Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Naxçıvan Tibb Kollecində lektoriya keçirilib

Naxcivantv.az xəbər verir ki, Naxçıvan Tibb Kollecinin direktoru Sona Məmmədova  müstəqil dövlətimizin ən müasir tarixinin ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib. 

 

Tarix üzrə fəlsəfə doktoru, dosent Emin Şıxəliyev bildirib ki, müstəqilliyimizin ilk illərində ölkədə hökm sürən xaosun qarşısının alınmasında, ictimai-siyasi sabitliyin əldə edilməsində dahi şəxsiyyət Heydər Əliyevin liderlik keyfiyyətləri mühüm rol oynadı. Məhz onun fəaliyyəti dövründə təkmil siyasi sistemin, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesinin əsası qoyuldu, davamlı siyasi-hüquqi islahatlar həyata keçirildi.

Vurğulanıb ki, siyasi lider hələ Naxçıvanda fəaliyyət göstərdiyi 1990-1993-cü illərdə Azərbaycanın imperiya asılılığından xilas olması, müstəqil,  demokratik və dünyəvi dövlət kimi fəaliyyət göstərməsi üçün mühüm siyasi və ideoloji amilə çevrilən tarixi qərarlar qəbul etdi. Azərbaycanın müstəqil dövlət kimi sonrakı fəaliyyətinin bir sıra konseptual istiqamətləri məhz bu dövrdə işlənib hazırlandı. Heydər Əliyevin rəhbərliyi  altında milli şüurun dirçəldilməsi istiqamətində də məqsədyönlü tədbirlər görüldü.

Azərbaycanda tibb elminin inkişafı istiqamətində görülən işlərin fundamental əsasları da dahi rəhbərin ölkəyə birinci rəhbərliyi dövründə qoyulub. Müstəqillik illərində uğurla davam etdirilən səhiyyə islahatı, tibbi kadrların yetişdirilməsi istiqamətində görülən işlər Naxçıvanda da bu sahənin inkişafına təkan verib.

Lektoriyada ulu öndər Heydər Əliyev haqqında sənədli filmə baxış olub.

                                                Kəmalə Əliyeva

NTV xəbər

www.naxcivantv.az