ATALAR SÖZÜ

Dünyada hər bir kəs üçün sözdən böyük yadigar yoxdur. Zira ki mal, mülk tələf olub gedir, amma söz qalır. Belə ki, keçmiş hükəmanın*, şüəranın** sözləri hələ baqidir. Buna görə türk hü-kəmalarının təcrübəli və işə yarar zərb-məsələlərindən “atalar sözü” namı ilə bir neçəsini məcmuəmizdə yazdıq ki, qarelərimiz oxuyub lazımi yerində onları dəstürül-əməl etsinlər:

         Atı atın yanına bağlasan, xan görüb deyər: birini bağışla mənə.

         Ata malı olan yerdə, özün qazandığın haramdır.

         Adamın ölümü bekarın bayramıdır.

         Ata və arvada etibar etmə, hər ikisini qat tövləyə və qapısını bağla.

          Ac toyuq yuxusunda plov görər.

         Aclıqdan kimsə ölməz, qələt eləyir, çörək vermə.

         Açıq ağız ac qalmaz: küçələrimizin tozuna Allah bərəkət versin.       

         Axşamın işini sabaha qoy, sabahın işini axşama,

         Adam yata-yata alim olur,

         Adama sözü min kərə deyərlər, qanmasa eybi yoxdur.

         Anlayana da qul ol, anlamayana da.

         Olacağa çarə yoxdur, qoy hər nə olacaq, olsun.

         Ölüdən şeytan da əl çəkər, əgər arvadlar əl çəksə.

         Ölmə eşşəyim ölmə; yaz gələr, hürriyyət bitər.

         Uşağın şüurlu su dərsdən qaçar.

         At at ilə boğuşar, hökumətin işi rast gələr.

         Eşşəyə gücü çatmır, müsəlmanı tapdalayır.

         İşləmək adamı puça çıxardar.

         İşsizlik dövlətlilik açarıdır.

         İkiarvadlı ev bərəkətli olar.

         Başladığın işi yarıda qoy.

 

________________

*Filosofların 

**Şairlərin

"Molla Nəsrəddin"