Eynəli bəy Sultanov

1927-ci ildə “Dan ulduzu” jurnalında çap olunmuş “El ədəbiyyatı” məqaləsindən:

Nə qədər ki, Azərbaycan türklərinin el ədəbiyyatını toplamaq, qaydaya salmaq və onu yaxşıca öyrənib, ondan istifadə etmək işi mütəxəssislərin əlində deyil, bu iş nə tərəqqi edəcək, nə də ondan bir xeyir görəcəyik.

 Bu işin tərəqqisi, yaxud xeyri ancaq gələcəkdə gözlənir. İndi isə bu iş ədəbiyyatın tarixinə və qanunlarına bələd olmayan şəxslərin əlindədir. El ədəbiyyatını toplamaq və onu öyrənmək – böyük və ağır bir vəzifədir.