Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında” 2017-ci il 12 yanvar tarixli Sərəncamında deyilir: “Molla Pənah Vaqif öz ənənələri ilə seçilən ədəbi məktəb yaratmış ölməz sənətkardır. O, əhəmiyyətini əsrlərdən bəri qoruyub saxlayan bənzərsiz poeziya nümunələri meydana gətirməklə milli ədəbiyyatın yeni istiqamətdə inkişafına təkan vermişdir. Azərbaycan şeiri Vaqifin sayəsində tarixinin növbəti mərhələsinə qədəm qoymuşdur. Onun klassik bədii fikir salnamə­mizin parlaq səhifələrindən birini təşkil edən irsi müasir dövrdə də insanların əxlaqi-mənəvi kamilləşməsinə xidmət göstərir. Azərbaycan tarixinə həmçinin siyasi xadim kimi daxil olan Vaqif taleyüklü məsələlərin həllində müdriklik və uzaqgörənlik nümayiş etdirmişdir”.

Molla Pənah Vaqif Şərq şeirinin bütün vəznlərini yaxşı bilən, doğma dilində, xalqının ruhunu və zövqünü oxşaya biləcək səpkidə yazıb-yaratmağı üstün tutan bir şair olub. Onun xalq dilindən gələn təbii, səmimi ifadələri oxucunu məftun edir. Firidun bəy Köçərli Vaqifin xalq ədəbiyyatı ruhunda yazdığı əsərlərinin “...həqiqi həyatdan nəşət etdiyini” söyləyir, Vaqifi həyatı doğru təsvir edən bir realist kimi müasirlərinə nümunə göstərirdi: “Yüz sənə bundan irəli ata-babalarımızın dolanacağını, ədəb və əxlaqını, libas və təamlarını, arzu və təmənnalarını, fikir və xəyalatını və bilcümlə o əsrin övza (vəziyyət) və dəstgahını Vaqif... gözəl əşar (şeir) və kəlami-abidar (xoşagələn) ilə yazıb gələcək nəsil üçün unudulmayan bir əlamət və yadigar qoymuşdur”. Vaqifin sadə, anlaşıqlı dilindən Səməd Vurğun da “Öz xalqının böyük oğlu” adlı məqaləsində bəhs edərək yazır ki, “Vaqifdəki gözəl, dərin lirizm, sadəlik və xəlqilik, həm də şairlərimiz üçün ən böyük poetik məktəbdir”.

Molla Pənah Vaqif Azərbaycan pedaqoji fikir tarixində məhəbbət, gözəllik lirikasının yaradıcısı və misilsiz ustadı kimi şöhrət qazanmışdır. Onun yaradıcılığı bütün bədii keyfiyyətləri və xüsusiyyətləri ilə dərin ictimai mənaya malikdir, vətəndaşlıq duyğuları ilə cilalanmışdır. Yenə də Səməd Vurğunun təbiri ilə desək, Vaqif yaradıcılığı ictimai təfəkkürümüzün və poeziyamızın inkişafı tarixində tamamilə yeni bir mərhələ olmuşdur.
Məlum bir həqiqətdir ki, Molla Pənah Vaqif öz dövrünün görkəmli şairi – lirik sənətkarı olmaqla yanaşı, həm də təcrübəli siyasi xadim, elmə, təhsilə xüsusi əhəmiyyət verən maarifçi idi. Şair elmin, təhsilin əhəmiyyətini özünün əməli işində və ictimai-siyasi fəaliyyətində dönmədən nümayiş etdirmiş, gəncləri oxumağa, elmin dərinliklərinə baş vurmağa həvəsləndirmişdir. Doğrudur, müəllifin şeirlərində bilavasitə məktəbə, təhsilə və elmə çağıran motivlər hiss edilməyəcək dərəcədə zəifdir; bununla belə, şairin keşməkeşli, ziddiyyətli, böhranlarla dolu həyat yolunda və əməli yaradıcılıq fəaliyyətində əxlaqi-tərbiyəvi işlərə böyük diqqət yetirməsi, yeri düşdükcə şeirlərində tərbiyəvi­-didaktik mülahizələrə geniş yer verməsi Vaqifi fəal bir maarif xadimi, pedaqoq kimi də tanıtmışdır.
Çox maraqlıdır ki, tərbiyə, əxlaq, etika və sair pedaqoji prinsiplərlə əlaqədar fikirlər, şairin estetik baxışlarında gözəllik anlayışını tamamlayan, bu anlayışın məzmununa yeni cizgilər gətirən mühüm müddəalar kimi daxil olmuşdur.
Etika və ədəb qaydalarından danışarkən şair çox incə mətləblərə toxunub. O, təlim-tərbiyə, əxlaqi saflıq və xarakterin möhkəmliyi kimi etik məsələləri izah edərkən bir mühüm, düşündürücü həqiqəti də geniş şərh edib. Bu da sevgidə sədaqət, azad məhəbbət ideyası yolunda hər növ cəfaya dözmək, ilqar saflığı və əhdə dönük olmamaq kimi yüksək əxlaqi­-estetik prinsiplərin ardıcıllıqla müdafiəsindən ibarət idi. Şair belə bir işıqlı, təmiz qayəni təlim edirdi: sevgi, eşq, gözəllik o zaman birləşə bilər ki, sevgililər arasında düz ilqar, təmiz, aydın və nurlu bir əlaqə yaransın. Gözəllik azad və ülvi bir məhəbbətə layiq keyfiyyətdir, elə bir keyfiyyətdir ki, yalnız mənəvi-əxlaqi saflığı etibarilə yüksək olanlar bu keyfiyyəti yaşada bilər:

Yasəmən tellərin, nərgiz gözlərin
Mənimlə, gözəlim çoxdan yağıdır.
İnsaf et, öldürmə, günahsız qulu
Əl-əldən üzülür, yaman çağıdır.
Kamalın gözəldə xəti kəm gərək,
Sevgi gərək, söhbət gərək, dəm gərək.
Aşiqə vəfalı bir həmdəm gərək,
Həmdəmsiz bal yesə, ona acıdır.

Molla Pənah Vaqif mənsub olduğu xalqın, doğma yurdunun gənclərini, ayıq, huşyar cavanlarını elmə-maarifə yiyələnmiş, açıqgözlü, mədəni bir nəsil kimi görmək istəyirdi. Onun poeziya yaradıcılığında estetik gözəlliyin əsasında şairin tərbiyəvi-əxlaqi qayəsinin, etikaya dair müddəalarının geniş şərhi dayanmışdır. Şair cismən və ruhən gözəl, azad və təmiz gəncliyi ağıllı, nəcib, həyat mübarizəsinə hazır, sevgidə, dostluqda möhkəm, yüksək əqidəli insanlar kimi görmək, tanımaq və tərənnüm etmək idealları ilə yaşayırdı.
Qeyd etdiyimiz kimi, Vaqif poeziyasında həyata bağlılıq və nikbinlik ideyası artıq tamamilə vətəndaşlıq hüququ qazanır və dərin ictimai, əxlaqi məzmun kəsb edir. Bu nikbinliyin və həyat eşqinin arxasında duran müsbət ideal dinin, tərki-dünyalıq meyillərinin çox qüvvətli olduğu XVIII əsrin şəraitində böyük mütərəqqi əhəmiyyətə malik idi. Dünyəvi hisslərin coşqun təbliğatçısı olan Molla Pənah Vaqifin lirik qəhrəmanı şəxsiyyət etibarilə də bir çox cəhətdən nəzər-diqqəti cəlb edir:

Aşinalıq hər gülən gül üzdə sanmaqdır əbəs,
Hər nigari-gərm üçün odlara yanmaqdır əbəs,
Halını bilmədiyin yara inanmaqdır əbəs,
Vaqifa, əvvəl sevib, sonra usanmaqdır əbəs, 
Sevgili yarı sevən kəs, hər zaman sevmək gərək!

Vaqif öz yaradıcılığı ilə ədəbi-pedaqoji fikrin inkişafında yeni bir dövr açmış, öz sələflərindən öyrənmiş olsa da, onların görə bilmədiyi son dərəcə mühüm bir işi görmüşdür. O da bundan ibarətdir ki, Vaqif ədəbiyyatı milli həyata, milli məişətə, milli xarakterə doğru yönəltmiş, realist bədii təfəkkürə getdikcə genişlənən və dərinləşən daimi bir cığır açmışdır. Onun şeirlərinin mövzusu da, forması da, üslubu da yuxarıda qeyd etdiyimiz kimi, xalqın həyatından, məişətindən, milli keyfiyyətlərindən doğmuşdur. Vaqif tam mənası ilə milli bir şairdir. Vaqifə qədər heç bir Azərbaycan şairinin əsərlərində milli həyatımız bu qədər dolğun, səmimi və təbii bir şəkildə təsvir edilməmişdir.
Bu il ölkəmizdə görkəmli Azərbaycan şairinin 300 illik yubileyi geniş qeyd olunur. Ali Baş Komandana, qüdrətli Milli Ordumuza güvənərək deyirik ki, Vaqifin növbəti yubileylərini doğma elində, Azərbaycanın dilbər guşəsi sayılan Qarabağda qeyd edəcəyimiz gün uzaqda deyil.

Kamal CAMALOV
pedaqogika üzrə fəlsəfə doktoru, dosent

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Nehrəmdə Cəlil Məmmədquluzadənin 150 illiyi qeyd edilib

18-02-2019-12-24 Xəbərlər

Nehrəmdə Cəlil Məmmədquluzadənin 150 illiyi qeyd edilib

NUHÇIXAN xəbər verir ki, Cəlil Məmmədquluzadənin Nehrəm kəndindəki Xatirə Muzeyi...

Nəsimiyə həsr edilən bədii qiraət müsabiqəsi keçirilib

18-02-2019-11-44 Xəbərlər

Nəsimiyə həsr edilən bədii qiraət müsabiqəsi keçirilib

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun təşkilatç...

Pensiyalar artımla ödənilib

18-02-2019-10-36 Xəbərlər

Pensiyalar artımla ödənilib

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən ...

Naxçıvanda sabaha olan hava proqnozu

17-02-2019-15-17 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında fevralın 17-nə gözlənilən hava proqnozu açıqlanı...

Naxçıvanda sahibkarlarla görüş olub - FOTOLAR

16-02-2019-17-40 Rəsmi

Naxçıvanda sahibkarlarla görüş olub - FOTOLAR

Fevralın 16-da Naxçıvan Biznes Mərkəzində Naxçıvan Muxtar Respublikası Ali Məcli...

Taxıl zəmilərinə yemləmə gübrələrin verilməsinə başlanıldı - VİDEO

16-02-2019-17-13 Xəbərlər

Taxıl zəmilərinə yemləmə gübrələrin verilməsinə başlanıldı - VİDEO

Muxtar respublikada taxıl zəmilərinə yemləmə gübrələrinin verilməsinə başlanılıb...

Ötən günün mənzərəsi - VİDEO

16-02-2019-15-44 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Naxçıvanda sabaha olan hava proqnozu

16-02-2019-14-00 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında fevralın 17-nə gözlənilən hava proqnozu açıqlanı...

Muxtar respublikada keyfiyyətə nəzarət olunur

16-02-2019-11-38 Xəbərlər

Muxtar respublikada keyfiyyətə nəzarət olunur

Naxçıvan Muxtar Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Age...

“Berlin Travel” Naxçıvan məhsulları haqqında video paylaşıb - VİDEO

16-02-2019-09-49 Xəbərlər

“Berlin Travel” Naxçıvan məhsulları haqqında video paylaşıb - VİDEO

Hər il ənənəvi olaraq Almaniyanın Berlin şəhərində keçirilən “Beynəlxalq yaşıl h...

“A.S. Qriboyedov: şair-diplomat” əsərinin müzakirəsi olub

15-02-2019-21-37 Xəbərlər

“A.S. Qriboyedov: şair-diplomat” əsərinin müzakirəsi olub

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Tarix Muzeyində Reyhan Mirzəzadənin“ A....

AMEA Naxçıvan Bölməsinin kollektivi Heydər Əliyev muzeyini ziyarət edib

15-02-2019-20-39 Xəbərlər

AMEA Naxçıvan Bölməsinin kollektivi Heydər Əliyev muzeyini ziyarət edib

NUHÇIXAN-nın verdiyi məlumata görə muzeyin direktoru Ramin Orucəliyev bildirib k...

Vahid büdcə təsnifatının tətbiqi ilə bağlı təlimlərə başlanılıb

15-02-2019-19-07 Xəbərlər

Vahid büdcə təsnifatının tətbiqi ilə bağlı təlimlərə başlanılıb

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzin...

Şərur rayonunda dezinfeksiya tədbirləri aparılır

15-02-2019-17-40 Xəbərlər

Şərur rayonunda dezinfeksiya tədbirləri aparılır

Son vaxtlar Şərur rayon əhalisi arasında yuxarı tənəffüs yollarının katarı və mü...

Könül işığı” jurnalının xüsusi buraxılışı işıq üzü görüb

15-02-2019-17-00 Xəbərlər

Könül işığı” jurnalının xüsusi buraxılışı işıq üzü görüb

NUHÇIXAN xəbər verir ki, brayl əlifbası ilə ayda bir dəfə nəşr edilən  “Könül ...

Babək tərxunu - VİDEO

15-02-2019-14-58 Xəbərlər

Babək tərxunu - VİDEO

Babək qəsəbəsində yaşayan Mehdi Hacıyevə məxsus ailə təsərrüfatında tərxun bitki...

Muxtar respublikada meyvə bağlarının sahəsi artıb

15-02-2019-14-34 Xəbərlər

Muxtar respublikada meyvə bağlarının sahəsi artıb

Ötən il Naxçıvan şəhəri üzrə 5, Şərur rayonu üzrə 12, Babək rayonu üzrə 16, Ordu...

Bəxtiyar Əsgərov Yaponiyanın ölkəmizdəki səfiri ilə görüşüb

15-02-2019-14-15 Xəbərlər

Bəxtiyar Əsgərov Yaponiyanın ölkəmizdəki səfiri ilə görüşüb

NUHÇIXAN xəbər verir ki, Bakı şəhərində Naxçıvan Muxtar Respublikası daimi nümay...

Tamaşaçıları valeh edən sənətkar: Xədicə Qazıyeva - FOTOLAR

15-02-2019-13-27 Xəbərlər

Tamaşaçıları valeh edən sənətkar: Xədicə Qazıyeva - FOTOLAR

Bu gün Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının ilk pe...

Ötən il muxtar respublikada 1448 ton bal istehsal edilib

15-02-2019-12-50 Xəbərlər

Ötən il muxtar respublikada 1448 ton bal istehsal edilib

2018-ci ildə muxtar respublikada 1448 ton bal istehsal olunub. Bu isə 2008-ci il...

Maliyyə Tədris Mərkəzinin bir illik fəaliyyəti uğurlu olub

14-02-2019-20-41 Xəbərlər

Maliyyə Tədris Mərkəzinin bir illik fəaliyyəti uğurlu olub

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 10 fe...

Gənclər Mərkəzində "Nəsimi" poemasının müzakirəsi olub

14-02-2019-20-19 Xəbərlər

Gənclər Mərkəzində "Nəsimi" poemasının müzakirəsi olub

NUHÇIXAN xəbər verir ki, Gənclər Mərkəzində “Nəsimi” həftəsi çərçivəsində Azərba...

Təqaüdçülər üçün konsert verilib

14-02-2019-20-01 Xəbərlər

Təqaüdçülər üçün konsert verilib

NUHÇIXAN xəbər verir ki,  Naxçıvan Şəhər Mədəniyyət  Şöbəsinin təqaüdçülər klubu...

Culfa rayonunda yer fıstığı bitkisinin becərilməsi üçün münbit şərait var

14-02-2019-19-40 Xəbərlər

Culfa rayonunda yer fıstığı bitkisinin becərilməsi üçün münbit şərait var

NUHÇIXAN xəbər verir ki, Culfa rayonunun Saltaq kəndində “Ailə təsərrüfatlarının...

Naxçıvan Müəllimlər İnstitutunda sərgi açılıb

14-02-2019-19-22 Xəbərlər

Naxçıvan Müəllimlər İnstitutunda sərgi açılıb

NUHÇIXAN xəbər verir ki,  Naxçıvan Müəllimlər İnstitutunun Kitabxanasında “Naxçı...

Qocaman operator öz avadanlıqlarını muzeyə verib - VİDEO

14-02-2019-19-00 Xəbərlər

Qocaman operator öz avadanlıqlarını muzeyə verib - VİDEO

Uzun  illər  Naxçıvan Televiziyasının və eyni zamanda Aztv-nin “Günün ekranı” xə...

Ali Məclisin Sədri yeni təyinatla bağlı Fərman imzaladı

14-02-2019-18-39 Xəbərlər

Ali Məclisin Sədri yeni təyinatla bağlı Fərman imzaladı

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov  fevralın 14 –də...

Şərur rayonunun Kərimbəyli kəndi də abad kəndlər sırasına qoşulub - VİDEO

14-02-2019-17-45 Xəbərlər

Şərur rayonunun Kərimbəyli kəndi də abad kəndlər sırasına qoşulub - VİDEO

“Muxtariyyət ili” olan 2019-cu ildə də muxtar respublikanın şəhər, qəsəbə və kən...

Karate-do üzrə Naxçıvan şəhər açıq birinciliyinə yekun vurulub

14-02-2019-16-26 Xəbərlər

Karate-do üzrə Naxçıvan şəhər açıq birinciliyinə yekun vurulub

Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində Naxçıvan Mux...

Cəlil Məmmədquluzadənin 150 illik yubileyinə sərgi həsr edilib

14-02-2019-15-31 Xəbərlər

Cəlil Məmmədquluzadənin 150 illik yubileyinə sərgi həsr edilib

AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən NUHÇIXAN-a verilən məlumata görə...