Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən tur-aksiya çərçivəsində Naxçıvan Muxtar Respublikasından Bakıya gələn məktəblilər martın 18-də Milli Azərbaycan Tarixi və Azərbaycan Milli İncəsənət muzeylərində olublar.

Naxcivantv.az  xəbər verir ki, əvvəlcə məktəblilər Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyində ölkəmizin zəngin tarixini əks etdirən sərgi və eksponatlarla ətraflı tanış olublar. Burada şagirdlərə ayrı-ayrı əsrlərə aid müxtəlif eksponatlar, həmçinin Ağdam, Naxçıvan, Mingəçevir, Şəmkir, Qobustan və digər şəhər və rayonlarda arxeoloji qazıntılar zamanı tapılmış arxeoloji materiallar barədə məlumatlar verilib. Muzeydə açılmış “Azərbaycan Şirvanşahlar dövləti” adlı sərgi şagirdlərdə böyük maraq doğurub.

Bildirilib ki, muzeydə müxtəlif dövrlərə aid 300 mindən çox eksponat qorunub saxlanılır.

Sonra şagirdlər Azərbaycan Milli İncəsənət Muzeyi ilə tanış olublar. Şagirdlər muzeyin fəaliyyəti, burada qorunan müxtəlif əsrlərə aid eksponatlar barədə məlumatlar əldə ediblər.

1936-cı ildə yaradılan muzeydə orta əsrlərə, intibah dövrünə aid eksponatlar, rəsm əsərləri, tətbiqi incəsənət nümunələri nümayiş olunur.

Muzeydə Azərbaycan, Rusiya və Qərbi Avropa ölkələrinin, o cümlədən məşhur alman, italyan, fransız rəssamlarının mənzərə, portret və digər janrlarda yaratdıqları incəsənət nümunələri məktəblilərin diqqətini cəlb edib.

Xatırladaq ki, layihənin əsas məqsədi şagirdləri ölkəmizin müxtəlif bölgələrinin müasir həyatı, tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri, müstəqil Azərbaycanın nailiyyətləri ilə yaxından tanış etmək, şəhər və rayonlarımızın müasirləşən siması barədə əyani təsəvvür yaratmaqdır.

View the embedded image gallery online at:
http://naxcivantv.az/index.php/news/10136-nax%C3%A7%C4%B1vanl%C4%B1-m%C9%99kt%C9%99blil%C9%99r-milli-az%C9%99rbaycan-tarixi-v%C9%99-az%C9%99rbaycan-milli-inc%C9%99s%C9%99n%C9%99t-muzeyl%C9%99rind%C9%99-olublar.html?tmpl=component&print=1&layout=default&page=#sigProId0f243d139e

www.naxcivantv.az