Cəlil Məmmədquluzadə

Dəllək         

Sadıq kişinin on yaşında oğlu Mәmmәdvәlinin gözlәri ağrıyırdı. Bir gün uşaq anasına dedi:

“Axı, Kәrbәlayı Qasımın oğlu Әhmәdin dә gözlәri ağrıyırdı. Dünәn Әhmәdnәn arxın kәnarında oynuyurduq. Әhmәd burun qanadan otnan burnunu qanatdı. Elә burnundan bir az qan axan kimi, Әhmәdin gözlәri yaxşı oldu.

“Bala, get sәn dә burnunu qanat!” -- anası Mәmmәdvәliyә dedi.

Mәmmәdvәli getdi, otların içindәn haman tikanlı otu tapdı, sol әli ilә otu soxdu burnunun deşiklәrinә, sağ әli ilә yumruğunu düyüb vurdu sol әlinin altından vә Mәmmәdvәlinin burnundan qan başladı axmağa.

Yarım saat qәdәrincә qan axdı. Mәmmәdvәli barmaqları ilә burnunun deşiklәrini tutdu ki, bәlkә qan kәsilә, amma qan kәsilmәk bilmәdi. Axırı anasını çağırdı. Anası dәxi qanın kәsilmәyinә bir çarә tapmadı. Bu heyndә Sadıq kişi әlindә әt sәbәti bazardan evә әt gәtirdi. Övrәt üzünü tutdu Sadıq kişiyә:

 

“A kişi, gәl gör, Mәmmәdvәlinin burnunun qanına nә çarә eliyirik--kәsilmir; gәl bәlkә sәn bir çarә tapasan.”

 

Sadıq kişi oğlunun yanına yetişib, sağ әlinin barmaqları ilә yapışdı Mәmmәdvәlinin burnunun ucundan vә qoymadı qan axsın. Amma qan burnunun içindә şişib, genә yol tapıb, başladı axmağa.

 

“A kişi, qaç bazara- övrәti başladı uca sәslә Sadıq kişiyә demәyә.- Qaç tez Usta Hüseynin yanına. Onun hәkimlikdә sәriştәsi çoxdu. Tez qaç Usta Hüseynә de. Yoxsa uşağı qan aparar, evin yıxılar. Tez durma qaç vә tez xәbәr gәtir.”

 

Sadıq kişi әllәrinin qanını arxda yuyub, üz qoydu hәyәtdәn çıxmağa. Sadıq kişi o vaxt Usta Hüseynin dükanına yetişdi ki, usta bir müştәrinin başını qırxıb qurtarıb, qanatdığı yerlәrә pambıq düzürdü.

 

Sadıq kişi dükanın qabağında durub salam verdi. Usta Hüseyn kişini görcәk onu müştәri hesab etdi vә qoltuq cibindәn aynanı çıxardıb tutdu Sadıq kişinin qabağına. Sadıq kişi aynanı alıb vә gözlәrini yumub bir salavat zikr etdi vә aynanı әvvәl sağ çiyninin, sonra sol çiyninin qabağına aparıb tutdu üzünün müqabilindә vә gözlәrini açıb sol әli ilә başladı qırmızı saqqalını tumarlamağa vә bir dәfә dә salavat çevirib, aynanı qaytardı Usta Hüseynә vә dedi:

 

“Ay Usta Hüseyn, bizim Mәmmәdvәlinin burnu qanıyıb. Nә әlac edirik qan kәsilmәk bilmir. Arvad mәni yalvara-yalvara sәnin yanına göndәrib, bәlkә sәn bir çarә tapasan.”

 

Usta Hüseyn Sadıq kişidәn aynanı alıb әvvәl ona tәklif etdi ki, girsin dükana vә otursun sәkinin üstündә. Sadıq kişi dükana girib oturandan sonra, Usta Hüseyn onun yavığına yeriyib sağ әlini uzatdı vә Sadıq kişinin börkünü götürüb qovzadı yuxarı. Sadıq kişi altdan-yuxarı baxırdı Usta Hüseynin üzünә. Usta başını bulaya-bulaya dedi:

 

“Ax, ax, vay, vay! Yazığım gәlir gününә, ay Sadıq kişi! Bilmirәm sәnin axırın nә günә qalacaq! Ay kişi, ya adını ermәni qoy, xalq bilsin ki, sәn müsәlman deyilsәn, yoxsa әgәr müsәlman olmaq istәyirsәn, qardaş, bu müsәlmançılıq deyil ki, sәn eliyirsәn. Kişi, utanmırsan başuvun tükünü bu qәdәr uzadıb qırxdırmırsan? Hәlә xәcalәt çәkmәyib deyirsәn ki, Mәmmәdvәlinin burnunun qanı kәsilmir? O allahın qәzәbidir ki, sәni tutub. Yoxsa harda görsәnәn şeydir ki, burnunun qanı kәsilmәyә? Sәnin tәk müsәlmanlar bundan da artıq bәlaya giriftar olacaqlar!”

 

Bu sözlәri deyә-deyә Usta Hüseyn balaca mis qaba soyuq su töküb, Sadıq kişinin başını hәr iki әllәri ilә ovurdu ki, tüklәri yumşalsın. Sadıq kişi dinmәz-söylәmәz oturub başını әymişdi aşağı. Usta Hüseyn әllәrini әtәklәrinә silib götürdü ülgücü vә başladı daşın üstә çәkib itilәmәyә vә sonra bir neçә dәfә dә qayışa çәkib, Sadıq kişinin başını qırxmağa mәşğul oldu vә Sadıq kişiyә belә moizә elәdi:

 

“Sadıq әmi! Müsәlmançılığın şәrtlәri çox ağırdır. Az bir adam bu şәrtlәrin hamısını әmәlә gәtirә bilәr. Mәsәlәn, başı tüklü saxlamaq heç bilirsәn ki, necә böyük günahların biridir? Әvvәla budur ki, başını vaxtından-vaxtına qırxdırmıyanın evindә heç xeyir-bәrәkәt olmaz. İkinci budur ki, insana növbәnöv bәdbәxtliklәr üz verәr. Mәn nәyә deyirsәn and içim ki, oğlunun qanının kәsilmәmәyi mәhz tәnbehdir ki, xudavәndi-alәm bu günahların qabağında sәnә göndәrib. Mәndәn sәnә vәsiyyәt: bir dә belә qәlәtlәri elәmә; yazıqsan, fağırsan. Yoxsa bir özgә cür bәdbәxtlik üz verәr, dәxi sonra peşimanlıq bir yerә çatmaz.”

 

Usta Hüseyn, Sadıq kişinin başını qırxıb qurtardı. Sadıq kişi börkünü qoydu başına, iki qәpik çıxarıb uzatdı Usta Hüseynә vә dedi:

 

“Usta, allah atana rәhmәt elәsin.”

 

Vә usta Hüseyn pulu alıb cavab verdi:

 

“Allah sәnin dә atana rәhmәt elәsin.”

 

Sadıq kişi üz qoydu evinә getmәyә.

 

Hәyәtә girib Sadıq kişi gördü ki, oğlunun qanı çoxdan kәsilib. Mәmmәdvәli bir uzun ağacdan at qayırıb minmişdi, hәyәti o tәrәfә çapırdı, bu tәrәfә çapırdı vә hәrdәn bir at kimi kişnәyirdi.

 

Bölmənin digər xəbərləri

Geriyə İrəli

120 illik yubileyi qeyd olunan İbrahim Səfiyev kimdir?

17-10-2018-20-41 Xəbərlər

120 illik yubileyi qeyd olunan İbrahim Səfiyev kimdir?

NUHÇIXAN Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətinə istinadən...

Ali Məclisin Sədri Sərəncam imzaladı

17-10-2018-20-12 Xəbərlər

Ali Məclisin Sədri Sərəncam imzaladı

Oktyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov ...

Dövlət İmtahan Mərkəzi xarici dil fənni üzrə nümunə audiomateriallar təqdim edib

17-10-2018-19-28 Xəbərlər

Dövlət İmtahan Mərkəzi xarici dil fənni üzrə nümunə audiomateriallar təqdim edib

Dövlət İmtahan Mərkəzi (DİM) gələn il keçiriləcək ümumi (9 illik) və tam (11 ill...

Güzəştli kreditlər təsərrüfatların inkişafını sürətləndirir

17-10-2018-18-59 Xəbərlər

Güzəştli kreditlər təsərrüfatların inkişafını sürətləndirir

Bu gün muxtar respublikada  kənd təsərrüfatı yönümlü  sahələrin inkişafı üçün mü...

Dünya şöhrətli alimin yubileyi Naxçıvanda qeyd olunub

17-10-2018-18-30 Xəbərlər

Dünya şöhrətli alimin yubileyi Naxçıvanda qeyd olunub

NUHÇIXAN xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi...

Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi və müxbir üzvlərinin aylıq rütbə maaşları artırıldı - SƏRƏNCAM

17-10-2018-18-09 Xəbərlər

Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi və müxbir üzvlərinin aylıq rütbə maaşları artırıldı - SƏRƏNCAM

Oktyabrın 17-də Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının hə...

Fransanın rəsmi qurumu hesabatında Naxçıvanın dövlət quruluşu və yerli idarəetməsi ilə bağlı material dərc edib

17-10-2018-16-53 Xəbərlər

Fransanın rəsmi qurumu hesabatında Naxçıvanın dövlət quruluşu və yerli idarəetməsi ilə bağlı material dərc edib

NUHÇIXAN Avropa Şurasının yerli və Regional Hakimiyyətlər Konqresinin internet p...

Yeniyetmə boksçularımız Avropa çempionatını iki qızıl və bir bürünc medalla başa vurublar

17-10-2018-16-26 Xəbərlər

Yeniyetmə boksçularımız Avropa çempionatını iki qızıl və bir bürünc medalla başa vurublar

Rusiyanın Anapa şəhərində keçirilən yeniyetmə boksçular arasında Avropa birincil...

Naxçıvanda 15 aztəminatlı ailəyə köməklik göstərilib

17-10-2018-16-10 Xəbərlər

Naxçıvanda 15 aztəminatlı ailəyə köməklik göstərilib

NUHÇIXAN xəbər verir ki, muxtar respublikanın Şərur, Babək, Ordubad və Sədərək r...

Ali Məclisin Sədri İsrailin səfiri ilə görüşüb - VİDEO

17-10-2018-15-53 Rəsmi

Ali Məclisin Sədri İsrailin səfiri ilə görüşüb - VİDEO

NUHÇIXAN xəbər verir ki, oktyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclis...

“Sasna Tsrer” terror təşkilatının üzvləri Ermənistanda deputatlığa iddialıdırlar

17-10-2018-15-30 Xəbərlər

“Sasna Tsrer” terror təşkilatının üzvləri Ermənistanda deputatlığa iddialıdırlar

Növbədənkənar parlament seçkilərinə hazırlaşan Ermənistan ictimaiyyətində siyasi...

Dram kollektivlərinin müsabiqəsinə start verilib

17-10-2018-15-02 Xəbərlər

Dram kollektivlərinin müsabiqəsinə start verilib

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Uşaq Teatrında “Dram kollektivlərinin i...

“Huawei Mate 20” və “Mate 20 Pro” qabaqcıl smartfonları rəsmən təqdim edilib

17-10-2018-14-45 Xəbərlər

“Huawei Mate 20” və “Mate 20 Pro” qabaqcıl smartfonları rəsmən təqdim edilib

“Huawei” şirkəti Londonda keçirilmiş tədbirdə öz qabaqcıl “Mate 20” və “Mate 20 ...

Naxçıvan Dövlət Universiteti Türkiyənin daha bir təhsil ocağı ilə müqavilə imzalayıb

17-10-2018-14-29 Xəbərlər

Naxçıvan Dövlət Universiteti Türkiyənin daha bir təhsil ocağı ilə müqavilə imzalayıb

Naxçıvan Dövlət Universiteti ilə Türkiyənin Çankırı Karatekin Universiteti arası...

Naxçıvanda sabaha olan hava proqnozu

17-10-2018-14-16 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında oktyabrın 18-nə gözlənilən hava proqnozu açıqlan...

HHM bölmələri “OSA” zenit-raket komplekslərindən döyüş atışları icra ediblər - VİDEO

17-10-2018-14-03 Xəbərlər

HHM bölmələri “OSA” zenit-raket komplekslərindən döyüş atışları icra ediblər - VİDEO

Müdafiə naziri Zakir Həsovun təsdiq etdiyi 2018-ci il üçün döyüş hazırlığı planı...

Əkinə yararsız olan yerlərdə meyvə bağları salınacaq

17-10-2018-13-30 Xəbərlər

Əkinə yararsız olan yerlərdə meyvə bağları salınacaq

NUHÇIXAN xəbər verir ki, “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında m...

Zirinc: turş dadı olsa da, çox faydalıdır

17-10-2018-12-49 Xəbərlər

 Zirinc: turş dadı olsa da, çox faydalıdır

Zirinc qədim zamanlardan bəri tanınan və istifadə edilən bitkidir.

Naxçıvanın informasiya blokadasını uğurla yaran naxcivantv.az

17-10-2018-12-18 Xəbərlər

Naxçıvanın informasiya blokadasını uğurla yaran naxcivantv.az

2016-cı il oktyabrın 17-də, Azərbaycanın dövlət müstəqilliyinin 25-ci ildönümü ə...

“Gənclər” paytaxtının xoşbəxt gəncləri

17-10-2018-12-01 Xəbərlər

“Gənclər” paytaxtının xoşbəxt gəncləri

Gəncliyi ötən əsrin 80-90-cı illərinə təsadüf edənlərin bugünkü gəncliyə həsəd e...

Dövlət Müstəqilliyi Günü ilə bağlı tədbir keçirilib

17-10-2018-11-47 Xəbərlər

Dövlət Müstəqilliyi Günü ilə bağlı tədbir keçirilib

Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bö...

Ötən günün mənzərəsi - VİDEO

17-10-2018-11-34 Xəbərlər

 Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Mənim Naxçıvan dünyam

17-10-2018-11-20 Xəbərlər

Mənim Naxçıvan dünyam

Stolumun üstündə yenicə çapdan çıxmış tanınmış jurnalist Muxtar Məmmədoğlunun “M...

Kaliforniyanın San-Xose şəhərində 18 oktyabr “Azərbaycanın Müstəqillik Günü” elan edilib

17-10-2018-11-04 Xəbərlər

Kaliforniyanın San-Xose şəhərində 18 oktyabr “Azərbaycanın Müstəqillik Günü” elan edilib

ABŞ-ın Kaliforniya ştatının San-Xose şəhəri 2018-ci il 18 oktyabr tarixini “Azər...

“Sən gül ki, dünya gülsün”…

17-10-2018-10-50 Xəbərlər

“Sən gül ki, dünya gülsün”…

NUHÇIXAN xəbər verir ki, Gənclər Mərkəzində sağlamlıq imkanları məhdud uşaqlar ü...

Əlahiddə Ümumqoşun Orduda Müstəqillik Gününə həsr edilən tədbir keçirilib

17-10-2018-10-32 Xəbərlər

Əlahiddə Ümumqoşun Orduda Müstəqillik Gününə həsr edilən tədbir keçirilib

NUHÇIXAN xəbər verir ki, Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzində 18 o...

“Foreign Policy”: Ermənistanda “inqilabdan sonrakı” şadyanalıq başa çatıb

17-10-2018-10-16 Xəbərlər

“Foreign Policy”: Ermənistanda “inqilabdan sonrakı” şadyanalıq başa çatıb

ABŞ-da nəşr olunan “Foreign Policy” jurnalında Ermənistanda korrupsiya və siyasi...

Nar qabıqlarını atmayın

17-10-2018-09-57 Xəbərlər

Nar qabıqlarını atmayın

İnsan sağlamlığına faydaları saymaqla bitməyən nar immun sistemini gücləndirərək...

Neyroşəbəkə zəlzələni proqnozlaşdıracaq

17-10-2018-09-45 Xəbərlər

Neyroşəbəkə zəlzələni proqnozlaşdıracaq

Tokio Universitetinin tədqiqatçıları geomaqnit sahəsində lokal dəyişiklikləri in...

Oktyabrın 17-də xarici valyutaların manata qarşı məzənnələri

17-10-2018-09-29 Xəbərlər

Oktyabrın 17-də xarici valyutaların manata qarşı məzənnələri

Azərbaycan Mərkəzi Bankı 17 oktyabr tarixindən etibarən valyuta məzənnələrini aç...