Nikoletta Herman: Naxçıvan təcrübəm mənim Qafqaz regionuna heyranlığımı artırdı - VİDEO

Naxçıvan Muxtar Respublikasının turizm sektoru Azərbaycan Respublikasının mədəniyyət diplomatiyası və milli irsinin əsas komponentlərindən biridir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun başçılıq etdiyi muxtar dövlətin əsas prioritetlərindən biri Naxçıvan Muxtar Respublikasında turizm sənayesini inkişaf etdirməkdir.

Qeyd etmək lazımdır ki, Naxçıvanın tarixi abidələri, füsunkar təbiəti, duz şaxtaları və Naxçıvan şəhəri ilə Ordubad rayonunu birləşdirən magistral yolun kənarındakı iri qayalıqlarda Holivud filmlərindəki səhnələri əks etdirən təbii fenomenlər əraziyə səfər etmək istəyən turistlər üçün mükəmməl bir məkandır. Bununla yanaşı avropalı turistlər Naxçıvanda İslam incəsənəti və memarlığının parlaq nümunələrini görə bilərlər. Naxçıvan Qafqaz memarlıq məktəbinin beşiyi və bir çox məşur memarların vətənidir. O memarların fəaliyyəti bir çox Avropa paytaxtlarının inkişafına təsir etmişdir.

Romadakı "La Sapienza" universitetinin professoru Biancamaria Scarcia Amorettinin fikirincə, Naxçıvan mühüm memarlıq xəzinələri və bugünə qədər qorunub saxlanılan möhtəşəm abidələri ilə İslam incəsənəti və sivilizasiyası ilə maraqlanan alimlər və ziyarətçilər üçün mühüm regiondur.

Professor Amoretti həmçinin qeyd edir ki, Naxçıvan çox da böyük olmayan ərazini əhatə edir və orta əsr türk müsəlman abidələri ilə zəngindir. Həmçinin həftəlik ucuz qiymətə İstanbuldan Naxçıvana təyyarə reysləri həyata keçirilir. Naxçıvan Muxtar Respublikasında XI-XIV əsrlərlərdə tikilmiş qeyri-adi abidələr bəşər sivilizasiyası üçün çox önəmlidir. Sevindirici haldır ki, Naxçıvan qonşu ölkələr Türkiyə, İran və Gürcüstanla yaxşı əlaqələrə malikdir və bu əlaqələr insanların əraziyə avtobus və avtomobillə səfərlərini asanlaşdırır. Naxçıvanda daxili təhlükəsizlik çox yaxşı təmin olunub. Bu vəziyyət ərazidə turizmin inkişafına, Azərbaycanın mədəniyyət diplomatiya siyasəti layihəsinin möhkəmlənməsinə köməklik göstərəcək.

İtaliyalı professor Gianroberto Scarciyanın fikirincə: Gürcüstan, İran, Türkiyə və Bolqarıstan daxil olmaqla regional turizm ekspedisiyası üçün Azərbaycan başlanğıc nöqtə ola bilər. Sonda qeyd etmək lazımdır ki, Naxçıvandakı təcrübəmizə əsasən Azərbaycanın bu regionu öz kəşfini gözləyir və heç kimi məyus etməyəcək.

Norveçdən olan turistlərin fikirincə Naxçıvan gözəl xatirələr yaradan bir məkandır. 2011-ci ilin may ayında 4 tanınmış norveçli turist və alim Naxçıvan Duzdağ Fizioterapiya Mərkəzində, Xalça və Tarix muzeylərində olmuşlar. Naxçıvan səfərlərindən öncə norveçlilər Bakı, Kiş, Şəki və Gəncədə də səfərdə olmuşlar. Onların Naxçıvan xatirələri xüsusidir: "Coğrafi nöqteyi nəzərdən bu ərazi xüsusi əhəmiyyətə malikdir. Naxçıvanın qərb hissəsində biz Ağrı dağını, cənub hissədə isə İran sərhəddində Araz çayını görə bildik. Bu mənzərə bizim üçün ekzotik oldu. Tarixi İpək Yolu və xüsusilə bu tarixi ticarət marşurutu ilə bağlı Qarabağlar abidəsi bizi çox heyran etdi. Bundan əlavə Nuh peyğəmbər haqqında olan hekayəni dinləmək və peyğəmbərin dəfn olunduğu türbəni görmək bizim üçün xüsusi əhəmiyyətə malik oldu. Nuh peyğəmbərin hekayəsi müsəlman və xristianlar üçün eynidir. Biz bir neçə muzeydə olduq, Xalça muzeyi daha çox marağımıza səbəb oldu".

İsveçrəli turist xanım Nicolletta Herman Naxçıvan barədə öz təəssüratlarını "Foreign Policy News" qəzeti ilə bölüşüb. Xanım Nicolletta Naxçıvan təcrübəsinin unudulmaz olduğunu və Qafqaz bölgəsinə olan heyranlığın ifadə edərək yazır: "Naxçıvana enərkən gözəl mənzərə ilə qarşılaşdım! Nuhun gəmisini zədələmiş dağ silsilələri ilə birləşən Haçadağı görməkdən zövq aldım. Bakıdan Naxçıvana təyyarə ilə səfər edən hər kəs gərək təyyarədə pəncərənin qarşısında əyləşsin və təyyarə enərkən qətiyyən yatmasın. Bizim Naxçıvan, daha dəqiq desək muxtar respublika haqqında ilk təəssüratımız olduqca müsbətdir: küçələr və binalar qərb şəhərini xatırladır. Müxtəlif tikililər şübhəsiz yenə də Azərbaycanın keçmişinin şahididir. Naxçıvan insanı əsəbləşdirən avtomobil siqnalları, tələsən avtomobillər və avtomobil xaosundan uzaqdır. Eləcə də hara baxsaq nə tullantı, nə də həddindən artıq sıx olan evlər görmürük. Yoxsa biz Qafqazın İsveçrəsinə gəlmişik?".

Naxçıvandakı tədqiqatları ilə bağlı xanım Herman qeyd edir: "NATİG MMC Tərcümə və Turizm Mərkəzinin işçisi Həsən ilə üç gün ərzində biz Naxçıvan Muxtar Respublikasını tədqiq etdik. Görünür ki, bu mühüm əraziyə az sayda turistlər səfər edir. Lakin ərazi landşaft təbiətsevərlərin və fotoqrafların arzuladığı yerdir. Böyük şəhərlərin izdiham və çaxnaşmasını xoşlayanlar başqa yer axtarsınlar. Bələdçimiz və sürücümüz Həsən bizə ən vacib abidələri, həmçinin Nuh peyğəmbərin məqbərəsini və əzəmətli məscidləri göstərdi. Duzdağ Fizioterapiya Mərkəzi bizdə xoş təəssürat yaratdı. Şaxtada ailələr gecə qalaraq müalicə alırlar. Duzla zəngin şaxtadakı hava asma və bir sıra tənəffüs yolları xəstəliklərinə qarşı yaxşı nəticə verir. Böyük məmnuniyyətlə mən şəxsən burada bir gecə keçirmək istərdim".

Xanım Hermanın fikirincə Naxçıvanın gözəl təbiəti sanki bütün insan əli ilə yaradılan zənginlikləri geridə qoyur. Qum təpələrinin gözəllikləri ilə rəqabət aparan gilli təpələr və təkrarolunmaz rəng oyunu ilə loğvalanan dağ silsilələri, aydın göllər, landşaf arası ilə qıvrılan çaylar bizi hər dəqiqə şəkil çəkməyə vadar edir. Ecazkar dağ landşaftlarının arası ilə Naxçıvanın cənub-şərqindəki Ordubada səfərimiz yaddaqalan oldu. Fotokameram rahatlıq tapmırdı. Naxçıvanda az müddət qalmağımız oradakı mənfi hal idi. Biz burada məmnuniyyətlə daha artıq qalardıq.

Naxçıvan Muxtar Respublikası klassik və orta əsr şəhərinin vətənidir. Tanınmış orta əsr memarı və Naxçıvanın orta əsr heykəltaraşlıq məktəbinin banisi olan Əcəmi Naxçıvaninin doğulduğu yerdir. Naxçıvan Azərbaycan Respublikasının tərkibində olan tarixi və əhəmiyyətli muxtar respublikadır. Ötən iyirmi il ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun rəhbərliyi altında dini memarlıq, arxeoloji ərazilərin, təbii abidələrin qorunması və qalaların bərpası istiqamətində diqqətəlayiq adımlar atılmışdır. Bunlar Azərbaycan Respublikasının zəngin mədəniyyəti və milli quruculuq tarixinə aydın nümunədir.

Azərbaycanın qərb regionu olan və bəşəriyyət-sivilizasiya beşiyi sayılan Naxçıvanda bugünədək qorunan memar Əcəminin əsərləri yeni heykəltaraşlıq inciləri formalaşdırmaqla bərabər Avropa heykəltaraşlıq məktəbləri üçün də yeni standardlar müəyənləşdirmişdir. Naxçıvan Qafqazın digər regionları ilə müqayisədə daha qədim və müasir tarixi qoruyub saxlayır, həmçinin Xəzər regionu və onun hüdüdlarından kənarda iqtisadi inkişafa töhvə vermiş çoxlu sayda dünyaca məhşur alimlərin, iqtisadçıların, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov kimi uzaqgörən dövlət xadimlərinin və nüfuzlu memarların vətənidir. Ermənistan tərəfindən əraziyə 20 ildən artıqdır tətbiq olunmuş blokada və baş vermiş digər tarixi faciəvi hadisələrə baxmayaraq Naxçıvan iqtisadi cəhətdən inkişafa nail olmuş və Avrasiyanın kəsişməsində olan şəhər mərkəzlərinə təsir edərək dünyanı öz möhtəşəm qalaları, dini memarlığı və turizm potensialı ilə heyrətləndirir.

 

Peter Tase

21.11.2016

                                                                 Amerika Birləşmiş Ştatlarının

"Foreign Policy News" qəzeti