Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Martın 28-də Azərbaycan Respublikasına rəsmi səfərə gələn İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin rəsmi qarşılanma mərasimi olub.

Naxcivantv.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda İran Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Həsən Ruhanini qarşılayıb.

Fəxri qarovul dəstəsinin rəisi İran Prezidentinə raport verib.

Prezident İlham Əliyev və Prezident Həsən Ruhani fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

İran Prezidenti Azərbaycan əsgərlərini salamlayıb.

İranın və Azərbaycanın dövlət himnləri səslənib.

Azərbaycanın dövlət və hökumət nümayəndələri Prezident Həsən Ruhaniyə, İran nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olunub.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında prezidentlərin qarşısından keçib.

Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti Həsən Ruhani rəsmi foto çəkdiriblər.

View the embedded image gallery online at:
http://naxcivantv.az/index.php/news/10338-iran-prezidenti-h%C9%99s%C9%99n-ruhaninin-r%C9%99smi-qar%C5%9F%C4%B1lanma-m%C9%99rasimi-olub-foto.html?tmpl=component&print=1&layout=default&page=#sigProId5067eabfc3

www.naxcivantv.az