GƏLMİŞƏM

 

  Yenə coşdu urəyimin telləri,

             Əziz dostlar, mən tüğyana gəlmişəm.

            Necə vaxtdır görmür məni bu yerlər,

      Araz üstə mən seyrana gəlmişəm.

          

         Ah, nə deyim, nə söyləyim sizə mən,

         Gözüm dolur, söz deyəndə ürəkdən.

          Bu torpaqda kəsdiyim duz-cörəkdən,

         Quvvət alıb, mən cövlana gəlmişəm.

 

      Vurulduqca bu sevimli yurda mən,

     Rübabımı kökləmişəm burda mən.

Mənə şeir çələngini bəxş edən,

Yaraşıqlı bir məkana gəlmişəm.

 

Ovçu kimi mən dolana-dolana,

 Qalxıb Araz qırağından bu yana.

 Baba yurdum gozəl Nəqşi-cahana,

-Ana yurdum Naxçıvana gəlmişəm.