Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Voleybol üzrə Naxçıvan komandası Azərbaycan çempionatında mübarizə aparacaq

Naxcivantv.az xəbər verir ki, daha bir sevindirici məqam isə yarışlara ev sahibliyi edən məkanlar arasında Naxçıvan şəhərinin də olmasıdır. 

2016-2017 ci il Voleybol üzrə Azərbaycan çempionatı “Yüksək Liqa” yarışlarının birinci dövrəsi muxtar respublikada keçiriləcək. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ilə Voleybol Federasiyası tərəfindən təşkil olunacaq yarış Naxçıvanın idman həyatında əlamətdar hadisədir. Formata gəldikdə isə,  “Yüksək Liqa”da 6 komandanın iştirakı nəzərdə tutulur. Meydan sahibi “Naxçıvan”la yanaşı “Nəqliyyatçı”, “Lokomotiv”, “Sumqayıt”, “Neftçi” və “MOİK” dairəvi sistem üzrə 3 dövrəlik mübarizədə çempion olmağa çalışacaq.

   Qeyd edək ki, birinci dövrəyə noyabrın 3-də start veriləcək və 4 gün davam edəcək. Görüşlər İlham Əliyev adına Naxçıvan Olimpiya İdman Kompleksində keçiriləcək. 

Emil Səmədov

NTV xəbər

www.naxcivantv.az