İlin futbolçusuna verilən “Qızıl top” mükafatına növbəti dəfə  Real Madridin portuqaliyalı ulduzu K.Ronaldo layiq görülüb. "France Football" dərgisi tərəfindən təşkil olunan tədbirdə son Avropa çempionu  Portuqaliya millisinin aparıcı üzvü Ronaldo rəqiblərini qabaqlamağı bacarıb.

Naxcivantv.az xəbər verir ki, 2008, 2013 və 2014-cü ilin ardından 4-cü dəfə bu mükafata layiq görülən ulduz futbolçu daha öncə 5 dəfə bu mükafatı qazanan Barselonanın argentinalı futbolçusu Messiyə bir addım da yaxınlaşıb.

Bu mükafatı 4-cü dəfə qazandığı üçün çox xoşbəxt olduğunu dilə gətirən Ronaldo, “Real Madrid və milli komandadakı bütün yoldaşlarıma təşəkkür edirəm” ifadalərini işlədib.

Bu il içində K.Ronaldo Portuqaliya millisinin tərkibində Avropa çempionu və “Real Madrid”lə Çempionlar Liqasının qalibi olub.

Xatırladaq ki, bu ildən etibarən “France football” nəşri 2007-ci ilə qədər olduğu kimi “Qızıl top” mükafatının qalibini yenə jurnalistlər arasında keçirilən səsverməyə əsasən müəyyənləşdirməyə başlayıb. Bundan əvvəlki illərdə bu prosesdə FİFA da iştirak edirdi. Qalibi təkcə jurnalistlər deyil, FİFA üzvü olan milli komandaların baş məşqçiləri və kapitanları da seçirdi.