Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Xanəgahda qayaüstü təsvirlər aşkarlanıb

Culfa rayonunun Xanəgah kəndi yaxınlığındakı dağlıq ərazidəki qədim yaşayış yerində qayaüstü rəsmlər aşkarlanıb.

 

Naxcivantv.az məlumat verir ki, qədim yaşayış yeri kimi tanınan ərazidə AMEA Naxçıvan Bölməsinin tarixçi alimləri tərəfindən aparılan ilkin araşdırmalar zamanı məlum olub ki,   qaya üzərindəki təsvirlər ayrılıqda çəkilmiş üç rəsmdən ibarətdir. Rəsmlərin ikisi döymə, biri isə kəsmə texnikası ilə işlənilib.

AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev bildirib ki, rəsmlər müxtəlif dövrlərdə çəkilib. Döymə üsulu ilə çəkilən rəsmlər Gəmiqaya təsvirləri ilə eynilik təşkil edir və bu təsvirlər elmə məlumdur.

Qeyd edək ki, çox məzmunlu bu təsvirlər başlıca olaraq insanı və həyat ağacını simvolizə edir. Çəkilmə texnikasına görə fərqlənən üçüncü təsvir metal alətdən istiafdə olunmaqla çəkilib. Bu təsvir də digərləri kimi  daha geniş mənada həyatı və həyat ağacı mənasını bildirir.

AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevin fikrincə qaya parçası üzərindəki işarələrin ikisi eradan əvvəl II-I minilliklərə, üçüncü təsviri isə orta əsrlərə aid etmək olar.

Vaqif Ağalarov

NTV xəbər

www.naxcivantv.az