Qədim tarixi abidələr diyarı, mədəniyyət beşiyi və sənətkarlar yurdu Naxçıvan 2018-ci ildə böyük bir missiyanı yerinə yetirəcək. İslam mədəniyyəti incilərini, İslami dəyərləri ürəyində yaşadan qədim diyar öz müqəddəsliyindən hər kəsə pay verəcək.

Artıq “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018” loqotipi də hazırlanaraq ictimaiyyətə təqdim edilib. Milli ruhumuzu, tariximizi, dövlətçiliyimizi və İslami dəyərləri əks etdirən bu loqotip həm də böyük ideoloji məzmun daşıyır. Naxçıvan televiziyasının əməkdaşları loqotipdəki incəlikləri və onun əsas məğzini əks etdirən videoçarx hazırlayıblar.