Ordu quruculuğu prosesi, təbii ki, təkcə maddi- texniki təminatla məhdudlaşmır. Döyüş qabiliyyəti, əsgər-zabit heyətinin mənəvi-psixoloji durumu mühüm yer tutur. Mən tam əminliklə deyə bilərəm ki, bu baxımdan Azərbaycan Ordusu güclü ordular sırasındadır. Döyüş qabiliyyəti artır, orduda mənəvi-psixoloji vəziyyət çox müsbətdir, vətənpərvərlik ruhu, nizam–intizam yüksək səviyyədədir.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti,
 Silahlı Qüvvələrin Ali Baş Komandanı


Azərbaycanda  aparılan məqsədyönlü tədbirlər nəticəsində ölkə həyatının bütün istiqamətlərində, o cümlədən ordu quruculuğu sahəsində son illərdə mühüm nailiyyətlər əldə olunub. Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən layihələr regionda təhlükəsizlik və əməkdaşlığın inkişafına mühüm töhfələr verir. Respublikamızın hərbi sənaye kompleksində bir sıra irimiqyaslı layihələrin həyata keçirilməsi imkanları əsaslı şəkildə genişlənmişdir. Hazırda Azərbaycanda 900 adda müxtəlif hərbi təyinatlı məhsul, o cümlədən bütün növ döyüş sursatı, müxtəlif texnika və silahlar istehsal edilir.

Tez-tez sərhəd bölgələrinə səfərlər edən və əsgər və zabitlərlə görüşən, onların döyüş hazırlıqları ilə yaxından tanış olan  Ali Baş Komandan İlham Əliyevin qənaətinə görə, ölkəmizin hərbi potensialı gündən-günə güclənir. Bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Dövlətimizin başçısı qeyd etmişdir ki, ordu quruculuğu prosesi uğurla gedir. Ordumuzun maddi-texniki təminatı ən yüksək səviyyədədir.

Bu il noyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti,  İlham Əliyev Füzuli rayonu ərazisində – ön xətdə yerləşən komanda – idarəetmə məntəqəsində əməliyyat şəraiti ilə tanış olduqdan sonra  hərbçilərimizin Vətənin müdafiəsində ayıq-sayıq dayandıqlarını, onlarda vətənpərvərlik hissinin yüksək səviyyədə olduğunu qiymətləndirmişdir. 20 ildən artıq bir müddətdə işğal altında olan ərazilərimizin bir hissəsinin 4 gün müddətində tamamilə azad edilməsindən söhbət açan Ali Baş Komandan demişdir: “Bu gün biz Lələtəpə ərazisindəyik. Hələ bir neçə ay bundan əvvəl bu ərazi işğal altında idi. Biz bu işğala son qoyduq. Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının ərazilərində işğal altında olan 2 min hektardan çox torpaq uğurlu əks-hücum əməliyyatı nəticəsində işğalçılardan azad edilmişdir. Minlərlə hektar torpağa bu gün Azərbaycan Ordusu tam nəzarət edir”.

Prezident aprel döyüş-lərində əsgər və zabitləri-mizin qəhrəmanlığını yüksək dəyərləndirərək  demişdir: “Biz yüksəklikləri, təpələri işğalçılardan azad etmişik və böyük qəhrəmanlıq göstərmişik. Aprel döyüşləri hərbi dərsliklərə salınmalıdır. Azərbaycan Ordusu bu döyüşlərdə peşəkarlıq, qəhrəmanlıq, məharət göstərmişdir. Biz şəhidlər verdik, Allah bütün şəhidlərimizə rəhmət eləsin. Yaralı əsgərlərimiz, zabitlərimiz olubdur. Mən Hərbi hospitalda yaralı əsgər və zabitlərimizlə görüş zamanı onlarda ruh yüksəkliyi gördüm. Onların bir arzusu var idi--tezliklə sağalmaq və döyüş bölgələrinə qayıtmaq”.

Hazırda Azərbaycan Silahlı Qüvvələrinin döyüş qabiliyyəti ilə bərabər, vətənpərvərlik ruhu da yüksəkdir. Bu gün hərbçilərimizin qazandığı uğurların, ordumuzdakı nizam-intizamın, yüksək vətənpərvərlik hissinin, mərd oğul və qızlarımızın torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermələrinin əsası ulu öndər Heydər Əliyevin yenidən Azərbaycana rəhbərliyindən sonra qoyulmuşdur. 1993-cü ildən sonra həyata keçirilən dövlət quruculuğunun ən parlaq səhifələrindən biri nizami, güclü, qüdrətli ordunun yaradılması olmuşdur. Ulu öndərin rəhbərliyi ilə qısa müddətdə ordu quruculuğunun zəngin qanunvericilik bazası yaradılmış, “Silahlı Qüvvələr haqqında”, “Hərbi xidmət haqqında”, “Hərbi qulluqçuların statusu haqqında” qanunlar qəbul edilmişdir. Bununla yanaşı, Azərbaycan Silahlı Qüvvələrinin beynəlxalq əlaqələrinin qurulması da diqqət mərkəzində saxlanılmış, 1994-cü ildə Azərbaycan Respublikası NATO-nun “Sülh Naminə Tərəfdaşlıq Proqramı”na qoşulmuşdur.

1994-cü ildə Azərbaycanla Ermənistan arasında atəşkəs barədə razılıq əldə olunandan sonra ordu quruculuğunda mühüm irəliləyişlərə nail olmaq üçün əlverişli şərait yarandı. Dövlətçiliyə sədaqətli, mənəvi-psixoloji hazırlığa malik peşəkar hərbçi kadrların Silahlı Qüvvələrin formalaşdırılmasında iştirakının  təmin olunması yetişən gənc nəsildə hərbi-vətənpərvərlik hisslərinin aşılanmasında böyük rol oynamışdır. Həmin vaxtdan başlayaraq Silahlı Qüvvələrin maddi-texniki təminatının yaxşılaşdırılması yeni mərhələyə qədəm qoymuşdur.

Sonrakı illərdə dahi şəxsiyyətin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin strukturu tam formalaşdırılmış, bütün növ hərbi birləşmələr, piyada, tank, artilleriya qoşunları, Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qoşunları, əlahiddə taborlar yaradılmış, hərbi hissələr komplektləşdirilmişdir. Ulu öndər hərbi təhsil məsələlərini daim diqqət mərkəzində saxlamış, yerli kadrların yetişdirilməsinə xüsusi həssaslıqla yanaşmışdır. 1999-cu ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri Hərbi Akademiyasının yaradılması, 2001-ci ildə respublikamızda fəaliyyət göstərən hərbi məktəblərin statusunun artırılması hərbçi kadrların yetişməsində  böyük rol oynamışdır. Bütün bunlar hərbi gücümüzü getdikcə artırmış, ölkəmizin hərbi potensialını gücləndirmişdir.

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ordu quruculuğu prosesi uğurla davam etdirilmişdir. Ordu quruculuğunun prioritet sahəyə çevrilməsi Silahlı Qüvvələrimizin maddi-texniki təminatını ən yüksək səviyyəyə qaldırmışdır. Bu gün Azərbaycan Ordusunda olan texnika, silah-sursat ən yüksək texnologiyalara malikdir.

Ərazisinin 20 faizi işğal edilmiş və bir milyondan artıq vətəndaşı qaçqın--məcburi köçkün vəziyyətinə salınmış bir ölkədə ordu quruculuğuna xüsusi önəm verilməsi təbii haldır. Azərbaycanda ən müasir, güclü ordu yaradılmasını prioritet vəzifə kimi qarşıya qoyan Prezident, Ali Baş Komandan İlham Əliyev demişdir: “Hər bir ölkə üçün onun ordusu çox vacib bir atributdur, çox önəmli bir rəmzdir. O cümlədən Azərbaycan üçün. Xüsusilə nəzərə alsaq ki, Azərbaycan hələ də müharibə şəraitində yaşayır, orduya diqqət daim yüksək səviyyədə olmalıdır. Bu gün Azərbaycan Ordusu Cənubi Qafqazda ən güclü ordudur. Biz bu hərbi üstünlüyü əldə etmişik və gərək bunu möhkəmləndirək. Düşmən bilməlidir ki, Azərbaycan Ordusu istənilən vaxtda öz doğma torpaqlarını azad edə bilər”.

Bu gün hər bir soydaşımız Azərbaycan Ordusunun gücü, qüdrəti ilə fəxr edir, qürur hissi keçirir. Aprel döyüşləri də təsdiqlədi ki, bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Bütün dünyaya sübut etdik ki, bu gün Azərbaycanla hesablaşmaq lazımdır. Ordumuzun son vaxtlardakı uğurları, hərbiçilərimizin vətənpərvərlik ruhu, düşmən atəşlərinin qarşısını mərdliklə almaları, işğalçı Ermənistan ordusunun təxribat xarakterli hərəkətlərinə vaxtında və layiqli cavab verilməsi hər birimizin sabaha olan inamını daha da artırır. Müstəqil Azərbaycanın inkişafı, ordumuzun qüdrəti və ölkəmizdə “xalq-ordu” birliyinin sarsılmaz vəhdəti  Silahlı Qüvvələrimizin işğal altındakı torpaqlarımızı geri qaytaracağına əminlik yaradıb.

Müdafiə Sənayesi Nazirliyinin yaradılması Azərbaycanda ordu quruculuğu istiqamətində görülən işlərin mühüm tərkib hissəsini təşkil edir. Hazırda  bu nazirlik hərbi texnika, silah, mühəndis texnikası, ehtiyat hissələri, döyüş sursatları və digər müdafiə təyinatlı məhsulların istehsalı üzrə fəaliyyətini getdikcə artırır. Artıq nazirlik mövcud qanunvericilik çərçivəsində və beynəlxalq hüquq normalarına riayət edərək, istehsal olunan məhsulların xarici ölkələrə ixracını da həyata keçirir. Respublikamızın dünyanın bir sıra qabaqcıl ölkələri ilə hərbi-texniki sahədə əməkdaşlıq  etməsi, müxtəlif müdafiə təyinatlı məhsulların istehsalı istiqamətində layihələrə qoşulması ordumuzun beynəlxalq aləmə inteqrasiyasını daha da sürətləndirmişdir. Dövlətimizin başçısı da  dəfələrlə bəyan edib ki, hazırda Azərbaycan Ordusunun təchizatında ölkəmizdə istehsal olunan məhsullar mühüm rol oynayır.

Ölkəmizin beynəlxalq müdafiə sənayesi sərgilərində iştirakı və bu sərgilərdə nümayiş etdirdiyi silah-sürsatların başqa ölkələrin diqqətini cəlb etməsi hərbi potensial baxımından inkişafımızın yeni mərhələyə qədəm qoymasından xəbər verir. Azərbaycan müxtəlif ölkələrdə keçirilən beynəlxalq müdafiə sənayesi sərgilərində öz istehsalı olan silah-sursatla iştirakçı olmuşdur. 2014-cü ildə isə bu sərgiyə ev sahibliyi etmişdir. Əgər Azərbaycan ilk qatıldığı sərgidə 27 adda məmulatla təmsil olunmuşdursa, “ADEX 2014”-də (Beynəlxalq müdafiə sənayesi sərgisi) 168 adda məmulat nümayiş etdirmişdir. Bu sərgi müasir silah və texnikanın, habelə milli müdafiə sahəsində Azərbaycanın gücünün və qüdrətinin böyük nümayişinə çevrilmişdir. Belə bir sərginin respublikamızda keçirilməsi  ideyası son illərdə müdafiə sənayesi sahəsində əldə olunan uğurlarla sıx bağlıdır. Təsadüfi deyil ki, bütün sənaye sahələrində müşahidə olunan inkişaf sayəsində Azərbaycan həm regional, həm də beynəlxalq bazarlarda aparıcı fiqur və strateji tərəfdaşa çevrilib.

İki il sonra – 2016-cı ildə Azərbaycan beynəlxalq müdafiə sənayesi sərgisinin – “ADEX 2016”-nın yenidən ölkəmizdə, həmçinin regionda  keçirilməsi Azərbaycanın dünya birliyində artan reytinqinin göstəricisi, həm də ölkəmizdə müasir texnologiyalara əsaslanan müdafiə sənayesi müəssisələrinin fəaliyyətə başladığı kimi dəyərləndirilməlidir. Sərgidə bir daha bəlli olmuşdur ki, son illərdə müdafiə sənayesi müəssisələri tərəfindən buraxılan hərbi təyinatlı məhsulların çeşidi  xeyli artıb. Ölkəmiz bu sərgidə  260-dan artıq müdafiə təyinatlı məmulat nümayiş etdirmişdir. İkinci dəfə belə nüfuzlu sərgiyə ev sahibliyi edən Azərbaycanın  beynəlxalq aləmdəki nüfuzu daha da artmışdır. Bu sərgi artıq regionun ən genişmiqyaslı sərgisinə çevrilmişdir.

Azərbaycanın belə sərgilərdə iştirakı və ev sahibliyi etməsi, sərgilərdə ən son silah növlərinin nümayiş etdirilməsi və beynəlxalq hərbi-texniki əməkdaşlıq sahəsində yeni müqavilələrin imzalanması üçün əlverişli imkanlar yaradır. Bütün bunlar ordumuzun döyüş qabiliyyətinin getdikcə artırılmasında, düşmənə layiqli cavab verməsində və onlara sarsıdıcı zərbələr vurmasında böyük rol oynayır. Ölkə başçısı, Ali Baş Komandan İlham Əliyev də hərbçilərlə görüşündə bunu yüksək qiymətləndirərək demişdir: “Döyüş qabiliyyətimiz, peşəkarlıq artır, kadr potensialı da güclüdür və Sizin kimi gənclər gələcəkdə ordumuzun, bütün hərbi birləşmələrimizin inkişafında öz rolunu oynayacaqdır…Sizin qarşınızda çox gözəl nümunələr var. Bu gün Lələtəpə ərazisində olarkən, düşmənlə üz-üzə dayanan hərbçilərlə görüşərkən bir daha gördüm ki, bizim gənclərimiz nə qədər vətənpərvərdir, peşəkardır, Vətənə bağlıdır. Peşəkarlıq, nizam-intizam, vətənpərvərlik, döyüş qabiliyyəti--bunlar bizim ordumuzun böyük üstünlüyüdür. Bu gün düşmənin istənilən hədəfini məhv etməyə qadirik. Aprel döyüşləri ordumuzun gücünü bir daha göstərib”.

Ordu quruculuğunun daha da inkişaf etdirilməsi dövlətimizin başçısının qarşıya qoyduğu prioritet vəzifədir. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev xanımı Mehriban Əliyeva ilə birlikdə təmas xəttinə gələrək cəbhəboyu zonada vəziyyətlə yerində tanış olması da bunu təsdiqləyir. Ölkə rəhbəri  Tərtərdə yeni inşa olunmuş “N” saylı hərbi hissədə olmuşdur. Bu hərbi hissədə yaradılan şərait bir daha sübut edir ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə son illər maddi-texniki bazası daha da gücləndirilən Azərbaycan Silahlı Qüvvələri haqlı olaraq dünyanın ən qüdrətli ordularından biri kimi tanınır. Aprel döyüşləri bir daha sübut edir ki, Azərbaycan Ordusu Ali Baş Komandanın əmri ilə istənilən anda düşmənə sarsıdıcı zərbə vurmaqla torpaqlarımızı işğaldan azad etməyə qadirdir.

Ölkənin milli təhlükəsizliyinin və müdafiə qabiliyyətinin, hərbi qulluqçuların sosial müdafiəsinin təmin edilməsi 2017-ci ilin dövlət büdcəsi xərclərinin zəruri istiqamətlərindəndir. Bu məqsədlə qarşıdan gələn ilin dövlət büdcəsi xərclərinin 16,7 faizi həcmində vəsait nəzərdə tutulub. Bu da cari illə müqayisədə 2,9 faiz çoxdur.

Artıq beynəlxalq birliyə də məlumdur ki, Azərbaycan Ordusu istənilən vəzifəni icra etməyə qadirdir. Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində – Dağlıq Qarabağda elə bir hərbi hədəf yoxdur ki, bu gün Silahlı Qüvvələrimiz onu məhv edə bilməsin. Bunu həm xalqımız, həm düşmənlərimiz, həm də bütün dünya bilir.

Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti” 
21.12.2016

Bölmənin digər xəbərləri

Geriyə İrəli

“Fərdi aqrar təsərrüfatların iqlim dəyişikliyinə adaptasiyası” mövzusunda təlim keçirilib

19-06-2019-21-44 Xəbərlər

“Fərdi aqrar təsərrüfatların iqlim dəyişikliyinə adaptasiyası” mövzusunda təlim keçirilib

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Biznes Mərkəzində “AzerGold” Qapalı Səhimdar C...

Ailə təsərrüfatlarının inkişafında bələdiyyələrin rolu artır

19-06-2019-20-31 Xəbərlər

Ailə təsərrüfatlarının inkişafında bələdiyyələrin rolu artır

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a...

Araz çayının su və energetika ehtiyatlarından istifadə üzrə 48-ci protokol imzalanıb

19-06-2019-19-29 Xəbərlər

Araz çayının su və energetika ehtiyatlarından istifadə üzrə 48-ci protokol imzalanıb

NUHÇIXAN xəbər verir ki, Naxçıvanda  Araz çayının su və energetika ehtiyatlarınd...

Gənclər Məmməd Arazın ev muzeyini ziyarət ediblər

19-06-2019-18-21 Xəbərlər

Gənclər Məmməd Arazın ev muzeyini ziyarət ediblər

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi...

Yeni mobil tətbiqin təqdimatı olub

19-06-2019-17-59 Xəbərlər

Yeni mobil tətbiqin təqdimatı olub

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələl...

Darıdağ Arsenli Su Müalicə və İstirahət Kompleksi inşa olunur - VİDEO

19-06-2019-17-41 Xəbərlər

Darıdağ Arsenli Su Müalicə və İstirahət Kompleksi inşa olunur - VİDEO

Naxçıvanda müalicə turizminin inkişafına geniş diqqət yetirilir.

8 istehsal sahəsinin yaradılması başa çatdırılıb

19-06-2019-17-20 Xəbərlər

8 istehsal sahəsinin yaradılması başa çatdırılıb

Muxtar respublika iqtisadiyyatının davamlı inkişafının təmin edilməsi, yerli res...

Operativ vergi nəzarəti tədbirləri görülür

19-06-2019-16-57 Xəbərlər

Operativ vergi nəzarəti tədbirləri görülür

Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, may ayında Na...

Naxçıvanda sabaha olan hava proqnozu

19-06-2019-12-00 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında iyunun 20-nə gözlənilən hava proqnozu açıqlanıb....

“Sabahın müəllimi” layihəsinin icrasına başlanıldı: sonuncu kurs tələbələrinə vakansiyalar təqdim olundu

19-06-2019-11-41 Xəbərlər

“Sabahın müəllimi” layihəsinin icrasına başlanıldı: sonuncu kurs tələbələrinə vakansiyalar təqdim olundu

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a ...

Ərzaq məhsullarının keyfiyyətinə nəzarət diqqətdə saxlanılır

19-06-2019-11-23 Xəbərlər

Ərzaq məhsullarının keyfiyyətinə nəzarət diqqətdə saxlanılır

Yay fəslinin isti günlərində insanlar Günəşin yandırıcı şüaları ilə yanaşı, həm ...

Ötən günün mənzərəsi - VİDEO

19-06-2019-09-34 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Bu dövlət qurumlarında aylıq vəzifə maaşları artırıldı-YENİLƏNİB - SƏRƏNCAM

18-06-2019-20-55 Rəsmi

Bu dövlət qurumlarında aylıq vəzifə maaşları artırıldı-YENİLƏNİB - SƏRƏNCAM

NUHÇIXAN xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət T...

Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95 illiyi Türkiyənin Ərzurum şəhərində qeyd edilib - VİDEO

18-06-2019-20-36 Xəbərlər

Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95 illiyi Türkiyənin Ərzurum şəhərində qeyd edilib - VİDEO

Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95 illiyi, Milli Qurtuluş Günü, R...

Şahbuz Rayon Xalq Teatrı ordubadlıların qonağı olub

18-06-2019-20-11 Xəbərlər

Şahbuz Rayon Xalq Teatrı ordubadlıların qonağı olub

NUHÇIXAN xəbər verir ki,  Şahbuz Rayon Xalq Teatrı Əbdürrəhim bəy Haqverdiyevin ...

Anbarlara taxıl qəbulu başlayıb

18-06-2019-19-02 Xəbərlər

Anbarlara taxıl qəbulu başlayıb

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası “Bərəkət Buğda Məhsulları”...

Ali Məclisin Sədri Dövlət Xidmətinə yeni rəis təyin etdi - FƏRMAN

18-06-2019-18-23 Rəsmi

Ali Məclisin Sədri Dövlət Xidmətinə yeni rəis təyin etdi - FƏRMAN

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iyunun 18-də Daş...

Peyntbol üzrə muxtar respublika birinciliyi keçirilib

18-06-2019-18-06 Xəbərlər

Peyntbol üzrə muxtar respublika birinciliyi keçirilib

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Atıcılıq Mərkəzində peyntb...

Sahibkarlara fövqəladə halların nəticələrinin aradan qaldırılması ilə bağlı məlumat verilib

18-06-2019-15-34 Xəbərlər

Sahibkarlara  fövqəladə halların nəticələrinin aradan qaldırılması ilə  bağlı məlumat verilib

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən xəbərə görə...

Muxtar respublikada insan hüquqlarının etibarlı müdafiəsi daim diqqət mərkəzindədir

18-06-2019-12-50 Xəbərlər

Muxtar respublikada insan hüquqlarının etibarlı müdafiəsi daim diqqət mərkəzindədir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2007-ci il 18 iyun ta...

Nakhchivan news - VİDEO

18-06-2019-11-29 Xəbərlər

Nakhchivan news - VİDEO

Nakhchivan State Television presented weekly news program in English, highlighti...

Naxçıvanda sabaha olan hava proqnozu

18-06-2019-11-08 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında iyunun 19-na gözlənilən hava proqnozu açıqlanıb....

Ötən günün mənzərəsi - VİDEO

18-06-2019-09-39 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Naxçıvanda çimərlik mövsümünə start verilib - VİDEO

17-06-2019-18-56 Xəbərlər

Naxçıvanda çimərlik mövsümünə start verilib - VİDEO

Naxçıvanda çimərlik mövsümünün başlaması münasibətilə Uzunoba çimərliyində tədbi...

“Sabahın sorağında” romanında Azərbaycan müəlliminin obrazı

17-06-2019-18-27 Xəbərlər

“Sabahın sorağında” romanında Azərbaycan müəlliminin obrazı

Xalq şairi Hüseyn İbrahimov yarım əsrdən artıq davam edən zəngin yaradıcılığı il...

Heydər Əliyev adına Hərbi Lisey kursantlarının buraxılış mərasimi keçirilib - FOTOLAR

17-06-2019-17-56 Rəsmi

Heydər Əliyev adına Hərbi Lisey kursantlarının buraxılış mərasimi keçirilib - FOTOLAR

İyunun 17-də Heydər Əliyev adına Hərbi Liseyin 2019-cu il buraxılışı münasibəti ...

Duzdağ oteldə ikinci dəfə rəng festivalı keçirilib - VİDEO

17-06-2019-16-50 Xəbərlər

Duzdağ oteldə ikinci dəfə rəng festivalı keçirilib - VİDEO

Duzdağ oteldə keçirilən  yüzlərlə iştirakçının qatıldığı ikinci rəng festivalı r...

İnsan Hüquqları Günü münasibətilə ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında bilik yarışı olub

17-06-2019-14-50 Xəbərlər

İnsan Hüquqları Günü münasibətilə ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında bilik yarışı olub

NUHÇIXAN xəbər verir ki, 18 iyun-Azərbaycan Respublikasında İnsan Hüquqları Günü...

Ordubad rayonunda humanitar tibbi aksiya

17-06-2019-14-23 Xəbərlər

Ordubad rayonunda humanitar tibbi aksiya

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublika Xəstəxanasının həkimləri Ord...

Naxçıvanda sabaha olan hava proqnozu

16-06-2019-16-05 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında iyunun 17-nə gözlənilən hava proqnozu açıqlanıb....