Eynəli bəy Sultanov

1909-cu ildə “Zaqafqaziya” qəzetində çap olunmuş “Naxçıvan məktubları”ndan

Bizim şəhər küçələrinin məsələsi yerli həyatın ən agır məsələsidir. Bizim şəhər idarəsi öz varlığının ikinci onilliyinə qədəm qoymasına baxmayaraq, indiyədək onun saldığı küçələrin heç biri başa çatdırılmamışdır.

Bu, mübaliğəsiz faktdır. Bununla belə bizdə bütün küçələrə və hətta döngələrə də “Sahil küçəsi”, “Puşkin küçəsi”, “Mixaylov prospekti”, “Mari prospekti” və sair bu kimi gurultulu adlar verilmişdir. Şəhərin ağaları küçələrə ad verərkən nə kimi mülahizələri rəhbər tutduqları məlum deyildir.