Eynəli bəy Sultanov

Sələmçi Hacıya

 Kimi aldadır və ya aldatmaq istəyirsən: Allahımı, öz müştərinimi və ya öz-özünümü?

  Axı müamilə faizi almağı Allah öz peyğəmbəri vasitəsilə sənə qadağan etmişdir.

 Bəs belə isə nə üçün onun vəsiyyətini pozursan və sənin gizli fikirlərindən onun xəbəri olmadığını zənn edərək fırıldaq işlədirsən?

  Bu bəs deyilmiş kimi, hələ cəmiyyət tərəfindən sənə ehtiram və hörmət göstərilməsini də iddia edirsən!

  Lakin ictimaiyyət sənə üzdə ehtiram və hörmət göstərsə də, ürəyində sənə lənətlər yağdırır.

  Ey zavallı, sən yolunu azarkən hər iki tərəfin – həm Allahın, həm də insanların lənətini qazanırsan...

        Ayıl!