“Azərbaycan Qran-Pri”si  iyunun 25-i start götürəcək.

Beynəlxalq Avtomobil İdmanı Federasiyasının Vyanada reallaşan Baş Assambleyasında Azərbaycanla da bağlı qərarlar qəbul olunub.

Belə ki, ötən il ilk dəfə ölkəmizdə təşkil olunan “Formula-1” üzrə Avropa Qran-Prisinin adı və tarixi dəyişdirilib. Mötəbər yarış bundan sonra Avropa deyil, Azərbaycan Qran-Prisi adlanacaq.

Bundan əlavə, möhtəşəm turnirin Bakı mərhələsi ötən ildən fərqli olaraq iyunun 19-da deyil, 25-də keçiriləcək.
 
Almaniya Qran-Prisi siyahıdan çıxarıldığı üçün “Formula-1” 2017-ci il çempionatı 20 mərhələdən ibarət olacaq. Mövsümə martın 26-da Melburnda Avstraliya Qran-Prisi ilə start veriləcək. Çempion isə düz 9 ay sonra, noyabrın 26-da Abu-Dabidə bəlli olacaq.
 


Turnirin yekun təqvimini təqdim edirik.
 

26 Mart

Melburn

Avstraliya

9 Aprel

Şanxay

Çin

16 Aprel

Bəhreyn

Bəhreyn

30 Aprel

Soçi

Rusiya

14 May

Barselona

İspaniya

28 May

Monte Karlo

Monako

11 İyun

Monreal

Kanada

25 İyun

Bakı

Azərbaycan

9 İyul

Spilberg

Avstriya

16 İyul

Silverston

Böyük Britaniya

30 İyul

Budapeşt

Macarıstan

27 Avqust

Spa-Frankorçamp

Belçika

3 Sentyabr

Monza

Italiya

17 Sentyabr

Sinqapur

Sinqapur

1 Oktyabr

Sepang

Malaziya

8 Oktyabr

Suzuka

Yaponiya

22 Oktyabr

Ostin

ABŞ

29 Oktyabr

Mexiko

Meksika

12 Noyabr

Sao Paolo

Braziliya

26 Noyabr

Abu Dabi

BƏƏ