Eynəli bəy Sultanov

Publisist dostuma

 Sən əxlaqi, mənəvi və əqli cəhətdən publisist fəaliyyətinə kifayət qədər hazırlaşmısanmı? “Başqalarını öyrətmək üçün bilik lazımdır, güclü qəlb lazımdır!”

  Sən öz xalqının mənəvi həyatını kifayət qədər öyrənmisənmi? Zamanın tələbatından xəbərdarsanmı?

  Publisistin vəzifələri müqəddəsdir, bu vəzifələri namusla yerinə yetirmək isə ikiqat artıq zəruridir!

   Şərəfini tapdalama, qardaş!

   Başqalarını öyrət, özün də öyrənməkdə davam et!

   Xeyirxahlıq ideyalarını cəsarətlə və açıqdan-açığa ifadə et!

   Bu aləmdə güclü qarşısında qorxub titrəmə, sənin arxanda duran həqiqət ondan da güclüdür.

        Qeyri-bərabər mübarizədə məğlub olmaqdan qorxma. Qorxu hissini boğmağı bacarmasan, yaxşısı budur ki, bu nəcib fəaliyyətindən əl çək!

        Yoxsa tərəqqi işinə ziyan yetirmiş olarsan.