Bəzən ədəbi tənqid deyəndə yalnız hər hansı bədii əsəri tənqid etmək, onun nöqsanlarını göstərmək başa düşülür. Əlbəttə, ədəbi tənqidin əsas vəzifələrindən biri budur. Lakin ədəbi tənqid ədəbiyyatşünaslığın üç əsas şöbəsindən biri kimi bütöv­lükdə müasir ədəbi proseslə məşğul olur, onu təhlil edib dəyərləndirir, yeni yaranan əsərlərə ob­yektiv və operativ qiymət verir. Və təbii ki, bu zaman müşahidə olunan müsbət məqamları da, yol verilmiş qüsurları da əsaslandırılmış şəkildə nəzərə çatdırır. Yəni ədəbi tənqid çağ­daş ədəbi prosesin yol yoldaşı olmaqla  təkcə nöqsanları yox, həm də uğurları müəyyən­ləşdirib diqqət mərkəzinə çəkir, inkişafın meyl və istiqamətləri barədə də  fikir bildirir.

 Məşhur rus ədibi A.S.Puşkin haqlı olaraq yazırdı ki, “Tənqid ədəbiyyat və incəsənət əsərlə­rindəki gözəllikləri və nöqsanları açmaq elmidir”. Əsər müəllifinin gələcək yaradı­cılıq axtarışlarının daha dolğun xarakter alması, təkmilləşməsi, nöqsanların aradan qaldırılması üçün ədəbi tənqidin rolu böyükdür. Tənqid ədəbi prosesə təkan verir, onun dinamik inkişafını daha da gücləndirir. Eyni zamanda, ədəbi tənqid həm də oxucular üçün faydalıdır. Onlarda hər hansı bədii nümunə, ümumən ədəbi proses barədə daha dürüst qənaətlər formalaşmasına kömək  göstərir. Müxtəlif alimlər tərəfindən tənqidin “hərəkətdə olan estetika”, “ədəbiyyatşünaslığın operativ ştabı”  adlandırılması da bu mənada təsadüfi deyil.

Bu məqamda ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan yazıçılarının VII qurultayında söylədiyi aşağıdakı fikirləri xatırlatmaq istərdim:  “Müasir ədəbi-bədii prosesi tənqidçilərin, ədəbiyyatşünasların fəal və faydalı işi olmadan təsəvvür etmək mümkün deyildir. Onlar bədii həyatımızın mürəkkəb, bəzən ziddiyyətli proseslərini dərindən təhlil etməyə və ümumiləşdirməyə borclu­durlar”. Ədəbi tənqidin, ümumən ədəbiyyat­şünaslığın önəmli vəzifələri bu qiymətli fikirdə dəqiqliklə ifadə olunub.

Çağdaş cəmiyyətimizdə də ədəbi tənqidin özünəməxsus mövqeyi və missiyası var­dır. Hüquqi dövlət quruculuğu prosesində böyük uğurlar qazanmış müs­təqil Azərbaycanda bütün digər sahələrlə yanaşı, elmi-ədəbi mühitdə də fikir plüralizmi, sərbəst düşüncənin hərtərəfli şəkildə təqdimi üçün hər cür şərait yaradılmışdır. Senzuranın ləğv olunduğu ölkəmizdə şair və yazıçılar da, tənqidçilər də öz düşüncə və baxışlarını ifadə etməkdə, ən müxtəlif yaradıcılıq axtarışları aparmaqda  tam sərbəstdirlər.

Ədəbiyyatda ildən ilə artan yazarların qələmi ilə araya-ərsəyə gələn çoxsaylı əsərlərin, necə deyərlər, saf-çürük edilərək obyektiv şəkildə dəyərlən­di­ril­məsinə əslində ədəbi mühitin də, oxucuların da, geniş mənada ictimaiyyətin də ehtiyacı var. Bu qədər əsər bolluğu şəraitində pisi yaxşıdan, istedadı həvəs­kar­dan, professionalı diletantdan ayırmaq çox vacib məsələdir və bu məqamda ədəbi tənqid özünün obyektiv, qərəzsiz və inandırıcı mövqeyini əsaslandırb ortaya qoymalıdır. Ədəbi tənqidin fəallığı, öz vəzifələrini yerinə yetirməsi istiqamətində əhəmiyyətli işlər görülsə də, fikrimcə, bu,hələ tam şəkildə kifayət deyil.

Minnətdarlıq duyğusu ilə qeyd etmək istərdim ki, muxtar respublikamızda bütün digər sahələrlə yanaşı, ədəbiyyatın  və ədəbi tənqidin hərtərəfli şəkildə inkişafı üçün hər cür şərait var. Naxçıvanda Yazıçılar Birliyi fəaliyyət göstərir, nəşriyyatların, mətbuat orqanlarının, televiziya və radio redaksiyalarının qapıları yaradıcı ziyalıların üzünə açıqdır. Onların fəaliyyəti yetərincə işıqlandırılır.  Dövlət vəsaiti ilə nəşr olu­nan ədəbi almanaxları, topluları, kitabları, o cümlədən ədəbi gəncliyin istedadlı və ümidverici nüma­yən­dələrinin əsərlərinin çapını xatırlatmaq yerinə düşər. Yaradıcı ziyalılara göstərilən ardıcıl və hərətərəfli dövlət qayğısı, onların əməyinin yüksək səviyyədə qiymətləndirilməsi də ha­mıya bəllidir. Naxçıvan Yazıçılar Birliyinin 2012-ci ilin oktyabrında keçiril­miş konfransında Muxtar Respublika Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dərin məzmunlu çıxışı görülmüş işlərə qiymət verilməsi ilə yanaşı, qarşıda duran mühüm vəzifələrin diqqət mərkəzinə çəkilməsi baxımından da böyük əhəmiyyətə malikdir.

Hazırda Naxçıvan Yazıçılar Birliyi ətrafında təxminən səksən nəfər üzv cəmləş­miş­dir ki, onlar da şair, yazıçı, dramaturq, tərcüməçi, tənqidçi və ədəbiy­yat­şünaslardan ibarətdir. Buraya  birlik üzvü olmayan qələm sahiblərini də əlavə etsək, bö­yük bir yaradıcı heyətdən söz aça bilərik. Son illərdə  bu müəlliflərin çoxsaylı kitab­ları çap olunmuşdur, o cümlədən bir sıra xarici ölkələrdə onların əsərləri nəşr edilmişdir. Bu əsərlər sırasında ideya-bədii mükəmməlliyə malik, Azərbaycan ədəbi mühitində fərqləndirilməyə layiq olan nünunələr də az deyil. Onların sırasında gənc müəlliflərin varlığı da qürurvericidir. Bunlar hamısı yaxşıdır və ədəbi mühitimizin hazırkı inkişafının əyani təzahürüdür.

Bunlarla yanaşı, bütövlükdə ölkə ədəbiyyatında olduğu kimi, Naxçıvan ədəbi mühitində də  bəzi təsadüfi imzalar var, xüsusən poeziya sahəsində. Az-çox qafiyə quraş­dıra bilənlər də bəzən qələmə qurşanırlar.  Az, yaxud çox yazmaqlarından asılı olmayaraq onların qələm məhsullarının əsl ədəbiyyata aidiyyəti yoxdur. Ədəbi tənqid bunlara də gərək diqqət yetirsin. Öz obyektiv münasibətini ortaya qoysun.

Doğrudur, ayrı-ayrı ədəbi-tənqidi məqalələr, ədəbi icmallar, ələlxüsus da resen­zi­yalar yazılır, yaradıcılıq müzakirələri keçi­ri­lir, yeni yaranmış əsərlər, ümumən cari ədəbi proses barədə müəyyən dəyərlən­dirmələr aparılır. Bəli, ədəbi tənqid çağdaş ədə­bi prosesin uğurlarını, dəyərli ədəbi əsərləri qiymətləndirib  təbliğ də etməlidir, nöqsanları da göstərməkdən çəkinməməlidir. Görülmüş işlərin əhəmiy­yə­tini azalt­ma­maqla deyim ki, ədəbi tənqid daha çox tərif  ovqatlı resenziyalar yazmağa meyllidir.

Təəssüf ki, bu gün biz yeni yaranan əsərlərə münasibətdə ədəbi tənqidin operativ və obyektiv münasibətinin çox vaxt şahidi olmuruq. Hətta  uğurlu bir  əsər ortaya çıxanda da onun haqqında yazılan məqalədə  onun ideya-bədii məziyyətləri, çağdaş ədəbi prosesə gətirdiyi yeniliklər və s. elmi səviyyədə təhlil edilmir, əvəzində ümumi  tərif axarı baş alıb gedir. Hansı ki, sadəcə əsərin adını dəyişməklə bu müsbət rəyi istənilən digər normal bədii nümunəyə şamil etmək olar.  Bu da ona görə belədir ki,  bəzi əhli-qələm özünə əziyyət verməyərək bədii əsəri lazımınca incələmir, necə deyərlər, üzdən gedərək dərinə varmır, ümumi sözlərlə müsbət fikir bildirir. Bədii əsərlərdəki qüsurlara isə ədəbi tənqid tərəfindən lazımi prinsipial münasibət çox vaxt göstərilmir.Ən yaxşı halda  bir-iki cümləlik ümumi səciyyəli şablon  cümlələrlə tənqid öz ali missiyasını bitmiş hesab edir.

Başqa bir vacib məsələ də odur ki, tənqidçi ədəbi prosesi ardıcıl və hərtəfli şəkildə izləməli, oxuyub təhlil etməlidir.Yəni əsl ədəbi tənqid nümunəsi ortaya qoymaq istəyən tənqidçi, ədəbiyyatşünas həm də geniş mütaliə sahibi olmalıdır. Tənqidçi və ədəbiyyat­şünaslarımız yerli yazarların yaradıcılığını  lazımi səviyyədə izləmirlər. Belə olan halda, təbii ki, dolğun, ümumiləşdirici, əhatəli ədəbi tənqid nümunələri də az-az ortaya çıxacaq.

Çağdaş ədəbi tənqidlə bağlı  bir başqa məqam da var. Ədəbi əsərlərindəki nöqsanlar tənqid olunmayan, yalnız təriflənən yazarların bir qismində özündən razılıq, müştəbehlik də baş qaldıra bilir. Beləcə, “ədəbi dühaların” formalaşmasına ədəbi tənqid öz laqeydliyi, yaxud süni tərifləri ilə sanki xeyir-dua verir. Tənqid olmayanda, ustad tənqidçi Seyid Hüseynin vaxtı ilə dediyi kimi:  “Hər əli qələm tutan özünü birinci sanacaq”.

 Ədəbi əsər müəllifləri də gərək tənqidi obyektiv qəbul etsin. İbrətli məqamlardan bir-ikisini xatırlatmaq istərdim. Bizim həmyerlimiz, dəyərli yazıçı, publisist və ictimai xadim Əli Səbri Qasımovun 1913-cü ildə çap olunmuş “Solğun çiçək” romanındakı bəzi nöqsanları tənqidçi Seyid Hüseyn “İqbal” qəzetindəki resenziyasında  açıq şəkildə göstər­mişdi. Ə.Səbri isə bu iradları səmimi qarşılayaraq hətta mətbuatda tənqidçiyə minnətdarlıq məktubu da çap etdirmişdi, S.Hüseyn isə başqa bir məqalədə gənc yazıçının tənqidə belə obyektiv yanaşmasını müsbət hal kimi misal çəkmişdi. Eyni həssas münasibəti tanınmış ədibimiz Nəriman Nərimanov “Nadanlıq” pyesinin bəzi qüsurlarını nəzərə çatdıran məşhur əsdəbiyyatşünas Firudin bəy Köçərlinin tənqidinə  münasibətdə göstərmişdi...

 Amma bu gün bir tənqidçi bir yazıçını tənqid edəndə elə də olur ki, əsər qalır bir qıraqda, mübahisə şəxsi xarakter alır. Şahidi olmuşam ki, ədəbiyyat­şü­nas­la­rı­mızdan birinin hətta o qədər də dərinə getməyən tənqidinə bəzi yazarlarımız çox sərt reaksiya ver­miş­dilər. Bu məqamda yenə də klassikaya üz tuturam. Tənqidçi Seyid Hüseyn təxminən yüz il öncə yazırdı: “Bizim bəzi yazıçılarımızda  qəribə halətlər var. Birisi götürüb bir yazı­çını və müəllifin səhvini, əsərinin səhv nöqtələrini göstərərsə, onu yazıçı əfəndi özünə qarşı bir təhqir hesab edər, ...Öz yazısından göz örtüb çalışır ki, yazı sahibinə bir ləkə vursun”.

Yazıçı, şair, yaxud dramaturqun necə yanaşmasından asılı olmayaraq ədəbi tənqid, heç şübhəsiz, etik  qaydaları, ədəbi əxlaqı unutmamaq şərti ilə əsərə obyektiv qiymət verməlidir, nöqsanlara da göz yummamalıdır. Böyük Mirzə Fətəli Axundzadə vurğulayırdı ki: “Bir şəxs kitab yazdığı zaman  başqa bir şəxs onun əsərinin mətləb­ləri xüsusunda kritika yazır; bu şərtlə ki, müəllif haqqında ədəbsiz və könül incidən bir söz  belə olmasın; hər nə deyirlərsə, incəlik yolu ilə deyilsin”.

Ədəbi tənqidin zərurətindən ağızdolusu danışan bəzi yazarlar məsələ kon­kret­ləşəndə, özlərinin əsərləri barədə hansısa bir kiçik tənqidi qeyd ortaya çıxanda fərqli yanaşma göstərirlər. Xalq şairi Süleyman Rüstəm  sanki belələrinin dilindən yazıb:

Xatirimə dəyməyin, damağım çağ olanda,

Tənqid çox yaxşı şeydir, məndən uzaq olanda.

Sənət adamlarımız əsərlərinə dürüst qiymət verilməsində maraqlı olmalı, ədəbi tənqidin haqlı, əsaslı münasibətindən doğan tənqidi səmimi qəbul etməlidirlər. Bu mə­qam­da ustad ədəbiyyatşünas, akademik Məmməd Cəfər Cəfərovun vaxtı ilə bu kontekstdə yazılmış bir məqaləsinə seçdiyi ad yadıma düşür: “Tənqidçi ədalətli, yazıçı təvazökar olmalı”. 

Ədəbi tənqidin obyektiv, operativ və hərtərəfli elmi dəyərləndirmələrinin olması  çox vacibdir. Bu, yazarlar üçün də, elə ədəbi tənqidin özü üçün də faydalı və gərəklidir.Tənqidçi və ədəbiyyatşünaslar muxtar respublikanın çağdaş ədəbi mühitinə münasibətdə fəallıq göstərməlidirlər. Naxçıvanda istedadlı və qabiliyyətli yazıçı, şair və dramaturqlarla yanaşı, professional ədəbiyyatşünaslar da az deyil, amma onların çoxu əsasən ədəbiyyat tarixi üzrə araşdırmalar aparır, çağdaş ədəbi proseslə ümumən məşğul olmur, ya da bu sahəyə arabir diqqət yetirir, bəzi məqalə və resenziyalar yazmaqla işlərini bitmiş sayırlar (mən də daxil). Bir sözlə, ədəbi tənqid sahəsində fundamental əsərlər azdır.

Muxtar respublikamızda yaşayıb fəaliyyət göstərən ədəbiyyatşünas alimlər, eləcə də  gənc tədqiqatçılar çağdaş  ədəbi prosesin təhlil olunub ümumiləşdirilməsi, dəyərləndirilməsi ilə  ardıcıl, daimi, hərtərəfli məşğul olmağa diqqəti daha da artır­malıdırlar. Azərbaycanın paytaxtında, eləcə də digər bölgələrdə muxtar respublika ədəbi mühitinin yaradıcılıq uğurlarının, layiqli əsərlərin yetərincə təbliği və tanıt­dı­rıl­ması işinə də ədəbi tənqid diqqəti gücləndirməlidir. Hesab edirəm ki, biz Naxçıvan ədəbi mühitinin dünəni və bu günü barədə kitab və məqalələrin xarici ölkələrdə nəşri işinə də xüsusi fikir verməliyik. Bu sahədə bədii tərcüməçilər də müvafiq sözlərini deyə bilərlər.

          Ümumiyyətlə, muxtar respublikamızda ədəbiyyatın, ədəbi tənqidin hərtərəfli  inkişafı üçün yaradılmış  yüksək şərait müqabilində hər bir qələm sahibi öz potensialını möhtəşəm vəzifələrin daha  mükəmməl şəkildə həyata keçirilməsinə yönəltməlidir.

 

               HÜSEYN  HƏŞİMLİ:   filologiya üzrə elmlər doktoru, əməkdar elm xadimi

 

 

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Naxçıvanda daha bir fitnes zalı fəaliyyətə başlayıb - VİDEO

11-11-2019-18-41 Xəbərlər

Naxçıvanda daha bir fitnes zalı fəaliyyətə başlayıb - VİDEO

NUHÇIXAN xəbər verir ki, muxtar respublikamızda “Absolute fit” adlı yeni idman z...

Amerikalı turist : “Naxçıvan dünyanın ən təmiz şəhəridir” - VİDEO

11-11-2019-17-31 Xəbərlər

Amerikalı turist : “Naxçıvan dünyanın ən təmiz şəhəridir” - VİDEO

Böyük Britaniya və Amerikadan Naxçıvana gələn turistlər buranın fərqli bir yer o...

Sərhədlərimiz etibarlı mühafizə olunur - VİDEO

11-11-2019-16-33 Xəbərlər

Sərhədlərimiz etibarlı mühafizə olunur - VİDEO

“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasında qış mövsümünə hazırlıq işləri  başa  ça...

Mustafa Kamal Atatürk Naxçıvanda anıldı - VİDEO

11-11-2019-15-22 Xəbərlər

Mustafa Kamal Atatürk Naxçıvanda anıldı - VİDEO

NUHÇIXAN xəbər verir ki, Türkiyənin Naxçıvandakı Baş Konsulluğunda Mustafa Kamal...

Ali Məclisin Sədri Fərman imzalayıb

11-11-2019-14-59 Rəsmi

Ali Məclisin Sədri Fərman imzalayıb

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov noyabrın 8-də Na...

Qaranlıq dünənlərdən nur parlayan sabahlara

11-11-2019-10-59 Xəbərlər

Qaranlıq dünənlərdən nur parlayan sabahlara

“...Naxçıvan təkcə İslam aləminin deyil, bütün dünyanın ən işıqlı şəhərdir.

Gənc sərhədçilər and içdilər - VİDEO

09-11-2019-18-44 Xəbərlər

Gənc sərhədçilər and içdilər - VİDEO

“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasında da gənc əsgərlərin andiçmə mərasimi olu...

Daxili Qoşunların gənc əsgərləri hərbi andı qəbul edib

09-11-2019-18-15 Xəbərlər

Daxili Qoşunların gənc əsgərləri hərbi andı qəbul edib

NUHÇIXAN xəbər verir ki, Daxili Qoşunların “Naxçıvan”  Əlahiddə Əməliyyat Briqad...

Naxçıvanda Dövlət Bayrağı Gününə həsr olunmuş iməcilik keçirilib - VİDEO

09-11-2019-17-17 Xəbərlər

Naxçıvanda Dövlət Bayrağı Gününə həsr olunmuş iməcilik keçirilib - VİDEO

Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 9 noyabr tarixli qərarı ilə ...

Sığorta işinin təşkili müzakirə edildi

09-11-2019-17-01 Xəbərlər

Sığorta işinin təşkili müzakirə edildi

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Şəhər İcra Hakimiyyətində Naxçıvan Muxtar Resp...

“Naxçıvan” Universitetində Dövlət Bayrağı Günü qeyd edilib

09-11-2019-15-30 Xəbərlər

“Naxçıvan” Universitetində Dövlət Bayrağı Günü qeyd edilib

NUHÇIXAN xəbər verir ki, “Naxçıvan” Universitetdə  təşkil edilən tədbirdə  ali t...

Naxçıvanda sabaha olan hava proqnozu

09-11-2019-14-29 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında noyabrın 10-na gözlənilən hava proqnozu açıqlanı...

Ötən günün mənzərəsi - VİDEO

09-11-2019-11-31 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Payız kənd tam orta məktəbinin komandası ikinci dəfə respublika çempionu oldu

09-11-2019-11-00 Xəbərlər

Payız kənd tam orta məktəbinin komandası ikinci dəfə respublika çempionu oldu

“Vətənin Müdafiəsinə Hazıram” poliatlon çoxnövçülüyü üzrə respublika final mərhə...

9 noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı Günüdür

09-11-2019-00-00 Xəbərlər

9 noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı Günüdür

Müstəqilliyimizin və dövlətçiliyimizin rəmzi-Azərbaycan bayrağı.

Şərur rayonunun Zeyvə və Düdəngə kəndlərində yeni içməli su sistemi qurulub

08-11-2019-19-21 Rəsmi

Şərur rayonunun Zeyvə və Düdəngə kəndlərində yeni içməli su sistemi qurulub

Əhalinin keyfiyyətli içməli su ilə təmin olunması muxtar respublikada aparılan q...

Xidmət mərkəzində lazımi şərait yaradılıb

08-11-2019-19-19 Rəsmi

Xidmət mərkəzində lazımi şərait yaradılıb

NUHÇIXAN xəbər verir ki, həmin gün yeni xidmət mərkəzinin də açılışı olub.

Müasir kənd yolları inkişafın göstəricisidir

08-11-2019-19-17 Rəsmi

Müasir kənd yolları inkişafın göstəricisidir

NUHÇIXAN xəbər verir ki, noyabrın 8-də Yeni Havuş-Xətai kənd avtomobil yolu yeni...

Yeni kənd mərkəzi istifadəyə verilib

08-11-2019-19-12 Rəsmi

Yeni kənd mərkəzi istifadəyə verilib

NUHÇIXAN xəbər verir ki, noyabrın 8-də Yeni Havuş və Xətai kəndlərini əhatə edən...

Şərur rayonunun Yeni Havuş və Xətai kəndlərində geniş quruculuq işləri aparılıb

08-11-2019-19-07 Rəsmi

Şərur rayonunun Yeni Havuş və Xətai kəndlərində geniş quruculuq işləri aparılıb

“Ulu öndər Heydər Əliyevin fəaliyyəti və siyasəti nəticəsində biz bugünkü Azərba...

Süni divara dırmanma üzrə muxtar respublika birinciliyinin qalibləri müəyyənləşib

08-11-2019-16-11 Xəbərlər

Süni divara dırmanma üzrə muxtar respublika birinciliyinin qalibləri müəyyənləşib

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Təhsil nazirlikləri və Hava və Ek...

Naxçıvanlı atlet “41-ci İstanbul Marafonu”nda uğurlu nəticə qazanıb

08-11-2019-15-29 Xəbərlər

Naxçıvanlı atlet “41-ci İstanbul Marafonu”nda uğurlu nəticə qazanıb

Türkiyənin İstanbul şəhərində keçirilən “41-ci İstanbul Marafonu”nda iştirak edə...

Tələbələrə özgüvənin həyatımızda rolu izah edilib

08-11-2019-14-42 Xəbərlər

Tələbələrə özgüvənin həyatımızda rolu izah edilib

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Universitetində tələbələrə “Fərdi inkiş...

Cəlil Məmmədquluzadənin “Seçilmiş əsərləri” Bolqarıstanda çap olunub

08-11-2019-14-00 Xəbərlər

Cəlil Məmmədquluzadənin “Seçilmiş əsərləri” Bolqarıstanda çap olunub

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Nizami Gəncəvi adına Əd...

Naxçıvanda ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilən rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb

08-11-2019-12-52 Xəbərlər

Naxçıvanda ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilən rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb

9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə Naxçıvan Muxtar Respublikası Təhsil ...

Naxçıvanda keçirilən bədii yaradıcılıq müsabiqəsinin qalibləri mükafatlandırılıb

08-11-2019-12-04 Xəbərlər

Naxçıvanda keçirilən bədii yaradıcılıq müsabiqəsinin qalibləri mükafatlandırılıb

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi və Mədəniyyət naz...

Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində Dövlət Bayrağı Günü qeyd edilib

08-11-2019-10-57 Xəbərlər

Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində Dövlət Bayrağı Günü qeyd edilib

Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyində 9 noyabr...

Ötən günün mənzərəsi - VİDEO

08-11-2019-10-36 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Naxçıvanda sabaha olan hava proqnozu

07-11-2019-15-36 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında noyabrın 8-nə gözlənilən hava proqnozu açıqlanıb...

Naxçıvan nümayəndəliyinin rəhbəri Fransa səfiri ilə görüşüb

07-11-2019-14-18 Xəbərlər

Naxçıvan nümayəndəliyinin rəhbəri Fransa səfiri ilə görüşüb

NUHÇIXAN xəbər verir ki, Bakı şəhərində Naxçıvan Muxtar Respublikası Daimi nümay...