Əminliklə söyləyə bilərik ki, bu gün Azərbaycan inkişaf və tərəqqi dövrünü yaşayır, böyük uğurlara imza atır.

Həyata keçirilən kompleks islahatlar, geniş quruculuq işləri və yaradılan güclü iqtisadiyyat ölkəmizin əsas göstəriciləridir. Bu barədə regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda ölkə Prezidenti cənab İlham Əliyev bəhs edərək demişdir: “Ölkəmiz bütün sahələrdə böyük uğurlara imza atmışdır. Bütün beynəlxalq mötəbər qurumların reytinqlərində Azərbaycan qabaqcıl yerlərdədir. Bu gün inkişaf parametrlərinə və vətəndaş həmrəyliyinə görə Azərbaycan dünyada nümunəvi ölkələrdən biridir”.

Qeyd etməliyik ki, bu möhtəşəm uğurların arxasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin düşünülmüş siyasəti, gərgin və yorulmaz fəaliyyəti, xalq-iqtidar birliyi dayanır. Regionların sosialiqtisadi inkişafı ilə bağlı mərhələli proqramların qəbul və icra olunması hər bir bölgənin tarazlı inkişafını təmin edib. Bölgələrin inkişafında Naxçıvan Muxtar Respublikası bütün parametrlər üzrə diqqəti cəlb edir. Naxçıvan diyarı ölkəmiz üçün həmişə strateji əhəmiyyətli bir bölgə olub. Ümummilli lider Heydər Əliyevin düşünülmüş və uzaqgörən siyasətində də bu amil həmişə üstün yer tutub. Bəlkə də bu mənada müdrik insan, unudulmaz dahi rəhbər, siyasi fəaliyyətinin ayrı-ayrı dövrlərində bu diyarın möhkəmlənməsinə və inkişafına xüsusi diqqət və qayğı göstərib.

Bununla belə, ötən əsrin 80-ci illərinin ikinci yarısından başlanan siyasi hadisələr Azərbaycanın, eləcə də Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatına və sosialmədəni həyatına ağır zərbələr vurdu. Azərbaycan SSR-in sosial-iqtisadi həyatında baş verən geriləmələr Naxçıvanda da özünü göstərdi. 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində muxtar respublikanın iqtisadiyyatı böhran vəziyyətinə düşdü. Muxtar respublikanın əsas sahələrinin inkişaf sürəti kəskin surətdə azaldı. 1989- 1991-ci illərdə sənaye istehsalı 26,6 faiz, kənd təsərrüfatında məcmu məhsul 25,5 faiz, heyvandarlıqda isə 34 faiz azalmışdı. Nəticədə istehsal olunan milli gəlirin həcmi təqribən beş dəfə aşağı düşmüşdü. Muxtar respublikada ümumi məhsulun həcmi 1990-cı ildə 1985-ci illə müqayisədə 92,6 faiz olmuşdu. Muxtar respublikanın Ermənistan tərəfdən nəqliyyat və iqtisadi blokadaya alınması Naxçıvan iqtisadiyyatına ağır zərbə vurdu. Azərbaycan dəmir yolunun Qarçevan-Mehri hissəsinin işləməməsi, avtomobil yollarının bağlanması, Bakı və Azərbaycan rayonları, eləcə də ittifaq respublikaları ilə əlaqələrin kəsilməsinə, idarə, müəssisə, tikinti təşkilatlarının fəaliyyətinin dayanmasına səbəb olmuşdu. 1989-cu ilin birinci yarısında tək istehsal müəssisələri 1,1 milyon rubl az məhsul istehsal etmiş, tikinti təşkilatları 1,5 milyon rubl dəyərində məhsul ala bilməmişdi.

Dəmir yolu nəqliyyatında vəziyyətin gərginləşməsi Naxçıvan MSSR-in iqtisadiyyatına ağır zərbə vurmaqla yanaşı, əhalinin mənəvipsixoloji vəziyyətinə də təsir edir, onsuz da ağır olan ictimai-siyasi vəziyyətin daha da ağırlaşmasına səbəb olurdu.

Xalqımızın yenilməz oğlu, ulu öndər Heydər Əliyev 1990-cı il iyulun 22-də Naxçıvana gəlməsi ilə xalqın yaşamaq və Naxçıvanı xilas etmək ümidlərini artırdı. Naxçıvanlılar ümummilli lider Heydər Əliyevin gəlişini çox böyük sevinc və coşqu ilə qarşıladılar. Qüdrətli dövlət xadimi Heydər Əliyev Naxçıvana qayıdışı ilə muxtar respublikanı və bütün Azərbaycanı real təhlükədən xilas etdi. Dünya şöhrətli siyasətçinin Naxçıvanda olması və yaşaması Naxçıvan Muxtar Respublikasını Dağlıq Qarabağın aqibətinə düşməsinə imkan vermədi. Heydər Əliyev müdrikliyi, xalqa inamı, Heydər Əliyev – xalq birliyi Naxçıvanı xilas etdi. Azərbaycanın, o cümlədən onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan MSSR-in ərazi bütövlüyünün pozulması, ermənilərin muxtar respublika ərazisinə silahlı hücum etməsi, ölkə rəhbərlərinin tədbir görməməsi və Qarabağ münaqişəsinin həll olunmaması Naxçıvanda xalq hərəkatının artmasına səbəb oldu. Ümummilli lider Heydər Əliyevin qeyd etdiyi kimi, o illərdə, xüsusən 1990-1991-ci illərdə Naxçıvanda xalq hərəkatı çox güclü idi. Müstəqillik yolunda mübarizə aparan adamlar Naxçıvan əhalisinin, demək olar ki, əksəriyyətini təşkil edirdi. “Naxçıvanın müstəqillik, milli-azadlıq əhval-ruhiyyəsi bütün Azərbaycana təsir edirdi. Məhz bunların nəticəsində Naxçıvan çox ciddi addımlar atır və nəhayət, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin əldə edilməsində öz xidmətlərini göstərirdi”. Bu illərdə Heydər Əliyevin Naxçıvanda xalqın mübarizəsini azadlığa, müstəqillik qazanılmasına, dövlətçilik ənənələrinin bərpa və inkişaf etdirilməsinə yönəldilən fəaliyyəti olduqca mühüm rol oynamışdı.

Heydər Əliyevin tam yekdilliklə Azərbaycan SSR və Naxçıvan MSSR ali qanunverici orqanlarına üzv seçilməsi ilə müstəqillik tariximizə doğru daha bir uğurlu addım atıldı. Naxçıvan MSSR Ali Sovetinin ilk sessiyasına ulu öndərin sədrlik etməsi bir sıra tarixi qərarların qəbul edilməsi ilə nəticələndi. Ali Sovetin 1990-cı il noyabrın 17-21-dəki sessiyasının qəbul etdiyi siyasi əhəmiyyətli qərarlar müstəqillik tariximizə qızıl hərflərlə yazıldı. Naxçıvan MSSR Ali Sovetinin birinci sessiyası “Naxçıvan MSSR-in adının dəyişdirilməsi haqqında”, “Naxçıvan MR Ali Dövlət hakimiyyəti orqanı haqqında”, “Naxçıvan Muxtar Respublikasının dövlət rəmzləri haqqında”, “1990-cı ilin yanvar ayında Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında” və başqa məsələlərlə bağlı tarixi qərarlar qəbul etdi. Sessiyada Naxçıvan MSSR adından “Sovet”, “Sosialist” sözlərinin çıxarılması, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli dövlət bayrağının bərpa edilməsi, onun Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edilməsi ilə demokratik dəyişikliklər həyata keçirildi. Sovetlər Birliyinin yaşadığı bir dövrdə muxtar respublika Ali Sovetinin sessiyasında belə qərarların qəbul edilməsi böyük cəsarət və uzaqgörənlik tələb edirdi. Naxçıvan MR Ali Məclisinin 1991-ci il 14 yanvar, 7 mart, 14 mart, 26 avqust tarixli sessiyalarında da cəsarətli və tarixi əhəmiyyətli qərarlar qəbul edildi.

Ulu öndər Heydər Əliyevin 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçilməsi Azərbaycan xalqının taleyində böyük siyasi əhəmiyyətə malik olan tarixi hadisə idi.

Böyük dövlət xadimi Heydər Əliyev Ali Məclisin sədri olduqdan sonra Naxçıvan MR Azərbaycanın ictimai-siyasi həyatında mühüm və əhəmiyyətli rol oynamağa başladı. Muxtar respublikada həyata keçirilən tədbirlər, demokratik dəyişikliklər, milli dövlətçiliklə bağlı qəbul edilən qərarlar Azərbaycanın müstəqilliyini möhkəmləndirmək yolunda məqsədyönlü fəaliyyət sahələri idi.

Heydər Əliyevin bütün fəaliyyəti muxtar respublikanın düşdüyü ağır vəziyyətdən çıxarılmasına, sərhəd kəndlərinin və muxtar respublikanın təhlükəsizliyinin təmin edilməsinə, əhalinin ərzaqla təmin edilməsinə, sosial vəziyyətinin yaxşılaşdırılmasına, iqtisadi islahatların həyata keçirilməsinə, Naxçıvandan rus qoşunlarının çıxarılması və Milli Ordunun formalaşdırılmasına, Naxçıvanın blokadadan çıxarılmasına və beynəlxalq əlaqələrin yaradılmasına, qanunsuz silahlı dəstələrin ləğv edilməsinə, Naxçıvanın muxtariyyət statusunun ləğvinə çalışan qüvvələrin fəaliyyətlərinin qarşısının alınmasına və digər vacib məsələlərin həll mənafelər naminə səfərbər və istifadə edilməsi kimi mühüm tarixi mərhələ başlandı. Azərbaycan Respublikası öz yoluna–dövlətçiliyin təkamülünün, sosial-iqtisadi inkişafın, elmi-mədəni tərəqqinin Heydər Əliyev yoluna qədəm qoydu.

1995-ci ilin son ayında Vasif Talıbovun Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçilməsi ilə Naxçıvanda yeni siyasi şərait yarandı, gələcək uğurlu inkişafın əsası qoyuldu və qısa zamanda bu, öz nəticələrini verməyə başladı. Çünki, Vasif Talıbov Naxçıvan Muxtar Respublikasının problemlərini aydın görür və onun həlli yollarını bilirdi. Qısa müddət ərzində muxtar respublikanın həyatının bütün sahələrində əsl canlanma müşahidə olunmağa başlandı. Quruculuq və abadlıq işləri geniş vüsət aldı. Həm paytaxtın, həm də bütövlükdə, muxtar respublikanın bütün yaşayış məntəqələrinin yeni inkişaf konsepsiyasına uyğun qurulmasının zəruri əsasları təsis edildi.

Müstəqillik illəri, xüsusilə 1995-2017-ci illər sosial-iqtisadi inkişaf baxımından Naxçıvan Muxtar Respublikasının tarixində mühüm mərhələ təşkil edir.

Blokadada olmasına baxmayaraq, muxtar respublikanın daxili imkanlarından və ehtiyat mənbələrindən səmərəli istifadə olunmuş, 1995-ci ildən başlanan sabitləşmə, dönüş və inkişaf konsepsiyası iqtisadi və sosial müstəvidə yüksələn xətlə davam etdirilmiş, iqtisadiyyatda müsbət meyillər daha da möhkəmləndirilmişdir.

Muxtar respublikada inkişafın təmin olunmasında regionların sosialiqtisadi inkişafı ilə bağlı qəbul edilmiş dövlət proqramlarının uğurlu icrası mühüm əhəmiyyət kəsb edir. Dövlət proqramları sahibkarlıq fəaliyyətinin genişlənməsində, yeni müəssisələrin və iş yerlərinin yaradılmasında, irimiqyaslı infrastruktur layihələrin həyata keçirilməsində, əhalinin rifah halının daha da yaxşılaşdırılmasında sənaye məhsullarının artan istehsalının təşkilindən, sənayenin dayanıqlı və davamlı inkişafını təmin etməkdən ibarət olmuşdur.

Sənayenin əsas inkişaf istiqamətlərini dövlət mülkiyyətində olan sənaye müəssisələrinin fəaliyyətinin bərpa edilməsi, rəqabətədavamlı və ixracyönümlü istehsal sahələrinin yaradılması, səmərəli kredit mexanizminin qurulması, muxtar respublika əhalisinin tələbatının yerli istehsal hesabına ödənilməsi təşkil etmişdir.

Muxtar respublika sənayesinin əsas hissəsini təşkil edən emal sənayesində çörəkbişirmə, şəkər, mineral su, spirtli içkilər, siqaret, pivə, plastik qapı və pəncərə, plastik su boruları, hörgü və döşəmə üçün kərpic, üzlük daş, sement, gips, gips lövhələr, əhəng, məsaməli beton, karbon qazı, metaləritmə və onlarca digər istehsal sahələri yaradılmışdır.

Mövcud resurslardan səmərəli istifadə etməklə hədəflərə yönələn məqsədli dövlət proqramlarının uğurlu icrası yüksək texnologiyalar əsasında mebel, maşınqayırma, metallurgiya, kimya, mədənçıxarma, yüngül və yeyinti sənayesi, kənd təsərrüfatlı təyinatlı 858 istehsal və xidmət sahəsinin yaradılmasına şərait yaratmışdır.

Muxtar respublikada 90-cı illərin ortalarında 56, sonunda 163, 2000- 2005-ci illər ərzində 229 sənaye müəssisəsi fəaliyyət göstərmişdir. 2005-ci ildə sənaye məhsulunun həcmi 41,2 milyon manat olmuşdur. 2006-cı ildə 44 istehsal müəssisəsi fəaliyyətə başlamışdır. 2007-ci ildə 32, 2008-ci ildə isə 37 sənaye müəssisəsi məhsul istehsal etməyə başlamışdı. Nəticədə 164,5 milyon manatlıq sənaye məhsulu istehsal olunmuşdu. Əgər 1996-cı ilin əvvəlində muxtar respublikada 56 sənaye müəssisəsi mövcud idisə, 2010-cu ildə bu müəssisələrin sayı 423-ə çatmışdı. Burada çalışan işçilərin sayı 12855 nəfər olmuşdur. 2010-cu ildə muxtar respublikada ilk dəfə olaraq minik avtomobillərinin istehsalını həyata keçirən “Naxçıvan Avtomobil Zavodu” MMC fəaliyyətə başlamışdır. İllik istehsal gücü 5000 ədəd avtomobil olan zavodda 12 MR Ali Məclisi sədrinin 2013-cü il 6 iyun tarixli fərmanı ilə “Sənaye parkları haqqında Əsasnamə” təsdiq olunmuşdur.

Müasir texnologiyalara əsaslanan yeni sənaye müəssisələrinin işə salınması daxili tələbatı yüksək keyfiyyətli məhsullarla təchiz etməklə yanaşı, onların ixrac potensialını da artırmış- dır. Bu istiqamətdə görülən işlərin nəticəsidir ki, 2015-ci ildə 316797 min ABŞ dollarından artıq həcmdə sənaye məhsulu ixrac olunmuşdur.

2014-cü ildə ölkəmizdə “Sənaye ili” elan edilmişdir. Bundan sonra “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-ci illər üçün Dövlət Proqramı” qəbul olunmuş, sənayenin modernləşdirilməsi və strukturunun təkmilləşdirilməsi, yüksək əlavə dəyər yaradan qabiliyyətli, elmtutumlu və innovativ istehsalın genişləndirilməsi yeni istehsal sahələri ilə bağlı ixtisaslı kadrların hazırlanması üçün tədbirlər görülmüşdür. “Sənaye ili” çərçivəsində 200-dək, o cümlədən 40-dan çox orta və iri müəssisə açılmışdır.

Naxçıvan Muxtar Respublikasında sənayeləşmənin həyata keçirilməsi ilə əlaqədar sənaye müəssisələrinin yaradılmasına və inkişafına xüsusi fikir verilmişdir. Yaradılan sənaye müəssisələri daxili bazar üçün məhsul istehsal etməklə yanaşı, ixracyönümlü məhsulların istehsalını da gücləndirmişdir.

Xüsusilə son illərdə qurulan “Gəmiqaya” Şirkətlər Qrupuna aid müəssisələr, Naxçıvan avtomobil zavodu, “Badamlı” mineral sular zavodu, “Cahan Holdinq” Kommersiya Şirkətlər İttifaqının müəssisələri, Kərpic zavodu, Mebel fabriki, “Dizayn” MMC-nin müəssisələri, “Şərab-2 Yeddilər Aqrar Sənaye Kompleksi” MMC, “Sirab” mineral sular zavodu, Metallurgiya zavodu, Sement zavodu ən yüksək standartlar səviyyəsində məhsul istehsal edirlər.

Azərbaycan Respublikasında yaranmış sabitlik, iqtisadi sahədə əldə olunmuş nailiyyətlər muxtar respublikada 1995-ci ildən başlayaraq tikintiquraşdırma və abadlıq sahəsində də əsaslı işlər görməyə şərait yaratmışdır.

Muxtar respublikanın uzunmüddətli dövrdə dayanıqlı və tarazlı inkişafının təmin edilməsində investisiyaların cəlbi xüsusi rol tikilmiş, 258 inzibati bina, mənzil təsərrüfatı üzrə 637 obyekt, 114 nasos stansiyası, 111 subartezian quyusu, 62 körpü, 158 elm və təhsil müəssisəsi, 163 mədəniyyət müəssisəsi, 56 səhiyyə müəssisəsi, 14 idman obyekti, əlil, məcburi köçkün və şəhid ailələri üçün 21 fərdi ev və digər obyektlər yenidən qurulmuşdur.

Muxtar respublikada yaşayış məntəqələrinin abadlaşdırılması, həmin yaşayış yerlərində səmərəli idarəetmənin və əhaliyə göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi istiqamətində ötən dövr ərzində 4 qəsəbə və 125 kənd mərkəzi istifadəyə verilmişdir.

Naxçıvan Muxtar Respublikasında tikinti-quruculuq və abadlıq işləri ildən-ilə genişlənir. Yüksək zövqlə, peşəkarlıqla, Şərq və Qərb memarlıq elementlərindən ustalıqla və yerliyerində istifadə etməklə tikilən binalar, təmir olunan və yenidən qurulan inzibati və sosial obyektlər, salınan gülkarlıqlar, yaradılan səliqə-sahman böyük quruculuq və abadlıq işlərinin yüksək səviyyədə görüldüyünü təsdiq edir. Bütün bu işlərə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov diqqət və həssaslıqla yanaşır, hər bir tikinti, quruculuq və abadlıq işlərinin ən yüksək səviyyədə, keyfiyyətlə aparılmasına nəzarət və rəhbərlik edir.

Ümummilli lider Heydər Əliyev 1999-cu ildə Naxçıvana səfər edərkən burada görülən işlərdən, həyata keçirilən tədbirlərdən razı qaldığını bildirmiş, bu işlərin aparılmasında təşkilati və rəhbər rolu oynayan Vasif Talıbovun işini xüsusi vurğulayaraq demişdir: “Mən məmnuniyyətlə demək istərdim ki, son dörd il içərisində (1995-1999-cu illər) Naxçıvanda işlər lazımi səviyyədə gedir. Vasif Talıbovu bu vəzifəyə seçəndə mən onun çox xüsusiyyətlərini bilirdim. Amma o, çox gənc idi. Daxilən bir az fikirləşdim ki, gəncliyinə görə bəlkə də ağır, çətin olar. Ancaq bu dörd il müddətində o, sübut etdi ki, Vətəninə, millətinə, xalqına sədaqətli olan adam yaşından asılı olmayaraq, böyük işlər də görə bilər...”

Naxçıvan Muxtar Respublikasının 80 illik yubileyində ölkə Prezidenti cənab İlham Əliyev çıxışında Azərbaycanın qədim diyarı olan Naxçıvanın sürətlə inkişaf etməsini və inamla irəliləməsini fərəh hissi ilə qeyd etdi: “Mən çox sevinirəm ki, Naxçıvanda gözəl quruculuq və abadlıq işləri aparılır. Blokada şəraitində yaşayan, Azərbaycanın əsas hissəsindən ayrı düşmüş Naxçıvan yaşayır, güclənir və irəliyə doğru inamla addımlayır. Fürsətdən istifadə edərək mən Naxçıvan rəhbərliyinə və şəxsən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbova görülən bütün işlərə görə öz dərin minnətdarılğımı bildirirəm”.

 

İsmayıl HACIYEV, AMEA Naxçıvan Bölməsinin sədri, akademik

"Xalq Qəzeti"

13.03.2018

(ardı var)

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Naxçıvan şəhərində konsert təşkil olunub

20-08-2018-16-08 Xəbərlər

Naxçıvan şəhərində konsert təşkil olunub

NUHÇIXAN xəbər verir ki, “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018” devizi ...

“Apple” şirkəti Çinin “App Store” mağazasından minlərlə əlavəni çıxarıb

20-08-2018-15-44 Xəbərlər

“Apple” şirkəti Çinin “App Store” mağazasından minlərlə əlavəni çıxarıb

“Apple Inc” şirkəti “App Store” mağazasının Çin versiyasından ölkədə qeyri-qanun...

Şəhriyar Məmmədyarov Fabiano Karuana ilə qarşılaşacaq

20-08-2018-15-27 Xəbərlər

Şəhriyar Məmmədyarov Fabiano Karuana ilə qarşılaşacaq

Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov ABŞ-ın Sent-Luis şəhərində keçiril...

Nevroloqlar bir sıra xəstəliklərin müalicəsində soyuqdan istifadə ediblər

20-08-2018-15-14 Xəbərlər

Nevroloqlar bir sıra xəstəliklərin müalicəsində soyuqdan istifadə ediblər

Rusiyanın Skolkovo İnnovasiya Mərkəzinin alimləri yeni icad-unikal soyuducu dəbi...

Naxçıvanlı idmançıdan beynəlxalq turnirdə uğurlu nəticə

20-08-2018-15-01 Xəbərlər

Naxçıvanlı idmançıdan beynəlxalq turnirdə uğurlu nəticə

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən N...

“Türkiyə ədəbiyyatı antologiyası” Azərbaycan dilində…

20-08-2018-14-46 Xəbərlər

 “Türkiyə ədəbiyyatı antologiyası” Azərbaycan dilində…

Azərbaycan Tərcümə Mərkəzinin yeni nəşri – “Türkiyə ədəbiyyatı antologiyası” (po...

Naxçıvanda sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası diqqət mərkəzində saxlanılır

20-08-2018-14-31 Xəbərlər

Naxçıvanda sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası diqqət mərkəzində saxlanılır

“2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud...

Dövlət Sərhəd Xidmətinin silahlı birləşmələrinin birgə taktiki döyüş təlimi başa çatıb

20-08-2018-14-15 Xəbərlər

Dövlət Sərhəd Xidmətinin silahlı birləşmələrinin birgə taktiki döyüş təlimi başa çatıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2013-cü il 11 sentyabr ta...

Boksçularımız Serbiyada keçirilən beynəlxalq turnirdə 1 qızıl və 2 bürünc medal qazanıblar

20-08-2018-14-01 Xəbərlər

Boksçularımız Serbiyada keçirilən beynəlxalq turnirdə 1 qızıl və 2 bürünc medal qazanıblar

Serbiyanın Vrbas şəhərində yeniyetmə boksçular arasında keçirilən beynəlxalq tur...

Naxçıvanda sabaha olan hava proqnozu

20-08-2018-13-30 Xəbərlər

 Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında avqustun 21-nə gözlənilən hava proqnozu açıqla...

Yeni qurğu dünyanın istənilən yerindən internetə qoşulmağa imkan verəcək

20-08-2018-12-57 Xəbərlər

Yeni qurğu dünyanın istənilən yerindən internetə qoşulmağa imkan verəcək

“Alcatel” şirkəti dünyanın istənilən yerindən internetə sürətli qoşulma üçün “HH...

Səfir: Konvensiya Xəzəryanı ölkələr arasında mehriban qonşuluq əlaqələrini daha da möhkəmləndirəcək

20-08-2018-12-44 Xəbərlər

Səfir: Konvensiya Xəzəryanı ölkələr arasında mehriban qonşuluq əlaqələrini daha da möhkəmləndirəcək

Xəzərin hüquqi statusu haqqında Konvensiyanın imzalanması mühüm tarixi hadisədir...

İnternetə çıxışı olmayan telefonların satış həcmi yüksəlib

20-08-2018-12-30 Xəbərlər

İnternetə çıxışı olmayan telefonların satış həcmi yüksəlib

Dünyada ilk dəfə internetə çıxışı olmayan telefonların satış həcmi yüksəlib.

Azərbaycan muğamının “Xan”ı

20-08-2018-12-16 Xəbərlər

Azərbaycan muğamının “Xan”ı

Xan Şuşinskinin anadan olmasından 117 il ötür

Keramika üçün ilk dördölçülü çap texnologiyası hazırlanıb

20-08-2018-11-58 Xəbərlər

Keramika üçün ilk dördölçülü çap texnologiyası hazırlanıb

Honq-Konq Universitetinin tədqiqatçılar qrupu çapdan sonra mürəkkəb formalar ala...

Prezident İlham Əliyev Хüsusi Dövlət Mühafizə Хidmətinin hərbi qulluqçularını təltif etdi - SƏRƏNCAM

20-08-2018-11-42 Xəbərlər

Prezident İlham Əliyev Хüsusi Dövlət Mühafizə Хidmətinin hərbi qulluqçularını təltif etdi - SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan Respublikası Хüsusi Dövlət Mühafizə Хidmətinin...

Ərəfatda güclü yağış yağıb

20-08-2018-11-26 Xəbərlər

Ərəfatda güclü yağış yağıb

Həcc ziyarəti edən 2 milyon zəvvar Ərəfat dağında leysanla üzləşib.

Babək Xürrəmi haqqında animasiya çarxı hazırlanıb - VİDEO

20-08-2018-11-03 Xəbərlər

 Babək Xürrəmi haqqında animasiya çarxı hazırlanıb - VİDEO

Azərbaycanın qəhrəmanlıq tarixində özünəməxsus yeri olan Babək Xürrəmiyə həsr ed...

Cəfəri çayının faydaları

20-08-2018-10-45 Xəbərlər

Cəfəri çayının faydaları

Bədəndə şişkinlik müxtəlif səbəblərə görə meydana çıxa bilər.

1 dollarlıq süni intellekt prosessoru təqdim edilib

20-08-2018-10-32 Xəbərlər

1 dollarlıq süni intellekt prosessoru təqdim edilib

Tayvan tədqiqatçılar qrupu mikrosxemlər hazırlayan şirkətin mütəxəssisləri ilə ə...

Neftin qiyməti ucuzlaşır

20-08-2018-10-19 Xəbərlər

Neftin qiyməti ucuzlaşır

Dünya birjalarında neftin qiyməti ucuzlaşıb.

105 yaşlı amerikalı hərbçi diplomunu 83 ildən sonra alıb

20-08-2018-10-02 Xəbərlər

105 yaşlı amerikalı hərbçi diplomunu 83 ildən sonra alıb

ABŞ-da təqaüdə çıxmış 105 yaşlı keçmiş hərbçi Bill Voqt 1935-ci ildə ala bilmədi...

Ali məktəblərin boş qalan yerlərinə və kolleclərə ixtisas seçimi bu gün başa çatır

20-08-2018-09-48 Xəbərlər

Ali məktəblərin boş qalan yerlərinə və kolleclərə ixtisas seçimi bu gün başa çatır

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam orta (11 illik) təhsi...

Avqustun 20-də xarici valyutaların manata qarşı məzənnələri

20-08-2018-09-38 Xəbərlər

Avqustun 20-də xarici valyutaların manata qarşı məzənnələri

Azərbaycan Mərkəzi Bankı 20 avqust tarixindən etibarən valyuta məzənnələrini açı...

Türkiyə Superliqası: Son çempion “Qalatasaray”dan ardıcıl ikinci qələbə

20-08-2018-09-25 Xəbərlər

Türkiyə Superliqası: Son çempion “Qalatasaray”dan ardıcıl ikinci qələbə

Futbol üzrə Türkiyə Superliqasının ikinci turunda son çempion “Qalatasaray” klub...

Böyük alim, sadə insan-Həsən Abdullayev

20-08-2018-09-13 Xəbərlər

Böyük alim, sadə insan-Həsən Abdullayev

Bir yaycılı, bir həmkəndli kimi gözümü açıb ətrafımı tanıdığım andan adını eşitd...

Elmar Qasımov cüdo üzrə Avropa açıq çempionatının qalibi olub

20-08-2018-08-58 Xəbərlər

Elmar Qasımov cüdo üzrə Avropa açıq çempionatının qalibi olub

Belarusun paytaxtı Minsk şəhərində cüdo üzrə Avropa açıq çempionatına yekun vuru...

Türkiyə Superliqası: “Beşiktaş” səfərdə 3 xalı üç qolla qazanıb

19-08-2018-23-18 Xəbərlər

 Türkiyə Superliqası: “Beşiktaş” səfərdə 3 xalı üç qolla qazanıb

Futbol üzrə Türkiyə Superliqasının ikinci turunun növbəti oyununda “Beşiktaş” kl...

Türkiyədə 4,8 bal gücündə yeraltı təkanlar qeydə alınıb

19-08-2018-22-19 Xəbərlər

Türkiyədə 4,8 bal gücündə yeraltı təkanlar qeydə alınıb

Türkiyənin Kahramanmaraş vilayətində Ankara vaxtı ilə saat 18:22-də Rixter cədvə...

“Mançester Yunayted” səfərdə “Brayton” klubuna məğlub olub

19-08-2018-21-50 Xəbərlər

“Mançester Yunayted” səfərdə “Brayton” klubuna məğlub olub

Avqustun 19-da İngiltərə Premyer Liqasının ikinci turunun növbəti oyunu keçirili...