Naxcivantv.az xəbər verir ki, “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı 2018” loqotipinin  müəllifi Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin üzvü Tapdıq Həmzəyevdir.

Onun hazırladığı loqotipdə Naxçıvanın həm türk, həm də islam mədəniyyətinin daşıyıcısı olması, qədim və müasir tarixi rəmzləri öz əksini tapıb.

Qeyd edək ki,  Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin "İslam Mədəniyyətinin Paytaxtı Naxçıvan - 2018" loqotipinin hazırlanması haqqında " 2017-ci il 23 yanvar tarixli Sərəncamına əsasən Naxçıvan Muxtar Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi tərəfindən loqotipin hazırlanması üçün yaradıcılıq müsabiqəsi elan edilmişdi. Müsabiqəyə  40-a yaxın iştirakçı tərəfindən 70-dən çox loqotip nümunəsi təqdim olunmuşdu.