Bu günlərdə dəvət olunduğum bir toy məclisi çoxdandır beynimi qurcalayan fikirləri, nəhayət, qələmə almağa vadar etdi. Söhbət yenə də ayrı-ayrılıqda hər birimizin yaralı yeri olan, son dövrlərdə ictimai müzakirə mövzusuna çevrilən xeyir-şər mərasimlərimizə xas adət-ənənələrimizdən gedir. İlk olaraq yas mərasimlərimizdən yazmaq istədim. Ona görə yox ki, “Şər deməsən, xeyir gəlməz!” deyimini əsas götürdüm. Ona görə ki, toylarımıza nisbətən yas mərasimlərindəki vəziyyət çox-çox qənaətbəxşdir. 

Ölən yazıq olur, yoxsa qalan?

Bu gün Naxçıvanda yas mərasimlərində israfçılığın aradan qaldırılması yerli əhali tərəfindən böyük savab iş kimi minnətdarlıq hissləri ilə qarşılanır. Hətta Azərbaycanın Gəncə və digər bölgələrində ilk dəfə Naxçıvanda atılan bu addımdan ideal nümunə kimi faydalanmağa başlanılıb. Yoxsa ki, insanlar bilmirdi ağır itkilərinin, faciələrinin dərdini çəksinlər, ya məclis üçün növbənöv ehsan tədarükündə olsunlar. Qəbiristanlıqlarda aparılan abadlıq, səliqə-sahman işləri də sakinlərin ürəyincədir. Vaxtilə qəbiristanlıqlarda “məzarüstü abidələr ucaldıb”, ətrafında “memarlıq kompozisiyaları” yaradanları, sağ ikən özlərini burada “qeydiyyata saldırıb” şəxsi mülkləri kimi ərazi hasarlayıb zəbt edənləri görəndə fikirləşirdim: bəziləri xeyirxahlıq, humanizm, ədalət hissləri təlqin edən “İnsan gərək o biri dünyasını fikirləşə!” kəlamını, deyəsən, səhv anlayırlar. Nə dinə, nə mənəviyyata sığan bu əməllərin yalnız bir adı var: şöhrətpərəstlik azarı. Özü də elə adamlar bunu edir ki, həmin “əzizlərini” sağ ikən, ağır yataqda ikən günlərlə arayıb-axtarmayıblar. Heç bundan sonra mərhumun ailəsini, uşaqlarını düşünüb onlara maddi-mənəvi dəstək olmaq fikrində də deyillər. Əksinə, bəlkə də, elə günü sabah mülk davasına qalxacaqlar. Təki el-aləm mərhuma olan məhəbbətin dərəcəsinə heyran olsun. Digər bir “ölüyə məhəbbət nişanəsi” də şəhərin bu başından o başına uzanan dəfn karvanlarıdır. Hansısa zəruri işini, problemini bir kənara atıb, vacib işlərini yarımçıq qoyub dəfnə qaçan “könüllülər dəstəsi” yolda bir tıxac yaradırlar ki, gəl görəsən. Özü də heç də təmənnasız deyil ha, gərək sən də sabah mütləq filankəsin filankəsinin dəfnində necə olursa-olsun mütləq iştirak edib borcundan çıxasan. Xeyirdə-şərdə insanların bir-birinə mənəvi dəstək olmaları xalqımızın qədim adət-ənənəsidir. Lakin xeyir də, şər də insanların əzizləri, doğmaları üçündür. Qısa müddətə də olsa, bu, bütün şəhərin, məmləkətin gündəlik həyatına, iş-yaşayış ahənginə mane olmamalıdır axı. Qaldı ki, üçü, yeddisi, cümə axşamları, qırxı. Xüsusilə də bina evlərində (bu yerdə muxtar respublikanın ayrı-ayrı rayonlarında mərasim evlərinin tikilməsinin xüsusi razılıqla qarşılandığını xatırlatmaq istəyərdim) qadınlar qeybət eləməli olsalar da, hüzr yerində mütləq bir saat, saat yarım oturmalıdırlar. Gələnlər çöldə gözləsələr də, ev adamının tünlükdən, qulluq eləməkdən nəfəsi kəsilsə də olar. Tez durmaq yas sahibinə hörmətsizlikdir axı? Sabah o da eyni cür rəftar edə bilər. Əlqərəz, ölən ölüb gedir, vay qalanın halına. Bəzən hər şeydə olduğu kimi, yasda da, toyda da həddindən artıq ifrata varırıq. Bu da quru şöhrətpərəstlikdən, eqoizmdən, lovğalanmaqdan və bir də dahi Mirzə Cəlil demişkən, təqlidçilik azarından irəli gəlir. Keçək toylarımıza.

Toy, toy, toydu bu gün

Ümumiyyətlə, yığıncaq keçirməyə son vaxtlar, necə deyərlər, bir növ adətkərdə olmuşuq. Uşaq anadan oldumu, onun gələcək sağlamlığı, hərtərəfli müayinəsi və düzgün qidalanması qeydinə qalmaq əvəzinə onu doğum evindən xüsusi bəzədilmiş cah-cəlallı xarici maşında, kamera çəkilişinin müşayiətilə təmtəraqla çıxarmalıyıq. Körpəyə adqoydu, yeddi mərasimi, ad günləri də öz qaydasında, dəbdəbəli şəkildə keçirilməlidir. Kiçik toyları – müsəlmançılıqla bağlı bir adəti restoranlarda, içki məclisi ilə, xarici rəqslərlə qeyd eləməyin də bir özgə ləzzəti var. Bəzən öz şöhrətpərəstlik şakərimizdən ötrü hələ heç nə dərk etməyən yazıq uşaqları da bir neçə saatlığa “bəy stulunda” farağat əyləşməyə məhkum edirik.
Övladın ali məktəbə qəbul oldumu, bir təmtəraqlı stol, bitirdimi bir təmtəraqlı stol, əsgərliyə getdimi bir təmtəraqlı stol, qayıtdımı bir təmtəraqlı stol və sair və ilaxır. Mən heç də insanın əziz, şad günlərini qeyd etməyin əleyhinə deyiləm. Əksinə, yarıkönül gəlib boğazdanyuxarı mübarəkbadlıq verən qeyri-səmimi insanlarla eyni süfrəni, daxili sevinci paylaşmaqla yalançı sosiallaşmanın, yalnız sənə aid olan əziz, yaddaqalan bir günü mənasızlaşdırmağın, cılızlaşdırmağın əleyhinəyəm. Belə əlamətdar günləri ən yaxın ailə üzvləri, doğmalarla qeyd etməyə çox vaxt şöhrətpərəstlik azarımız, pul yığmaq məqsədimiz yol vermir. Əvəzində isə bir də ayılırıq ki, başımız bu növ vacib əməllərə o qədər qarışıb ki, övladlarımızın təlim-tərbiyəsini, təhsilini unutmuşuq, onlardan mənən, ruhən nə qədər uzaqlaşmışıq, yadlaşmışıq. Bu zamanı və pulları onların mənəvi tərbiyəsinə, fiziki və psixoloji sağlamlığına, asudə vaxtlarını səmərəli keçirmələrinə, onlara mədəni zövq aşılamağa sərf etsək, daha hərtərəfli dünyagörüşə malik, müasir düşüncəli, özünəinamlı, intellektli və istedadlı gənclər yetişdirə bilərik. Bu sərmayəni daha əhəmiyyətli, mühüm perspektivli işlərə – səyahətlərə, mütaliə üçün maraqlı ədəbiyyatlar seçməyə, övladlarımızın dil öyrənmələrinə, əyləncə və istirahətlərinin mənalı təşkilinə yatırmaq olmazmı? Belədə, həm də elə ilk vaxtlardan övladlarımızın istedad və qabiliyyətlərini, maraq dairəsini kəşf edə bilərik.

Toya qədər sən küsməsən, toydan sonra düzələr (?!)

Elə ki iki gəncin ailə qurmaq niyyətini bildik, təbii ki, əgər ona da ciddi müdaxilə etmiriksə, düşürük əl-ayağa, vur-çatlasına. Bütün umu-küsülər, tərəflərarası münaqişələr də bundan sonra başlayır. Bəs neçə dəfə elçi gəlinməlidir, özü də elçilər Anarın “Evləri köndələn yar” əsərindəki kimi mütləq üç akademik, beş professor, ya da ən azından elmlər namizədi olmalıdır. Gəlinə qızıl və digər zinət əşyaları hansı bahalıqda alınmalıdır, cehizlik mebellər hansı məşhur xarici firmanın olmalıdır? Başlıq parası da ki öz yerində, qanı qiymətinə. Yeni yaranacaq ailənin psixoloji-fizioloji sağlamlıqları qeydinə qalmaq, lazım gələrsə tibbi müayinələrə, həkim məsləhətinə yönəltmək, gəncləri “ailə” adlanan kiçik dövlət quruculu­ğuna mənəvi-psixoloji cəhətdən hazırlamaq, ailədaxili münasibətlərin qurulduğu ilkin mərhələdə onlara dəstək olmaq əvəzinə öz “biznesimizi inkişaf etdiririk”.
Qədimdə nənə-babalarımız bir üzük, bir dənə də qırmızı yaylıqla gediblər bəlgəyə. Sonra da qonum-qonşu yığışıb hərə əlindən qopandan nə bacarırsa kömək etməklə, gənc ailənin zəruri ehtiyaclarını ödəməklə yeni qurulan ailəyə maddi və mənəvi dəstək olublar. Çox sadə, təmiz-talaq, mənəvi paklıq və halallıq üzərində qurulan ailələrin ömrü də uzun olub. Çünki gənclər də belə görüb-götürdüklərinə görə könlü-gözü tox olublar. Elə çox­uşaqlılıq da belə xoşbəxt ailələrin bəzəyi olub. Biz isə özümüz də bilmədən toy etmirik ey, özümüz-özümüzə lap toy tuturuq. Gənc ailəyə bolluca problemlər qoyuruq. Qır-qızıl, cer-cehiz, toy xərcini ödəməkdən lap nəfəsimiz kəsilir. Bir tərəfdən də vaxtilə toya gələn adamların toy borclarını qaytarmaq. Üstəlik də maddi rəqabət, şöhrətpərəstlik təməli bu cür qurulan ailələrin ömürlük yolyoldaşı olur. Gəlin deyir: “Bəs mənim filankəsin qızı, filankəsin gəlinindən nəyim kəm-kəsirdi ki, ona təkqaşlı brilyant, ağ qızıl, filan karatlıq komplekt gətiriblər, mənə yox?” Qayınana da: “Qonşular gələndə ananın verdiyi cehizi ortalığa çıxarmağa xəcalət çəkirəm. Atan niyə kürəkəninə maşın, ev almadı?” – deyə qeyzlənir. Bütün bu problemlər də ailələrin qısa zamanda dağılmasına, boşanmalara səbəb olur.
Hə, onu deyirdim axı. Qayıdaq toyqabağı “toylara”. Xınayaxma mərasimlərimiz həddindən artıq dəbdəbələşdirilib, yadlaşdırılıb. “Ciyər axşamı” deyilən toyqabağı axşamda da, çox təəssüf ki, bəzən ciyəryeyənlərin içki məclisinin səhərə qədər davam etməsi, hətta dava-dalaşla nəticələnməsi kimi neqativ hallara da rast gəlinir. Ev adamı da bilmir ki, sabahkı toy tədarükünün qeydinə qalsın, yoxsa bu məclisdəkilərə qulluq eləsin.
Toylarımız da ki xoşbəxtlik təzahürü, mədəni istirahət, mənəvi zövq üçün yox, sanki ancaq bolluca yeyib-içmək üçün nəzərdə tutulur. Elə bil kimsə sabahdan aclıq başlayacağı xəbərini verib. Cürbəcür salatlar, isti yeməklər, çərəz, meyvə, tort, dondurma, kürü, daha nə bilim nələr. Sonra da az qala bir həftə sağlamlıq problemləri yaşayırıq. İllah da ki, yayın cırhacırı ola. Tez xarab olan salat və ət yeməklərindən, keyfiyyətsiz içkilərdən, köhnəni təzəyə qatan restoran sahiblərinin mərhəmətinin bərəkətindən toydan sonrakı kütləvi zəhərlənmə halları azmı olur? Yeməklərin növ və çeşidinə diqqət etməklə həm ifrat israfçılığın qabağını almış olar, həm də əlavə xərclərdən yüngülləşməklə “nə edim, kimləri çağırım ki, toyun xərcini batırmayım?” problemi qarşısında qalmarıq. Toya dəvət məsələsi də elə buradan qaynaqlanan problemdir ki, xərci borcunu ödəsin deyə ucdantutma, yolüstü salamlaşdığımız adamları da toya çağırmaqla süni qələbəlik yaradır, bu da qonaqlara lazımi diqqət göstərə bilməməyimizə səbəb olur. Məgər özümüz də eynilə gözlənilməz toy dəvətnaməsinə ağızbüzən əks-tərəfin durumuna düşməmişik­mi? Elə isə menyuya da, çağırılan qonaqların sayına da qənaət etməklə həm özümüzü, həm da başqalarını razı salmış olarıq.
Gələk daha əsas mətləbə. Toy iki gəncin qovuşduğu, yeni bir ailənin təməlinin qoyulduğu elə bir əlamətdar gündür ki, heç vaxt unudulmur. Yaddaşlarda, videokadrlarda yaşayır. Toyu əvvəlcədən hazırlanmış elə mənalı ssenari əsasında təşkil etmək lazımdır ki, hər anı xoş xatirələrlə yaddaqalan olsun. Hər dəfə o kadrlara mənəvi zövq ala-ala, təkrar-təkrar baxa bilək. Amma çox təəssüf ki, bugünkü toylarımızda ruhumuzu oxşayan milli musiqilərimizə, xalq mahnı və rəqslərinə, sümüyə düşən qara zurna, telli saz havalarına çox az yer verilir. Hanı əvvəlki toylarımızın zinəti olan yallılarımız, “Süleymanı”, “Uzundərə”, “Naz eləmə”, “Qaytağı” kimi oynaq, şux və nəhayət, özümüzün olan rəqslərimiz? Təəssüf ki, bütün başqa millətlərin hər janrda olan musiqilərindən rast gəlmək olur müasir toylarımızda. Ya da ki “Can-cana” və “Cəmilə” kimi əttökən bayağı musiqilərdən “feyziyab oluruq”. Bəzən də əsl Azərbaycan xanımına yaraşmayan şıdırğı kişisayağı oynayır, meydandan çıxmırıq. Axı bizim ana-nənələrimiz zorla ortalığa çağırılanda, xanım-xatınlıqları, su sonası kimi ahəstə, gül qədər zərif süzmələri ilə yerə-göyə naz satıblar. Vaxtilə toylarımızda tar, kaman və qaval üçlüyünün müşayiətilə səslənən gözəl musiqilərimiz ruhları təzələyər, toya xoş ovqat bəxş edərdi. Açıq havada qurulan böyük toy mağarında insanlar ellikcə yallı gedər, “Qazı-qazı”, “Kos-kosa” kimi xalq oyunları toya xüsusi şirinlik, şuxluq qatardı. Bu gün yadların “medlenno”ları əvəzinə Tofiq Quliyev, Elza İbrahimova, Emin Sabitoğlu kimi estrada musiqisinin, mahnı janrının ustadları olan gözəl bəstəkarlarımızın saf, ülvi məhəbbətdən yoğrulmuş, ürəkləri, ruhları ehtizaza gətirən həzin, lirik mahnılarının sədaları altında ahəstəcə rəqs etmək olmazmı? Bayağı, yorucu musiqilər bəs deyilmiş kimi, tikilişi akustik baxımdan şadlıq sarayı üçün nəzərdə tutulmayan restoranlarımızda dörd bir tərəfdən səsgücləndiriciyə o ki var güc verilir. Nəinki insanların, az qalır binanın zəhri yarılsın. Belə toylardan birində, o zaman dörd yaşı olan bacım qızı Xalidə əvvəlcə uşaq şıltaqlığı ilə səsinin eşidilməməsindən xoşlanaraq iki əlini ağzına tutub ucadan danışmağa başlamış, bir az sonra isə şəhadət barmaqları ilə qulaqlarını tıxıb: “Gedək, nə olar, çıxaq gedək evə!” – deyə təkid etməyə başlamışdı. Məmnuniyyətlə bu israra boyun əymişdim.
Bəzi “müasir” toylarımıza, buradakı son dəbdə, “zövqlə” geyinmiş “müasir” insanlara rast gələndə düşünürəm: “Avropalaşmaq, müasirləşmək qiyafədə zahirdə deyil, müasir elmi təfəkkür və dünyagörüşündə, həyata açıq baxışda, ziyalılıqda, mədəni davranış tərzində olmalıdır”. Son olaraq istərdim ki, dahi Üzeyir bəyin şah əsərləri əsasında çəkilən “O olmasın, bu olsun”, “Arşın mal alan” filmlərindəki toy səhnələrini, milli rəqslərimizi xatırlayıb dönüb müasir toylarımıza da nəzər salaq. Bax milli genezisimizdir, milli ruhumuzun tələbatıdır bizi eyni həvəslə, zövq ala-ala əzbər bildiyimiz bu filmlərə təkrar-təkrar baxmağa sövq edən.
Əziz oxucum. Mənim yazmaya bilmədiklərim, əslində, heç də tipik olmayan, lakin hamımızın tez-tez rastlaşdığı hallardır. Amma, nədənsə, ilk addım atmağa cəsarət etmirik. Məgər ana südü kimi halalımız olan, bizim millilik etalonumuz sayılan adət-ənənələrimizə, milli dəyərlərimizə hörmət üçün hansısa bir rəsmiləşdirmə, qanuniləşdirmə olmalıdır? Buna dövlət, rəhbər nəzarət etməlidir? Ən böyük nəzarət ictimai qınaq, özü-özünə nəzarət, ən ağır ittiham isə vicdanın səsidir. Ən məsul vəzifə vətəndaşlıq borcudur. Bu gün keçmişimizə sahib çıxmağı bacarmasaq, sabah gələcək qarşısında cavab verməli olacağıq. Necə deyərlər, bugünkü toylarımızın səsi sabah çıxacaq. 
Bütün sahələrdə öz müdrikliyi, uzaq­görənliyi, dəyərli ənənələri ilə seçilən Naxçıvan, inanıram ki, xeyir-şər mərasimlərimizlə də bağlı ideal nümunə olmağı bacaracaq. Bəs elə isə TOYUNUZ MÜBARƏK! Qoy hər birinizin evindən-ocağından toy səsi gəlsin.

Mehriban Sultan

"Şərq qapısı" qəzeti

30.08.2017

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Prezident İlham Əliyevin Fransaya səfəri başa çatıb

20-07-2018-21-30 Xəbərlər

Prezident İlham Əliyevin Fransaya səfəri başa çatıb

NUHÇIXAN xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin Fransa Prezidenti ...

Təsərrüfat subyektlərindən 25 min 147 hesabat yığılıb

20-07-2018-20-58 Xəbərlər

Təsərrüfat subyektlərindən 25 min 147 hesabat yığılıb

NUHÇIXAN xəbər verir ki,  Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəs...

6 ay ərzində Naxçıvandan Bakıya 6202 nəfər sərnişin daşınıb

20-07-2018-20-30 Xəbərlər

6 ay ərzində Naxçıvandan Bakıya 6202 nəfər sərnişin daşınıb

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Nəqliyyat Nazirliyində 201...

Culfada müşavirə keçirilib

20-07-2018-20-00 Xəbərlər

Culfada müşavirə keçirilib

NUHÇIXAN xəbər verir ki, Culfa rayonunda 2018-ci ilin birinci yarısında görülən ...

Azərbaycanın basketbol klubları Gürcüstanda beynəlxalq turnirdə iştirak ediblər

20-07-2018-19-46 Xəbərlər

 Azərbaycanın basketbol klubları Gürcüstanda beynəlxalq turnirdə iştirak ediblər

Gürcüstanın Rustavi şəhərində 3×3 basketbol üzrə beynəlxalq turnir keçirilib.

Nağıl, əfsanə, yoxsa həqiqət?!

20-07-2018-19-26 Xəbərlər

Nağıl, əfsanə, yoxsa həqiqət?!

Azərbaycan şifahi xalq ədəbiyyatında nağıl və dastanların özünəməxsus yeri var. ...

Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi bir qrup türkiyəli jurnalistlə görüşüb

20-07-2018-19-15 Xəbərlər

Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi bir qrup türkiyəli jurnalistlə görüşüb

Xəbər verildiyi kimi, Türkiyə-Azərbaycan Media Forumunda iştirak etmək üçün Türk...

20 nəfər məhkumun məşğulluğu təmin olunub

20-07-2018-19-01 Xəbərlər

20 nəfər məhkumun məşğulluğu təmin olunub

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyində 20...

Muxtar respublikada arxivlərin fəaliyyəti diqqət mərkəzində saxlanılır

20-07-2018-18-46 Xəbərlər

Muxtar respublikada arxivlərin fəaliyyəti diqqət mərkəzində saxlanılır

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsində ko...

SİYAQUTDA İBADƏT VƏ MƏRASİM EVİ TİKİLİR

20-07-2018-18-30 Xəbərlər

 SİYAQUTDA İBADƏT VƏ MƏRASİM EVİ TİKİLİR

NUHÇIXAN xəbər verir ki, muxtar respublikamızın bütün bölgələrində, o cümlədən Ş...

Naxçıvanda tikintiyə 550 milyon manata yaxın vəsait yönəlib

20-07-2018-18-15 Xəbərlər

Naxçıvanda tikintiyə 550 milyon manata yaxın vəsait yönəlib

NUHÇIXAN xəbər verir ki, muxtar respublikada infrastruktur quruculuğu tədbirləri...

Ağbulaqda bu dəfə istirahət edənlər Naxçıvan Müəllimlər İnstitutunun tələbələri oldu

20-07-2018-17-55 Xəbərlər

Ağbulaqda bu dəfə istirahət edənlər Naxçıvan Müəllimlər İnstitutunun tələbələri oldu

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən N...

Kanada alimləri gözəgörünməz plaş ixtira ediblər

20-07-2018-17-40 Xəbərlər

Kanada alimləri gözəgörünməz plaş ixtira ediblər

Kanada alimləri insanı görünməz edən plaş ixtira ediblər.

I və IV ixtisas qruplarının imtahan nəticələri açıqlanıb, 15 nəfər 700 bal toplayıb

20-07-2018-17-28 Xəbərlər

I və IV ixtisas qruplarının imtahan nəticələri açıqlanıb, 15 nəfər 700 bal toplayıb

Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 18-də I və IV ixtisas qruplarının abituriyen...

Naxçıvanlı alim Fransada elmi simpoziuma qatılıb

20-07-2018-17-15 Xəbərlər

Naxçıvanlı alim Fransada elmi  simpoziuma qatılıb

AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən NUHÇIXAN-a bildirilib ki, bölm...

Azərbaycan Prezidenti İlham Əliyevin və Fransa Prezidenti Emmanuel Makronun görüşü olub - YENİLƏNƏCƏK

20-07-2018-16-59 Xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyevin və Fransa Prezidenti Emmanuel Makronun görüşü olub - YENİLƏNƏCƏK

İyulun 20-də Parisdə, Yelisey Sarayında Azərbaycan Respublikasının Prezidenti İl...

Naxçıvanda sahibkarlara 10 milyon manatdan artıq kredit verilib

20-07-2018-16-27 Xəbərlər

Naxçıvanda sahibkarlara 10 milyon manatdan artıq kredit verilib

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında iqtisadiyyatın aparıcı ...

Naxçıvanda 62 min hektar sahədə əkin keçirilib

20-07-2018-16-15 Xəbərlər

Naxçıvanda 62 min hektar sahədə əkin keçirilib

NUHÇIXAN xəbər verir ki, muxtar respublikada əhalinin ərzaq məhsulları ilə etiba...

Bəxtiyar Əsgərov Belçika Krallığının milli bayramı münasibətilə keçirilən tədbirdə iştirak edib

20-07-2018-15-55 Xəbərlər

Bəxtiyar Əsgərov Belçika Krallığının milli bayramı münasibətilə keçirilən tədbirdə iştirak edib

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası daimi nümayəndəliyinin rəh...

Naxçıvanda sabaha olan hava proqnozu

20-07-2018-15-43 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında iyulun 21-nə gözlənilən hava proqnozu açıqlanıb....

Ağcaqanadlar bu qan qrupu olanları daha tez-tez dişləyir

20-07-2018-15-23 Xəbərlər

Ağcaqanadlar bu qan qrupu olanları daha tez-tez dişləyir

Rusiya alimləri maraqlı araşdırma aparıb. Onlar ağcaqanadların hansı qan qrupu o...

Çində dünya rekordu: 1374 dron eyni anda havada

20-07-2018-15-02 Xəbərlər

Çində dünya rekordu: 1374 dron eyni anda havada

Çinin “EHang Egret” şirkəti eyni anda havada olan dronların sayına görə Ginnesin...

Prezident İlham Əliyevin Fransa Milli Assambleyasının sədri Fransua de Rüji ilə görüşü olub

20-07-2018-14-45 Xəbərlər

Prezident İlham Əliyevin Fransa Milli Assambleyasının sədri Fransua de Rüji ilə görüşü olub

NUHÇIXAN xəbər verir ki, iyulun 20-də Parisdə Azərbaycan Respublikasının Prezide...

Ermənistanda 6 ayda 6303 nəfər ölkə vətəndaşlığından imtina edib

20-07-2018-14-15 Xəbərlər

Ermənistanda 6 ayda 6303 nəfər ölkə vətəndaşlığından imtina edib

Dərin iqtisadi böhran içərisində olan Ermənistanda vətəndaşlıqdan imtina edənlər...

Olimpiya Oyunlarının proqramına 6 yeni idman növü daxil edilib

20-07-2018-14-01 Xəbərlər

Olimpiya Oyunlarının proqramına 6 yeni idman növü daxil edilib

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İcraiyyə Komitəsi 2022-ci ildə Pekində keç...

“WhatsApp”, “Facebook” və “Telegram” ən təhlükəli əlavələr siyahısına daxil olub

20-07-2018-13-52 Xəbərlər

“WhatsApp”, “Facebook” və “Telegram” ən təhlükəli əlavələr siyahısına daxil olub

Mobil cihazların qorunması üzrə qlobal lider olan “Appthority” şirkəti tez-tez “...

“Tank biatlonu” müsabiqəsində iştirak edəcək Azərbaycan hərbçiləri Moskvaya yola düşüblər

20-07-2018-13-30 Xəbərlər

“Tank biatlonu” müsabiqəsində iştirak edəcək Azərbaycan hərbçiləri Moskvaya yola düşüblər

“Beynəlxalq Ordu Oyunları – 2018” yarışları çərçivəsində keçiriləcək “Tank biatl...

Yanıqda ilk müdaxilə necə olmalıdır?

20-07-2018-12-45 Xəbərlər

Yanıqda ilk müdaxilə necə olmalıdır?

Hər insanın qarşılaşa biləcəyi yanıq bədəndə böyük zədələrə yol aça bilər.

Fransanın “Bouygues Travaux Publics” şirkəti Azərbaycanda nəqliyyat, inşaat, metro tikintisi sahələrində işləməkdə maraqlıdır

20-07-2018-12-15 Xəbərlər

Fransanın “Bouygues Travaux Publics” şirkəti Azərbaycanda nəqliyyat, inşaat, metro tikintisi sahələrində işləməkdə maraqlıdır

İyulun 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Parisdə “Bouyg...

Prezident İlham Əliyevin “CIFAL” qrupunun prezidenti ilə görüşü olub

20-07-2018-11-50 Xəbərlər

Prezident İlham Əliyevin “CIFAL” qrupunun prezidenti ilə görüşü olub

İyulun 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Parisdə “CIF...