ZİRVƏ YOLU

Tapdalama yolları,

   Yollarda az iz qalar.

Təzə cığır aç barı,

 El üçün əziz qalar.

   Dərələrə enincə,

     Sal qayada dur uca...

    Danış incə, din incə,

   Su kimi ax - duruca.

Hərə açıb bir cığır,

   Hərə bir ahəngdədir.

      Qızlar coldən gül yığır,

  Hərəsi bir rəngdədir.

   Başqa bir yola uysan,

  Sıldırımdan aşarsan.

  Özün-özünü duysan,

  Sevgi kimi yaşarsan.

     Lazım qəlsə, cəkinmə,

Tikanlıqla yeri sən,

Təzə sözlü olarsan

Öz izinlə yerisən.

  Bir cığır açsın hərə,

  Şaxlıdır şerin qolu.

    İnsanı zirvələrə

      Qaldırır zirvə yolu...