Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

“Ermənistanda yoxsulluq səviyyəsi olduqca yüksəkdir. Əhali ölkədə iş tapa bumir, ona görə də xaricə üz tutur”.

Naxcivantv.az xəbər verir ki, bunu “Çıxış” blokunun rəhbəri Nikol Paşinyan yerli telekanallardan birinə müsahibəsi zamanı deyib.  Onun sözlərinə görə Ermənistanda yoxsulluq səviyyəsi 30 faiz həddindən aşağı düşmür. Bu səbəbdən Ermənistan MDB-nin ən yoxsul 3 ölkəsindən biridir. Siyasi təşkilatın sədri hazırki hökumətin Ermənistanı təcrid vəziyyətinə saldığını, əhalini isə səfalət içinə sürüklədiyini də bildirib. Paşinyanın fikirlərini şərh edən Ermənistan mediası diqqəti Azərbaycandakı həyat şəraitinə çəkir. Qeyd edilir ki, Ermənistan yoxsulluq həddində yaşadığı bir vaxtda  Azərbaycan MDB məkanında ən aşağı yoxsulluq səviyyəsi olan ölkədir. Ermənistanda işsizlik səviyyəsi də yüksəkdir. Əhali iş tapa bilmədiyi üçün xaricə üz tutur. Nəticədə əmək miqrantlarının axını pik həddə yüksəlib. Ekspetlər bildirirlər ki, sözügedən məsələlərin həll olunmasında çətinliklər mövcuddur və hazırkı sosial-iqtisadi vəziyyət daha mənfi fəsadlara gətirib çıxara bilər. İrəvanda keçirilən son mitinqdə də Ermənistanda yoxsulluğun fonunda artan miqrasiya problemlərinə toxunulub. Etirazçılar, Ermənistan hökumətinin apardığı siyasətin tamamilə səmərəsiz olduğunu bildiriblər. Artıq Ermənistanda hər üç nəfərdən biri səfil həyat tərzi sürür. Rəsmi məlumata əsasən, 980 minə yaxın vətəndaş yoxsulluq içərisində yaşayır. Bu səbəbdən də çıxış yolunu xaricə üz tutmaqda görən vətəndaşlar sürətlə çoxalır. Bunun nəticəsində isə Ermənistanda iqtisadi aktiv əhalinin sayı 2012-ci ildən hər il orta hesabla 40 000 nəfər azalır.

www.naxcivantv.az