- Ətraflı
- Yaradılıb 24 597 2016
- Baxış sayı: 5719
Məhəmməd Tağı Sidqinin yeni ədəbiyyat uğrunda mübarizəsi
Ulu Naxçıvanımızın yetirdiyi məşhur ziyalılar sırasında Məhəmməd Tağı Sidqinin xüsusi mövqeyi vardır. Onun zəngin, çoxşaxəli yaradıcılığı, qaynar fəaliyyəti on doqquzuncu əsrin ikinci yarısı və iyirminci yüzilliyin əvvəllərində Azərbaycanda maarifin, ədəbiyyatın, filoloji fikrin, mədəniyyətin inkişafında mühüm rol oynamışdır. Mütəfəkkir şəxsiyyətin fəaliyyət dairəsində ədəbiyyat da geniş yer tutur. “Görkəmli pedaqoq, maarifçi və şair Məhəmməd Tağı Sidqinin 160 illik yubileyinin keçirilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 20 avqust 2014-cü il tarixli Sərəncamında qeyd olunduğu kimi: “Elmi-pedaqoji dəyərə malik yeddi dərsliyin müəllifi olan Məhəmməd Tağı Sidqi ədəbi yaradıcılıqla da məşğul olmuş, Azərbaycan uşaq ədəbiyyatının və poeziyasının inkişafında mühüm xidmətlər göstərmiş, maarifçi-realist ədəbiyyatın yaradıcılarından biri kimi ədəbiyyat tariximizdə öz yerini tutmuşdur. Görkəmli pedaqoqun qələminin məhsulu olan uşaq nəsrinin ilk mükəmməl nümunələri, ədəbi-fəlsəfi traktat, poeziya və tərcümə materialları Azərbaycanda maarifçi ədəbiyyatın inkişafında mühüm rol oynamışdır”.
M.T.Sidqi Azərbaycan maarifçi-realist ədəbiyyatının inkişafına ciddi töhfələr vermiş, onun ideya-bədii təkamülündə hərtərəfli xidmətləri ilə şöhrətlənmişdir. Böyük maarifçi ədibimizin çoxşaxəli fəaliyyətində ədəbiyyatın mövzu, ideya və sənətkarlıq baxımından yeniləşməsi, xalqı, cəmiyyəti düşündürən taleyüklü məsələlərə diqqət yetirməsi, inkişafa mane olan köhnə buxovlardan xilas olub müasir inkişaf yoluna qədəm qoymasının vacibliyi barədə qiymətli fikirlər vardır.
Taki millətdə olsun istiqlal,
Etməsin cəhl bizləri pamal, –
deyən azadlıqsevər şairimiz xalqın öz hüququnu anlaması, müasir həyatla ayaqlaşması, milli mənafelər naminə səy göstərməsi işində ədəbiyyatın üzərinə yeni dövrdə böyük vəzifələr düşdüyünü yaxşı bilirdi.
Doğrudur, M.T.Sidqi yaradıcılığının müəyyən mərhələsində klassik lirika janrlarında bir sıra nümunələr, xüsusən qəzəllər yazmışdı. Lakin duymaq çətin deyil ki, onun bu tipli əsərlərinin özündə də yeni sənət axtarışlarının təzahürü vardır. Məsələn, şairin “Dostlardan birinə mədəniyyətin yayılması haqqında şeir” adlı əsəri formal baxımdan qəzəldir, lakin janrın ənənəvi nümunələrindən fərqli olaraq, burada şair məhəbbət mövzusunu yox, yeni mərhələnin ədəbi-estetik və ictimai vəzifələrini önə çəkmiş, onlara sənət dili ilə münasibət bildirmişdir. Şair elmdən, təhsildən, mərifət bağından xəbərsiz olanları pisləmiş, onları söz oyunbazlığından əl çəkməyə, mədəniyyət evində təmkinlə oturub cavahirlər ortaya çıxarmağa səsləmiş, cəmiyyət üçün vacib işlərin müqabilində mənasız şeirbazlığa meyil göstərənləri tənqid etmişdir:
Otur təmkin ilə beyti-təməddündə, cavahir sat,
Nədir bu şeirbazlıq, ey əzizim, damşalaqlar tək.
Məcali-şeirguluq qalmayıb biçarə millətdə,
Qalıbdır vacib işlər bir-bir üstündə qalaqlar tək.
Başqa sözlə desək, M.T.Sidqinin bu şeri ənənəvi janra yeni məzmun vermək istiqamətində poeziyamızda atılan ilk uğurlu addımlar sırasındadır. Analoji ovqat şairin “Tərcüman” qəzetinin nəşrə başlamasının onuncu ildönümünə həsr etdiyi şeirində də ön mövqedədir.
Bəllidir ki, on doqquzuncu əsrin sonları, iyirminci yüzilliyin əvvəllərində Azərbaycan poeziyasında bir sıra yeni janrlara maraq və diqqət artmaqda idi. Bu prosesdə M.T.Sidqinin ciddi xidmətləri vardır. Xüsusən müəyyən xüsusiyyətləri ilə pedaqoji marş sayıla bilən maarifçi ovqatlı nəğmə və şərqilərin poeziyamızda təşəkkülündə M.T.Sidqi uğurlu fəaliyyət göstərmişdir. O, bu kimi şeirlərindən bilavasitə tədris prosesində istifadə edirdi. Məsələn, şairin “Dərsə diqqət” şeri bu baxımdan səciyyəvidir:
Ey uşaqlar, edək biz də qeyrət,
Taki, təhsil edək adəmiyyət.
Bəlkə, bizdən gedə bu cəhalət,
Çəkməyək xalqdan bari minnət.
Keçməmiş, keçməmiş vaxt-fürsət,
Eyləyək, eyləyək dərsə diqqət.
Müəllifin “Elmin şərafəti”, “Oğlan”, “Məktəbdə” kimi şeirləri də bu qəbildəndir. Belə nümunələrdəki axıcılıq, ahəngdarlıq, nəqarətdən istifadə, təkrirlər, nidalar maarifçi qayənin daha dolğun təqdiminə şərait yaratmışdır. M.T.Sidqinin qələmindən çıxmış uşaq hekayələri də yüksək ideya-bədii məziyyətlərə malik olub, ədəbiyyatımızda bu sahənin inkişafı üçün uğurlu zəmin olmuş, yeni dövrün maarifçi ədəbi hərəkatına böyük təkan vermişdir.
Məhəmməd Tağı Sidqinin ədəbi görüşləri də bu baxımdan diqqəti çəkir. Onun yeni tipli ədəbi-elmi konsepsiyasında ədəbiyyatın əsl mahiyyəti, ali vəzifələri barədə sistemli və dəyərli fikirlər vardır. Söz sənətinə yüksək qiymət verən görkəmli ədib yazırdı: “Söz kimi bir ruhi-rəvan və cövhəri-can varsa da, yenə sözdür”. Hər bir şəxsin, bütövlükdə, xalqın və cəmiyyətin hərtərəfli tərəqqisində söz sənətinin mühüm vasitə olduğunu vurğulayan M.T.Sidqi ədəbiyyatı insanın “fikrini nurlandıran, əxlaqını təkmilləşdirən” mühüm vasitə sayırdı. Görkəmli yazıçı köhnə ədəbi ənənələrin vaxtıkeçmiş tematikasından və poetik sistemindən kənara çıxa bilməyən təqlidçi şairlərin yaratdıqları çoxsaylı nəzm nümunələrini, güldən, bülbüldən bəhs edən şablon, əhəmiyyətsiz şeirləri müasir amallarla uzlaşmayan gərəksiz söz yığını hesab edir, onların yeni ədəbiyyatın inkişafında bir əngəl olduğunu nəzərə çatdırırdı. Ədəbiyyatı köhnə buxovlarda saxlamaq istəyənləri, boş-boş həcvlər yazanları söz sənətinin əsl vəzifələrindən uzaq sayan görkəmli ədib belələrini sərt tənqid edirdi. Məsələn, o, bir başabəla şairi kəskin pisləyən şeir yazmış, belələrini mənasız qələm işlətməkdən, qədimdən qalan gərəksiz ənənələrdən uzaqlaşmağa çağırmışdı:
Tərk eylə bu rəftarüvü, get əqlə müti ol,
Hərgah bu işdə olasan cəhlüvə məğrur...
Bu qaideyi-sabiqədir, rəsmi-qədimi,
Çox da gilamənd olma bu silk şüəradan.
Ümumiyyətlə, M.T.Sidqi köhnə ədəbi ənənələr, orta əsrlərin vaxtıötmüş mövzuları və janrları dairəsində qapanıb qalmağı “fəlakətdə oturub əcdadların sümükləri ilə fəxr etməyə” bənzədirdi. Qəzəl-qəsidə ədəbiyyatının xalqın diqqətini müasir vəzifələrdən uzaqlaşdırdığını nəzərə çatdıran görkəmli ədib “ərəb dilində yazılmış qəsidələrin zamanı keçdi” fikrini qabartmaqla
pambığının qulaqlarından çıxarılmasına” xidmət göstərə bilən yenitipli ədəbi əsərlərin yazılmasını vacib sayırdı. Maarifçi ədib söz sənətinin ictimai vəzifələrini başa düşməyən, onların ifadəsindən uzaq olan qələm sahiblərindən bəhs edərkən yazırdı ki, “əziz ömrünü və qiymətsiz ovqatını həzli-hecaya və həcvi-hədyana vəqf edən”, “aludeyi-zülfi-xal və pabəndi-hüsni-camal olan”, “bir neçə pərişan qəzəllər meydana buraxan” şairlər xalqın sosial-mədəni tərəqqisinə kömək göstərə bilməzlər. Onların adları elə öz sağlıqlarında unudulur. M.T.Sidqi haqlı olaraq vurğulayırdı ki, bilik, bacarıq və istedadını xalqın yüksəlişi naminə əsərlər yazmağa sərf edənlər, “qövmün təhzibi-əxlaqına xidmət və tərtibi-ədəbiyyatına rövnəq verənlər” mənəvi ölümsüzlük qazanırlar. O, yeni ədəbiyyatın vəzifələri sırasında bir cəhətə də diqqət yönəldərək yazırdı ki, xalqın həyatının sarsıntılı, təlatümlü dövrlərində ədəbiyyat daha da fəallaşmalı, Vətənin, yurddaşların hərtərəfli yüksəlişinə öz töhfəsini verməlidir. Bu məqsədlə ədib müasirlərini xalqın taleyüklü məqamında fəal olmağa, onun səadəti yolunda çalışmağa səsləyirdi.
M.T.Sidqi yeni ədəbiyyatın yaranması məsələsinə əlahiddə bir hadisə, təsadüfi proses kimi baxmır, onu ümumi sosial-mədəni inkişafın tərkib hissəsi, hərtərəfli elm və tərbiyənin nəticəsi kimi dəyərləndirirdi: “Şair daşdan yaranmaz! Ədib ağacdan olmaz! Şair və ədib millət, millət balalarından əmələ gəlir... Əlhasil, hər bir şey diqqət və etinanın zəminində və təlim və tərbiyənin sayəsində və qədrşünaslığın təhti-himayəsində hüsula gəlir”.
M.T.Sidqinin yeni ədəbiyyat konsepsiyasında ədəbi dilin saflığı, sadələşməsi ideyası da mühüm yer tutur. Maarifçi ədib ana dilini lüzumsuz, qəliz ərəb, fars və rus sözləri, ibarələri ilə ağırlaşdıran başabəla “oxumuşları” tənqid edir, qələm sahiblərini doğma dilin saflığı və təmizliyini qorumağa, sadə tərzdə əsərlər yazmağa səsləyirdi. O, ədəbi dili korlayan ziyalıların belə mövqeyinin törətdiyi fəsadlara diqqət yönəldərək yazırdı: “Ölüb getmiş ...babalarımızdan birisini qəbirdən qavzayıb gətirəsən, bu danışığa diqqətlə qulaq asandan sonra türk oğlu türk ola-ola, heç bir şey başa düşməyib bizlərə türk deməyə və ya deməməyə mütərəddid olsa da, dilimizə hərgiz türk dili deyə bilməz. Çünki bu dil bir libasa bənzəyir ki, guya pambığı Türküstanda əkilib, ipliyi İranda əyirilib, rəngi Ərəbistanda verilib, özü Azərbaycanda toxunub, Rusiyada gömrüklənib, xərc və kirayəsi çox olduğuna görə heç bir tayfa etina etməyib və heç bir ölkədə füruşa getməyib həmin bu səfahatda satılmaqdadır”.
Bütün bunlar M.T.Sidqinin söz sənətinə həssas, məsuliyyətli münasibətindən soraq verir. Bütövlükdə, görkəmli ziyalı Məhəmməd Tağı Sidqi bir sıra digər sahələrlə yanaşı, Azərbaycan ədəbiyyatının yeniləşməsi istiqamətində həm şair, həm də ədəbiyyatşünas kimi mühüm xidmətlər göstərmişdir.
Hüseyn HƏŞİMLİ
filologiya elmləri doktoru, professor
Bölmənin digər xəbərləri
Fazil Ələkbərov Dünya Şotokan Federasiyanın birinci vitse-prezidenti seçilib
06-12-2019-19-53 Xəbərlər

Dünya Şotokan Federasiyasının prezidenti Esat Delihasanın rəhbərlik etdiyi nümay...
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
06-12-2019-19-22 Rəsmi

Dekabrın 6-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Tü...
Türkiyə Respublikasının Ticarət nazirinin müavini Naxçıvanda - VİDEO
06-12-2019-18-57 Xəbərlər

NUHÇIXAN xəbər verir ki, Türkiyə Respublikasının Ticarət nazirinin müavini Rza T...
Şahbuz rayonunun Türkeş kəndində qapalı suvarma şəbəkəsi istifadəyə verilib
06-12-2019-18-30 Rəsmi

Muxtar respublikada qurulan qapalı suvarma şəbəkələri kənd yerlərində əhalinin m...
Qış mövsümündə ehtiyatlı olaq
06-12-2019-18-17 Xəbərlər

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata gö...
Özgüvənin həyatımızdakı rolu müzakirə olunub
06-12-2019-17-53 Xəbərlər

NUHÇIXAN xəbər verir ki, “Naxçıvan” Universitetində gənclərə “Fərdi inkişaf təli...
Mülki müdafiə işinin təşkili ilə bağlı yekun tədbir keçirilib
06-12-2019-16-06 Xəbərlər

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata gö...
Bu ilin ötən dövründə AMEA Naxçıvan Bölməsi əməkdaşlarının 800-dən çox elmi əsəri çap olunub
06-12-2019-14-42 Xəbərlər

2019-cu ildə AMEA Naxçıvan Bölməsi əməkdaşlarının 18 monoqrafiyası, 8 kitabı, 1 ...
Naxçıvanda Hüseyn Cavidin anım günü qeyd olunub
06-12-2019-14-00 Xəbərlər

Hüseyn Cavidin yenidən xalqımıza və ədəbiyyatımıza qaytarılmasında ümummilli lid...
Məktəblilər Heydər Əliyev Muzeyini ziyarət ediblər
06-12-2019-13-32 Xəbərlər

NUHÇIXAN xəbər verir ki, Şahbuz Rayon Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsi və...
Yüksəkixtisaslı kadrlar hazırlanır
06-12-2019-12-49 Xəbərlər

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətl...
Hakimlər Komitəsinin sədri Naxçıvanda səfərdədir
06-12-2019-12-28 Xəbərlər

NUHÇIXAN xəbər verir ki, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) H...
Ötən günün mənzərəsi - VİDEO
06-12-2019-11-23 Xəbərlər

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...
Daimi nümayəndəliyin rəhbəri rəsmi tədbirdə iştirak edib
06-12-2019-11-02 Xəbərlər

NUHÇIXAN xəbər verir ki, Bakı şəhərində Naxçıvan Muxtar Respublikası daimi nümay...
“Naxçıvan” Universitetinin rektoru kollektivə təqdim olundu - VİDEO
05-12-2019-21-20 Xəbərlər

Dekabrın 5-də “Naxçıvan” Universitetinin rektoru vəzifəsinə təyin edilən Nurlana...
Naxçıvan Müəllimlər İnstitutunda pedaqoji təcrübənin yekun konfransı olub
05-12-2019-19-32 Xəbərlər

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Müəllimlər İnstitutunun Təbiət və incəsənət fa...
Nurlana Əliyeva rektor təyin edildi - SƏRƏNCAM
05-12-2019-17-54 Rəsmi

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dekabrın 5-də Nu...
Ekskursiya işinin təbliği diqqət mərkəzində
05-12-2019-16-57 Xəbərlər

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Turizm Departamentinin ...
Gülüstan türbəsində açıq dərs
05-12-2019-15-53 Xəbərlər

NUHÇIXAN xəbər verir ki, “Naxçıvan” Universitetinin tələbələri üçün Gülüstan tür...
Naxçıvanda Beynəlxalq Könüllülər Günü qeyd olunub
05-12-2019-12-24 Xəbərlər

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun təşkilatç...
Daimi nümayəndəliyin rəhbəri rəsmi qəbulda iştirak edib
05-12-2019-12-01 Xəbərlər

NUHÇIXAN xəbər verir ki, Bakı şəhərində Naxçıvan Muxtar Respublikası daimi nümay...
Naxçıvan cüdoçusu birinciliyin qalibi olub
05-12-2019-11-42 Xəbərlər

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının yeti...
Naxçıvana ilk səfərimin təəssüratları
05-12-2019-11-23 Xəbərlər

Muxtar respublikamız öz füsunkar gözəlliyi və zəngin təbii sərvətləri, müasir in...
Ötən günün mənzərəsi - VİDEO
05-12-2019-10-21 Xəbərlər

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...
Ordubadda “Allahşükür məscidi” istifadəyə verilib
04-12-2019-20-35 Rəsmi

NUHÇIXAN xəbər verir ki, dekabrın 4-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyx...
Naxçıvanda Şeyxülislam Allahşükür Paşazadənin 70 illik yubileyi qeyd olunub
04-12-2019-20-20 Rəsmi

Dekabrın 4-də Naxçıvanda Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahş...
Mübariz Qurbanlı Naxçıvanda jurnalistlərə müsahibə verib - VİDEO
04-12-2019-20-00 Xəbərlər

Ordubad rayonun Dırnıs kəndində istifadəyə verilən Allahşükür məscidinin açılışı...
Hikmət Babaoğlu: “Hər kəs ən azından bir dəfə Naxçıvana gəlməlidir” - VİDEO
04-12-2019-19-46 Xəbərlər

Tanınmış jurnalist, ziyalı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Bab...
Bakı Dağ Yəhudiləri İcmasının sədri Melix Yevdayev Naxçıvanla bağlı fikirlərini bölüşüb - VİDEO
04-12-2019-19-31 Xəbərlər

Bakı Dağ Yəhudiləri İcmasının sədri Melix Yevdayev Ordubad rayonun Dırnıs kəndin...
Arxiyepiskop Aleksandr: “Sevindirici haldır ki Nuh peyğəmbərin məzarı məhz Naxçıvandadır” - VİDEO
04-12-2019-19-15 Xəbərlər

Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr Ordubad rayonun Dırnıs...