Firudin bəy Köçərli 

Taybuynuz öküz

Bu günlәrdә qәdim dostlarımdan birisi ilә görüşüb, onun halına çox tәәccüb elәdim. Bizim axırıncı görüşüb ayrılmağımızdan hәlә üç il tamam gәlib keçmәyibdir. Amma bu az vaxtın әrzindә әziz dostum bir o qәdәr dәyişilibdir ki, әgәr әvvәlcә o mәnә salam verib, әhval-pürsan olmasa idi vә sәsini çıxartmasa idi, mәn onu tanıya bilmәyәcәkdim. Rast vә gözәl qamәti әyilib, rәngi soluxub, gözlәrinin işığı gedib, sәsi zәiflәnib, üzünün vә başının tüklәri çallanıb vә tamam cüssәsi balacalanıb, qәrәz, canı-başı salamat, tәndürüst vә müqtәdir bir halda ikәn indi çox hәqir vә mәyus görünürdü. Doğrusu ki, dostumun bu pozğun halda vә pәrişan sifәtdә olmağı mәnә dә artıq tәsir edib, halımı digәrgun vә xarab elәdi. Ağzımı açıb, onun bu gunә pәjmürdә hala düşmәyinin sәbәbini soruşmaq istәyirdim ki, onun özü guya mәnim fikrimi duyub, başladı öz әhvalını vә başına gәlәn qәza vә qәdәri söylәmәyә. Sözlәrindәn mәlum oldu ki, hәqiqәtdә kişinin dәrdi çox imiş vә o biçarәni bu hala salan ağ gün olmayıbdır, qara gün olubdur. Bir xeyli öz әhvalatından söylәyib, axırda ürәkdәn bir ah çәkib dedi: Qәrәz, nә başını ağrıdım, mәnim dәrdim yerә-göyә sığası deyil, mәnim günüm taybuynuz öküzün günündәn bәdtәrdir. Vә hәqiqәt hala mültәfit olsanız, yalqız bir mәn deyilәm; hamı müsәlman qardaşlar taybuynuz öküzün halında yaşayıb zillәt vә üsrәt ilә güzәran keçirmәkdәdirlәr. Vәli biar vә xüsusәn avam olmaqları cәhәtә öz hallarından bixәbәrdirlәr vә qәzalarına razı olub, hәr qisim zülm vә sitәmә sәbr vә tәhәmmül edirlәr. Vә çox bәrkә düşәndә özlәrinә bu gunә tәsәlli verirlәr: Kişinin aqibәti gәrәk xeyir olsun. İnşallah, aqibәt vә әbәdi sәadәt biz müsәlmanlar üçündür. Bu dünyamız yox isә dә, axirәtimiz var. “Mәhәmmәd ümmәti damda qalmaz”. Amma mәsәlәnin ikinci misrasını unudurlar vә ya qәsdәn demirlәr ki, “Damdan çıxınca canı da qalmaz...”

Dostumdan tәvәqqe elәdim mәnә bәyan etsin görüm taybuynuz öküzün halı necәdir ki, onu öz halına vә müsәlmanların halına tәşbih qıldı. O gülümsünüb dedi: Taybuynuz öküzün halı belәdir ki, onun buynuzunun biri yoxdur vә belә olan surәtdә o yazıq necә ki, lazımdır özünü xәta vә bәladan mühafizә edә bilmir. Onun taybuynuz olmağına da sәbәblәr çoxdur: ola bilәr ki, xilqәtdәn elә mәyub yaranmış ola vә yainki cahillikdә keyfi qalxıb öz hәmcinsi ilә oynaşıb buynuzlaşan zamanı hәmcinsi ona güc gәtirib, basıb buynuzunun birini dibindәn qoparıbdır. Vә elә dә ola bilәr ki, әvvәlcә xam vaxtda işә getmәkdә bir az kahıllıq vә tәnbәllik etmiş ola vә sahibi acıqlanıb hirs vә qәzәbinin şiddәtindәn vurub, buynuzunun bir tayını çıxardıbdır vә bundan әlavә yenә dә qeyri sәbәblәr ola bilәr, hamısını sadalamağa ehtiyac yoxdur. Hәr halda әvvәl binadan yazığın günü qara gәlib, Allahın qәzәbinә giriftar olubdur. Hәm öz hәmcinslәrinin vә hәm dә bәni-növi-bәşәrin nәzәrindә hörmәtdәn düşübdür. Biçarә guya özü dә öz fәna halını dәrk edib, taleyinә tabe olmaqdan başqa bir çarә bilmir vә cümlәnin xahişini әmәlә gәtirmәkdә olub, öz arzu vә tәmәnnalarını unudubdur vә o gündәn bәri xoş günlük vә rahatlıq qeydinә duşmür vә müttәsil övqatını zәhmәt vә mәşәqqәtdә keçirib, bir kәsdәn çәkdiyi zәhmәtin әvәzinә razılıq vә xoş sifәt görmür. Bir dәfә sahibi onu xoş dillә dindirib könlünü almır. Әgәrçi öküz dilsiz-ağızsız heyvandır, özü danışmır, amma onun barәsindә danışılan sözlәrin çoxunu anlayır. Mәgәr sәn görmürsәn әkinçi yer әkәn zaman nә gözәl sözlәrlә vә xoş avazla mahnı oxuyub, öküzlәri ilә tәrğib elәyir vә öküzlәr necә hali-dillә özlәrini işә verirlәr. Taybuynuz öküzә heç mahnı oxuyan, xoş dillә onu oxşayan vә xatirini alan olmur vә işә bir az ağır gedәndә yaman sözlәrdәn, töhmәtdәn vә döyülmәkdәn başqa bir şey görüb eşitmir, onun ac vә susuz qalmağı da bir kәsin xәyalına girmir....

Amma işә gәlәndә hamı çarpalardan әvvәl yada düşәn taybuynuz öküz olur. Odunamı getmәk, suyamı getmәk lazımdır, taybuynuz öküz olsun, cüt әkmәkmi lazımdır, yenә taybuynuz öküz gәlsin, dәyirmana dәn aparmaq vә dәyirmandan unu evә gәtirmәk taybuynuz öküzün borcudur, xırmanda taxıl döymәk ancaq taybuynuz öküzün işidir. Bu ağır işә yayın isti günlәrindә ondan savayı hansı heyvan tab gәtirә bilәr? Vә çox vaxt xırman döyәndә yazığın ağzını da bağlayırlar ki, belә rәnc vә zәhmәtlә döydüyü arpa-buğdanın külәşindәn vә әlәfindәn yemәsin. Bunların hamısına yenә bir sayaq tab gәtirmәk olar, bunlar demәk olur ki, dәrdin yarısıdır. Fәqirin işi әlәlxüsus çәtinә düşür köç-düş zamanı. Mәlumdur ki, bir az hava qızdı, tәrәkәmә әhli aranda dayana bilmәz. Gәrәkdir yaylağa qaçsın vә orada soyuq düşәnә kimi gәrәk bağ-bostan solmamış özünü arana yetirib şalaqdan vә kal meyvәdәn yeyib qızdırmaya düşsün. Bu dağdan arana vә arandan dağa köçәn zaman taybuynuz öküz kor әzabı çәkir: harada ağır vә narahat yük varsa sarınır onun belinә vә bundan әlavә bir o qәdәr dә üstәlik qoyulur. Köç vaxtı özün bilirsәn ki, xırda-para şeylәr çox olur vә tәrәkәmә әhlindә dә insaf olmaz, әlinә hәr nә gәlsә ağırlığına, yüngüllüyünә baxmayıb atır dilsiz-ağızsız heyvanın üstә: sac, tәknә, sacayaq, cәhrә, nehrә, yun darağı, toyuq sәbәti, su sәnәyi vә yuz cürә belә şeylәr bağlanır taybuynuz öküzün üstә vә hansı ki, dinmәz vә fәrağәt durub üstünә yük qoyulduqca itaәt boynunu әyib guya zәban halilә duyur: “Ey bimürüvvәtlәr! Çox da mәn sizin cövr vә sitәminizә sәbr edib dinmәyirәm; sizdә dә bir insaf olsa nә olar, ey Allahdan bixәbәr insan!?”

İndi, әzizim, cәhd elә taybuynuz öküzun halına düşmә, yoxsa insan övladından rәhm vә mürüvvәt gözlәmәk olmaz. Әgәr bilmәk istәsәn ki, nә sәbәbә taybuynuz öküzdәn savayı özgә heyvanatın haqqında belә zülm olunmur. Onu da әrz elәyim, özgә heyvanlardan bәzisini, sәbәb nә isә, sahibi әziz tutur. Ağır işә salmır ki, arıqlar, әtdәn vә sifәtdәn düşәr. Bәzisi ağır yük götürmür, bir az yükü ağır olanda şıllaq atıb soncuqlayır, yükünü aşırır vә üstündә olan qab-qacağı töküb sındırır. Bәzisi dә kahıl vә inad olub, işә getmir. Yük altında bir az yol gedib yatır, elә ki, yatdı, daha durmağına ümid yoxdur, nә qәdәr acıqlanırsan, döyürsәn, әsla ona kar elәmәyir. Çox vaxt görürsәn ki, yükünü dә açıb özgә taybuynuz kimi heyvanlara yüklәyirlәr, yenә dә durub getmәk istәmir. Belә heyvanın dәrisini soymaqdan başqa özgә әlac yoxdur. Vә bәzisini dә işә artıq qoşanda tündlәşib buynuz göstәrir, belә ki, axırda yenә zәhmәt taybuynuz öküzün üstә düşür. Nә elәmәk? Әvvәl başdan o binәvanın günü qara gәlibdir. Allah heç bәndәsini taybuynuz öküzün gününә salmasın!

 

1906.

Bənzər məqalələr

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Azərbaycan Müdafiə Nazirliyi açıqlama yayıb

21-05-2018-16-32 Hits:7 Xəbərlər

Azərbaycan Müdafiə Nazirliyi açıqlama yayıb

“Azərbaycanın işğal olunmuş ərazilərində keçirilən Ermənistan silahlı qüvvələrin...

Naxçıvanda sabaha olan hava proqnozu

21-05-2018-16-17 Hits:7 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında may ayının 22-ə olan hava proqnozu açıqlanıb.

Hikmət Babaoğlu: Paşinyan müstəqil siyasətçi deyil, qlobal güc mərkəzlərinin siyasi layihəsidir

21-05-2018-16-03 Hits:6 Xəbərlər

Hikmət Babaoğlu: Paşinyan müstəqil siyasətçi deyil, qlobal güc mərkəzlərinin siyasi layihəsidir

Nikol Paşinyan müstəqil siyasətçi deyil, qlobal güc mərkəzlərinin siyasi layihəs...

Ermənilərin Laçından sonra işğalına ciddi cəhd göstərdiyi Sədərək – 1992-ci ilin 20 may tarixini xatırlayırıq

21-05-2018-15-46 Hits:9 Xəbərlər

Ermənilərin Laçından sonra işğalına ciddi cəhd göstərdiyi Sədərək – 1992-ci ilin 20 may tarixini xatırlayırıq

1992 –ci il may ayında Sədərəkdə gedən ağır, qanlı döyüşlərdən 26 il ötür. Həmin...

Azərbaycan-Serbiya sənədləri imzalanıb

21-05-2018-15-36 Hits:9 Xəbərlər

Azərbaycan-Serbiya sənədləri imzalanıb

Mayın 21-də geniş tərkibdə görüş başa çatandan sonra Azərbaycan Respublikasının ...

Batabat yaylağında geobotaniki monitorinq aparılıb

21-05-2018-15-20 Hits:17 Xəbərlər

Batabat yaylağında geobotaniki monitorinq aparılıb

NUHÇIXAN xəbər verir ki, 2018-ci ilin yaylaq mövsümündə yay-otlaq sahələrindən s...

Yerevanda yarmarka işçiləri aclıq elan ediblər

21-05-2018-15-07 Hits:14 Xəbərlər

Yerevanda yarmarka işçiləri aclıq elan ediblər

Yerevanda “Surmalu” yarmarkasında etiraz aksiyası keçirilib.

Azərbaycan və Serbiya prezidentlərinin geniş tərkibdə görüşü - YENİLƏNİB

21-05-2018-14-55 Hits:11 Xəbərlər

Azərbaycan və Serbiya prezidentlərinin geniş tərkibdə görüşü - YENİLƏNİB

Mayın 21-də təkbətək görüş başa çatandan sonra Azərbaycan Respublikasının Prezid...

Tərcümə Mərkəzinin yeni layihəsi – “Azərbaycan ədəbiyyatı virtual aləmdə”

21-05-2018-14-40 Hits:13 Xəbərlər

Tərcümə Mərkəzinin yeni layihəsi – “Azərbaycan ədəbiyyatı virtual aləmdə”

Azərbaycan Tərcümə Mərkəzi ədəbiyyatımızın dünyada tanıdılması və təbliği istiqa...

“Azerspace-2/Intelsat 38″in orbitə buraxılma vaxtı dəyişdirilib

21-05-2018-12-52 Hits:17 Xəbərlər

“Azerspace-2/Intelsat 38″in orbitə buraxılma vaxtı dəyişdirilib

Azərbaycanın ikinci geostasionar peyki “Azerspace-2/Intelsat 38″in” orbitə bur...

Çempionlar Liqasının final oyunu zamanı təhlükəsizliyi 10 min polis qoruyacaq

21-05-2018-14-17 Hits:14 Xəbərlər

Çempionlar Liqasının final oyunu zamanı təhlükəsizliyi 10 min polis qoruyacaq

Kiyev polisi mayın 26-da “Olimpiya” stadionunda keçiriləcək UEFA Çempionlar Liqa...

Azərbaycan və Serbiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİR

21-05-2018-14-02 Hits:19 Xəbərlər

Azərbaycan və Serbiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİR

Mayın 21-də sənədlərin imzalanması mərasimindən sonra

Azərbaycan və Serbiya prezidentlərinin təkbətək görüşü - YENİLƏNİB

21-05-2018-13-22 Hits:13 Xəbərlər

Azərbaycan və Serbiya prezidentlərinin təkbətək görüşü - YENİLƏNİB

Mayın 21-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezi...

Serbiya Prezidenti Aleksandr Vuçiçin rəsmi qarşılanma mərasimi olub - YENİLƏNİB

21-05-2018-13-05 Hits:17 Xəbərlər

Serbiya Prezidenti Aleksandr Vuçiçin rəsmi qarşılanma mərasimi olub - YENİLƏNİB

Azərbaycan Respublikasında rəsmi səfərdə olan Serbiya Respublikasının Prezidenti...

ATƏT PA-nın vitse-prezidenti: AŞPA-nın Azərbaycan nümayəndə heyətinin rəhbəri ilə bağlı qərarı ziddiyyətlərlə doludur

21-05-2018-12-15 Hits:9 Xəbərlər

ATƏT PA-nın vitse-prezidenti: AŞPA-nın Azərbaycan nümayəndə heyətinin rəhbəri ilə bağlı qərarı ziddiyyətlərlə doludur

AŞPA-nın Azərbaycanın bu təşkilatdakı nümayəndə heyətinin rəhbəri Səməd Seyido...

I və IV qrup üzrə keçirilən qəbul imtahanı ilə bağlı Apelyasiya Komissiyası yaradılıb

21-05-2018-12-01 Hits:13 Xəbərlər

I və IV qrup üzrə keçirilən qəbul imtahanı ilə bağlı Apelyasiya Komissiyası yaradılıb

Mayın 20-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən I və IV ixtisas qrupları ü...

Serbiya Prezidenti Aleksandr Vuçiç Azərbaycana rəsmi səfərə gəlib

21-05-2018-11-37 Hits:25 Xəbərlər

Serbiya Prezidenti Aleksandr Vuçiç Azərbaycana rəsmi səfərə gəlib

Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiç mayın 21-də Azərbaycan Resp...

Ana Vətənimizin Rəşadətli Ordusu!

21-05-2018-11-31 Hits:45 Xəbərlər

Ana Vətənimizin Rəşadətli Ordusu!

“Özgə yerin odu vətənimin tüstüsü qədər qiymətli ola bilməz”. Vətən anlayışı h...

“Boeing” sərnişin təyyarələri qatlanan qanadlardan istifadə edəcək

21-05-2018-10-52 Hits:27 Xəbərlər

“Boeing” sərnişin təyyarələri qatlanan qanadlardan istifadə edəcək

ABŞ Federal Mülki Aviasiya İdarəsi “Boeing777Х” mülki təyyarələrində qatlanan ...

Erməni əsilli deputat Qaro Paylanın istintaqa çağırılması üçün Türkiyə parlamentinə müraciət olunub

21-05-2018-10-38 Hits:18 Xəbərlər

Erməni əsilli deputat Qaro Paylanın istintaqa çağırılması üçün Türkiyə parlamentinə müraciət olunub

Professor Aygün Əttarın şikayəti əsasında Türkiyə Böyük Millət Məclisinin üzvü...

Prezident İlham Əliyev Beynəlxalq Əmək Təşkilatının baş direktorunun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

21-05-2018-10-23 Hits:16 Xəbərlər

Prezident İlham Əliyev Beynəlxalq Əmək Təşkilatının baş direktorunun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

NUHÇIXAN xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ma...

Rusiya Ermənistana “Tor” zenit-raket kompleksi verəcək

21-05-2018-10-12 Hits:20 Xəbərlər

Rusiya Ermənistana “Tor” zenit-raket kompleksi verəcək

Rusiya Ermənistana “Tor” zenit-raket kompleksi verəcək.

Xəzərin hüquqi statusu Astanada müzakirə ediləcək

21-05-2018-09-58 Hits:12 Xəbərlər

Xəzərin hüquqi statusu Astanada müzakirə ediləcək

Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın hazırlanması üzrə Xəzəryan...

Stiv Voznyak: “Texnologiyalara görə biz məxfiliyimizi itirmişik”

21-05-2018-09-45 Hits:11 Xəbərlər

Stiv Voznyak: “Texnologiyalara görə biz məxfiliyimizi itirmişik”

“Apple” şirkətinin həmtəsisçisi, ixtiraçı Stiv Voznyak texnoloji irəliləyişin ...

Mayın 21-də xarici valyutaların manata qarşı məzənnələri

21-05-2018-09-30 Hits:15 Xəbərlər

Mayın 21-də xarici valyutaların manata qarşı məzənnələri

Azərbaycan Mərkəzi Bankı 21 may tarixindən etibarən valyuta məzənnələrini açıq...

Neft bahalaşıb

21-05-2018-09-15 Hits:5 Xəbərlər

Neft bahalaşıb

Dünya birjalarında neft bahalaşıb.

Yaponiyada sərnişin təyyarəsi uçuş zamanı yanıb, xəsarət alanlar var

21-05-2018-08-53 Hits:9 Xəbərlər

Yaponiyada sərnişin təyyarəsi uçuş zamanı yanıb, xəsarət alanlar var

Yaponiyanın “Japan Airlines” hava şirkətinə məxsus “Boeing 767” sərnişin təyyarə...

İtaliya A Seriyası: “İnter” sonuncu turda qələbə qazanaraq Çempionlar Liqasına vəsiqə qazanıb

21-05-2018-08-40 Hits:5 Xəbərlər

İtaliya A Seriyası: “İnter” sonuncu turda qələbə qazanaraq Çempionlar Liqasına vəsiqə qazanıb

Futbol üzrə İtaliya A Seriyasının sonuncu turu çərçivəsində növbəti oyunlar ke...

Müdafiə Nazirliyi: Dövlət sərhədində mühəndis işlərinə dair Yerevanın bəyanatı məsuliyyətsiz və əsassızdır

21-05-2018-08-30 Hits:13 Xəbərlər

Müdafiə Nazirliyi: Dövlət sərhədində mühəndis işlərinə dair Yerevanın bəyanatı məsuliyyətsiz və əsassızdır

“Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsinin Azərbaycan-Ermənistan sərhədin...

“Barselona” “Real Sosyedad”ı minimal hesabla məğlub edib

21-05-2018-08-00 Hits:7 Xəbərlər

“Barselona” “Real Sosyedad”ı minimal hesabla məğlub edib

Futbol üzrə İspaniya çempionatının sonuncu turunun yekun oyununda “Barselona” ...