Gənc alimin dəyərli tədqiqat əsəri

Müstəqillik dövründə Azərbaycanın demokratik dövlət kimi xarici siyasətinin müəyyənləşdirilməsi, sosial-iqtisadi, ictimai-siyasi münasibətlərinin formalaşdırılması, milli qanunvericiliyinin yaranması ilə bağlı müxtəlif mövzular ayrı-ayrı tədqiqatçılar tərəfindən araşdırılmışdır. Bu tədqiqatlardan bəziləri isə regional əməkdaşlıq məsələlərinə, onun müxtəlif sahələrinə – Xəzərin enerji resurslarının hasilatı, nəqli sahəsində dövlətlərarası, dövlətlərlə beynəlxalq şirkətlər arasındakı münasibətlərin ümumi geosiyasi istiqamətlərinə həsr edilmişdir. Lakin konkret olaraq enerji təhlükəsizliyi, o cümlədən Xəzər regionunun enerji təhlükəsizliyinin beynəlxalq-hüquqi problemləri indiyədək ayrıca, sistematik şəkildə tədqiq olunmamışdır. Bu baxımdan Naxçıvan Dövlət Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, hüquq üzrə fəlsəfə doktoru Seymur Talıbovun yenicə çapdan çıxmış “Enerji təhlükəsizliyinin beynəlxalq-hüquqi problemləri” monoqrafiyası öz elmi əhəmiyyəti ilə seçilir.

Monoqrafiya ilk olaraq qarşıya qoyulan problemin ümummilli liderimiz Heydər Əliyevin enerji siyasətinin formalaşması və inkişafındakı tarixi xidmətləri kontekstində öyrənilməsi ilə diqqəti cəlb edir. Yeni tədqiqat əsərinin yazılmasında çoxsaylı Qərb müəlliflərinin, beynəlxalq hüquq üzrə tanınmış ekspertlərin ingilis və rus dillərində olan əsərlərinə, eləcə də digər elmi mənbələrə müraciət edilmiş, ümummilli liderimiz Heydər Əliyevin, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin nitq və çıxışlarına geniş yer verilmişdir. 
Azərbaycan Respublikasının Xəzər regionunda enerji təhlükəsizliyi sferasında əməkdaşlığa üstünlük verdiyi məsələlərin yalnız bərabərhüquqlu, beynəlxalq-hüquqi vasitələrlə həllinə maraqlı olması mono­qrafiyada bir daha öz elmi-nəzəri təsdiqini tapmışdır.

Yeni nəşrdə regional enerji təhlükəsizliyinin təminatında iştirak edən Azərbaycan Respublikasının həllinə diqqət yetirdiyi problemlər sistematik şəkildə, aşağıdakı kimi qruplaşdırılmışdır: Sovet İttifaqının enerji ehtiyatına olan tələbatının ödənilməsi məqsədilə, əsasən, Abşeron yarımadasında və Xəzər dənizində ekoloji nəticələr nəzərə alınmadan qeyri-təkmil üsulla onilliklər ərzində aparılmış neft hasilatı, Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş ərazilərində flora və faunanın geniş miqyasda məhv edilməsi, Ermənistan ərazisində seysmik zonada yerləşən və texnoloji baxımdan köhnəlmiş Metsamor Atom Elektrik Stansiyasının region üçün potensial təhlükə mənbəyi olması, nüvə silahının yayılmaması sahəsində mövcud beynəlxalq hüquq normalarına uyğun regional münasibətlərin tənzimlənməsi zərurəti, neft və qaz yataqlarının təhlükəsizliyi problemi, Xəzərin beynəlxalq-hüquqi statusunun müəyyən edilməməsi, Xəzər hövzəsinin Azərbaycan Respublikasına aid olan sektorunda yerləşən mövcud neft və qaz yataqlarının, habelə perspektivli strukturların işlənməsi, istismarı, müasir neft-qaz özüllərinin tikintisi və quraşdırılması, əsas ixrac neft və qaz kəmərlərinə olan təhdidlər və sair. Bu problemlər monoqrafiyada regiondakı iştirakçıların maraqları kontekstində araşdırılmış, ümumi maraqlar üçün mümkün mexanizmlərin müəyyən edilməsinə çalışılmışdır.
11 paraqraf və üç fəsildən ibarət mono­qrafiyanın “Region dövlətlərinin enerji təhlükəsizliyi siyasəti və onun uzlaşdırılması üzrə əməkdaşlığın beynəlxalq-hüquqi formaları” adlanan I fəslində beynəlxalq enerji təhlükəsizliyi hüquq faktoru kimi araşdırılıb təhlil olunmuş, konkret elmi tərifi, eləcə də enerji resurslarının təsnifatı verilmişdir. Bu fəsildə vurğulanmışdır ki, Azərbaycan Respublikasının regionda ciddi tərəfdaşa çevrilməsində onun enerji resursları mühüm faktordur. Azərbaycan Respublikasının Xəzərin beynəlxalq statusunun müəyyən edilməsi istiqamətində Xəzər hövzəsi dövlətləri ilə əməkdaşlığı uğurlu milli siyasətin nəticəsi kimi qiymətləndirilmişdir. Xəzər regionu üçün təbii-coğrafi xüsusiyyətlər, nəqliyyat-kommunikasiya sistemləri kimi ümumiləşdirici meyarlardan, bu regiona aid olan dövlətlərin hər birinin milli maraqlarından ayrı-ayrılıqda danışılmışdır. Müəllif bir daha qeyd etmişdir ki, 1994-cü ildə ümummilli lider Heydər Əliyevin diplomatik fəaliyyəti nəticəsində “Əsrin müqaviləsi”nin imzalanması ilə ölkəmizdə regional təhlükəsizliyin uzunmüddətli təminat sisteminin əsası qoyulmuşdur. 
Xəzər regionu dövlətlərinin müasir xarici siyasətini əhatəli şəkildə araşdıran müəllif Xəzərin beynəlxalq-hüquqi statusunun energetika sferasındakı regional əməkdaşlığa təsirini belə izah etmişdir ki, Xəzərin ümumi statusu üzrə beynəlxalq-hüquqi statusun müəyyən edilməsindəki problem, əslində, regional əməkdaşlıqdakı fərqli maraqların mövcud olmasını göstərir.
Gənc tədqiqatçı regional enerji təhlükəsizliyinin beynəlxalq hüquq prinsiplərinin hər birini ayrı-ayrılıqda izah etməklə bu prinsiplərin hasilatçı, tranzit və idxalçı ölkələrin maraqlarının qorunmasına xidmət etdiyini bildirmişdir. Sonda belə bir yekun nəticəyə gəlinmişdir ki, bu prinsiplərə həm beynəlxalq hüquq, həm də dövlətdaxili qanunvericilik təcrübəsində nə qədər ciddi əməl olunarsa, regional enerji təhlükəsizliyinin təminatı da bir o qədər səmərəli olar. Bu da, öz növbəsində, enerji təhlükəsizliyi ilə bağlı beynəlxalq münasibətlərin tənzimlənməsinin daha effektiv mexanizminin qurulması üçün əsas şərtlərdən biridir. 
İlk fəsildə enerji təhlükəsizliyi sferasında region dövlətlərin milli konsepsiyaları, onların qanunvericilik əsasları ilə bağlı aparılmış müqayisəli təhlillər və bununla bağlı əldə olunmuş konkret elmi nəticələr də maraq doğurur.
Monoqrafiyanın “Regional energetika əməkdaşlığının həyata keçirilməsində Azərbaycan Respublikasının qanunvericiliyi” adlanan II fəslində isə Azərbaycan Respublikasında enerji resursları baxımından suverenliyi reallaşdırmaq istiqamətində görülmüş mühüm tədbirlərdən, “Azərbaycan Respublikasının yanacaq-enerji kompleksinin inkişafı (2005-2015) üzrə Dövlət Proqramı”nın əhəmiyyətindən və uğurla başa çatdırılmasından danışılmış və vurğulanmışdır ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 23 may 2007-ci ildə təsdiq olunmuş Milli Təhlükəsizlik Konsepsiyası Azərbaycan Respublikasının energetika sferası da daxil olmaqla milli təhlükəsizlik siyasətinin əsasını təşkil edir, ölkənin milli maraqlarının və təhlükəsizlik siyasətinin hüquqi təminatının əsas qanunvericilik istiqamətlərini də müəyyən edir. Bu konsepsiya ölkəmizə qarşı enerji təhlükəsizliyi sferasında mümkün olan müxtəlif təhdidlərin qarşısının alınmasına, onların təsirini aradan qaldırmağa və ya azaltmağa xidmət edən mühüm dövlət sənədidir. Bu fəsildə Azərbaycan Respublikasının energetika qanunvericiliyindən bəhs edən müəllif onu da qeyd etmişdir ki, bu sahədəki mövcud qanunvericilik müəyyən problemlərin olmasına rəğmən regional əməkdaşlıqda beynəlxalq-hüquqi tənzimetmə üçün ümumi əsaslara malikdir. Həmin fəsildə Azərbaycan Respublikasının energetika qanunvericiliyi sistemi, enerji ehtiyatlarından istifadənin müqavilə formaları içərisində müasir dövrdə daha çox tətbiq olunan Hasilatın Bölgüsü Sazişləri də ətraflı tədqiq olunmuşdur. Azərbaycan Respublikasının energetika sferasında regional əməkdaşlığının çoxtərəfli və ikitərəfli beynəlxalq-hüquqi formalarından danışan müəllif bu tendensiyanı irəli sürmüşdür ki, ikitərəfli razılaşmaların bir qisminin yumşaq xarakter daşıması, meydana çıxa biləcək mübahisələrin həllində, əsasən, diplomatik (qeyri-məhkəmə, arbitraj mexanizmlərinin olmaması) yolların nəzərdə tutulması regional energetika inteqrasiyasını zəiflədən amil kimi qiymətləndirilməlidir. 
Monoqrafiyanın “Azərbaycan Respublikasının enerji təhlükəsizliyi siyasətində Naxçıvan Muxtar Respublikasının yeri” adlanan son fəslində muxtar respublikanın energetika sistemi, enerji təhlükəsizliyi olduqca mürəkkəb iqtisadi-coğrafi mövqeyi və geosiyasi vəziyyəti aspektində öyrənilmişdir. Bu fəsildə ümummilli lider Heydər Əliyevin 1990-1992-ci illərdə muxtar respublikaya rəhbərlik etdiyi dövrlərdə Naxçıvanın Türkiyə və İranla iqtisadi, ticarət, mədəni əməkdaşlığın genişləndirilməsi nəticəsində muxtar respublikanın enerji təminatı istiqamətində görülmüş əhəmiyyətli işlərdən danışılır. 2005-ci ilin noyabr ayından muxtar respublikaya təbii qazın verilməsinə başlanılmış, 2008-ci ildə muxtar respublikanın bütün yaşayış məntəqələri təbii qazla təmin olunmuşdur. Müəllif Naxçıvan Muxtar Respublikasının energetika sisteminin formalaşmasında və onun beynəlxalq xarakter kəsb etməsində Türkiyənin rolundan ayrıca danışmışdır. 
Naxçıvan Qaz Turbin Elektrik Stansiyasının istifadəyə verilməsindən, muxtar respublikanın enerjiyə olan tələbatının əsas hissəsinin burada işə salınmış su elektrik stansiyalarının hesabına ödənilməsindən, bərpa olunan və alternativ enerji mənbələrindən istifadə məqsədilə Günəş Elektrik Stansiyasının tikilib-quraşdırılmasından danışan müəllif elektrik enerjisi sektorunda həyata keçirilən bu tədbirləri haqlı olaraq Azərbaycanın, o cümlədən Naxçıvan Muxtar Respublikasının enerji təhlükəsizliyinə, istehsalat və xidmət sahələrinin sabit enerji ilə təminatının yaxşılaşdırılmasına mühüm töhfə kimi dəyərləndirmişdir. Qeyd olunmuşdur ki, bu sahəyə rəhbərlik qabaqcıl Avropa ölkələrinin təcrübəsinə uyğun qurulmaqdadır. Bu fəsildə muxtar respublikada energetika sisteminin idarəçiliyi ilə məşğul olan Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin fəaliyyətindən də bəhs olunmuşdur. Vurğulanmışdır ki, muxtar respublikanın enerji təhlükəsizliyi bütün istiqamətlərdə möhkəmləndirilməkdədir. Bunu institusional islahatların həyata keçirilməsi, yüksək texnoloji avadanlıqlar alınması üçün xarici sərmayələrin cəlb olunması, yerli kadr potensialının gücləndirilməsi və yüksək ekostandartların enerjiyə qənaət prinsipinin tətbiqi bir daha təsdiq edir. 
Son fəsildə Naxçıvanın enerji təhlükəsizliyi üzrə Azərbaycanın qonşu dövlətlərlə bağladığı müxtəlif beynəlxalq sənədlərin, o cümlədən beynəlxalq saziş, razılaşma və memorandumların, muxtar respublikanın dövlət qurumlarının Naxçıvan Muxtar Respublikasının energetika kompleksinin inkişafı məqsədilə qəbul etdiyi müxtəlif aktların, Naxçıvan Muxtar Respublikasında “Elektrik enerjisindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında qərarın əhəmiyyətindən bəhs olunmuşdur. Müəllif Azərbaycan Respublikasının yanacaq enerji kompleksinin inkişafı üzrə Dövlət Proqramında (2005-2015), Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramında Naxçıvan Muxtar Respublikasının geoiqtisadi vəziyyətinə xüsusi əhəmiyyət verildiyini də diqqətə çatdırmışdır.
 Müəllif muxtar respublikanın elektrik enerjisinin nəqli sahəsindəki beynəlxalq-hüquqi əməkdaşlıqdan danışarkən bu əməkdaşlığın təməlinin ümummilli lider Heydər Əliyev tərəfindən 1992-ci ildə qoyulduğunu diqqətə çatdırmış, qonşu dövlətlərlə imzalanan müxtəlif müqavilələri təhlil etmişdir. Həm beynəlxalq hüquqda, həm də dövlətdaxili qanunvericilikdə beynəlxalq müqavilələri bağlamaq səlahiyyətində olan vəzifəli şəxslərin təsnifatının verilməsindən danışan müəllif qeyd etmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qanunvericilikdə müxtəlif sahələr üzrə beynəlxalq müqavilələr bağlamaq səlahiyyətinə malik olması Azərbaycan Respublikasının suveren hakimiyyətinin bölgüsü anlamına gəlməyib, yalnız Naxçıvan Muxtar Respublikasının geosiyasi vəziyyəti ilə bağlıdır. Naxçıvan Muxtar Respublikasının iştirakı ilə bağlanan beynəlxalq müqavilələrdə Naxçıvan Muxtar Respublikasının Azərbaycan Respublikasının mənsubiyyətində göstərilməsi də bunu bir daha təsdiqləyir. Müəllif Naxçıvan Muxtar Respublikasının bu təmsilçilik funksiyasının Azərbaycan Respublikası Konstitusiyasına və “Beynəlxalq müqavilələrin bağlanması, icrası və ləğvi qaydaları haqqında” Qanununa əlavə edilməsini məqsədəuyğun hesab etmiş, bununla bağlı monoqrafiyada konkret təkliflər vermişdir. 
Hüquq üzrə fəlsəfə doktoru Seymur Talıbovun “Enerji təhlükəsizliyinin beynəlxalq-hüquqi problemləri” monoqrafiyasında qarşıya qoyulan problemin beynəlxalq-hüquqi əsaslarının tədqiq olunması Azərbaycan beynəlxalq hüquq elmi üçün mühüm yenilikdir. Monoqrafiyada müəllif tərəfindən irəli sürülən, əsaslandırılmış yeni elmi müddəalar, yekun elmi qənaətlər enerji təhlükəsizliyi sferasında dövlətlərarası əməkdaşlıqda, o cümlədən regional layihələrin həyata keçirilməsində, Azərbaycan Respublikasının Avropa ölkələri ilə, beynəlxalq təşkilatlarla enerji təhlükəsizliyi münasibətlərində, bu sahədəki mövcud qanunvericiliyin təkmilləşdirilməsində əhəmiyyətli rol oynayacaq. Yeni nəşr, bütövlükdə, beynəlxalq hüquq elminin inkişafına, Azərbaycan Respublikasının enerji diplomatiyasının formalaşdırılmasına xidmət edən “Beynəlxalq təhlükəsizlik hüququ”, “Beynəlxalq iqtisadi hüquq” fənlərinin tədrisində, yeni tədqiqat işlərinin yazılmasında istifadə olunacaq dəyərli elmi mənbədir. Bütün bunlar nəzərə alınaraq Naxçıvan Dövlət Universiteti Elmi Şurasının qərarı ilə hüquq üzrə fəlsəfə doktoru, dosent Seymur Talıbovun “Enerji təhlükəsizliyinin beynəlxalq-hüquqi problemləri” monoqrafiyası dərs vəsaiti kimi təsdiq olunmuşdur. Monoqrafiya hüquqşünaslıq, beynəlxalq münasibətlər və energetika ixtisaslarında seçmə fənlərin tədrisi zamanı dəyərli elmi mənbə kimi istifadə olunacaqdır.

 Mehriban Sultan
filologiya üzrə fəlsəfə doktoru

"Şərq qapısı" qəzeti

07.05.2017

 

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Naxçıvanda sabaha olan hava proqnozu

19-11-2018-14-02 Xəbərlər

 Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında noyabrın 20-nə gözlənilən hava proqnozu açıqlanı...

Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatının 40 illik yubileyi qeyd olunub

19-11-2018-12-10 Xəbərlər

Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatının 40 illik yubileyi qeyd olunub

Naxçıvan Muxtar Respublikasının Bəstəkarlar Təşkilatı ümummilli lider Heydər Əli...

Bu gün muxtar respublikada növbəti şənbə iməcliyi keçirilib

17-11-2018-19-30 Xəbərlər

Bu gün muxtar respublikada növbəti şənbə iməcliyi keçirilib

NUHÇIXAN xəbər verir ki, noyabrın 17-də Naxçıvan şəhərində və rayonlarında payız...

Naxçıvanda payız iməciliyi keçirilib

17-11-2018-17-52 Xəbərlər

 Naxçıvanda payız iməciliyi keçirilib

Ötən əsrin 90-cı illərinin əvvəllərində ümummilli liderimiz Heydər Əliyev tərə...

Gümrü: Səfalət və acınacaqlı həyat - FOTOLAR

17-11-2018-15-37 Xəbərlər

Gümrü: Səfalət və acınacaqlı həyat - FOTOLAR

Gümrü Ermənistanın ikinci ən böyük və ən yoxsul ilk şəhəridir. Şəhər sakinlərini...

Azərbaycan əhalisinin sayı açıqlanıb

17-11-2018-14-02 Xəbərlər

Azərbaycan əhalisinin sayı açıqlanıb

Azərbaycan əhalisinin sayı ilin əvvəlindən 61160 nəfər artaraq oktyabrın 1-i vəz...

XƏTTATLIQ: zövqlərin incəsi – yazıların incisi

17-11-2018-12-04 Xəbərlər

XƏTTATLIQ: zövqlərin incəsi – yazıların incisi

Mədəniyyətin, o cümlədən incəsənətin müxtəlif növləri var ki, onlardan biri də y...

Müasir türk rəssamlığında ən zəngin və məhsuldar yaradıcılığa malik naxçıvanlı rəssam

17-11-2018-10-17 Xəbərlər

Müasir türk rəssamlığında ən zəngin və məhsuldar yaradıcılığa malik naxçıvanlı rəssam

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin oktyabr ayının 17-də imzaladığ...

17 noyabr Azərbaycanda Milli Dirçəliş Günüdür

17-11-2018-09-27 Xəbərlər

17 noyabr Azərbaycanda Milli Dirçəliş Günüdür

Xalqımızın istiqlal mübarizəsinin əsas mərhələlərindən biri olan 17 noyabr – Mil...

17 noyabr Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı Günüdür

17-11-2018-00-22 Xəbərlər

17 noyabr Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı Günüdür

Naxçıvanda üçrəngli bayrağımızın qaldırılması dövlətçilik tariximizdə mühüm mərh...

Kəngərli rayonunda payız iməciliklərinə start verilib

16-11-2018-19-13 Xəbərlər

Kəngərli rayonunda payız iməciliklərinə start verilib

NUHÇIXAN xəbər verir ki, bu gün  Kəngərli rayonunda iməcilik keçirilib.

AMEA Naxçıvan Bölməsində tədbir olub

16-11-2018-18-23 Xəbərlər

AMEA Naxçıvan Bölməsində tədbir olub

NUHÇIXAN xəbər verir ki, AMEA Naxçıvan Bölməsində YAP AMEA Naxçıvan Bölməsi müəs...

Dövlət Bayrağı Günü muzeydə qeyd edilib

16-11-2018-18-00 Xəbərlər

Dövlət Bayrağı Günü muzeydə qeyd edilib

NUHÇIXAN xəbər verir ki, Dövlət Bayrağı Muzeyində “Naxçıvan Muxtar Respublikasın...

Bilik yarışmalarında fərqlənən tələbələr mükafatlandırılıb

16-11-2018-17-18 Xəbərlər

Bilik yarışmalarında fərqlənən tələbələr mükafatlandırılıb

NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən NUHÇIXAN-a ver...

Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş - VİDEO

16-11-2018-16-42 Rəsmi

Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş - VİDEO

NUHÇIXAN xəbər verir ki, noyabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisi...

“Naxçıvan” Universitetində konfrans keçirilib

16-11-2018-16-20 Xəbərlər

“Naxçıvan” Universitetində konfrans keçirilib

“Naxçıvan” Universitetindən NUHÇIXAN-a verilən məlumata görə, ali təhsil ocağını...

Futbol üzrə muxtar respublika çempionatında ilk dövrəyə yekun vurulub

16-11-2018-15-36 Xəbərlər

Futbol üzrə muxtar respublika çempionatında ilk dövrəyə yekun vurulub

Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının muxtar respublikanın Gənclər...

Heydər Əliyev lektoriyasının növbəti məşğələsi keçirilib

16-11-2018-15-14 Xəbərlər

Heydər Əliyev lektoriyasının növbəti məşğələsi keçirilib

Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bö...

Muxtar respublikada dövlət orqanları ixtisaslı kadrlarla təmin olunur

16-11-2018-12-58 Xəbərlər

Muxtar respublikada dövlət orqanları ixtisaslı kadrlarla təmin olunur

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələl...

Naxçıvan şəhərində Beynəlxalq Tolerantlıq Günü münasibətilə tədbir keçirilib

16-11-2018-12-46 Xəbərlər

Naxçıvan şəhərində Beynəlxalq Tolerantlıq Günü münasibətilə tədbir keçirilib

NUHÇIXAN xəbər verir ki, Naxçıvan şəhərindəki Sarvanlar məscidində Beynəlxalq To...

Şərur rayonunun Yuxarı Daşarx kəndində YAP-ın yaranmasının 26-cı ildönümü münasibətilə tədbir keçirilib

16-11-2018-12-13 Xəbərlər

Şərur rayonunun Yuxarı Daşarx kəndində YAP-ın yaranmasının 26-cı ildönümü münasibətilə tədbir keçirilib

NUHÇIXAN xəbər verir ki, tədbirdə YAP Şərur Rayon Təşkilatının sədri, Naxçıvan M...

Naxçıvan şəhərində yeni ünvan lövhələri quraşdırılır

16-11-2018-11-44 Xəbərlər

Naxçıvan şəhərində yeni ünvan lövhələri quraşdırılır

Müasir əmlak idarəçiliyində daşınmaz əmlakın vahid kadastrının tərkib hissəsi ol...

“Bayrağım-qürurum, mənliyim” adlı yaradıcılıq müsabiqəsinə yekun vurulub

16-11-2018-11-10 Xəbərlər

“Bayrağım-qürurum, mənliyim” adlı yaradıcılıq müsabiqəsinə yekun vurulub

Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bö...

Ötən günün mənzərəsi - VİDEO

16-11-2018-10-10 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Sağlamlıq imkanı məhdud uşaqlar arasında şahmat yarışı keçirilib

15-11-2018-22-50 Xəbərlər

Sağlamlıq imkanı məhdud uşaqlar arasında şahmat yarışı keçirilib

NUHÇIXAN-a Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xi...

Tələbələr Dövlət Bayrağı Muzeyində olub

15-11-2018-22-21 Xəbərlər

Tələbələr Dövlət Bayrağı Muzeyində olub

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı Günü ilə...

Karate-do üzrə yoldaşlıq görüşü keçirilib

15-11-2018-21-52 Xəbərlər

Karate-do üzrə yoldaşlıq görüşü keçirilib

NUHÇIXAN xəbər verir ki, qızlardan ibarət “Naxçıvan”, “Ordubad” və “Şərur” koman...

Naxçıvan Qarnizonu qoşunlarının növbəti uğuru - VİDEO

15-11-2018-21-25 Xəbərlər

Naxçıvan Qarnizonu qoşunlarının növbəti uğuru - VİDEO

Azərbaycan Ordusunda keçirilən komanda-qərargah hərb oyunları çərçivəsində Naxçı...

Məktəbli qızlar arasında atıcılıq üzrə yarış keçirilib

15-11-2018-20-47 Xəbərlər

Məktəbli qızlar arasında atıcılıq üzrə yarış keçirilib

NUHÇIXAN xəbər verir ki, Şərur rayonunda  “17 noyabr-Milli Dirçəliş Günü”nə həsr...

AMEA Naxçıvan Bölməsinin kollektivi Naxçıvan Biznes Mərkəzində olub

15-11-2018-20-22 Xəbərlər

AMEA Naxçıvan Bölməsinin kollektivi Naxçıvan Biznes Mərkəzində olub

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Biznes Mərkəzində olan AMEA Naxçıvan Bölməsini...