Şahbuz bənzərsiz təbiətə və təbii sərvətlərə sahibdir. Onlar arasında dərman bitkilərinə, dəmlənərək çay kimi içilən çiçək və güllərə xüsusi maraq vardır. Elmi mənbələrdə göstərildiyi kimi, Şahbuz dağları dərman bitkilərinin, güllərin, çiçəklərin növ tərkibinə görə çox zəngindir. Süfrələrimizi bəzəyən nemətlərdən ən çox seviləni çaydır, – desəm, yanılmaram. O çay ki onu yayın istisində də, qışın soyuğunda da dərdimizə dərman bilirik. Ürəyimizi sərinlətmək, yorğunluğumuzu çıxarmaq, hövsələmizi açmaq üçün arzuladığımız ilk nemət də çay olur. Çaya bu qədər vurğunluğumuzdan irəli gəlir ki, qapımızı döyən qonaqlarımıza da elə yeməkdən əvvəl çay təklif edirik. Evimizdə qonaq otağı ayrı olduğu kimi, qonaq üçün çay dəsti də xüsusi və gözoxşayan olur. Bəzəkli stəkana güldən, çiçəkdən dəmlənmiş çay süzüləndə ətri, rəngilə gözümüzü, könlümüzü oxşayır. İçəndə isə dərdlərimizə dərman olur. Dünyagörmüşlər deyirlər ki, sirrinə-sehrinə bələd olduğumuz bitkilərdən dəmlənən çayı süfrələrimizdən əskik etməsək, uzunömürlü,sağ canlı olarıq. Dərman bitkiləri ilə məşhur olan Şahbuz bəlkə buna görə uzunömürlülər diyarı da adlandırılır. Muxtar respublikanın ərazisində olan 250-dən artıq bitkinin 160 növü bu rayonda bitir. Onların sirrinə-sehrinə vaqif olmamaq mümkün deyil. Hələ sovet dönəmində də Şahbuzun dərman bitkilərinin sorağı bütün ittifaqa, dünyaya yayılmışdı. İllərlə şəfalı bitkilərdən çay, məlhəm, mürəbbə, şərbət hazırlayan Şövkət nənə ilə söhbətimiz də güllər barədə oldu. Yəqin ki, bu qədər gülün-çiçəyin, otun-alafın sirrinə-sehrinə bələd olmağın özü də bir sirdir-sehrdir. Ömrünü-gününü türkəçarədə istifadə olunan məlhəmlər hazırlamağa həsr edən Şövkət nənəyə dedim: – Necə bilmisiniz ki, hansı çiçəkdən çay dəmlənər, başqa birindən mürəbbə bişirilər, şirəsi çəkilər, şərbət, gülab hazırlanar? Ağbirçək gülümsəyərək: – Bunda nə var ki? – dedi və əlavə etdi: – Atamız, anamız, nənəmiz, babamız dərdinə dərmanı elə öz evinin qənşərində, həyətində, dağında, dərəsində axtarıb tapıb. Davadərman adı bilməyən insanlar bir-birinin dərdinə çarə etmək üçün çəmənin çiçəyinə, gülünə, torpağın yetirdiyi, bitirdiyi nə varsa, ümidlərini onlara bağlayıblar. Nəsil-nəsil bu istək, bu inanc, bu sevgi təbiətin sirrini öyrənməkdə bir açar olub. Rəngarəng güllərdən, çiçəklərdən, müxtəlif otlardan, bitkilərdən vədəsində yığmaq, qışda istifadə etmək həvəsi bu yurd yerində hamıda olub. Təbiətin nazənin gözəli olan bitkilər mart ayından torpaqdan baş qaldıraraq ta qar yerə düşənə kimi yurdumuzu, yuvamızı bəzəyir. Qız-gəlinlər onların adını tutub dağda, dərədə, çəməndə, düzdə ətək salıb çobanyastığını, kəklikotunu, qara yarpızı, nanəni,solmazçiçəyini təzə-tər dəstə-dəstə bağlayıb gün tutmayan yerlərdə qurudub qış üçün hazırlayarlar. Elə ki qış gəldi, yazda, yayda, payızda çəmənlərdən, dağlardan, yamaclardan minbir həvəslə yığıb qışa tədarük etdiklərimizlə dəmlənən çay çiçəklərdən, meyvələrdən bişirilən mürəbbələrlə ləzzətlə içilər. Doğrudan da, Şövkət nənənin dediyi kimi, Şahbuzun əlçatmayan, ünyetməyən qayalarından insan sevgisi ilə süfrələrimizə “qonaq gələn” nemətlər içərisində doqquzdon, həmərsin, yemişan mürəbbələrinin bir ayrı dadı olur. Dünyanı yorub-yortmuş ağbirçəklə söhbətimiz zamanı bir də dedi ki, qızım, torpaq insan üçün ana qoynudur. Yaxındakı bulağın başında bir iydə ağacı var. Oyulmuş koğuşuna torpaq dolub bərkimişdi. Həmin torpaq üstündə bitən bənövşəni görsəydin, onda təbiətin nəyə qadir olduğunu, torpağın nəfəsindən doğulan gözəlliklərin sirrini-sehrini sən də öyrənməyə çalışardın. Sevgi, istək olmadan nəinki gülün, çiçəyin, torpağın, ağacın, bitkinin dilini öyrənərsən, xasiyyətin bilərsən, heç balaca bir uşağın da könlünü ala bilməzsən. Qızılgülün məhəbbət, dəfnə yarpağının şöhrət, palıdın güc, qüdrət, zeytunun sülh rəmzi olduğunu da bilməzsən. Aqil insanın söhbətindən anladım ki, torpağın “qılığına girmədən” onun sirrini öyrənə bilməzsən. Axı çəməni də, çiçəyi də torpaq yetirir. Ona görə də birinci olaraq torpağın qədir-qiymətini bilməlisən ki, onun sərvətlərinə sahib olasan. Qışın gəlişini bildirən soyuq günlər indi təbiətə bir ayrı ahəng bəxş etdiyi kimi, evimizə, könlümüzə də yeni bir ab-hava gətirib. “Qol-boyun” olub yurdumuza keşik çəkən dağların zirvəsində yallı gedən dumandan, çəndən təbiətə təzə bir libas biçildiyi kimi, istəyimiz də dəyişir. Təbiətin bu vədəsində çiçəklərdən ocaq üstə dəmlənən çayın ayrı bir ləzzəti olur. İndi dağ kəndlərimizdə yaşayan insanların süfrələrini məxməri çaydan daha çox bəzəyən belə çaylar, yəqin ki, hamı tərəfindən arzulanandır. Allı-güllü yaylaqları ilə hər yerdə tanınan Şahbuz dağlarının, dərələrinin dərdə dərman bitkilərini, otlarını, çiçəklərini nənələrimiz, babalarımız Tanrı payı adlandırırlar. Qiymətli təbii sərvətlərimizi tanıtmaq, qədrini bilmək üçün hər birimiz təbliğatçı olmalıyıq. Dövlət tərəfindən də bu istiqamətdə görülən işlər sahib olduqlarımızın qədir-qiymətini bir daha artırır. Bu il Naxçıvan şəhərində göycə, çörək, bal və başqa festivalların keçirilməsi, həmin festivallarda bütün rayonların iştirakının təmin olunması bir daha onu göstərir ki, torpağımızın sinəsində dəfinələr yatır. Olanımızın qədrini bilmək, təbliğ etmək üçün keçirilən festivallara çıxarılan nemətlərin tədarükündə, hazırlanmasında, sərgilənməsində, sözsüz ki, ayrı-ayrı insanların çox böyük əməyi, rolu olur. Onlar yaşadıqları yurd yerinin təbiətinə vurğun və bələd olduqlarına görə harada yaxşı gülün, çiçəyin açdığını, cır armudun, həmərsinin, doqquzdonun, yemişanın yetişdiyini, baltutarların olduğunu çox yaxşı bilirlər. Əgər günlərin bir günü muxtar respublikamızda dərman bitkilərindən hazırlanmış çay festivalı keçirilərsə, yəqin ki, o tədbirdə qantəpər, çobanyastığı, kəklikotu, qaraqınıq, zirə, damotu, solmazçiçəyi, qara yarpız, dazotu, qarapodium, mərmərik, həmərsin, ayıdöşəyi,səhləb, dağ nanəsi, ögey ana, ağ və sarı boymadərən, gicitkən, yemlik, baldırğan, boyaqotu, şirinbiyan və digər dərman bitkiləri, onlardan hazırlanan çaylar hər kəsin diqqətini cəlb edər. Dünyanın hər üzünü görmüş ağbirçəklərimizin, ağsaqqallarımızın fikrincə, təndir, ocaq üstdə qaynayan su ilə dəmlənən çay insanı minbir dərdin bəlasından qoruyar, həmişə saf və gümrah saxlayar. Sözsüz ki, ocaq çayının tamı da bir ayrı cür olur. Ona görə də qapımızı döyən qonaq-qaraya indi daha çox matah olan gül-çiçək çayı verilməsi qonaqpərvərliyimizin göstəricisidir. Bəlkə də, dünyada yalnız azərbaycanlılara məxsus keyfiyyətdir ki, evində, süfrəsində yaxşı olan nə varsa, böyük həvəslə, istəklə qonağına bəxş edir... Bu gün Şahbuz şəhərində dərman bitkilərini istehsal edən “Farma Şah” müəssisəsi fəaliyyət göstərir. Müəssisədə hazırda 49 adda 60 çeşiddən çox dərman bitkiləri paketlənərək satışa çıxarılır. Birdəfəlik dəmləmə, kapsul, bəkməz və 40 qramlıq paketlər şəklində qablaşdırılan minbir dərdin dərmanı olan bu məhsullara Naxçıvanda olduğu kimi, respublikamızın başqa regionlarında da ilboyu böyük tələbat var. Gündəlik istehsal gücü 800 qutudan artıq olan “Farma Şah” bu tələbi ödəmək üçün növbəti mövsümə ciddi hazırlaşır. Şahbuz dağlarında yabanı halda bitən qiymətli dərman bitkilərinin emalını və paketlənməsini həyata keçirən bu müəssisədə həm də rayon sakinləri daimi işlə təmin olunub. Güllərin, çiçəklərin dilini bilən insanlar onları qaydasınca dəmləməyin də vacib olduğunu deyirlər. Bu da bir hikmətdir. Çölün-çəmənin dilini bilənlər deyirlər ki, çobanyastığını nə bir gün tez, nə də bir gün gec yığmaq olmaz. Kölgədə qurudularsa, ondan dəmlənən çay çox dadlı olar. Çay kimi dəmlənən qara yarpız da öz dadı, tamı ilə sevilir. Səhləb, dəvədabanı, ayıpəncəsi, solmazçiçəyi, nanə, baldırğan, qaraqınıq və onlarla belə bitkilərlə yanaşı, yazda ətri aləmə yayılan, yığılıb qurudulan qızılgül ləçəklərinin də çay dəmləmələrində istifadə olunması elimizə məxsus adətdir. Bu qədər bitkinin, gülün-çiçəyin dilini bilən insanların yaşadığı yerdə hər bir işi görmək olar. Bunun üçün insanlara hərtərəfli dövlət dəstəyi göstərilir və lazımi şərait yaradılır. Deməli, qalır təşəbbüs göstərmək.

 

Şəhla NƏbİYEVA

“Oğuz səsi” qəzetinin redaktoru

“Şərq qapısı” 15.12.2016

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Robotların elektron dərisi toxunuşlara daha həssas olacaq

15-08-2018-14-58 Xəbərlər

Robotların elektron dərisi toxunuşlara daha həssas olacaq

Alimlər tərəfindən hazırlanmış süni dəri insan dərisi ilə müqayisədə toxunuşlara...

Yeni “iPhone” modellərinin qiyməti proqnozlaşdırılıb

15-08-2018-14-30 Xəbərlər

Yeni “iPhone” modellərinin qiyməti proqnozlaşdırılıb

Ekspertlər cari ilin sentyabrında təqdimatı planlaşdırılan 3 yeni “iPhone” model...

Futbol üzrə Azərbaycan yığması Belarusda qələbə qazanıb

15-08-2018-14-18 Xəbərlər

Futbol üzrə Azərbaycan yığması Belarusda qələbə qazanıb

Minskdə təlim-məşq toplanışında olan futbol üzrə 17 yaşadək qızlardan ibarət Azə...

Çempionlar Liqasının yeni mövsüm üçün topu təqdim olunub

15-08-2018-14-01 Xəbərlər

Çempionlar Liqasının yeni mövsüm üçün topu təqdim olunub

“Adidas” 2018-2019 mövsümü üçün Çempionlar Liqasının yeni topunu təqdim edib.

Naxçıvanda sabaha olan hava proqnozu

15-08-2018-13-53 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında avqustun 16-na gözlənilən hava proqnozu açıqlanı...

DSX-nın yeni sərhəd zastavası istifadəyə verilib

15-08-2018-13-20 Xəbərlər

 DSX-nın yeni sərhəd zastavası istifadəyə verilib

Dövlət Sərhəd Xidmə­ti­nin (DSX) sərhəd qoşunlarının “Xu­dat” sər­həd dəs­təsini...

Gündə 10 min addımın 5 önəmli faydası

15-08-2018-12-47 Xəbərlər

Gündə 10 min addımın 5 önəmli faydası

– Diabeti gecikdirir: Gündə nizamlı olaraq atılan 10 min addım insulin müqavimət...

Qafqaz Müsəlmanları İdarəsi Qurban bayramı münasibətilə tövsiyələrini açıqladı

15-08-2018-12-31 Xəbərlər

Qafqaz Müsəlmanları İdarəsi Qurban bayramı münasibətilə tövsiyələrini açıqladı

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası Qurban bayramı münasibətilə ...

Ən keyfiyyətli displeyə malik smartfon bəlli olub

15-08-2018-12-16 Xəbərlər

Ən keyfiyyətli displeyə malik smartfon bəlli olub

“DisplayMate” analitik firması ən keyfiyyətli displeyə malik smartfonun adını aç...

Azərbaycan manatının dövriyyəyə buraxılmasından 26 il ötür

15-08-2018-11-53 Xəbərlər

Azərbaycan manatının dövriyyəyə buraxılmasından 26 il ötür

Bu gün Azərbaycanın milli valyutası – manatın dövriyyəyə buraxılmasından 26 il ö...

Naxçıvanda yeddi ayda 248 milyon 423 min kilovat-saatdan çox elektrik enerjisi istehsal edilib

15-08-2018-11-38 Xəbərlər

Naxçıvanda yeddi ayda 248 milyon 423 min kilovat-saatdan çox elektrik enerjisi istehsal edilib

Bu ilin yeddi ayında muxtar respublikanın elektrik stansiyalarında 248 milyon 42...

Autizmdən əziyyət çəkən uşaqlara kömək edən robot təqdim edilib

15-08-2018-11-24 Xəbərlər

Autizmdən əziyyət çəkən uşaqlara kömək edən robot təqdim edilib

Lüksemburq universitetinin alimləri tərəfindən yaradılmış “LuxAI”  startapı “QTr...

Vanuatuda vulkanın fəallaşması ilə əlaqədar on minlərlə sakin təxliyə olunub

15-08-2018-11-10 Xəbərlər

Vanuatuda vulkanın fəallaşması ilə əlaqədar on minlərlə sakin təxliyə olunub

Vanuatu dövlətinə məxsus Oba adasında Monaro vulkanının fəallaşması ilə əlaqədar...

Stolüstü tennis üzrə yeniyetmələrdən ibarət Azərbaycan və İran yığmaları birgə təlim-məşq toplanışı keçirirlər

15-08-2018-10-58 Xəbərlər

Stolüstü tennis üzrə yeniyetmələrdən ibarət Azərbaycan və İran yığmaları birgə təlim-məşq toplanışı keçirirlər

Stolüstü tennis üzrə yeniyetmələrdən ibarət Azərbaycan və İran yığma komandaları...

“Magistr” jurnalının yeddinci nömrəsi çapdan çıxıb

15-08-2018-10-44 Xəbərlər

“Magistr” jurnalının yeddinci nömrəsi çapdan çıxıb

Dövlət İmtahan Mərkəzi (DİM) “Magistr” jurnalının yeddinci nömrəsini nəşr etdiri...

“Yay Məktəbi”nin musiqiçi qonaqları

15-08-2018-10-31 Xəbərlər

“Yay Məktəbi”nin musiqiçi qonaqları

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən N...

Azərbaycanın 17 yaşadək futbolçuları Qazaxıstanda “Prezident kuboku” turnirində iştirak edəcəklər

15-08-2018-10-18 Xəbərlər

Azərbaycanın 17 yaşadək futbolçuları Qazaxıstanda “Prezident kuboku” turnirində iştirak edəcəklər

On yeddi yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Qazaxıstanda keçiriləc...

Sarıkökü bu ədviyyatla birlikdə istifadə edin

15-08-2018-10-05 Xəbərlər

Sarıkökü bu ədviyyatla birlikdə istifadə edin

Sarıkök ən faydalı ədviyyatlardan biridir. Hal hazırda bütün dünyada sarıkökə ol...

Türkiyə ABŞ mallarına idxal rüsumunu artırdı

15-08-2018-09-52 Xəbərlər

 Türkiyə ABŞ mallarına idxal rüsumunu artırdı

ABŞ sanksiyalarına cavab olaraq Türkiyə ABŞ mallarına idxal rüsumunu artırıb.

Avqustun 15-də xarici valyutaların manata qarşı məzənnələri

15-08-2018-09-40 Xəbərlər

Avqustun 15-də xarici valyutaların manata qarşı məzənnələri

Azərbaycan Mərkəzi Bankı 15 avqust tarixindən etibarən valyuta məzənnələrini açı...

Naxçıvanın muzeylərini 47 min tamaşaçı ziyarət edib

15-08-2018-09-14 Xəbərlər

Naxçıvanın muzeylərini 47 min tamaşaçı ziyarət edib

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən NUHÇIXA...

Новости Нахчывана

15-08-2018-09-00 Xəbərlər

Новости Нахчывана

Нахчыванское Телевидение начало выпуск новостей на русском языке.

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinə yekun vurulub

15-08-2018-08-38 Xəbərlər

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinə yekun vurulub

Avqustun 14-də BATE – “Qarabağ” oyunundan başqa keçirilən əlavə doqquz cavab qar...

Püstə bağında dərmanlama aparılıb

14-08-2018-21-48 Xəbərlər

Püstə bağında dərmanlama aparılıb

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətl...

UEFA Çempionlar Liqası: BATE-“Qarabağ” oyunu başlayıb

14-08-2018-21-13 Xəbərlər

UEFA Çempionlar Liqası: BATE-“Qarabağ” oyunu başlayıb

Avqustun 14-də Ağdamın “Qarabağ” klubu futbol üzrə UEFA Çempionlar Liqasının III...

“Panço” firması Naxçıvanda mağaza açıb

14-08-2018-20-58 Xəbərlər

“Panço” firması Naxçıvanda mağaza açıb

Türkiyənin məşhur “Panço” firması Naxçıvanda fəaliyyətə başlayıb.

BATE və “Qarabağ” komandalarının start heyətləri açıqlanıb

14-08-2018-20-26 Xəbərlər

BATE və “Qarabağ” komandalarının start heyətləri açıqlanıb

Futbol üzrə UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində s...

Culfada payız-qış mövsümünə hazırlıq müzakirə olunub

14-08-2018-20-05 Xəbərlər

Culfada payız-qış mövsümünə hazırlıq müzakirə olunub

NUHÇIXAN xəbər verir ki, Culfa Rayon İcra Hakimiyyətində keçirilən tədbirdə  icr...

Soyuducu anbarın fəaliyyəti bərpa olunub

14-08-2018-19-40 Xəbərlər

Soyuducu anbarın fəaliyyəti bərpa olunub

NUHÇIXAN xəbər verir ki, Şahbuz rayonundakı meyvə-tərəvəz saxlanılması üçün nə...

Naxçıvanda məktəb formalarının tikilişinə başlanıb

14-08-2018-19-13 Xəbərlər

Naxçıvanda məktəb formalarının tikilişinə başlanıb

NUHÇIXAN xəbər verir ki, yeni dərs ilində ümumtəhsil məktəblərinin şagirdlərini ...