Üzeyir Hacıbəyli

Qərəz getdim..

...Qərəz, getdim axundun yanına. Ordan-burdan söhbət elədik, çay içdik, yenə söhbət elədik, danışdıq, axırda soruşdum ki, axund, qəzet oxumaq nə tövrdür? Buyurdu ki, qəzet oxumaq haramdır. Dedim: Axı, qəzet bir yaxşı şeydir, adama nəfi çoxdur, gözümüzü açır. Buyurdular ki, qəzet oxumaq haramdır. Dedim axı qəzetsiz bu saat dünyada dolanmaq çətindir. Bir bu qədər əhvalat vaqe olur, bunları eşidib bilmək hər kəsə vacibdir. Baxəbər olmaq lazımdır. Buyurdular ki, xeyr, qəzet oxumaq haramdır. Dedim: yaxşı, müsəlmanlar bir-birinin əhvalından xəbərdar olmalıdırlarmı? Buyurdular ki, olmalıdırlar. Dedim, bəs qəzetsiz nə tövr xəbərdar olsunlar? Buyurdular ki, qəzet oxumaq haramdır. Dedim ki, yaxşı, bir kasıb, yazıq müsəlmana bir hakim tutub zülm eləyir. Binəvanın şikayətinə baxan olmur, hər yerə gedir, qovurlar. Hər yerə gedir, döyürlər. Axırı yazığın əlacı kəsilib, bu zülmü insaf əhllərinə bildirmək üçün, götürüb qəzetə yazdırır. İndi yazığın bu zülmündən xəbərdar olmaq üçün qəzet oxumaq lazımdır axı, nə deyirsiniz?! Buyurdular ki, qəzet oxumaq haramdır. Dedim bəs, yaxşı, müsəlmanlar bir-birlərinə kömək etməlidir, ya yox?! Buyurdular ki, etməlidir. Dedim, etməsələr günhadırmı? Buyurdular ki, günahdır. Dedim çox gözəl, indi tutalım ki, Allah eləməmiş kimi Mazandaranda zəlzələ olub, oranın müsəlmanları evsiz-eşiksiz qalıb, bərk möhtacdırlar. Mən də istəyirəm ki, o möhtac qardaşlara pul göndərim. Aya qəzet olmasa, mən haradan bilim ki, Mazandaranda zəlzələ olubdur. Bunu bilmək üçün, gərək qəzet oxuyam. Buyurdular ki, qəzet oxumaq haramdır. Daha mən dinmədim. Gördüm ki, acığımdan ağlamağım tutur. Bir də gördüm ki, qəribsəyirəm, külfətimiz yadıma düşdü. Uşaqlar gözümün qabağında durdu. Bir ah çəkib, durdum gedib ki, bir müsəlman intelligentini tapıb, dərdimi ona söyləyim.

Müsəlman intelligentini tapdım. Bir az ordan-burdan danışdım və sonra dedim ki, sən Allah, görürsənmi axund buyurur ki, qəzet oxumaq haramdır. İntelligent güldü, dedi: Əlbəttə, axund elə deyər, amma mən qəzet oxumamış çay içə bilmərəm və vodkasız da abed eləyə bilmərəm.

Mən elə güman elədim ki, bu axırkı vodkalı mətləbi intelligent cənabları məzəlik üçün dedi. Ona görə də bir qədər gülməyi lazım bilib dedim ki, sözün doğrusu, mən də yerdən duran kimi “İrşad”a baxmamış corablarımı geyə bilmirəm. İntelligent soruşdu ki, “İrşad” nədir? Mən təəccüb elədim.

- “İrşad”... “İrşad” müsəlman qəzeti.

İntelligent gülümsündü və dedi:

“Xeyr, mən qəzet rus qəzetinə deyirəm, müsəlman qəzetinə demirəm. Müsəlman qəzetini mən əlimə alıb oxumaram.

Dedim, bəs nə üçün belə? Cavab verdi ki: “Mənə müsəlman qəzeti yaraşmır. Bir də mənim yanıma hər dəfə ruslar və rus arvadları gəlir. Onlar mənim əlimdə müsəlman qəzeti görsələr, çox ayıb olar”.

Dedim ki, canım, bunun nə dəxli var? Hər millətin özünün qəzeti olmağı nə üçün ayıb olsun? Dedi: “O doğrudur, gərək ayıb olmasın. Məsələn, ermənilərin, gürcülərin öz qəzeti olmağı bir o qədər ayıb görünmür, amma müsəlman qəzeti olmağı mənim aləmimdə çox ayıbdır, çünki müsəlmana qəzet yaraşmır”. Dedim axı mənim rusca savadım yoxdur, özüm də qəzet oxumaq istəyirəm, nə qayırım? Dedi: “Mən onu-bunu bilmirəm, amma mənim aləmimdə müsəlmana qəzet yaraşmır”.

Mən bir qədər fikir elədim, gördüm hər nə desəm, hər nə dəlil gətirsəm, bu hamısına cavab verəcəkdir ki, müsəlmana qəzet yaraşmır. Ona görə bir qədər dinməyib sonra dedim ki, lotu, bəs, bəs vodka necə? Müsəlmana vodka yaraşırmı? Dedi: “Vodka yaraşır, çünki ruslar və rus arvadları görəndə ki, mən müsəlman vodka içirəm, onlara çox xoş gəlir. Daha mənə “vəhşi müsəlman” demirlər”.

Bu sözləri eşidəndə gördüm ki, acığımdan titrəyirəm. Haman saat durdum ayağa, özümü hazırladım, ora-buramı düzəltdim və “ya Allah” deyib bilirsinizmi nə qayırdım?!

Çıxdım gəldim evə, yatdım!

 

Bənzər məqalələr

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Türkeş kəndində son tamamlama işləri aparılır

13-10-2019-16-32 Xəbərlər

Türkeş kəndində son tamamlama işləri aparılır

NUHÇIXAN xəbər verir ki, Türkeş kəndində  hal-hazırda kənd, xidmət mərkəzləri və...

Dünya boyda sədası var Nursumun

13-10-2019-15-03 Xəbərlər

Dünya boyda sədası var Nursumun

Müasir və rahat yol hər bir yerin  inkişafının ilk göstəricisidir.

Naxçıvanda sabaha olan hava proqnozu

13-10-2019-14-32 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında oktyabrın 14-nə gözlənilən hava proqnozu açıqlan...

Yurdumun şairi

13-10-2019-12-58 Xəbərlər

Yurdumun şairi

Xalq şairi Məmməd Araz Azərbaycan ədəbiyyatında çoxcəhətli və zəngin ədəbi irsin...

Sədərək bağlarında payız calağına başlanılıb

13-10-2019-12-29 Xəbərlər

Sədərək bağlarında payız calağına başlanılıb

NUHÇIXAN xəbər verir ki, Sədərək rayonu ərazisindəki təsərrüfatlarda tinglərin p...

Xanəgahın bugünkü büsatı

13-10-2019-11-59 Xəbərlər

Xanəgahın bugünkü büsatı

Ölkəmizin hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da sürətli in...

Naxçıvanda dəmiryolu nəqliyyatı inkişaf etdirilir

13-10-2019-11-28 Xəbərlər

Naxçıvanda dəmiryolu nəqliyyatı inkişaf etdirilir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 7 oktyabr 2005-ci il ...

Gənclər Cəmşid Naxçıvanski Muzeyi ilə tanış olublar

12-10-2019-17-22 Xəbərlər

Gənclər Cəmşid Naxçıvanski Muzeyi ilə tanış olublar

NUHÇIXAN xəbər verir ki, gənclərin Cəmşid Naxçıvanski Muzeyinə ekskursiyaları da...

Tanınmış kardioloqlar naxçıvanlı həmkarları ilə təcrübə mübadiləsi aparıblar

12-10-2019-15-13 Xəbərlər

Tanınmış kardioloqlar naxçıvanlı həmkarları ilə təcrübə mübadiləsi aparıblar

Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan və uzunmüddətli dövrə, uğ...

Naxçıvanda sabaha olan hava proqnozu

12-10-2019-14-09 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında oktyabrın 13-nə gözlənilən hava proqnozu açıqlan...

CNN saytında “Əshabi-Kəhf”lə bağlı ərəb dilində video yayılıb - VİDEO

12-10-2019-12-38 Xəbərlər

CNN saytında “Əshabi-Kəhf”lə bağlı ərəb dilində video yayılıb - VİDEO

NUHÇIXAN xəbər verir ki, beynəlxalq aləmdə çox yaxşı tanınan CNN kanalının ərəbd...

Komandir hazırlığı toplantısı keçirilib - VİDEO

12-10-2019-11-49 Xəbərlər

Komandir hazırlığı toplantısı keçirilib - VİDEO

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Hərbi Qarnizonu Qoşunlarının 2019-cu tədris il...

DTX Azərbaycanda terrorçu dəstəni zərərsizləşdirdi - VİDEO

12-10-2019-11-28 Xəbərlər

DTX Azərbaycanda terrorçu dəstəni zərərsizləşdirdi - VİDEO

Azərbaycan Respublikası vətəndaşlarının radikal dini ideyaların təsiri altında t...

Ötən günün mənzərəsi - VİDEO

12-10-2019-11-06 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Növbəti təlimə yekun vurulub

12-10-2019-10-23 Xəbərlər

Növbəti təlimə yekun vurulub

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində...

Yeni əmək fəaliyyətinə başlayanlara sosial sığorta şəhadətnaməsi verilib

12-10-2019-09-21 Xəbərlər

Yeni əmək fəaliyyətinə başlayanlara sosial sığorta şəhadətnaməsi verilib

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fond...

Sərgi-satış başa çatdı

11-10-2019-18-22 Xəbərlər

Sərgi-satış başa çatdı

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanın...

Naxçıvanda sabaha olan hava proqnozu

11-10-2019-17-30 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında oktyabrın 12-nə gözlənilən hava proqnozu açıqlan...

Naxçıvan şəhərində “Gənclər Yaşayış Kompleksi” tikilir

11-10-2019-15-03 Xəbərlər

Naxçıvan şəhərində “Gənclər Yaşayış Kompleksi” tikilir

Naxçıvan şəhərinin 49-cu məhəlləsində Gənclər Yaşayış 7 və 5 mərtəbəli yaşayış b...

Pensiyalar artımlarla birlikdə ödənilib

11-10-2019-14-21 Xəbərlər

Pensiyalar artımlarla birlikdə ödənilib

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən ...

"Araz" futzal klubu "Benfika"ya məğlub olub

11-10-2019-13-32 Xəbərlər

"Araz" futzal klubu "Benfika"ya məğlub olub

"Araz" futzal klubu UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununu ...

“Qədim Türk Yurdu Naxçıvan” kitabı işıq üzü görüb

11-10-2019-12-29 Xəbərlər

“Qədim Türk Yurdu Naxçıvan” kitabı işıq üzü görüb

NUHÇIXAN xəbər verir ki, AMEA Mərkəzi Elmi Kitabxanasının dairəvi zalında Nizami...

Ötən günün mənzərəsi - VİDEO

11-10-2019-11-30 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Qurban Səidin “Əli və Nino” romanının müzakirəsi olub

11-10-2019-09-17 Xəbərlər

Qurban Səidin “Əli və Nino” romanının müzakirəsi olub

NUHÇIXAN xəbər verir ki, Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzində Qurb...

Səhiyyə müəssisələrinə təcili tibbi yardım avtomobilləri verilib

10-10-2019-19-04 Rəsmi

Səhiyyə müəssisələrinə təcili tibbi yardım avtomobilləri verilib

Ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttinin uğurla davam etdirilməsi nət...

“Gələcəyə doğru” layihəsi adı altında tələbələrlə görüş keçirildi

10-10-2019-17-44 Xəbərlər

“Gələcəyə doğru” layihəsi adı altında tələbələrlə görüş keçirildi

NUHÇIXAN xəbər verir ki, Gənclik Mərkəzində Naxçıvan Muxtar Respublikasında fəal...

Naxçıvanın turizm nümayəndələri Tehranda keçirilən konqresdə iştirak ediblər

10-10-2019-17-23 Xəbərlər

Naxçıvanın turizm nümayəndələri Tehranda keçirilən konqresdə iştirak ediblər

NUHÇIXAN xəbər verir ki, oktyabrın 10-da Tehranda “İslam ölkələrinin 4-cü beynəl...

Oyuncaqlar düşündüyümüz qədər məsum deyillər...

10-10-2019-16-46 Xəbərlər

Oyuncaqlar düşündüyümüz qədər məsum deyillər...

Uşaq oyuncaqlarını reklam edən bir sayta baxarkən, satışdan çıxarılan və çıxarıl...

Naxçıvan Bölməsinin biblioqrafik göstəricisi işıq üzü görüb

10-10-2019-16-04 Xəbərlər

Naxçıvan Bölməsinin biblioqrafik göstəricisi işıq üzü görüb

AMEA Naxçıvan Bölməsinin 2018-ci ilin biblioqrafik göstəricisi çap olunub.

Naxçıvanda sabaha olan hava proqnozu

10-10-2019-15-43 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında oktyabrın 11-nə gözlənilən hava proqnozu açıqlan...