Eynəli bəy Sultanov                                

 “Xalq” müəlliminə

        Sənə, fırıldaqçıya cəsarətlə və açıqca deyirəm: azacıq belə  istedadın olmadığı, sevmədiyin və sevə bilməyəcəyin sənəti bir dəfəlik at!

        Xalq müəllimi yerini tutmaq və alverlə məşğul olmaq, zülmətə büründüyün halda özünü elə göstərmək ki, guya xalqı maarifləndirirsən, cinayətdir. Bəli, cinayətdir!

        Sən bu müqəddəs işə öz cüzi və miskin bilik ehtiyatınla başladığını başa düşürsənmi? Sən o vaxtdan bəri öz inkişafında heç olmasa bir addım belə irəli gedə bilmisənmi?

        Bəs nə üçün xalq maarifi işini ləngitməkdə davam edirsən?

        Bu meydanı tərk edib get, öz sevimli alverinlə məşğul ol, öz yaxın adamlarının hesabına varlan, müqəddəs xalq maarifi işini isə iqtidarı olanların öhdəsinə burax!