Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsində Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu tərəfindən nəşr edilmiş “Böyük güclərin Azərbaycanla bağlı geosiyasi maraqlarında Naxçıvanın yeri”, “I Kültəpə və onun ətrafında arxeoloji araşdırmalar” monoqrafiyalarının və “Naxçıvan uşaq folklorundan örnəklər” kitabının təqdimatı olub.

Naxcivantv.az xəbər verir ki, təqdimat mərasimini AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev açaraq bildirib ki, bölmənin elmi əməkdaşları Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun maliyyələşdirdiyi layihələrdə iştirak edirlər. Bunun üçün müxtəlif layihələr hazırlanaraq həmin fondun müsabiqəsinə təqdim olunur. İndiyə qədər bölmə əməkdaşları 20 layihədə qalib olublar. Onun 3-ü beynəlxalq, 17-si isə fondun qrant layihələridir. 2016-cı ildə bölmə əməkdaşları 3 layihə üzrə tədqiqatlar aparıblar. Tədqiqatlar nəticəsində Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu 2 monoqrafiya və 1 kitabı nəşr etdirib.

Mərasimdə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev çıxış edərək layihələrdə qalib olan AMEA Naxçıvan Bölməsinin alimlərini təbrik edib və nəşr olunan monoqrafiyalar və kitab haqqında fikirlərini bildirib. Qeyd edib ki, Naxçıvan Muxtar Respublikasında digər sahələr kimi,  elmin və təhsilin inkişafına da hərtərəfli qayğı göstərilir. Bu qayğının nəticəsidir ki, alimlər səmərəli işləyir və Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun layihələrində iştirak edirlər.

AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli akademik İsmayıl Hacıyevin, tarix üzrə fəlsəfə doktorları Emin Şıxəliyevin, Elman Cəfərlinin və Mehman Şabanovun müəllifi olduqları “Böyük güclərin Azərbaycanla bağlı geosiyasi maraqlarında Naxçıvanın yeri” monoqrafiyası barədə çıxış edib.

Qeyd olunub ki, monoqrafiyada Böyük Britaniya, Rusiya, Türkiyə və Azərbaycanın arxiv mənbələri və müxtəlif dillərdə nəşr edilmiş ədəbiyyat materialları əsasında böyük dövlətlərin Cənubi Qafqaz siyasətində Azərbaycan, eləcə də Naxçıvanın yeri kimi məsələlər araşdırılıb. Mənbələrin bir qismi elmi dövriyyəyə ilk dəfə gətirilib.

Fəxrəddin Səfərli bildirib ki, monoqrafiya tarixçilər, tədqiqatçılar, siyasətçilər və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Zeynəb Quliyeva AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevin müəllifi olduğu “I Kültəpə və onun ətrafında arxeoloji araşdırmalar” monoqrafiyası barədə çıxış edərək deyib ki,  bu monoqrafiya Azərbaycan, rus və ingilis dillərində nəşr edilib.

Zeynəb Quliyeva qeyd edib ki, monoqrafiyada I Kültəpə ətrafında aşkar olunan yeni arxeoloji abidələr haqqında məlumat verilib. Neolit, Eneolit və Tunc dövrünə aid yeni aşkar olunmuş arxeoloji abidələr Naxçıvanda qədim mədəniyyətlərin meydana gəlməsi və inkişafı ilə bağlı bir sıra məsələləri yenidən dəyərləndirməyə imkan verir.

Monoqrafiya araşdırıcılar və geniş oxucu kütləsi üçün nəzərdə tutulub. 

İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev filologiya üzrə fəlsəfə doktorları mərhum Rafiq Babayevin, Əkrəm Hüseynzadənin, doktorant Şölə Əliyevanın müəllifi olduqları “Naxçıvan uşaq folklorundan örnəklər” kitabı barədə çıxış edib. Vurğulayıb ki, Naxçıvan folklor mühitində uşaq folkloru mətnləri özünəməxsus yer tutur. Kitabda böyüklərin uşaqlar üçün yaratdıqları örnəklərdən-laylalar, oxşamalar, mərasimlər, yanıltmaclar, deyimlər, tapmacalar, nağıllar və s. bəhs edilir. Kitabda həm də uşaqlar üçün yaradılan örnəklərə diqqət yetirilir, andlar, inamlar, advermələr və s. önə çıxarılır.

Əbülfəz Quliyev deyib: bütövlükdə ilk dəfədir ki, Naxçıvan bölgəsinə məxsus uşaq folkloru örnəkləri topli şəklində təqdim olunur. Kitab Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” 2009-cu il 7 fevral tarixli Sərəncamı ilə açılır. 

Təqdimat mərasimində Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdirləri, tarix üzrə fəlsəfə doktorları İlhami Əliyev,  Asəf Orucov və İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru Elxan Məmmədov monoqrafiyalar və kitab haqqında fikirlərini bildiriblər.

AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev muxtar respublikada elmin inkişafına yaradılan hərtərəfli qayğıya görə dövlətimizə minnətdarlığını bildirib.

Təqdimat mərasiminə AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev  yekun vuraraq     qeyd edib ki, bölmənin elmi əməkdaşları bundan sonra da Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun layihələrində iştirak edəcəklər.

 

                                              

                                                                             Əbülfəz Dünyamalıyev 

NTV xəbər

                                                                             

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Bəhruz Kəngərli muzeyinə onlayn ekskursiya təşkil olunub

03-06-2020-18-31 Xəbərlər

Bəhruz Kəngərli muzeyinə onlayn ekskursiya təşkil olunub

Muxtar respublikada fəaliyyət göstərən mədəniyyət ocaqlarına təşkil olunan onlay...

Ordubad rayonunda taxıl biçininə hazırlıq işlər başa çatıb - VİDEO

03-06-2020-17-03 Xəbərlər

Ordubad rayonunda taxıl biçininə hazırlıq işlər başa çatıb - VİDEO

Muxtar respublikada taxıl biçininə son hazırlıq işləri gedir. Ordubad rayonunun ...

Milli Azərbaycan Tarixi Muzeyində görkəmli pedaqoq Nazlı Nəcəfovaya aid fotoneqativ qorunur

03-06-2020-15-50 Xəbərlər

Milli Azərbaycan Tarixi Muzeyində görkəmli pedaqoq Nazlı Nəcəfovaya aid fotoneqativ qorunur

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Neqativ fondunda Naxçıvanda qızlar mə...

Sinoptiklər xəbərdarlıq edirlər...

03-06-2020-15-06 Xəbərlər

Sinoptiklər xəbərdarlıq edirlər...

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bir neçə gün davam edən ist...

İyunun 6-da və 7-də imtahan verəcək abituriyentlərin nəzərinə

03-06-2020-12-03 Xəbərlər

İyunun 6-da və 7-də imtahan verəcək abituriyentlərin nəzərinə

İyunun 3-ü saat 09:30-a olan məlumata əsasən, iyunun 6-da və 7-də 9 və 11-ci sin...

Ötən günün mənzərəsi - VİDEO

03-06-2020-09-38 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN İnformasiya Agentliyi muxtar respublikamızın ictimai-mədəni, sosial-iqt...

Təhsil Nazirliyinin əməkdaşı: Bütün müəllimlərin məktəbə gəlməsinə ehtiyac yoxdur

03-06-2020-09-00 Xəbərlər

Təhsil Nazirliyinin əməkdaşı: Bütün müəllimlərin məktəbə gəlməsinə ehtiyac yoxdur

Hazırkı sanitar-epidemioloji vəziyyətlə əlaqədar insanların bir araya toplaşması...

Bütün təhsil müəssisələrində dərslər tədris ilinin sonunadək dayandırıldı

02-06-2020-17-24 Xəbərlər

Bütün təhsil müəssisələrində dərslər tədris ilinin sonunadək dayandırıldı

Baş Nazir Əli Əsədov Azərbaycan ərazisində fəaliyyət göstərən bütün təhsil müəss...

Naxçıvanda sabaha olan hava proqnozu

02-06-2020-16-27 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında iyunun 3-nə gözlənilən hava proqnozu açıqlanıb. ...

“İlandağ” geoparkı ilə bağlı yaradılmış İşçi Qrupunun onlayn iclası keçirildi

02-06-2020-15-03 Xəbərlər

“İlandağ” geoparkı ilə bağlı yaradılmış İşçi Qrupunun onlayn iclası keçirildi

AMEA Naxçıvan Bölməsinin Beynəlxalq əlaqələr və informasiya şöbəsindən NUHÇIXAN ...

Naxçıvan məktəbliləri “Üç alov” Beynəlxalq Yaradıcılıq Festivalında uğur qazanıblar

02-06-2020-14-21 Xəbərlər

Naxçıvan məktəbliləri “Üç alov” Beynəlxalq Yaradıcılıq Festivalında uğur qazanıblar

Azərbaycan Respublikası Təhsil Nazirliyinin Uşaq Gənclər İnkişaf  Mərkəzi tərəfi...

Peşə təhsili pilləsində təhsilalanların attestasiyasının aparılmasının müvəqqəti qaydası təsdiqlənib

02-06-2020-14-00 Xəbərlər

Peşə təhsili pilləsində təhsilalanların attestasiyasının aparılmasının müvəqqəti qaydası təsdiqlənib

Təhsil Nazirliyinin Kollegiyasının qərarı ilə "Peşə təhsili pilləsində təhsilala...

Dədə Qorqud yurdunun “oxunmamış” yadigarı – Əyrək nekropolu

02-06-2020-10-44 Xəbərlər

Dədə Qorqud yurdunun “oxunmamış” yadigarı – Əyrək nekropolu

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun “Naxçıva...

Ötən günün mənzərəsi - VİDEO

02-06-2020-10-23 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN İnformasiya Agentliyi muxtar respublikamızın ictimai-mədəni, sosial-iqt...

Naxçıvan Müəllimlər İnstitutunda onlayn seminar keçirilib

02-06-2020-09-40 Xəbərlər

Naxçıvan Müəllimlər İnstitutunda onlayn seminar keçirilib

NUHÇIXAN  İnformasiya  Agentliyi xəbər verir ki, Naxçıvan Müəllimlər İnstitutu v...

2 iyun Mülki Aviasiya İşçilərinin Peşə Bayramı Günüdür

02-06-2020-09-00 Xəbərlər

2 iyun Mülki Aviasiya İşçilərinin Peşə Bayramı Günüdür

Naxçıvan Beynəlxalq Hava Limanı müasir tələblər səviyyəsində qurulub.

Qədim Ordubad müasir görkəminə qovuşur - VİDEO

01-06-2020-19-11 Xəbərlər

Qədim Ordubad müasir görkəminə qovuşur - VİDEO

Muxtar respublikanın bütün rayonları kimi qədim Ordubad da görkəmini dəyişir.

Naxçıvanda sabaha olan hava proqnozu

01-06-2020-18-18 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında iyunun 2-nə gözlənilən hava proqnozu açıqlanıb. ...

Naxçıvanda iyun ayının hava proqnozu açıqlanıb

01-06-2020-17-05 Xəbərlər

Naxçıvanda iyun ayının hava proqnozu açıqlanıb

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən iyun ayında havanın orta a...

Naxçıvan Muxtar Respublika Xəstəxanasında qanvermə aksiyası keçirildi

01-06-2020-16-14 Xəbərlər

Naxçıvan Muxtar Respublika Xəstəxanasında qanvermə aksiyası keçirildi

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, 1 İyun Uşaqları Beynəlxalq Müdafi...

Azərbaycanda Məhərrəm ayının başlanacağı tarix məlum olub

01-06-2020-15-18 Xəbərlər

Azərbaycanda Məhərrəm ayının başlanacağı tarix məlum olub

Qafqaz Müsəlmanları İdarəsinin tərtib etdiyi təqvimə əsasən, bu il Məhərrəm ayı ...

Könüllü gənclərlə gələcək...

01-06-2020-14-35 Xəbərlər

Könüllü gənclərlə gələcək...

İnsanın qəlbən, kimsənin təhriki olmadan, heç bir qarşılıq gözləmədən gördüyü iş...

Fövqəladə Hallar Nazirliyinin Akademiyası kursant qəbulu elan edib

01-06-2020-13-52 Xəbərlər

Fövqəladə Hallar Nazirliyinin Akademiyası kursant qəbulu elan edib

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Azərbaycan Respublikası Fövqəladə...

Naxçıvanın təbii mineralı-seolitdən bəhs edən məqalə ABŞ-da işıq üzü görüb

01-06-2020-13-31 Xəbərlər

Naxçıvanın təbii mineralı-seolitdən bəhs edən məqalə ABŞ-da işıq üzü görüb

Bu barədə NUHÇIXAN İnformasiya Agentliyinə Bölmənin Beynəlxalq əlaqələr və infor...

Rezidentura imtahanları avqustun əvvəlində keçirilə bilər

01-06-2020-12-20 Xəbərlər

Rezidentura imtahanları avqustun əvvəlində keçirilə bilər

Rezidentura imtahanları yəqin ki avqustun əvvəlində olacaq. İmtahan iki mərhələd...

Üzrlü səbəblərdən buraxılış imtahanlarında iştirak etməyən cari ilin məzunlarına sentyabrda imkan yaradılacaq

01-06-2020-12-19 Xəbərlər

Üzrlü səbəblərdən buraxılış imtahanlarında iştirak etməyən cari ilin məzunlarına sentyabrda imkan yaradılacaq

Üzrlü səbəblərdən (xəstəlik və ya karantin rejimi ilə əlaqədar başqa şəhərdən (ö...

İmtahanlar iyunun 6 və 7-dən başlamaqla hər həftəsonu keçiriləcək

01-06-2020-12-16 Xəbərlər

İmtahanlar iyunun 6 və 7-dən başlamaqla hər həftəsonu keçiriləcək

İyun ayından etibarən hər həftəsonu ümumi (9 illik) və tam (11illik) orta təhsil...

İmtahan iştirakçılarının hərarəti yoxlanılacaq

01-06-2020-12-13 Xəbərlər

İmtahan iştirakçılarının hərarəti yoxlanılacaq

Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçı...

Qəbul imtahanlarının vaxtını iyunun 5-dən elən edə bilərik

01-06-2020-12-11 Xəbərlər

Qəbul imtahanlarının vaxtını iyunun 5-dən elən edə bilərik

Qəbul imtahanlarının vaxtını iyun ayının 5-dən elən edə bilərik. Çünki ali məktə...

Təqribən 1000-ə yaxın binada imtahan keçiriləcək

01-06-2020-12-09 Xəbərlər

Təqribən 1000-ə yaxın binada imtahan keçiriləcək

Təqribən 1000-ə yaxın binada imtahan keçiriləcək. Hər gün ən azı 4 növ imtahan k...