“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasının iştirakçıları martın 18-də Naxçıvan şəhərində yerləşən tarixi və mədəniyyət abidələri ilə yaxından tanış olublar.

Naxcivantv.az xəbər verir ki, “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinə gələn tur-aksiya iştirakçılarına muxtar respublikanın ərazisində aşkarlanan tarixi əşyalar haqqında ətraflı məlumat verilib. Bildirilib ki, eramızdan əvvəl V minilliyə aid təsərrüfat küpü, eramızdan əvvəl V-III minilliyə aid müxtəlif məişət əşyaları, Son Tunc və Erkən Dəmir dövrünə aid keramika məmulatları, mis alətlər, qəbirüstü abidələr, silahlar qiymətli eksponatlar sırasındadır. Naxçıvanın 5 minillik şəhər mədəniyyəti şagirdlərdə böyük maraq doğurub. Kompleksin yanında yerləşən Nuh peyğəmbərin türbəsi də dahilər yurdunun qədim tarixindən xəbər verir.

Naxçıvan Biznes Mərkəzinə gələn məktəblilərə muxtar respublikanın iqtisadi sahədə əldə etdiyi nailiyyətlər barədə məlumat verilib. Bildirilib ki, burada 94 müəssisənin 192 növdə və 1258 çeşiddə məhsulu, 37 ailə təsərrüfatında istehsal olunan 17 növdə 112 çeşid məhsul, 30 sənətkar tərəfindən hazırlanan 254 əl işi, rəsm əsərləri, xalçalar və Naxçıvan Muxtar Respublikasının istehsal müəssisələrinin xəritəsi nümayiş olunur.

Vurğulanıb ki, muxtar respublikada bu gün 372 növdə məhsul istehsal olunur, 344 növdə məhsula olan tələbat tamamilə yerli imkanlar hesabına ödənilir.

Naxçıvanın zəngin, qədim tarixi ilə bağlı 48 mindən çox eksponatın qorunub saxlandığı Naxçıvan Dövlət Tarix Muzeyi də məktəblilərdə dərin təəssürat yaradıb. Diqqətə çatdırılıb ki, ekspozisiyalar, əsasən qədim, orta əsrlər, yeni və müasir dövrü əhatə edir. On şöbədən ibarət olan muzeydə müxtəlif əmək alətləri, Paleolit və Neolit dövrlərinin əşyaları, dən daşları, obsidiandan lövhələr, daş çəkiclər, sümük bizlər, Naxçıvan ərazisində aşkar olunan mis və gümüş pullar, orta əsrlərin məşhur memarlarından olmuş Əcəmi Əbubəkr oğlu Naxçıvaninin inşa etdiyi möhtəşəm Möminə Xatın, Yusif Küseyir oğlu türbələrinə və başqa memarlıq abidələrinə dair şəkilli materiallar, xalçaçılıq, zərgərlik, misgərlik, dulusçuluq və nəqqaşlıq nümunələri, xalq ustalarının əl işləri sərgilənir.

Naxçıvan şəhərindəki Gənclər Mərkəzində “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində muxtar respublikada səfərdə olan bakılı məktəblilərlə görüş keçirilib.

Görüşdən əvvəl şagirdlər Gənclər Mərkəzi ilə tanış olublar. Məlumat verilib ki, mərkəz 2014-cü ildə muxtar respublika gənclərinin istifadəsinə verilib. Dördmərtəbəli binada elektron lövhəli 3 linqafon sinfi, kompüter otağı, elektron kitabxana, intellektual və stolüstü oyun zalları, interaktiv tir və kafe var. Mərkəzdə informasiya texnologiyalarının ən son nailiyyətləri tətbiq edilib, 104 kompüter dəsti quraşdırılıb, mərkəzi server sistemi və daxili şəbəkə yaradılıb, kompüterlərin hər birinin internetə çıxışı təmin edilib. Gənclər burada istənilən xarici dil üzrə həm nəzəri biliklərə, həm də praktik olaraq düzgün tələffüz vərdişlərinə yiyələnirlər.

Gənclər Mərkəzində keçirilən görüşdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun icraçı direktoru Məmməd Babayev, muxtar respublikanın gənclər və idman naziri Azad Cabbarov və təhsil naziri Məmməd Qəribov çıxış ediblər.

Novruz bayramı münasibətilə tur-aksiya iştirakçılarını təbrik edən natiqlər ekskursiyanın önəmindən danışaraq bildiriblər ki, Prezident İlham Əliyevin tapşırığına əsasən həyata keçirilən tur-aksiya böyüməkdə olan gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması, onların dünyagörüşünün formalaşması baxımından böyük əhəmiyyətə malikdir.

Vurğulanıb ki, bu gün muxtar respublikada təhsilin inkişafı, bədən tərbiyəsi və idmanın kütləviliyinə nail olunması, müasir idman infrastrukturunun yaradılması, gənclərin idmana marağının artırılması daim diqqət mərkəzində saxlanılır. Yeni məktəb binaları inşa edilir və ya əsaslı şəkildə yenidən qurulur, idman infrastrukturunun gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.

Bakı şəhərindən olan məktəblilərin muxtar respublikaya səfərinin onların bu qədim diyarın tarixi, mədəniyyəti, sosial-iqtisadi inkişafı ilə yaxından tanış olmalarına geniş imkan yaratdığı bildirilib.

Tədbirin sonunda tur-aksiya iştirakçılarına hədiyyələr təqdim olunub.

Böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin qəbri üzərində ucaldılmış Hüseyn Cavid məqbərəsinə gələn şagirdlərə məlumat verilib ki, bu möhtəşəm memarlıq-xatirə kompleksi ulu öndər Heydər Əliyevin şəxsi təşəbbüsü və himayəsi ilə tikilib. Əcəmi Naxçıvani memarlıq üslubunun təsiri aydın hiss edilən məqbərə üst və aşağı-sərdabə hissələrindən ibarətdir. Hüseyn Cavidin ömür-gün yoldaşı Mişkinaz xanımın, oğlu Ərtoğrulun qəbirləri və qızı Turan xanımın qəbri sərdabədədir. Burada Hüseyn Cavidin büstü qoyulub. Abidənin layihəsinin müəllifi Azərbaycan Respublikasının Əməkdar Memarı Rasim Əliyev, heykəltəraşı Xalq Rəssamı Ömər Eldarovdur. Məqbərə Türkiyə Respublikasının “Star” inşaat şirkəti tərəfindən tikilib. Abidənin açılışı Hüseyn Cavidin 114 illiyi münasibətilə 1996-cı il oktyabrın 29-da olub.

Naxçıvan şəhərinin ən hündür məkanında qərar tutan Dövlət Bayrağı Meydanı və Muzeyi ilə tanışlıq da bakılı məktəblilərdə böyük marağa səbəb olub. Qeyd edilib ki, Dövlət Bayrağı Meydanı və Muzeyi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il avqustun 22-də imzaladığı “Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyinin yaradılması haqqında” Sərəncama əsasən yaradılıb. Buradakı bayraq dirəyinin hündürlüyü 57 metr, bayrağın uzunluğu 20, eni isə 10 metrdir. Bayraq dirəyinin pyedestalının altında Bayraq Muzeyi yerləşir. Səkkizguşəli ulduz formasında olan muzey binası eyni quruluşa malik sütunlarla əhatələnib.

Bayraq Muzeyi dövlət atributlarımızın tarixi və onların gələcək nəsillərə çatdırılması baxımından müstəsna əhəmiyyətə malikdir. Muzeydə ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının ali qanunverici orqanında qəbul olunan “Naxçıvan Muxtar Respublikasının Dövlət rəmzləri haqqında” Qərarın surəti və həmin tarixi günə aid fotoşəkillər nümayiş etdirilir. Tarixən Naxçıvan ərazisində mövcud olmuş dövlətlərin, eləcə də Naxçıvan xanlığının bərpa edilmiş bayraqları, gerblər və inzibati xəritələri, Naxçıvan xanlığının süvari dəstələrinə verilən bayraqlar, döyüşçü libasları, Naxçıvan Muxtar Respublikasının müxtəlif illərdə qəbul olunmuş konstitusiyaları, qədim pul nişanlarının fotoşəkilləri muzeyin ekspozisiyasında sərgilənir.

Martın 18-də “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasının iştirakçıları Naxçıvan Beynəlxalq Hava Limanından Bakı şəhərinə yola salınıblar.

Həmin gün tur-aksiya çərçivəsində Bakı şəhərində olan Naxçıvanlı məktəblilər muxtar respublikaya qayıdıblar.

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Muxtar respublikada təbiətə qayğı göstərilir

11-07-2020-16-57 Rəsmi

Muxtar respublikada təbiətə qayğı göstərilir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ekoloji problemlərin hə...

Naxçıvanda təhsil alan əcnəbi tələbələrə maddi yardım göstərilib - FOTOLAR

11-07-2020-16-52 Xəbərlər

Naxçıvanda təhsil alan əcnəbi tələbələrə maddi yardım göstərilib - FOTOLAR

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, iyulun 11-də Naxçıvan Muxtar Resp...

Naxçıvan regionda alternativ enerji istehsalı sahəsində liderdir - VİDEO

11-07-2020-16-25 Xəbərlər

Naxçıvan regionda alternativ enerji istehsalı sahəsində liderdir - VİDEO

Kəngərli rayonunda 3 meqavat gücündə yeni Günəş Elektrik Stansiyasının  istifadə...

Bu gün Abbas Səhhətin vəfatından 102 il ötür

11-07-2020-14-23 Xəbərlər

Bu gün Abbas Səhhətin vəfatından 102 il ötür

Abbas Səhhət Azərbaycan ədəbi-ictimai fikri tarixində hər şeydən öncə şair, tərc...

Gələn ay bərpaolunan enerji sahəsində xarici investorlarla sənədlər imzalanacaq

11-07-2020-13-27 Xəbərlər

Gələn ay bərpaolunan enerji sahəsində xarici investorlarla sənədlər imzalanacaq

Energetika naziri Pərviz Şahbazovun iştirakı ilə nazirlikdə Azərbaycan Respublik...

Ötən günün mənzərəsi - VİDEO

11-07-2020-11-22 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN İnformasiya Agentliyi muxtar respublikamızın ictimai-mədəni, sosial-iqt...

Naxçıvanın 24 aborigen üzüm sortu ABŞ-ın Kaliforniya ştatında əkilib

11-07-2020-10-53 Xəbərlər

Naxçıvanın 24 aborigen üzüm sortu ABŞ-ın Kaliforniya ştatında əkilib

Torpağı və xalqı təkcə silahla müdafiə etmirlər.

Culfa-Ordubad avtomobil yolunun yenidən qurulması davam edir - VİDEO

10-07-2020-17-27 Xəbərlər

Culfa-Ordubad avtomobil yolunun yenidən qurulması davam edir - VİDEO

Son illər Muxtar respublikada avtomobil yollarının yenidən qurulması Naxçıvanın ...

Naxçıvan məktəblilərinin adı “Qızıl kitab”a yazıldı - VİDEO

10-07-2020-15-59 Xəbərlər

Naxçıvan məktəblilərinin adı “Qızıl kitab”a yazıldı - VİDEO

Müxtəlif sahələrdə fərqlənən istedadlı gənclərin qabiliyyətlərinin qiymətləndiri...

145-in KADRARXASI – Ziya Məmmədov

10-07-2020-15-39 Xəbərlər

145-in KADRARXASI – Ziya Məmmədov

Bu il Azərbaycan milli mətbuatının yaradılmasının 145 illiyidir.

Məktəblilərin yay tətili səmərəli təşkil olunur

10-07-2020-14-57 Xəbərlər

Məktəblilərin yay tətili səmərəli təşkil olunur

Təhsil Nazirliyi tərəfindən pandemiya dövründə, məktəblilərin yay tətilində asud...

“Qanlıgöl” yaylağında oba sakinlərinə tibbi xidmət göstərilib

10-07-2020-14-37 Xəbərlər

“Qanlıgöl” yaylağında oba sakinlərinə tibbi xidmət göstərilib

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Şahbuz rayonunun aidiyyatı idarə ...

Torpaqlarda su təminatının yaxşılaşdırılması davam etdirilir

10-07-2020-14-18 Xəbərlər

Torpaqlarda su təminatının yaxşılaşdırılması davam etdirilir

Muxtar respublikada müasir suvarma sistemlərinin quraşdırılması və suvarma suyun...

Rezidenturaya qəbul imtahanlarında iştirak etmək istəyən namizədlərin nəzərinə

10-07-2020-14-00 Xəbərlər

Rezidenturaya qəbul imtahanlarında iştirak etmək istəyən namizədlərin nəzərinə

Rezidenturaya qəbul imtahanlarında iştirak etmək istəyən, lakin vaxtında qeydiyy...

Magistraturaya qəbul olunan bakalavrların qeydiyyatı davam edir

10-07-2020-12-38 Xəbərlər

Magistraturaya qəbul olunan bakalavrların qeydiyyatı davam edir

Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər...

Badamlı qəsəbəsində yeni ailə təsərrüfatı məhsullarının istehsalına başlanıldı - VİDEO

10-07-2020-12-15 Xəbərlər

Badamlı qəsəbəsində yeni ailə təsərrüfatı məhsullarının istehsalına başlanıldı - VİDEO

Şahbuz rayonunun Badamlı qəsəbəsində yeni ailə təsərrüfatı məhsullarının istehsa...

Əlahiddə Ümumqoşun Orduda keçirilən tabor, divizion döyüş atışlı və atışsız taktiki təlimləri davam edir - VİDEO

10-07-2020-11-56 Xəbərlər

Əlahiddə Ümumqoşun Orduda keçirilən tabor, divizion döyüş atışlı və atışsız taktiki təlimləri davam edir - VİDEO

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Əlahiddə Ümumqoşun Orduda keçiril...

Ötən günün mənzərəsi - VİDEO

10-07-2020-11-16 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN İnformasiya Agentliyi muxtar respublikamızın ictimai-mədəni, sosial-iqt...

“İki sahil” - reallıqları ictimaiyyətə çatdıran qəzet

10-07-2020-10-37 Xəbərlər

“İki sahil” - reallıqları ictimaiyyətə çatdıran qəzet

Bu gün ölkənin ən tirajlı gündəlik qəzetlərindən biri olan "İki sahil”in ilk nöm...

Bu gün 8370 nəfər abituriyent qəbul imtahanı verəcək

10-07-2020-09-19 Xəbərlər

Bu gün 8370 nəfər abituriyent qəbul imtahanı verəcək

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən əvvəlki illərin məzunları üçün sə...

Nərgiz İsmayılovanın yeni monoqrafiyası işıq üzü görüb

09-07-2020-17-54 Xəbərlər

Nərgiz İsmayılovanın yeni monoqrafiyası işıq üzü görüb

Türkiyə Cümhuriyyəti Mədəniyyət Nazirliyinin xüsusi bandrolu ilə “Akademisyen Ki...

İncəsənət, Dil və Ədəbiyyat İnstitutu hesabat verdi

09-07-2020-17-12 Xəbərlər

İncəsənət, Dil və Ədəbiyyat İnstitutu  hesabat verdi

AMEA-nın Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunda keçirilən ...

Milli Mətbuatımızın dünəni mediamızın bu günü və gələcəyi üçün örnəkdir

09-07-2020-16-50 Xəbərlər

Milli Mətbuatımızın dünəni mediamızın bu günü və gələcəyi üçün örnəkdir

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, «İki sahil» qəzetinin baş redak...

Naxçıvanda sabaha olan hava proqnozu

09-07-2020-16-28 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında iyulun 10-na gözlənilən hava proqnozu açıqlanıb....

Ali Məclisin Sədri Sərəncam imzaladı

09-07-2020-14-53 Rəsmi

Ali Məclisin Sədri Sərəncam imzaladı

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iyulun 9-da Gənc...

Şahbuz yaylaqlarında epizootik vəziyyət yoxlanılıb - VİDEO

09-07-2020-14-00 Xəbərlər

Şahbuz yaylaqlarında epizootik vəziyyət yoxlanılıb - VİDEO

Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidməti və Şərur Rayon Baytarlıq İ...

Naxçıvanda əmək pensiyalarının maliyyələşdirilməsi başa çatıb

09-07-2020-12-48 Xəbərlər

Naxçıvanda əmək pensiyalarının maliyyələşdirilməsi başa çatıb

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən iyul ayında ...

Sabah 8370 nəfər abituriyent qəbul imtahanı verəcək

09-07-2020-12-04 Xəbərlər

Sabah 8370 nəfər abituriyent qəbul imtahanı verəcək

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyulun 10-da əvvəlki illərin məzunları ü...

Naxçıvanda mətbuat: ənənədən müasirliyə uğurlu inkişaf yolu

09-07-2020-10-02 Xəbərlər

Naxçıvanda mətbuat: ənənədən müasirliyə uğurlu inkişaf yolu

Mətbuat hər bir xalqın mədəni intibahında, milli təfəkkür tərzinin və siyasi şüu...

Ötən günün mənzərəsi - VİDEO

09-07-2020-09-19 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN İnformasiya Agentliyi muxtar respublikamızın ictimai-mədəni, sosial-iqt...