Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Yaponiya hökuməti ölkədəki nəqliyyat tıxacları probleminin həlli və yük axınlarının optimallaşdırılması məqsədilə uçan avtomobillərin hazırlanması layihələrini aktiv dəstəkləmək barədə qərar qəbul edib.

Naxcivantv.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Yaponiyanın İqtisadiyyat və Sənaye Nazirliyi müvafiq qanunvericiliyin hazırlanması ilə məşğul olmaq və belə texnikaları hazırlayan kompaniyalara yardım göstərmək niyyətindədir. Qurum bu layihələri milli sənayenin ən perspektivli inkişaf sahələrindən biri kimi nəzərdən keçirir. Bu səbəbdən nazirliyin nəzdində uçan avtomobillərin hazırlanması işlərini koordinasiya edəcək ekspertlər şurasının formalaşdırılması nəzərdə tutulur.

Qeyd edək ki, hazırda müxtəlif ölkələrdə uçan avtomobillərin yaradılması üzrə işlər aparılır. Yaponiyada avtomobil istehsalı nəhəngi “Toyota Motor” və digər iri korporasiyaların iştirakı ilə “Cartivator” kompaniyasının bu sahədəki aktivliyi daha çox nəzərə çarpır. Kompaniya 2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarınadək uçan avtomobilin prototipini hazırlamaq niyyətindədir.

www.naxcivantv.az