Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Naxcivantv.az xəbər verir ki, Böyük Britaniya  və Şimali İrlandiya  Birləşmiş Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım  Karol  Meri Krofts səfər  çərçivəsində Naxçıvan Dövlət Univeristeti və  muxtar respublikanın bir sıra tarixi abidələri   ilə tanış olub.

Səfir ilk olaraq ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək abidə önünə gül dəstəsi qoyub və Heydər Əliyev Muzeyi ilə tanış olub. Qonaq həmin gün Naxçıvan Dövlət Univeristetində də olub. Univeristetin  Beynəlxalq Münasibətlər və Xarici Dillər fakultəsində tələbələrlə görüşən səfir  Britaniya -Azərbaycan əlaqələrinə dair mühazirə oxuyub.

Səfir Duzdağ Fizioterapiya Mərkəzi, Xan sarayı Dövlət Tarix Memarlıq, Mömünə Xatın, Açıq Səma Altında Muzey kompleksində, Naxçıvanqala Tarix-Memarlıq Muzey Kompleksində və Naxçıvan Biznes Mərkəzində də  olub.

Səfir NTV xəbərə müsahibəsində səfərinin əsas məqsədinin təmsil etdiyi ölkənin muxtar respublika ilə əlaqələrinin inkişaf etdirilməsi ilə bağlı olduğunu bildirib.

-Səfərimin əsas məqsədi Böyük Britaniya ilə Naxçıvan Muxtar Respublikası arasında əməkdaşlıq imkanlarını öyrənmək idi. Müşahidə etdim ki, bu qədim diyar iqtisadi və mədəni baxımdan çox inkişaf edib. Naxçıvan  Muxtar Respublikası ilə əməkdaşlıq imkanlarımız çox genişdir,-deyə xanım Karol  Meri Krofts bildirib.

 

Novruz Məmmədov

NTV xəbər

www.naxcivantv.az