“Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı 2018” loqotipi Naxçıvan şəhərindəki monitorlarda  və yol kənarlarında nümayiş olunur

Naxcivantv.az xəbər verir ki, “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı 2018” loqotipi şəhərdəki 4 monitorda və  yol kənarlarında  yerləşdirilib.

Həmçinin  hər həftənin cümə  günü  “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı 2018” loqotipi Təbriz mehmanxanasının üzərində  nümayiş etdirilir.

“Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı 2018” loqotipində Haçadağın təsviri onu ifadə edir ki, Naxçıvan qədim tarixə malikdir və həmçinin bu diyarın övladları dağ kimi vüqarlı, əyilməzdirlər. Dağın içərisində alovun təsviri həyat əlamətini göstərməklə bərabər, həm də Azərbaycanın “Odlar yurdu” olduğunu ifadə edir. Alovun içərisində yazılan “Allah” sözü İslamın rəmzi, Naxçıvanın müqəddəs torpaq olduğunun göstəricisidir. Bayrağımızın rənginə boyanmış aypara və  ulduzun təsviri dövlətçiliyimizin ifadəsidir.

Qeyd edək ki, fevralın 28-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı 2018” loqotipinin seçilməsi ilə bağlı keçirilən tədbirdə  tapşırılıb ki, Naxçıvan Şəhər İcra Hakimiyyəti günün müəyyən saatlarında “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı 2018” loqotipinin şəhərdəki monitorlarda və şəhərin müəyyən yerlərində yerləşdirilməsini təmin etsin.

Kənan Cəlilov

NTVxəbər