Xalq yaradıcılığının əsas növlərindən biri olan tikmə qadınların min bir əziyyətlə, həvəslə ərsəyə gətirdiyi bir sənətdir. Bu sənət sayəsində saya üzərində rəngli saplarla xəyali təsvirlər yaradılıb, min bir çalarlı təbiət gözəlliyi əks etdirilib. Məhz buna görə də tikməni “lifli rəssamlıq” da adlandırırlar. Təsviri sənətdə olduğu kimi, tikmələr də müxtəlif növ və üsullara malikdir. Müxtəlif bədii vasitələrlə portret, mənzərə, natürmort və sair tablolar, ornamental əsərlər yaradılıb. Bu sənətin hikməti onun ecazkarlığında, açılmayan səhifələrindədir.

Bu günlərdə qonşuluqda yaşayan Fatma xalanı ziyarətə getmişdim. Ev sahibəsi çay süfrəsi arxasına keçməyim üçün çox təkid etdi. Elə bu vaxt stolun üstünə salınmış süfrə nəzərimi çəkdi. Gözlərimi süfrədən ayıra bilmədim. Bunu görən Fatma xala dedi ki, nə çox baxırsan, bala? Bu, mənim rəhmətlik nənəmdən anama qalıb. Anam da heç kimə qıymadığı bu zərifnaxışlı örtüyü mənə verib ki, yadigar qalsın. Hə bala, bu örtüyü əziz qonağım gələndə işlədirəm. 
Bu zərif əl işinə olan heyranlığım məni Culfa Rayon Mədəniyyət və Turizm Şöbəsinin nəzdində fəaliyyət göstərən Gülüstan kənd mədəniyyət evinin bədii rəhbəri Aidə İbrahim­ovanın çalışdığı mədəniyyət müəssisəsinə gətirdi. Eşitmişdim ki, bu sənətlə məşğul olan qadınlar arasında Aidə xanımın öz yeri var. Onunla görüşüb həmsöhbət olduq:

– Aidə xanım, hər bir sənətin öz dili var. Xalq yaradıcılığının məhsulu olan tikmə sənətində cəmiyyətin inkişaf mərhələsi xarakteri və tarixi necə əks olunub?
– Azərbaycan məişətində güləbətin, saya, naxışlı bədii tikmə, təkəlduz, “quşgözü” texnikasında tikmə, metal-muncuqlu tikmə, pilək tikmə, çaxma pilək (buna zərənduz da deyirlər), doldurma tikmə növləri olub. Bu zərif əl işlərində xalqımızın tarixi, mədəniyyəti dolğun əksini tapıb.
Bu gün də Azərbaycanın bir çox yerlərində kökü qədim dövrlərə gedən bədii tikmə sənəti qorunub saxlanılır. Sənətkarların əl işləri beynəlxalq sərgi və muzeylərin ekspozisiyasını bəzəyir.
Tikmə sənəti əsrlər boyu qadınların sevimli məşğuliyyəti sayılıb. Təkəlduz tikmə ilə kişilər də məşğul olub. Zamanında ən dəyərli sərvət sayılan bu gözəl nümunələr nəsildən-nəslə keçərək bu günümüzədək gəlib çıxıb. Tikmə elə bir sənət növüdür ki, onunla həm sadə xalq içindən çıxmış insanlar, həm də zəngin təbəqəyə malik olan qadınlar məşğul olurdular.
Bədii tikmə sənətində zərgər dəqiqliyi tələb edən rəssamlıq, yüksək rəng duyumu olmalıdır. İşlənilən sap və materiallara ciddi fikir verilməlidir. Bu sənət növünə olan marağın artmasına səbəb dövlətimizin yaradıcı insanlara göstərdiyi diqqət və qayğıdır. Bunun üçün öz tariximizi, mədəniyyətimizi tablolarda, geyimlərdə, ev əşyalarında yaşatmağa çalışıram. Bu sənətin texnikasını mükəmməl bilmək üçün daim axtarışda oluram. Naxçıvanlı qadınların dünyagörüşü, estetik zövqünün yüksək olması bu sənətin daha mükəmməl işlənməsinə şərait yaradıb. Qadınların istifadə etdiyi küləcələrdə güləbətin tikmələrə üstünlük verilir.
Tikmənin növləri çoxdur. “Quş­gözü” və sair tikmələrdə naxış elementləri düzgün seçilməlidir. Mən öz əl işlərimdə Naxçıvan Muxtar Respublikasında olan dünya əhəmiyyətli abidələri – Möminə xatın, Gülüstan türbəsi və sair kimi abidələrimizin üzərindəki naxış elementlərindən istifadə edirəm. 
Hər bir əsərdə eskizlər hazırlanır, rənglər düzgün seçilir, naxış elementlərindən istifadə olunur. Əl işlərimdən birində Gəmiqayadakı qayaüstü rəsmlərdən istifadə etmişəm. 
Muxtar respublikada keçirilən xalq yaradıcılığı günlərində də iştirak edirəm. Əməyim dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. Belə ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə “Rəşadətli əməyə görə” nişanı ilə təltif olunmuşam.
– Yaradıcılığınızda ən çox buta naxış elementinə üstünlük verirsiniz. Burada məqsəd nədən ibarətdir?
– Buta naxış elementi alov mənasında işlənir. Odlar yurdumuzun simvoludur. “Odlar yurdu” adlı bir əl işim var. Rəng seçimlərinə, həm də qoşa quş təsvirinə yer ayırmışam. Xalça və tikmələrimizdə bu naxışdan yetərincə istifadə olunub. Xalçaçı rəssam Lətif Kərimovun yaradıcılığında butaya geniş yer verilib. Qeyd etmək lazımdır ki, bu naxışdan hər yerdə istifadə etmək olmaz. Küsülü buta, sevgili buta var, onların da hər birinin özünəməxsus xüsusiyyətləri mövcuddur.
Mən həm də Culfa Rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində “Bacarıqlı əllər” dərnəyinin rəhbəriyəm. Uşaqlara bu sənətin sirlərini öyrədirəm. Çalışıram ki, uşaqlar asudə vaxtlarını səmərəli keçirsinlər. Həm də onlara başa salıram ki, bu sənətə XIX əsrdə məşhur şair və maarif xadimləri də maraq göstəriblər. Şairə Xurşidbanu Natəvan, təbiətşünas-alim Həsən bəy Zərdabi, rəssam, şair və musiqişünas Mirmöhsün Nəvvab və başqalarını misal göstərmək olar. Xurşidbanu Natəvanın əl işləri Şərqin məşhur rəssamları – Manu və Behzadın əsərlərinə bərabər ­tutulub.
Qeyd edək ki, bu sənəti yaşadanların həm vaxtları səmərəli keçir, həm də adət-ənənələrimiz, dəyərlərimiz qorunub saxlanılır. Dünyanın ən zərif sənət növlərindən olan tikmə ulu nənələrdən bizə gözəl bir ənənə olaraq ötürülən qiymətli irsdir. Bu sənəti qorumaq, yaşatmaq və gələcək nəsillərə təhvil vermək üçün hər birimiz səylə çalışmalıyıq. Tarixi yüz illərlə ölçülən tikmə sənətimizin ənənələrini bu işlə məşğul olan peşə sahibləri vasitəsilə qoruyub saxlamaq mümkündür. Ümid edirəm ki, milli dəyərlərimiz bu sənətlər vasitəsilə yaşadılacaq, gələcək nəsillərə ərməğan olacaq.

Adilə Səfərova
Naxçıvan Dövlət Televiziyasının baş redaktoru

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti erməni terrorçu-daşnak qüvvələrinin terror əməllərini sübut edən arxiv sənədlərini yayıb

20-09-2018-14-39 Xəbərlər

Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti erməni terrorçu-daşnak qüvvələrinin terror əməllərini sübut edən arxiv sənədlərini yayıb

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti (DTX) erməni terrorçu-da...

Nə üçün səhər yeməyi bu qədər vacibdir?

20-09-2018-14-24 Xəbərlər

Nə üçün səhər yeməyi bu qədər vacibdir?

Alimlər səhər yeməyinin vacibliyini xüsusi vurğulayırlar.

Futzal üzrə millimizin Qazaxıstanla oyun üçün heyəti açıqlanıb

20-09-2018-14-09 Xəbərlər

Futzal üzrə millimizin Qazaxıstanla oyun üçün heyəti açıqlanıb

Sentyabrın 23-də Bakı İdman Sarayında Qazaxıstan yığması ilə beynəlxalq yoldaşlı...

Qida Təhlükəsizliyi Agentliyi uşaq qidaları ilə bağlı maarifləndirici məlumat yayıb

20-09-2018-13-49 Xəbərlər

Qida Təhlükəsizliyi Agentliyi uşaq qidaları ilə bağlı maarifləndirici məlumat yayıb

Körpə uşaqlar üçün ən ideal qida ana südüdür. Lakin ana südü ilə tam təmin olunm...

Naxçıvanda sabaha olan hava proqnozu

20-09-2018-13-28 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında sentyabrın 21-nə gözlənilən hava proqnozu açıqla...

Muzey yeni binada fəaliyyət göstərəcək

20-09-2018-12-46 Xəbərlər

 Muzey yeni binada fəaliyyət göstərəcək

NUHÇIXAN xəbər verir ki, Şərur şəhərinin Heydər Əliyev pros­pektində rayon Tarix...

“Xiaomi” şirkəti “Mi 8 Lite” smartfonunu təqdim edib

20-09-2018-12-31 Xəbərlər

“Xiaomi” şirkəti “Mi 8 Lite” smartfonunu təqdim edib

NUHÇIXAN xəbər verir ki, Çinin “Xiaomi” şirkəti nazik çərçivəyə malik böyükölçül...

İrəvan xanlığının tarixinə dair əsərlərin erməni və fars dillərinə çevrilmiş nəşrlərinin təqdimatı keçirilib

20-09-2018-12-16 Xəbərlər

İrəvan xanlığının tarixinə dair əsərlərin erməni və fars dillərinə çevrilmiş nəşrlərinin təqdimatı keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda İrəvan xanlığın...

Keyfiyyətə nəzarət diqqət mərkəzindədir

20-09-2018-12-02 Xəbərlər

Keyfiyyətə nəzarət diqqət mərkəzindədir

Naxçıvan Muxtar Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Age...

Cüdoçumuz Aişə Qurbanlı dünya çempionatının 1/8 final mərhələsinə yüksəlib

20-09-2018-11-46 Xəbərlər

Cüdoçumuz Aişə Qurbanlı dünya çempionatının 1/8 final mərhələsinə yüksəlib

NUHÇIXAN xəbər verir ki, təmsilçimiz Aişə Qurbanlı (48 kq) 1/16 finalda avstrali...

Elçin Mirzəbəyli: Paşinyanın ziddiyyətli açıqlamaları onun siyasətdə tamamilə təsadüfi adam olduğunu sübut edir

20-09-2018-11-31 Xəbərlər

Elçin Mirzəbəyli: Paşinyanın ziddiyyətli açıqlamaları onun siyasətdə tamamilə təsadüfi adam olduğunu sübut edir

Ermənistanın baş naziri Nikol Paşinyanın ölkənin daxili siyasətində atdığı hesab...

Maliyyə intizamı gücləndirilir

20-09-2018-11-16 Xəbərlər

Maliyyə intizamı gücləndirilir

NUHÇIXAN xəbər verir ki, 2008-ci ilin sentyabrında yaradılan Azərbaycan Respubli...

Ötən ay 754 abunəçi internetlə təmin olunub

20-09-2018-11-03 Xəbərlər

Ötən ay 754 abunəçi internetlə təmin olunub

NUHÇIXAN-a Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyin...

“Əsrin neft müqaviləsi”

20-09-2018-10-47 Xəbərlər

“Əsrin neft müqaviləsi”

ABŞ-da nəşr olunan “Azerbaijan International” (Azərbaycan Beynəlxalq) jurnalının...

Hər səhər limon suyu içmək üçün 5 səbəb

20-09-2018-10-30 Xəbərlər

 Hər səhər limon suyu içmək üçün 5 səbəb

Bir çox qida mütəxəssisləri hər səhər 1 xörək qaşığı təbii limon şirəsi əlavə ol...

Naxçıvanda ötən ay 248 nəfər işlə təmin edilib

20-09-2018-10-14 Xəbərlər

Naxçıvanda ötən ay 248 nəfər işlə təmin edilib

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətb...

Ötən günün mənzərəsi - VİDEO

20-09-2018-09-55 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

Naxçıvan televiziyası muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yen...

Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək

20-09-2018-09-43 Xəbərlər

 Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək

Arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (...

Bu gün Aşura günüdür

20-09-2018-09-27 Xəbərlər

Bu gün Aşura günüdür

Bu gün Məhərrəm ayının 10-cu günü– Aşura günüdür.

UEFA Çempionlar Liqasında ilk tura yekun vurulub

20-09-2018-08-57 Xəbərlər

 UEFA Çempionlar Liqasında ilk tura yekun vurulub

Sentyabrın 19-da UEFA Çempionlar Liqasında ilk tura yekun vurulub.

Naxçıvan şəhərində 1148 şagird yerlik məktəb binası yenidən qurulur

19-09-2018-19-50 Xəbərlər

Naxçıvan şəhərində 1148 şagird yerlik məktəb binası yenidən qurulur

NUHÇIXAN xəbər verir ki, Naxçıvan şəhərindəki 5 nömrəli tam orta məktəbin binası...

Ömrünü kimya elminin inkişafına həsr etmiş görkəmli alim

19-09-2018-19-28 Xəbərlər

Ömrünü kimya elminin inkişafına həsr etmiş görkəmli alim

Tanınmış pedaqoq, kimya elmləri doktoru, akademik Rəfiqə Əliyevanın anadan olmas...

Prezident Naxçıvanlı qaz təsərrüfatı işçilərini təltif etdi - SƏRƏNCAM

19-09-2018-19-05 Xəbərlər

Prezident Naxçıvanlı qaz təsərrüfatı işçilərini təltif etdi - SƏRƏNCAM

Prezident İlham Əliyev sentyabrın 19-da Azərbaycan Respublikasının neft sənayesi...

Quranı şərh edən ilk alim-Baba Nemətullah Naxçıvani

19-09-2018-18-43 Xəbərlər

Quranı şərh edən ilk alim-Baba Nemətullah Naxçıvani

AMEA Naxçıvan Bölməsində “Baba Nemətullah Naxçıvani və orta əsrlər İslam mədən...

Naxçıvanda sabaha olan hava proqnozu

19-09-2018-18-28 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında sentyabrın 20-nə gözlənilən hava proqnozu açıqla...

Prezident İlham Əliyev qeyri-neft sektorunda rəqabətqabiliyyətli daxili istehsalın dəstəklənməsi ilə bağlı sərəncam imzalayıb

19-09-2018-18-15 Xəbərlər

Prezident İlham Əliyev qeyri-neft sektorunda rəqabətqabiliyyətli daxili istehsalın dəstəklənməsi ilə bağlı sərəncam imzalayıb

NUHÇIXAN xəbər verir ki, Prezident İlham Əliyev qeyri-neft sektorunda rəqabətqab...

Prezident İlham Əliyev Hüseyn Saltuk Düzyolu “Dostluq” ordeni ilə təltif edib

19-09-2018-18-12 Xəbərlər

Prezident İlham Əliyev Hüseyn Saltuk Düzyolu “Dostluq” ordeni ilə təltif edib

Prezident İlham Əliyev Hüseyn Saltuk Düzyolun “Dostluq” ordeni ilə təltif edilmə...

Prezident İlham Əliyev neft sənayesi işçilərinə fərdi təqaüdlər verib

19-09-2018-18-10 Xəbərlər

Prezident İlham Əliyev neft sənayesi işçilərinə fərdi təqaüdlər verib

Prezident İlham Əliyev Azərbaycan Respublikasının neft sənayesi işçilərinə Azərb...

Prezident İlham Əliyev neft sənayesi işçilərini təltif edib

19-09-2018-18-08 Xəbərlər

Prezident İlham Əliyev neft sənayesi işçilərini təltif edib

Prezident İlham Əliyev Azərbaycan Respublikasının neft sənayesi işçilərinin təlt...

Prezident İlham Əliyev Mixail Şvıdkoyu təltif edib

19-09-2018-18-04 Xəbərlər

Prezident İlham Əliyev Mixail Şvıdkoyu təltif edib

Prezident İlham Əliyev Mixail Şvıdkoyun “Azərbaycan Respublikası Prezidentinin f...