi qəbulda iştirak edib

NUHÇIXAN xəbər verir ki, Bakı şəhərində Naxçıvan Muxtar Respublikası daimi nümay...

Məktəbəhazırlıq qrupları üçün tətil günlərinin vaxtı açıqlanıb

15-07-2019-14-16 Xəbərlər

Məktəbəhazırlıq qrupları üçün tətil günlərinin vaxtı açıqlanıb

Dövlət ümumtəhsil məktəblərində yaradılan məktəbəhazırlıq qrupları üçün 2019-202...

Naxçıvanda sabaha olan hava proqnozu

15-07-2019-13-20 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında iyulun 16-na gözlənilən hava proqnozu açıqlanıb....

Azərbaycan-Yaponiya münasibətlərində Naxçıvanın da özünəməxsus yeri var

15-07-2019-11-33 Xəbərlər

Azərbaycan-Yaponiya münasibətlərində Naxçıvanın da özünəməxsus yeri var

Naxçıvan Muxtar Respublikasının turizm potensialı təkcə Avropa ölkələrini deyil,...

Ordubad şaftalısı

15-07-2019-10-28 Xəbərlər

Ordubad şaftalısı

Şaftalı meyvəsi tez məhsula düşməsi, arasıkəsilmədən bol məhsul verməsi və başqa...

Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsinin 50 illiyi münasibətilə konsert keçirilib

14-07-2019-23-34 Xəbərlər

Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsinin 50 illiyi münasibətilə konsert keçirilib

İyulun 14-də Heydər Əliyev Mərkəzinin parkında ümummilli lider Heydər Əliyevin s...

“Cıdır” mərasimi haqqında nələri bilirik

14-07-2019-22-17 Xəbərlər

“Cıdır” mərasimi haqqında nələri bilirik

“Cıdır” xalq oyununun ölkəmizdə geniş yayılması Qobustanın, qayaüstü şəkillərind...

Suvarma suyu kifayət qədərdir

14-07-2019-21-43 Xəbərlər

Suvarma suyu kifayət qədərdir

Şərur rayonunda 27 min hektardan artıq torpaq sahəsi müxtəlif suvarma qurğuları ...

Naxçıvanın gəlinqayaları

14-07-2019-20-59 Xəbərlər

Naxçıvanın gəlinqayaları

Bura Naxçıvandır-qədim və sirli diyar; özü bir möcüzə, təbiəti bir möcüzə...

Muğancıq-Mehrab kəndi görkəmini dəyişir

14-07-2019-20-13 Xəbərlər

Muğancıq-Mehrab kəndi görkəmini dəyişir

Şərur rayonunun Muğancıq-Mehrab kəndində yeni obyektlər inşa olunur.

Taxıl biçini mütəşəkkil keçirilir

14-07-2019-19-13 Xəbərlər

Taxıl biçini mütəşəkkil keçirilir

Şərur rayonun kəndlərində  biçin kampaniyası mütəşəkkil keçirilir.