Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Şagirdlərin Heydər Əliyev adına Hərbi Liseyə ekskursiyası təşkil edilib

Naxcivantv.az xəbər verir ki, Kəngərli rayon tam orta məktəblərində təhsillərini Heydər Əliyev adına Hərbi Liseydə davam etdirmək istəyən şagirdlər Heydər Əliyev adına Hərbi Liseylə tanış olublar.

Təhsil nazirliyinin əməkdaşı Elxan Babayev qeyd edib ki, bu tədris ilində də orta məktəblərimizdə Heydər Əliyev adına Hərbi Liseyə namizədlərin seçilməsi, onların sənədlərinin hazırlanması ilə bağlı işlər aparılır.

 

Liseyin zabit və gizirləri şagirdləri buradakı şəraitlə tanış ediblər. Öncə muzeylə tanış olan şagirdlərə ətraflı məlumat verilib. Muzeydə liseyin müxtəlif dövrlərdəki fəaliyyətinə aid fotoşəkillər, döyüş bayrağı nümunəsi, Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əhatə edən kitablar nümayiş edilir. Məktəblilər yataqxana ilə də tanış edilib. Kursantların asudə vaxtını səmərəli təşkil etmək üçün müxtəlif stolüstü oyunlar, televizor, kitablar  olan istirahət otağı da yataqxanaya daxildir. Atəş otağında  şagirdlərə atəş hazırlığından danışılıb və virtual atış öyrədilib. Qonaqlar xəstəxana və yeməkxanada da olublar. Kursatlarla nahar edən şagirdlər buradakı şəraitdən razı qaldıqlarını deyiblər.

Növbəti günlərdə muxtar respublikamızın digər rayonlarından zabit olmaq arzusu ilə yaşayan digər şagirdlərin də liseyə ekursiyaları təşkil ediləcək. 

Baloğlan Kərimov

NTV xəbər

www.naxcivantv.az