Muxtar respublikanın həm ərazisinə, həm də əhalisinin sayına görə böyük yaşayış məntəqələrindən biri olan Babək rayonu son illər əldə etdiyi sosial-iqtisadi inkişaf göstəriciləri ilə diqqəti cəlb edir. Ulu öndər Heydər Əliyevin yadigarı olan bu yurd yerində dövlət proqramlarının uğurlu icrası nəticəsində qəsəbə və kəndlərdəki yeniləşmə, insan amilinə verilən yüksək qiymət ötən ildə də diqqət mərkəzində olub.
Güclü iqtisadi potensialı olan bu rayonda ötən əsrin sonlarında bütün sahələr məhvə sürüklənmişdi. Sovetlər Birliyinin son illərində bu solğun mənzərə rayonun qəsəbə və kəndlərində də özünü göstərir, sərhəd kəndləri olan Buzqov və Gərməçataq kimi yaşayış məntəqələrində tez-tez mərmi səsləri eşidilirdi. Yalnız ulu öndər Heydər Əliyevin 1990-cı ildə Naxçıvana gəlişi və buradakı qətiyyətli fəaliyyəti nəticəsində nəinki həmin kənd­lər qorundu, ümumilikdə, Naxçıvanımız işğal təhlükəsindən xilas oldu, bugünkü inkişafın təməl daşları atıldı. Buna görə də hər kəs dahi rəhbərin ötən əsrin sonlarında Naxçıvandakı siyasi fəaliyyətini minnətdarlıqla xatırlayır.

Bu gün ulu öndərin siyasi xəttinə sədaqətin nəticəsində muxtar respublikanın bütün yaşayış məntəqələri kimi, xalq qəhrəmanı Babəkin adını daşıyan bu rayon da gündən-günə inkişaf edir, çiçəklənir. Hər il rayonun kəndlərində yeni məktəb binaları, kənd və xidmət mərkəzləri istifadəyə verilir, rahat yollar, körpülər salınır. Bütün bunlarla yanaşı, yeni iş yerlərinin açılması, əhalinin məşğulluğunun təmin edilməsi, xüsusən də kənd yerlərində kiçik sahibkarlığın inkişafı üçün dövlət dəstəyinin göstərilməsi ötən il də diqqət mərkəzində saxlanılıb. 2016-cı il ərzində iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 66 milyon 154 min manat investisiya yönəldilib. Bu da 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,1 faiz çoxdur. Tikinti-quraşdırma işlərində istifadə olunmuş investisiyanın həcmi 6 faiz artaraq 63 milyon 736 min 700 manat təşkil edib. 
“Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq həyata keçirilən quruculuq tədbirləri ötən il də uğurla davam etdirilib. 2016-cı ilin ilk ayında Xəlilli kəndində yeni məktəb binası, kənd və xidmət mərkəzləri istifadəyə verilib, kənddaxili yollar abadlaşdırılıb. Kənd sakini Rza Hümbətov deyir ki, nəvə-nəticələrimə ötən əsrin 90-cı illərinin əvvəllərindən danışıram, muxtar respublikamızın, ölkəmizin ağır günlərini xatırladıram. Başa salıram ki, yaxşı təhsil almaq, müasir məktəb binalarında oxumaq heç də tarixin bütün dövrlərində mümkün olmayıb. Kimin ağlına gələrdi ki, bir gün Xəlillidə bu cür yaraşıqlı məktəb binası olacaq və şagirdlər internet vasitəsilə muxtar respublikanın muzey şəbəkəsinə qoşulacaq, açıq dərslərdə iştirak edəcəklər. Bütün bunlar müstəqilliyimizin bəhrələridir.
Ötən ilin aprel ayında rayonun daha bir kəndində – Yarımcada yeniliyin və müasirliyin sevinci yaşanıb. Yarımca Kənd Mərkəzi, yeni həkim ambulatoriyası, xidmət mərkəzi istifadəyə verilib. Kəndin məktəbi yenidən qurulub, yolları abadlaşdırılıb. Bu gün Yarımcadakı 342 şagird yerlik məktəb binası gələcək perspektivlər nəzərə alınaraq ən müasir şəkildə inşa edilib. Burada laboratoriya və fənn kabinələri müasir tədris avadanlıqları ilə təmin edilib, zəngin kitabxana fondu yaradılıb. Məktəbin direktoru Şərəbanu Əliyevanın sözləri ilə desək, yaradılan şərait gələcəkdəki uğurlara stimul verən başlıca səbəbdir. Ötən ilin məzunlarından 4-ü ali məktəblərə, 1-i orta ixtisas məktəbinə qəbul olunub, 2 nəfər 500-700 arasında bal toplayıb. 
2016-cı ildə abad yaşayış məntəqələri sırasına qoşulan kəndlərdən biri də Məzrə olub. Ötən il sentyabrın 28-də Məzrə kənd tam orta məktəbinin yeni binası istifadəyə verilib. Kənd və xidmət mərkəzlərinin fəaliyyətə başlaması da yaşayış məntəqəsinin sakinləri tərəfindən sevinclə qarşılanıb.
Məzrə kənd tam orta məktəbində çalışan Azərbaycan Respublikasının Əməkdar müəllimi Güllübəyim Dadaşova bildirir ki, yaradılan şəraitin müqabilində biz müəllimlər ölkəmizin, muxtar respublikamızın zəngin tarixini, adət-ənənəsini şagirdlərə yaxşı aşılayır, onları vətənpərvər, elinə-obasına bağlı ruhda tərbiyə etməyə çalışırıq. Gələcəyimiz məhz bizə əmanət olunub. Biz də gənc­lərimizi düzgün istiqamətləndirir və formalaşdırırıq.

Rayonda aqrar sahənin inkişafına da xüsusi diqqət yetirilir. 2016-cı ilin məhsulu üçün 9 min 167 hektar sahədə taxıl əkini aparılıb, 28 min 587 ton məhsul əldə edilib. Görülən məqsədyönlü tədbirlər kənd təsərrüfatının inkişafına təsirsiz ötüşməyib. Sadalananların fonunda Kərimbəyli və Kültəpə kəndlərində istifadəyə verilən yeni suvarma şəbəkəsini göstərmək olar. Yeni suvarma sisteminin qurulması nəticəsində həmin kəndlərin 565 hektar torpaq sahəsində suvarma imkanları yaxşılaşdırılıb ki, bunun da 217 hektarı yeni əkin dövriyyəsinə qatılmış torpaqlardır.
Kültəpə kənd sakini Fehruz Qasımov rayonun bacarıqlı torpaq mülkiyyətçilərindəndir. Deyir ki, qarşıdan əkinçi ömrünün, əkinçi həyatının ən qızğın mərhələsi gəlir. Bu gün özümüzün pay torpağımız, suyumuz, kənd təsərrüfatı texnikalarımız var. Bol məhsul istehsal edərək daxili bazarın yerli məhsullarla təminatına biz torpaq mülkiyyətçiləri də töhfə verməyə çalışırıq. 
Yol mədəniyyət, iqtisadiyyat, bir sözlə, həyat deməkdir. Ölkə başçısının müvafiq sərəncamı ilə Şəkərabad-Babək qəsəbə-Nehrəm-Araz­kənd dairəvi avtomobil yolu yenidən qurulub, adıçəkilən yolun ikinci hissəsi ötən il noyabrın 11-də istifadəyə verilib. Nehrəm kənd sakini Tofiq Abutalıbovun bu barədə dediklərindən:
– Yolun istənilən səviyyədə olma­ması və buna görə də avtomobillərin tez bir zamanda sıradan çıxması bizi uzun illər narahat edib, düşündürüb. Amma bu gün Nehrəm kimi böyük bir kəndə istər rayon mərkəzindən, istərsə də “alaqapı” deyilən tərəfdən gəlsən, rahat yol səni müşayiət edəcək. Nehrəmin, ümumilikdə, Naxçıvanımızın heç vaxt bu qədər inkişaf etdiyini görmə­mişəm. Dahi rəhbərin müəyyənləşdirdiyi siyasi xəttin layiqli davamçılarının əzmkar fəaliyyəti nəticəsində hər il neçə-neçə kənddə abadlıq-quruculuq işləri aparılır. Bu quruculuq işlərindən Nehrəmə də böyük pay düşüb. 
Ötən il Nehrəmdə yeni kənd məscidi də istifadəyə verilib. Kənd sakinləri Hacı Əli Salahov, Səməd Əhmədov və digərləri muxtar respublikada dini dəyərlərin qorunub saxlanıldığını, islami dəyərlərə hörmətlə yanaşıldığını qeyd edir və 2018-ci ildə Naxçıvanın İslam mədəniyyətinin paytaxtı elan edildiyini xatırladaraq bu məscidin həmin tədbirə mühüm töhfə verəcəyini bildirirlər.

Bu gün Babək rayonuna yolu düşən hər kəs əldə olunmuş nailiyyətlər qarşısında öz heyranlığını gizlədə bilmir. Bu isə 26 illik müstəqillik yollarında az yol qət etmədiyimizdən xəbər verir. Müstəqil dövlətin müstəqil vətəndaşlarının isə qurulub-yaradılanlar barədə hələ deməyə çox sözləri var. 

Muxtar Rzazadə

"Şərq qapısı" qəzeti

23.02.2017

 

 

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Avropada Marsa göndəriləcək robot-roverlər hazırlanıb

23-04-2018-16-59 Hits:105 Xəbərlər

 Avropada Marsa göndəriləcək robot-roverlər hazırlanıb

Avropada “Struktur termal model” (“STM”) adlandırılan və 2020-ci ildə Mars plane...

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Tehrana səfər edib

23-04-2018-16-53 Hits:62 Xəbərlər

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Tehrana səfər edib

Hərbi Dəniz Qüvvələri (HDQ) komandanı vəzifəsini icra edən 1-ci dərəcəli kapitan...

Serj Sarkisyan istefa verib

23-04-2018-16-39 Hits:138 Xəbərlər

Serj Sarkisyan istefa verib

Ermənistanın baş naziri Serj Sarkisyan istefa verib.

Prezident İlham Əliyev əfqanıstanlı həmkarına başsağlığı verib

23-04-2018-16-31 Hits:94 Xəbərlər

Prezident İlham Əliyev əfqanıstanlı həmkarına başsağlığı verib

Prezident İlham Əliyev Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qaniyə başsağlığı mə...

Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında 9 qanun layihəsinə baxılıb

23-04-2018-16-18 Hits:107 Xəbərlər

Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında 9 qanun layihəsinə baxılıb

Aprelin 23-də Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin...

Yeni kənd təsərrüfatı naziri İnam Kərimov kollektivə təqdim edilib

23-04-2018-16-04 Hits:180 Xəbərlər

Yeni kənd təsərrüfatı naziri İnam Kərimov kollektivə təqdim edilib

Aprelin 23-də Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev yeni təyin ol...

“Azərbaycan dili” fənnindən imtahanın nəticələri açıqlanıb

23-04-2018-15-50 Hits:100 Xəbərlər

“Azərbaycan dili” fənnindən imtahanın nəticələri açıqlanıb

Dövlət İmtahan Mərkəzinin (DİM) aprelin 22-də Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Ş...

Əli Həsənov: ABŞ Dövlət Departamentinin Azərbaycandakı vəziyyətə münasibəti həmişəki kimi yenə də tendensioz xarakter daşıyır

23-04-2018-15-37 Hits:95 Xəbərlər

Əli Həsənov: ABŞ Dövlət Departamentinin Azərbaycandakı vəziyyətə münasibəti həmişəki kimi yenə də tendensioz xarakter daşıyır

Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov  aç...

Xalq Artisti Mehdi Məmmədovun anadan olmasının 100 illiyi qeyd olunacaq

23-04-2018-15-22 Hits:179 Xəbərlər

Xalq Artisti Mehdi Məmmədovun anadan olmasının 100 illiyi qeyd olunacaq

Prezident İlham Əliyev aprelin 23-də Azərbaycanın görkəmli teatr rejissoru, SSRİ...

Ermənistan Müdafiə Nazirliyindən nümayişçilərə qoşulan hərbçilərlə bağlı AÇIQLAMA

23-04-2018-15-04 Hits:481 Xəbərlər

Ermənistan Müdafiə Nazirliyindən nümayişçilərə qoşulan hərbçilərlə bağlı AÇIQLAMA

Ermənistanın Müdafiə Nazirliyi nümayişçilərə qoşulan sülhməramlı hərbi briqadanı...

“Cümhuriyyət-100” hekayə müsabiqəsinin qalibləri mükafatlandırılacaq

23-04-2018-14-49 Hits:101 Xəbərlər

“Cümhuriyyət-100” hekayə müsabiqəsinin qalibləri mükafatlandırılacaq

“Ustad” jurnalının təşkil etdiyi “Cümhuriyyət-100” hekayə müsabiqəsinə göndərilə...

Milli Oftalmologiya Mərkəzinin əməkdaşlarına fəxri adlar verilib

23-04-2018-14-43 Hits:207 Xəbərlər

Milli Oftalmologiya Mərkəzinin əməkdaşlarına fəxri adlar verilib

Prezident İlham Əliyevakademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzin...

Prezident İlham Əliyev mədəni irsin qorunması və bərpası sahəsində çalışan bir qrup mütəxəssisə fəxri adlar verib

23-04-2018-14-38 Hits:258 Xəbərlər

Prezident İlham Əliyev mədəni irsin qorunması və bərpası sahəsində çalışan bir qrup mütəxəssisə fəxri adlar verib

Prezident İlham Əliyev mədəni irsin qorunması və bərpası sahəsində çalışan bir q...

Yerevanda etirazçılara hərbi formalı şəxslər də qoşuldu

23-04-2018-14-34 Hits:61 Xəbərlər

Yerevanda etirazçılara hərbi formalı şəxslər də qoşuldu

Ermənistanda keçmiş prezident Serj Sarkisyanın baş nazir təyin edilməsinə qarşı ...

Əlincəqala və Haçadağ “National Geographic”in fotolarında

23-04-2018-14-20 Hits:198 Xəbərlər

Əlincəqala  və Haçadağ “National Geographic”in fotolarında

Naxcivantv.az xəbər verir ki,dünyanın məşhur “National Geographic РОССИЯ” saytın...

Azərbaycan gimnastı Berlində iki qızıl medal qazanıb

23-04-2018-14-05 Hits:63 Xəbərlər

Azərbaycan gimnastı Berlində iki qızıl medal qazanıb

Almaniyanın paytaxtı Berlində gənclər arasında idman gimnastikası üzrə beynəlxal...

AŞPA yaz sessiyası öz işinə başlayıb

23-04-2018-13-44 Hits:109 Xəbərlər

AŞPA yaz sessiyası öz işinə başlayıb

Strasburqda Avropa Şurası Parlament Assambleyasının yaz sessiyası başlayıb.

Cüdo üzrə Azərbaycan millisinin Avropa çempionatı üçün heyəti açıqlanıb

23-04-2018-13-26 Hits:121 Xəbərlər

Cüdo üzrə Azərbaycan millisinin Avropa çempionatı üçün heyəti açıqlanıb

Aprelin 26-28-də İsraildə cüdo üzrə Avropa çempionatı keçiriləcək.

Naxçıvanda sabaha olan hava proqnozu açıqlanıb

23-04-2018-13-09 Hits:159 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu açıqlanıb

Naxçıvan Muxtar Respublikasında aprel ayının 24-ə olan hava proqnozu açıqlanıb. ...

Millimiz Bosniya və Herseqovina yığması ilə qarşılaşıb

23-04-2018-12-41 Hits:106 Xəbərlər

Millimiz Bosniya və Herseqovina yığması ilə qarşılaşıb

Bosniya və Herseqovinada təşkil olunmuş UEFA İnkişaf turnirində futbol üzrə 16 y...

Ermənistan müxalifəti etiraz aksiyalarını bərpa edib

23-04-2018-12-18 Hits:142 Xəbərlər

Ermənistan müxalifəti etiraz aksiyalarını bərpa edib

Yerevanda sabiq prezident Serj Sarkisyanın baş nazir postuna seçilməsinə qarşı e...

Zehni fəaliyyəti gücləndirmək yolları

23-04-2018-12-04 Hits:128 Xəbərlər

Zehni fəaliyyəti gücləndirmək yolları

Rusiya Tibb Elmləri Akademiyasının Elmi Tədqiqat Qida İnstitutunun alimləri müxt...

Müdafiə Nazirliyi: Düşmən təxribatına qarşı müvafiq tədbirlər görüləcək

23-04-2018-11-50 Hits:154 Xəbərlər

Müdafiə Nazirliyi: Düşmən təxribatına qarşı müvafiq tədbirlər görüləcək

Ermənistan mətbuatında qoşunların təmas xəttinə yaxın ərazilərdə guya Azərbaycan...

Prezident İlham Əliyev Rusiyanın iqtisadi inkişaf nazirini qəbul edib

23-04-2018-11-37 Hits:143 Xəbərlər

Prezident İlham Əliyev Rusiyanın iqtisadi inkişaf nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 23-də Rusiya Federasi...

“Lokomotiv” voleybol klubu Azərbaycan Super Liqasının qalibi olub

23-04-2018-11-24 Hits:95 Xəbərlər

 “Lokomotiv” voleybol klubu Azərbaycan Super Liqasının qalibi olub

Kişi voleybol komandaları arasında Azərbaycan Super Liqasının qalibi müəyyənlə...

Süni xal xərçəng xəstəliyi barədə xəbərdarlıq edəcək

23-04-2018-11-10 Hits:194 Xəbərlər

Süni xal xərçəng xəstəliyi barədə xəbərdarlıq edəcək

İsveçrə alimləri xərçəng xəstəliyinin dörd ən geniş yayılmış növünün (prostat və...

Panik atak xəstəlik deyil, əlamətdir

23-04-2018-10-54 Hits:308 Xəbərlər

Panik atak xəstəlik deyil, əlamətdir

Həyəcan, qorxu, təşviş, stress və gərginlik kimi anlar hər kəsin qarşılaşa biləc...

Azərbaycanın iki boksçusu Avropa birinciliyinin yarımfinal mərhələsinə yüksəlib

23-04-2018-10-36 Hits:130 Xəbərlər

Azərbaycanın iki boksçusu Avropa birinciliyinin yarımfinal mərhələsinə yüksəlib

İtaliyanın Rozeto-deli-Abrutsi şəhərində gənc boksçular arasında Avropa birincil...

Brent markalı neft bahalaşıb

23-04-2018-10-19 Hits:103 Xəbərlər

Brent markalı neft bahalaşıb

Dünya birjalarında neftin qiyməti fərqli istiqamətdə dəyişib.

Ermənistan silahlı qüvvələri atəşkəsi 104 dəfə pozub

23-04-2018-10-03 Hits:136 Xəbərlər

Ermənistan silahlı qüvvələri atəşkəsi 104 dəfə pozub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sut...